Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

108
tikən qonşu dövlətlər üçün çox əlverişli şərait yaradar. Yeni 
torpaqlar əldə edilməsi azmı dövlətləri müstəmləkəyə çe-
virmişdir? İndiki zamanda  ölkələr arasındakı ziddiyyətlər 
elə  bir  vəziyyətə  gətirib  çıxarmışdır  ki,  bəzən  dincliklə 
də  öz  müstəqilliyini  qoruyub  saxlamaq  mümkün  olmur. 
Mənim taxt-tacımı, mənafeyimi qoruyanlar – iri feodallar, 
mülkədarlar, burjua sinfinin bəzi nümayəndələri üçün ye-
ni-yeni torpaqlar, müstəmləkələr lazımdır, müstəmləkələr. 
Düşünürsənmi!? Nə etməliyəm? Yeni-yeni insan qırğınla-
rına  yol  verməmək  üçün  öz  taxt-tacımı  qorumamalıyam-
mı? Mən öz taxt-tacımı qorumaqdan ötrü hər bir vasitədən 
istifadə etməliyəm. Hər bir vasitədən. 
A.S.Puşkin: Əlahəzrət, mən belə hesab edirəm ki, Ru-
siyada elm və maarifi inkişaf etdirmək sizin taxt-tacınıza 
heç bir əsaslı xələl gətirə bilməz. Heç olmazsa Rusiyanın 
gələcək  inkişafı  naminə  Rusiyada  elm  və  maarifi  inkişaf 
etdirməyə  çalışın.  Gimnaziyalar  yaradın,  elm  və  maarif 
ocaqlarının  sayını  artırın.  Qoyun  sizin  idarə  etdiyiniz  rus 
xalqı dünya xalqları içərisində savadlı, təhsilli və mədəni 
bir xalq kimi təşəkkül tapsın, inkişaf etsin. Bu sizin üçün 
də fəxr və şərəfdir. Xalqın maariflənməsi və savadlanması 
yolunda  ən  kiçicik  xidmət  belə  böyük  mükafata  layiqdir. 
Siz isə belə olan təqdirdə, öz xalqınıza daha böyük xidmət 
göstərmiş olarsız. Bu isə sizin ulu bir dövlət başçısı oldu-
ğunuzu göstərər. 
Nikolay: Cənab A.S.Puşkin, siz qabaqcıl, tərəqqipərvər 
bir ziyalı sinfinin nümayəndəsi kimi əminəm ki, geniş dün-
yagörüşü və zəngin təcrübəyə maliksiniz. Bu isə hər adama 
nəsib ola biləcək, xoşbəxtlik gətirə biləcək bir səadət deyil-
dir. Öz taleyiniz qarşısında minnətdar olmalısınız ki, həyata 
göz  açandan  bəri  məhz  bu  təməl  üzərində  inkişaf  edib 


109
istiqamətlənə bilmişsiniz. Xoşbəxt o kəsdir ki, onun səadəti 
həyatın zəruri inkişafından doğur və o kəs özü bu səadəti 
heç vaxt axtarmır. Mən də sizi öz düşüncə tərzinə görə bu 
yolun yolçularından hesab edirəm və mənim xüsusilə bir zi-
yalı sinfinin nümayəndəsi kimi belə yolun yolçularına çox 
böyük rəğbətim vardır. 
A.S.Puşkin:  Əlahəzrətə  çox  minnətdaram  ki,  məni 
belə xoş sözləriylə şərəfləndirir, mənə öz xüsusi etimadını 
göstərir. Hər bir insan ona göstərilən etimada layiq olma-
ğa çalışmalıdır. Əks təqdirdə, həmin şəxsin hərəkətləri öz 
qabiliyyətsizliyinin nümayişi olardı. 
Nikolay:  Cənab  A.S.Puşkin,  mən  bir  çar  kimi  deyil, 
bir rus kimi bütün Rusiyanı sevirəm, onun qarlı düzlərinə 
vurğunam.  Lakin  Rusiyanın  hərbi  qüdrəti  bir  çar  kimi 
məni daha çox düşündürür. Ona görə də sizin də mənə bu 
istiqamətdə  kömək  etmənizi  arzu  edərdim. Arzu  edərdim 
ki,  sizin  yazılarınız  Rusiyanın  hərbi  qüdrətini  daha  da 
möhkəmləndirmək  sahəsində  xalq  içərisində  bir  çağırış 
kimi səslənsin. Mən əminəm ki, rus xalqı sizi çox sevir və 
yazılarınızı tez anlayır. Bu isə hər bir yazıçıya nəsib olan bir 
səadət deyildir. Kİmsənin dediklərinin kimsələr tərəfindən 
daha  tez  başa  düşülməsi  və  duyulması  onun  ifadə  etdiyi 
daxili həyəcanların daha uzunmüddətli yaşaması deməkdir. 
Siz isə öz daxili hisslərinizi bu cur yaşatmağı bacarırsınız, 
cənab A.S.Puşkin. 
A.S.Puşkin:  Məni  bir  ziyalı  kimi  həmişə  rus  xalqının 
tərəqqisi  düşündürmüşdür,  əlahəzrət.  Mən  həmişə  çalış-
mışam  ki,  bacardığım  qədər  Rusiyanın  irəliyə  doğru  heç 
olmazsa bir addım da olsa irəliləməsinə kömək edim. Öz 
xalqının taleyi ilə maraqlanmayan kəs həmin xalqın oğlu 
olmağa  layiq  deyildir.  Əks  təqdirdə,  həmin  şəxsin  vətən 


110
torpağında  yaşaması  o  torpağa  ləkədir.  Bu  isə  diriykən 
ölü adlandırılmaq kimi bir şeydir. Başqalarının həqarət və 
nifrət  dolu  baxışları  altında  yaşamaqdansa  dərin  və  rahat 
bir məzarda uyumaq daha xoşdur. Əlahəzrət, biz rus xalqı-
nın övladlarıyıq. Tale sizin üçün elə bir şans yaratmışdır ki, 
bu  xalqı  idarə  etmək  sizə  nəsib  olmuşdur.  Bu  xalqın  xoş 
güzəranı barədə, irəliyə doğru bir addım atmaq barədə də 
çalışmaq xalqımız üçün, xoş olardı. Amansız taleyin ucba-
tından  yuxusuz  gecələri,  rahatsız  gündüzləri  hesabına  bir 
parça çörək pulu qazananlara güzəşt etmək lazımdır. Öz ge-
niş ürəyini yoxsulluğun dar çərçivəsinə sığışdırmayanlara 
güzəşt etmək lazımdır. 
Nikolay  (öz-özünə): Ax  Puşkin...  Puşkin...  sən  heç  də 
öz əqidəni dəyişməmişsən. Mən hələ səninlə dekabr silah-
lı  üsyanından  bir  qədər  sonra  ilk  görüşümüz  zamanı  hiss 
etmişdim  ki,  çar  taxt-tacının  necə  amansız  düşmənisən, 
necə  də  alovlu,  inqilabi  əhval-ruhiyyəli  bir  şəxsiyyətsən. 
Bu  fikir  məndə  öz  parlaq  ifadəsini  bizim  qısa  danışığı-
mız  zamanı  özünü  daha  çılpaqlığıyla  göstərdi.  Mən  sizə 
deyəndə  ki, A.S.Puşkin  əgər  dekabr  silahlı  üsyanı  zama-
nı  siz  Peterburqda  olsaydınız  nə  edərdiniz?  O  zaman  siz 
mənə belə cavab verdiniz: – Əlahəzrət, mən dekabr silahlı 
üsyanı zamanı paytaxta olsaydım yəqin ki, Senat meyda-
nında üsyançıların içərisində, ön cərgədə olardım. Mən bu 
cavabı sizə heç bağışlayarammı?! Üsyankar bir şairin ya-
şayıb yaratması mənim üçün xoş olarmı? Əsla yox. Mənə 
bu  cavabına  görə  sənə  bir  anda  hökm  çıxarmağa  borclu-
yam. Lakin xalqın qəzəbi də qorxulu və amansız olur. Sadə 
xalq  kütlələri  isə  sənin  tərəfindədir.  Ona  görə  də  səni  və 
sənin kimiləri aradan götürmək üçün biz şəraitdən asılı ola-
raq  daha  münasib  vasitələrdən  istifadə  etməliyik.  Hələlik 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə