Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   28   29   30   31   32   33   34   35   36

111
sağ qaldığın üçün sən öz taleyinə minnətdar olmalısan ki, 
səni  həyatdan  götürmək  üçün  mənə  hələ  münasib  imkan 
düşməmişdir. Lakin gec-tez sən də öz dekabrist yoldaşların 
kimi əbədi bir yuxuya gedəcəksən. O zaman mən də özümü 
bir qədər  xoşbəxt sayacağam ki, yer üzündə daha bir üs-
yankar şairin həyatı söndü. Bu mənim üçün xoş olacaqdır, 
cənab A.S.Puşkin. 
A.S.Puşkin  (öz-özünə):  Heyf  səndən  Rusiya,  mənim 
doğma  və  gözəl  vətənim  ki,  sənə  Nikolay  kimi  qaniçən, 
amansız  və  riyakar  bir  çar  başçılıq  edir.  Bir  xalqa  ki, 
rəhbərliyi çirkin fikirli və mənəviyyatca qüsurlu şəxs edir, o 
xalqın gələcək inkişafı yüz illərlə ləngiyir. Nikolay da belə 
bir  şəxsiyyətdir,  öz  taxt-tacını  qorumaq  üçün,  öz  mövqe-
yini möhkəmləndirmək naminə günahsız insanlar qanı ilə 
yoğrulmuş əsaslar üzərində ucalan bir şəxsiyyət öz xalqı-
na fayda verə bilərmi? Əsla yox. Çox dəyanətli rus xalqı 
daha gözəl gələcəyə nail olmaq üçün hökmən başqa yol-
la irəliləməlidir. Elə bir yolla ki, o yolda hamı bir-biri ilə 
bərabər mövqeyə malik olsun, qardaş olsun. Öz insanlıq si-
masını çoxdan itirmiş bu kütbeyin çar Nikolay isə bu yolda 
bizim üçün maneə rolu oynamaqdan başqa bir şey deyildir. 
Pus xalqı birinci növbədə bu maneəni aradan qaldırmağa ça-
lışmalıdır. Əks təqdirdə, mənliyi və şəxsiyyəti tapdalanmış 
bir xalqın zilləti və əziyyəti daha uzun çəkə bilər. Mübarizə 
aparmaq,  fəaliyyət  göstərmək  lazımdır.  Rusiyanın  bütün 
tərəqqipərvər ziyalılarından vətənə qarşı bir borc kimi bu 
hərəkatda istifadə etmək lazımdır. Qoy gələcək nəsillər bi-
zim bu zəhmətimizin bəhrəsini dadsınlar və bir daha Niko-
lay kimi kütbeyin çarların iradəsinə tabe olmasınlar. 
Nikolay: Cənab A.S.Puşkin, hamı üçün aydındır ki, mən 
bir çar kimi rus dövlətini idarə etmək hüququna malikəm. 


112
O cümlədən ölkənin hər hansı bir yerində baş verən mü-
naqişəni  həll  etmək  üçün  müəyyən  güc  potensialımız 
da  vardır.  Lakin  bəzən  məni  insanpərvərlik  hissi  o  qədər 
üstələyir ki, bir növü öz çarlıq vəzifəmi unudaraq adi bir 
məhkəmə işçisi və yaxud da bir ağsaqqal rolu oynayıram. 
Əlbəttə ki, bütün bunlar müəyyən münasibətlərin həll olun-
masında, özü də ən nüfuzlu, ən ziyalı kəslər arasında baş 
verən münaqişələrin həll olunması zamanı baş verir. İndi 
də mən bir çar kimi deyil, bir ağsaqqal kimi yenə də belə 
bir münaqişənin həll olunmasında iştirak etmək istəyirəm. 
Özü  də  münaqişə  Rusiya  üçün  qiymətli  bir  ziyalı  olan 
sizinlə Hollandiya səfirinin oğlu Dantes arasında baş ver-
mişdir.  Mən  bu  məsələ  ilə  maraqlanmış,  onun  müəyyən 
təfsilatlarını  öyrənmişəm.  Bu  münaqişədə  nə  isə  adi  bir 
səhvin,  yanlışlığın  gözə  alınmaması  nəzərə  çarpır.  Görü-
nür, siz yanlışlığın harada baş verdiyini o qədər də diqqətlə 
öyrənməmişsiniz və nəticədə çox böyük qısqanclığa səbəb 
ola  biləcək  hadisələrin  baş  verə  biləcəyi  gözlənilir.  Bu 
münaqişədə  yanlışlığın  haradan  baş  verdiyi  isə  Danteslə 
söhbətdən sonra tamamilə mənə aydın olmuşdur. O mənə 
etiraf etdi ki, N.N.Puşkina ilə pıçıltıları yalnız onun izdi-
vac təklif etməyə hazırlaşdığı bacısı Yekaterina Qonçaro-
va barəsindədir. Onun ifadə etdiyi hisslər çox səmimi idi 
və  mən  məsələnin  tamamilə  bu  şəkildə  cərəyan  etdiyinə 
əminəm. 
A.S.Puşkin  (öz-özünə):  Ax  ikiüzlü,  riyakar.  İndi  də 
görəsən öz məqsədlərinə uyğun hansı planı həyata keçirmək 
istəyir (üzünü Nikolaya tutub). Əlahəzrətin bizim kimi öz 
kiçik  təbəələri  ilə  maraqlanması,  özü  də  bir  çar  kimi  de-
yil, ağsaqqal kimi maraqlanması, mənim üçün həddindən 


113
artıq  böyük  hörmət  və  şərəfdir.  Lakin  Dantes  məsələsinə 
gəlincə isə o bəlkə də N.N.Puşkina ilə Qonçarova barədə 
pıçıldaşsa da bunu çox iyrənc və müəmmalı şəkildə bu işi 
bilən və bilməyən ictimaiyyət qarşısında etdiyinə görə mən 
onu  duelə  çağırmaq  fikrindəyəm.  Mənim  şəxsiyyətimə, 
mənəviyyatıma və psixologiyama vurduğu zərbəyə cavab 
olaraq mən belə hərəkət etməyi qət etmişəm. Mən heç vaxt 
istəməzdim ki, həyat mənim üçün iyrənc, mən isə həyat üçün 
gülünc görünə-görünə yaşayım. Heç bir vaxt istəməzdim.  
Onun üçün də duel vasitəsilə öz gələcək həyatımın inkişaf 
yolunu dəyişmək istəyirəm. 
Nikolay:  Cənab  A.S.Puşkin,  mən  sizi  tamamilə  başa 
düşürəm. Siz indi çox gərgin bir psixoloji vəziyyətdəsiniz. 
Lakin  əmin  ola  bilərsiniz  ki,  sizin  mənəvi  cəhətdən  belə 
gərgin  vəziyyətdə  olmanıza  əsaslı  bir  səbəb  yoxdur.  Siz 
sadəcə  olaraq  yanılırsınız  və  indi  hər  bir  insan  psixolo-
giyasına  xas  elə  bir  vəziyyətdəsiniz  ki,  bu  yanlışlıq  sizin 
üçün  şübhəli  və  dumanlı  bir  xarakter  daşıyır.  Bu  duman 
pərdəsindən sizi xilas etmək, sizi aydınlığa çıxarmaq üçün 
hökmən belə bir vəziyyətə düşən hər bir insan kimi  s i z ə 
də  qıraqdan  göstərilən  mənəvi  dayaq  və  təkan  lazımdır. 
Belə bir rolu oynamağı isə sizin kimi bir ziyalını itirməmək 
üçün mən öz üzərimə götürmüşəm. Sizin üçün aydın olma-
lıdır ki, N.N.Puşkina günahsızdır. Siz duel məsələsini ləğv 
etməlisiniz. İnsanın öz həyatı ilə risk etmək ən böyük ax-
maqlıqdır. Mən inanıram ki, siz belə bir vəziyyətə düşmək 
istəməzsiniz. İnsan üçün bir dəfə verilən həyatdan bacarıqla 
və son anına qədər istifadə etmək lazımdır. Əks təqdirdə, 
həyat insan üçün yaşamalı və şirin olmazdı. Gəncsən, hələ 
sənin gələcəyin irəlidədir. Bəzən acı həqiqətlə üzləşsən belə, 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə