Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   2   3   4   5   6   7   8   9   ...   36

23
onlar da öz fikirlərini bildirdilər. Ona görə də belə əhval-
ruhiyyəli  yazıçılar  Rusiyada  inqilab  və  üsyan  yetişdirə 
biləcək bir vasitə kimi çox qorxuludurlar. 
Bekkendorf: Əlahəzrət tamamilə haqlı olaraq qeyd edir 
ki,  belə  yazıçılar  nəslinin  ədəbiyyatda  qərarlaşmasına  və 
müəyyən mövqe tutmasına heç vəchlə yol verməməliyik. 
Əks təqdirdə, Rusiyada gələcək iğtişaşlar və üsyanlar üçün 
özümüz  öz  əlimizlə  zəmin  hazırlamış  olarıq.  Bu  isə  bir 
sözlə çox təhlükəlidir. 
Nikolay:  Ümumiyyətlə,  rus  ədəbiyyatının  hal-hazırkı 
vəziyyəti  barədə  çox  ciddi  düşünmək  və  nəticə  çıxarmaq 
lazımdır. Bu ədəbiyyatın gələcək inkişafı bir zaman bizim 
üçün təhlükə yaratmamışdan, biz bəri başdan bu ədəbiyyatın 
inqilabi əhval-ruhiyyəli nəslini uçuruma yuvarlamağa ça-
lışmalıyıq. Elə etməliyik ki, öz üsuli-idarəmiz üçün təhlükə 
törədə biləcək heç bir yazı mətbuat üzü görməsin və ədə-
biyyata gəlib çıxmasın. Öz işimizi bəri başdan etibarlı tut-
maq daha faydalı olardı. 
Uvarov: Rus ədəbiyyatında təsadüf edilən müxtəlif cə-
rə yanlarla yanaşı, inqilabi fikirlərə də meyl edən bir cərə-
yan  da  qərarlaşmaqdadır.  Lakin  biz  var  qüvvəmizlə  bu 
cərəyanın  qarşısını  almağa  çalışmalıyıq.  Çalışmalıyıq  ki, 
rus  ədəbiyyatında  yalnız  çar  üsuli-idarəsinin  mənafeyini 
müdafiə edən fikirlər öz əksini tapsın. Bu həm də bizim-
böyük rus xalqının oğlu kimi. vətəndaşlıq borcumuzdur. 
Bekkendorf: Bəli, biz mütləq ədəbiyyatda da qoyulan 
məsələlərə  qarşı  öz  qəti  fikirlərimizi  bildirməliyik. Ağacı 
qurd  öz  içərisindən  yediyi  kimi,  rus  cəmiyyətini  də,  bəzi 
yad baxışlı rus yazıçı və şairlərinin fikirləri öz yolundan ya-
yındıra bilər. Ona görə də biz çarın sadiq xidmətçiləri kimi 
heç bir vəchlə belə ünsürlərin inkişafına yol verməməliyik. 


24
Nikolay:  Cənab  Uvarov,  rus  ədəbiyyatının  hal-hazır-
kı vəziyyəti barədə və onun cəmiyyət içərisində oynadığı 
böyük və hərtərəfli rol bizdən çox ciddi surətdə tələb edir 
ki, bu ədəbiyyat üzərində nəzarəti daha da qüvvətləndirək. 
Rus ədəbiyyatının inkişafı və istiqaməti artıq bizə göstərdi 
ki, bu inkişaf və istiqamət əvvəlki dövrdəkilərdən tamamilə 
fərqlənir. Ona görə də birinci növbədə (üzünü Uvarova tu-
taraq), xüsusilə sizin üzərinizə düşən vəzifə ondan ibarətdir 
ki,  senzuranın  üzərinə  nəzarəti  daha  da  qüvvətləndirə  və 
ciddiləşdirəsiniz. 
Bekkendorf:  Əlahəzrət  tamamilə  doğru  buyurur  ki, 
rus  ədəbiyyatının  hal-hazırkı  vəziyyəti  onun  üzərində 
ciddi  nəzarət  tələb  edir.  Elə  bir  nəzarət  ki,  bizdən  sonra-
kı sələflərimiz üçün də bir nümunə olsun. Elə bir nəzarət 
ki, bu nəzarətin varlığı rus ədəbiyyatı ilə maraqlanan hər 
bir şəxsə bəlli olsun. Bəli, biz rus ədəbiyyatı üzərində sen-
zura nəzarətini daha da ciddiləşdirməliyik. Yoxsa ədəbiy-
yatımızda  elə  bir  qarmaqarışıqlıq  baş  verər  ki,  lap  şeyta-
nın özü də bu işdən baş çıxara bilməz. Bu inqilabi əhval-
ruhiyyəli rus yazıçılarının əsərləri o qədər amansız, dəhşətli 
və sirayətedicidir ki, əgər biz bu əsərləri yazanları tamamilə 
nəzarətsiz buraxsaq, mən əminəm ki, onlar rus cəmiyyətinin 
gələcək  nümayəndələrinin  bütün  üzvlərini  bir  inqilabçı 
kimi yetişdirə bilərlər. 
Uvarov:  Mən  sizin  dediklərinizlə  tamamilə  şərikəm, 
Hər ikinizin qeyd etdiyi kimi, ədəbiyyat üzərində nəzarəti 
gücləndirmək mənim üçün günün ən vacib məsələlərindən 
biri  olaraq  qalmalıdır.  Lakin  bütün  bunlarla  yanaşı,  Qri-
boyedovun,  Qoqolun,  Çaadayevin,  Puşkinin  əsərlərini 
daha ciddi nəzarət altına almalıyıq. Qriboyedovun “Ağıl-
dan  bəla”,  Qoqolun  “Ölü  canlar”,  Çaadayevin  “Fəlsəfi 


25
məktublar”, Puşkinin “Aleksandr Radişev” əsərləri, cənab 
Bekkendorfun  qeyd  etdiyi  kimi,  o  qədər  inqilabi  əhval-
ruhiyyəli,  amansız,  dəhşətli,  sirayətedicidir  ki,  hətta  biz 
senzura işçiləri bu əsərləri oxuyanda belə, gələcək barədə 
düşüncələrə dalır, bir müddət öz ruhi vəziyyətimizi əvvəlki 
qaydaya sala bilmirik. Odur ki, bu və ya bu qəbildən olan 
bir  sıra  rus  yazıçılarının  əsərlərinə  yanaşarkən  senzu-
ra işçilərinə tapşırmışam ki, öz işlərini bütün ciddiliyi və 
dəqiqliyi ilə icra etsinlər. Əks təqdirdə, biz özümüzü son 
dərəcə gülünc vəziyyətə sala bilərik. Odur ki, həyatın bu 
sınaqlarından da üzü ağ çıxmağa çalışmalı və əlahəzrətin 
bizə tapşırdığı bu işin öhdəsindən layiqincə gəlməliyik. 
Nikolay: Mən əminəm ki, siz bütün bu deyilənlərə əməl 
edəcək və inqilabi əhval-ruhiyyəli yazıların üzərində senzu-
ra nəzarətini daha da qüvvətləndirəcəksiniz, lakin hər halda 
ehtiyatı  da  əldən  buraxmayın,  cənab  Uvarov:  Mən  Rusi-
yanın Hökmdarı kimi, bu inqilabi əhval-ruhiyyəli fikirləri 
Rusiyadan uzaqlaşdırmayınca rahat ola bilməyəcəyəm. Siz 
də  Rusiyanın  layiqli  bir  vətəndaşı  kimi  bu  işin  icrasında 
mənimlə bir rəydə olmalısınız. 
Bekkendorf:  Əlahəzrət  Rusiya  haqqında  öz  fikirlərini 
çox yaxşı ifadə etdi. Rusiyanın layiqli bir vətəndaşı kimi 
inqilabi əhval-ruhiyyəli fikirləri hər bir sahədə, o cümlədən 
ədəbiyyatda  da  Rusiyadan  uzaqlaşdırmağa  çalışmalı-
yıq.  Bunun  üçün  isə  biz  inqilabi  əhval-ruhiyyəli  yazıçı 
və  şairləri  daim  izləməli  və  nəzarət  altında  saxlamalıyıq. 
Xüsusilə cənab Uvarovun qeyd etdiyi kimi, Qoqol, Çaada-
yev, Puşkin və bunlara bənzərlər üzərində nəzarəti daha da 
qüvvətləndirməliyik. Mən deyərdim ki, bu adlarını yuxarıda 
qeyd etdiyim yazıçı və şairlərin əsərləri Rusiyada inqilabi 
əhval-ruhiyyənin yetişməsində bir ordunun oynadığı roldan 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə