Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   2   3   4   5   6   7   8   9   ...   36

8
culuq  fəaliyyətinə  başlasınlar?  Yox,  Bekkendorf:  Rusiya 
əvvəlki Rusiya, Nikolay da onun hökmdarı olaraq qalmalı-
dır. Biz Rusiyanı bu çirkaba yuvarlanmaqdan qorumalıyıq. 
Bekkendorf:  Bəlkə,  siz  demişkən,  bu  körpə  nəfəsli 
Rusiyanı, beşiyi Avropada bizim qonşularımızda yerləşən 
çirkaba  yuvarlanmaqdan  qorumalıyıq,  ancaq  bunun  üçün 
öz  top  və  tüfənglərimizi  anbarda  saxlamamalıyıq.  İnqila-
bi əhval-ruhiyyəli fikirlər öz zəhərli pəncəsini Rusiyaya da 
uzatdığı bir vaxtda bizim gözümüz baxa-baxa Rusiyanı itirə 
bilmək təhlükəsi gözləməyimiz, sakitcə, yalnız ətrafımızda 
baş verən hadisələri seyr etməklə kifayətlənməyimiz doğru 
deyildir. Rusiya əvvəlki Rusiya olaraq qalmalıdır. 
Nikolay:  Həyat  həmişə  irəliyə  doğru  inkişaf  edir.  Ta-
rixin  təkərlərini  geriyə  döndərmək  mümkün  deyildir.  Bu 
labüddür. Lakin biz müəyyən fərmanlar verməklə bu inki-
şafı ləngidə və ya istiqamətini dəyişə bilərik. Ona görə də 
düşünülmüş və ağıllı mühakimələr yürütmək lazımdır. Əks 
təqdirdə,  biz  çox  şeyi  itirmiş  olarıq  və  bu  oyunda  uduza 
bilərik. 
Bekkendorf: Bu doğrudur, əlahəzrət. Biz tarixin inki-
şafına öz fəaliyyətimizlə müəyyən təsir göstərə bildiyimiz 
halda, onu taleyin ixtiyarına buraxmaqda səhv etmiş olarıq. 
Elə ona görə də bu inqilabi əhval-ruhiyyənin yayılmasının 
səbəbini və köklərini araşdırıb müəyyən qənaətə gəlməli və 
bundan sonra necə hərəkət etməyimizi dəqiqləşdirməliyik. 
Nikolay:  Məncə  bu  inqilabi  əhval-ruhiyyənin  ölkənin 
içərilərində  də  yayılmasının  səbəbləri  çox,  kökləri  isə 
dərindir.  Siz  bir  jandarm  rəhbəri  kimi  bu  işləri  bilməmiş 
olmazsınız (Bekkendorf onun sözlərini başı ilə təsdiq edir, 
Nikolay isə sözünü davam etdirir). İndi isə belə bir əhval-
ruhiyyənin  yaranması  üçün  əsas  zəmin  yaradan  şərtləri 


9
göstərmək və bu şərtlərə qarşı əks vasitələr axtarıb tapmalı-
yıq. Siz isə cənab Bekkendorf, ölkənin içərilərini daha çox 
gəzdiyiniz  və  vəzifəniz  bu  işi  tələb  etdiyi  üçün  mənə  bir 
qədər məlumat verin.
Bekkendorf: Əlahəzrətin xidmətində hər cürə fəaliyyət 
göstərmək borcumuzdur. Bir halda ki, xidməti vəzifəm də 
bu işi icra etməyi tələb edir. Mən cəsarət edib əlahəzrətə 
bildirməliyəm ki, kəndliləri həyacanlandıran, onları kortəbii 
mübarizəyə qaldıran əsas şərtlərdən biri kəndlilərin hədsiz 
dərəcədə yoxsul həyat sürmələri, pis güzəran keçirmələridir. 
Atalar misalıdır «ac qarın qılıncı da kəsər”. Nə qədər ki, 
kəndlilər belə son dərəcə acınacaqlı vəziyyətdə yaşayırlar 
hər  bir  quberniyadan,  hər  bir  qəzadan  həyəcanlı  xəbərlər 
alınacaqdır. 
Nikolay (istehzayla): Cənab Bekkendorf, sizin sözləri-
niz dən  belə  çıxır  ki,  biz  kəndlilərin  başını  sığallamalı  və 
gündəlik maddi ehtiyaclarını şərtsiz ödəməliyik. 
Bekkendorf  (ciddi):  Məsələni  heç  də  bu  səkildə  dü-
şünməmək  də  olar.  Kəndlilərə  yalnız  çox  cüzi  güzəştlərə 
getməklə onları bir qədər sakitləşdirmək mümkündür. Bu 
isə dövlət xəzinəsinə o qədər də ziyan vurmaz. Əvəzində 
isə  ölkənin  daxilində  vəziyyət  bir  qədər  yaxşılaşar.  Bun-
dan  başqa,  kəndlilərlə  mülkədarların,  yeni-yeni  yaranma-
ğa  başlayan  muzdurlarla  burjuaziyanın  nümayəndələrinin 
arasında  baş  verən  münaqişələrin,  qiyamların,  üsyanların 
baş  verməsinin  müəyyən  səbəbi  var.  Sahibkarlarla  onun 
təbəələri arasındakı münasibətlərin belə bir vəziyyətə gəlib 
çıxması heç də tərifəlayiq deyildir. Təəssüf ki, bizim Rusi-
yada belə hallara da rast gəlmək olur. 
Nikolay:  Sizin  dediklərinizdə  bir  həqiqət  var,  lakin 
bu,  heç  də  Rusiyada  inqilabi  əhali-ruhiyyənin  yaranması 


10
səbəblərinin  tam  əhatə  olunmuş  həlli  deyildir.  Rəiyyətlə 
sahibkar arasında nə qədər münaqişə baş versə də yenə də 
rəiyyət  öz  rəiyyətliyində,  sahibkar  da  öz  sahibkarlığında 
qalır. Yoxsa, ölkənin idarə olunmasında qarşıya çətinliklər 
çıxar və bizim üçün münasib vəziyyət yaranardı. Buna görə 
də, öz həddini bilməyənlər üçün zor da işlətmək imkanımız 
da vardır. 
Bekkendorf: Bu doğrudur ki, bizim öz cızığından çıxan-
lara  müqavimət  göstərməyə  hər  cürə  imkanımız  vardır. 
Amma onsuz da öz başlarını qapaz üçün əyənlərə-kəndlilərə 
belə bir ciddi müqavimət göstərməyə dəyərmi? Onlar üçün 
yalnız cüzi güzəştlərə getmək kifayətdir. İvan Bolotnikovu 
da, Yemilyan Puqaçovu da, Stepan Razini də belə bir yolla 
məğlub etmək asan olardı. Lakin ölkənin daxilində inqilabi 
əhval-ruhiyyə yayan başqa bir qisim nümayəndələr də var-
dır ki, onlara qarşı belə bir yolla çıxış etmək ağılsızlıq olar-
dı. Onlara qarşı zor və silah işlətmək isə məncə, ən münasib 
bir vasitə olardı. 
Nikolay: Siz kimləri nəzərdə tutursunuz cənab Bekken-
dorf (öz-özünə). Sən demə Rusiya başdan-başa inqilab yu-
vasına çevrilibmiş. 
Bekkendorf:  Mən  o  şəxsləri  nəzərdə  tuturam  ki,  on-
lar  Rusiyanın  ziyalı  təbəqəsinə  mənsubdurlar.  Özü  də  nə 
kəndlidirlər,  nə  də  muzdur.  Onlar  Rusiya  dövlət  aparatı-
nın  müəyyən  sahələrində  fəaliyyət  göstərən  və  müxtəlif 
mükəlləfiyyətlər daşıyan şəxslərdir. 
Nikolay: Məsələn, dekabr silahlı üsyanının əsas iştirak-
çıları olan zadəganlar kimi. 
Bekkendorf: Bəli, əlahəzrət, siz duz buyurursunuz, on-
lar  kimi.  Lakin  bunların  özlərini  də  inqilaba  təhrik  edən 


11
səbəblər vardır. Bax bu səbəbləri araşdırıb tapmaq və onla-
rın üzərində ciddi nəzarət qoymaq lazımdır. 
Nikolay: Həyatın hər üzünə qarşı çıxış etmək üçün bizdə 
hökm  və  səlahiyyət  vardır.  Mümkündür  ki,  bu  səbəblər 
üzərində də nəzarəti gücləndirək. 
Bekkendorf: Əlahəzrətə məlumdur ki, hal-hazırda Rusi-
ya əvvəlki kimi tam natural təsərrüfatın hökm sürdüyü Ru-
siya deyildir. Buna səbəb birinci növbədə, xarici dövlətlərlə 
əlaqələrimizin  artmasıdır.  Əlbəttə  ki,  bu  Rusiya  kimi  bö-
yük və qüdrətli bir dövlət üçün vacib, lazımlı şərtdir. Lakin 
öz-özlüyündə bu əlaqələrin müsbət üstünlükləri ilə yanaşı, 
mənfi cəhətləri də vardır. 
Nikolay: Bu mənfi cəhətlər isə yəqin ki, xariclə əlaqədə 
olan  bəzi  şəxslərin  Rusiyaya  gətirdikləri  inqilabi  əhval-
ruhiyyədən ibarətdir elə deyilmi? 
Bekkendorf: Məsələ əlahəzrətə tamamilə aydındır. 
Nikolay:  Bu  əlaqəni  zəiflətmək  və  ya  kəsmək  müm-
kün deyildir. Əks təqdirdə, biz ölkənin gələcək inkişafını 
təhlükə altında qoymuş olarıq. Lakin xariclə əlaqəsi olan 
hər bir şübhəli şəxs üzərində ciddi nəzarət qoymaq müm-
kündür və bunu sizə həvalə edirəm. 
Bekkendorf: Əlahəzrətin hər bir tapşırığı onun sədaqətli 
xidmətçisi üçün əmrdir. Mən bacardığım qədər sizin tapşı-
rığınızın öhdəsindən gəlməyə çalışaram. 
Nikolay: Bir də ki, cənab Bekkendorf, ölkənin daxilində 
yaranan qatışıqlıqdan istifadə etməyə çalışan bəzi yüksək 
rütbəli  məmurlar  üzərində  də  nəzarəti  gücləndirməliyik. 
Necə ki, belə yüksək rütbəli şəxslər dekabr silahlı üsyanın-
da iştirak edirdilər. Təəssüflə onu da qeyd etməliyəm ki, bu 
üsyandan sonra hələ də Rusiyada inqilabi əhval-ruhiyyə o 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə