Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

94
təmtaraqlı layiqli və çoxlu dostlar əhatəsində öz həyatınızı 
daha  gözəl  və  əyləncəli  keçirə  bilərsiniz.  Məgər  siz  bu 
cur  zövq  və  əyləncəli  həyat  sürməyə  layiq  deyilsiniz-
mi?  İnanıram  ki,  xanım  Natali  siz  öz  gəncliyinizdən  və 
gözəlliyinizdən ürəyiniz istəyən kimi istifadə etsəniz, bütün 
məclislərin gözü olarsınız. Hamının diqqəti sizdə olar. Siz 
bir növ balların və şənliklərin bəzəyinə çevrilərsiniz. Hami 
sizin gəlişinizlə şadlanar, hamı sizinlə danışmaqdan xüsusi 
bir həzz alar. Siz öz fəhtediciliyinizi daha da gücləndirmək 
üçün,  bütün  axışan  baxışlar  informasiyasına  etinasız  ya-
naşar  və  səbrlə  hərəkət  edərsiniz  və  öz  daxili  ehtirasla-
rını  istifadəsiz  qoymamaq  üçün  isə  məclisin  gözü  olan 
şəxslərdən birinə lütfkarlıq göstərib yaxınlıq edərsiniz. Bax 
bu da sizin kübar cəmiyyətdə onsuz da parlayan ulduzunu-
zu daha da parlaq edər. 
N.N.Puşkina: Cənab Hekkeren, həyatımın təmtəraq və 
şöhrət içərisində keçməsi mənim üçün heç də mənfi emosi-
yalı yaşantı deyildir. Daha doğrusu, bu mənim üçün hətta xoş 
olardı. Lakin bayaq qeyd etdiyim kimi, bütün bu işləri həyata 
keçirmək üçün sərbəstlik... sərbəstlik... hərəkət sərbəstliyi 
lazımdır. Bu isə öz inamına, etibarına, səmimiyyətinə ləkə 
gətirə  biləcək  bir  haldır.  Mən  A.S.Puşkinə  hələ  daxilən 
xəyanət etməmişəm. Doğrudur, bəzən kimə qarşı isə meylli 
olmaq hissləri bir çox qadınlar kimi məndə də olmuşdur. 
Lakin  qadının  bu  ötəri  hisslərdən  istifadə  etməməsi  daha 
gözəl  olardı.  Çünki  bu  ötəri  hisslər  bir  müddətdən  son-
ra ötüb keçəcəkdir, ancaq o zaman həmin qadın dönüb öz 
etdiyi əməllərinə kamil bir ağılla nəzər saldıqda əgər bu, 
meyllərdən  istifadə  etməmişdirsə,  öz  daxili  ləkəsizliyi  və 
saflığı üçün mükafat olaraq hər yerdə başını dik tutacaq-
dır,  daxilən  etdiyi  hərəkətlər  üçün  əzab  çəkməyəcəkdir. 


95
Bu  isə  bütün  şan-şöhrətdən,  var-dövlətdən  daha  qiymətli 
və gözəldir. Lakin bütün bunlar bizim düşündüklərimizdir. 
Həyatın qanunauyğun inkişafı isə bizdən asılı olmayaraq, 
həyatımızda  geniş  rol  oynayır  və  bu  düşüncələrimizdə 
də əsaslı dəyişikliklər yaradır. Bir də ki, cəmiyyətimizdə, 
xüsusilə yaşadığımız və əlaqələrimiz olduğu kübar dairələr 
arasında hər şeyə xüsusi diqqət yetirirlər və bəzən hər xırda 
məsələ böyük söz-söhbətlərə səbəb olur. 
Hekkeren: Xanım Nataliya, mən də bir çox xarici Avro-
pa şəhərlərində olmuşam və bu şəhərlərin ballarında, teatr-
larında heç də bir səyahətçi kimi iştirak etməmişəm. Məhz 
orada əldə etdiyim o təcrübələrlə bax buradakı, Rusiyadakı 
kübar məclisləri tutuşduranda arada nə qədər böyük fərq ol-
duğu o dəqiqə nəzərə çarpır. Mövcud Rusiya şəhərlərindəki 
həyat tərzi mərkəzi Avropa şəhərlərindəki həyat tərzindən 
bəlkə də hələ düz bir əsr daladır. Ax... xanım Natali siz heç 
olmasa Parisdə təşkil olunmuş bircə balda iştirak etsəydiniz. 
Onda hiss edərdiniz ki, dünyada nələr var, nələl yoxdur. Bu 
bircə bal mən cəsarətlə deyərdim ki, sizin təsəvvürünüzü 
və dünya görüşünüzü Rusiyada keçirdiyiniz həyat tərzi ilə 
müqayisədə düz on il qabağa atardı. Özü də mən inanıram 
ki, siz öz gənclik və gözəlliyinizlə bu irəliləyişə layiqsiniz. 
Aman Allah... Du comme il faut, tete-tete gözəl a la Bolivar 
qoyan xanımları. Sən nə görmüsən ki, hələ Benedetta! Hələ 
mən gözəl katalyon rəqsindən söz acmıram. Dünyamız ge-
niş və gözəldir. Bu gözəllikləri duya-duya gəzəsən gərək. 
Belə olmaz xanım Natali, bir dar çərçivədə qapılıb qalmaq, 
dünyanın  gözəl  nemətlərindən,  əyləncə  və  zövqlərindən 
istifadə etməmək. Bu heç də əsil kübar cəmiyyətin gözəl 
və gənc üzvünə yaraşan hal deyildir. Siz bununla öz gənc -
liyinizi  və  gözəlliyinizi  qara  pul  kimi  israfçılıqla  xərc-


96
ləyirsiniz,  onu  qiymətləndirmirsiniz.  Lakin  bütün  bunlar-
dan istifadə etmək, öz həyatını qiymətləndirmək lazımdır. 
Xarici  dövlətlərə  səfər  edin,  qoyun  sizin  təsəvvürləriniz, 
dünyagörüşünüz bir qədər artsın, zövqünüz daha da inkişaf 
etsin, özünüzü kübar dairəli həyatla daha yaxından bağla-
yın, xanım Natali. 
N.N.Puşkina:  Cənab  Hekkeren,  siz  mənim  qəlbimə 
çoxdan  bəri  hakim  kəsilən  bir  arzunu  yerindən  oynatdı-
nız.  Bu  arzum  xarici  ölkələri  səyahət  etmək  arzusudur. 
Mən  əvvəllər  də A.S.Puşkinlə  bu  haqda  çox  mübahisələr 
etmişəm. O isə heç vəchlə xaricə səfər etmək istəmir. An-
caq mən elə istərdim ki, cənab Hekkeren, heç olmasa bir 
neçə xarici ölkədə olum. Həmin ölkələrin xalqlarının ya-
şayışı,  həyat  tərzi  ilə  maraqlanım.  Ölkənin  təbiətini  seyr 
edim. İlinin əksər zamanı soyuq olan bu Rusiya həyatı məni 
lap bezikdirmişdir. Doğrudur, buranın iqlimi kimi xalqının 
da sadəliyi, qonaqpərvərliyi, xüsusilə təmizliyini və saflı-
ğını heç bir yerlə dəyişmərəm. Lakin bir neçə ay, bəlkə də 
bir neçə il xarici ölkələri səyahət etmək heç də pis olmazdı. 
Bilmirəm taleyim məni bütün ömrüm boyu bu arzuya həsrət 
qoyacaqdır, ya bu arzum nə vaxtsa həyata keçəcəkdir. An-
caq xarici ölkələri bir səyyah kimi gəzmək mənim üçün xoş 
olardı. 
Hekkeren:  Xanım  N.N.Puşkina  sizin  bu  arzunuz  çox 
gözəl və nəcib bir arzudur. Mən çox-çox təəssüf hissi ilə 
qeyd edirəm ki, necə olub ki, əriniz A.S.Puşkin bu gözəl ar-
zunuzun həyata keçməsi üçün səy göstərməyib. Heç inana 
bilmirəm. Ax... xarici ölkələrdə gəzməyin sizin üçün necə 
də xoş olacağını heç təsəvvür edirsinizmi. Təsəvvür edirsi-
nizmi bu necə gözəl bir səyahət olardı. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə