Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

80
edirəm ki, Yekaterina Qonçarova da onu sevəcəkdir (Son-
ra öz-özünə): Demək belə, Dantes Yekaterina ilə evlənmək 
istəyir. Görünür, duel məsələsindən qorxub tezcə evlənmək 
və bütün söz-söhbətlərə son qoymaq istəyir. Qoy evlənsin, 
bununla mən Dantesi alçaltmış, evlənməyə məcbur etmiş 
oluram. Bu mənim üçün xoşdur. Həm də, əgər Dantes Ye-
katerina  Qoncarova  ilə  evlənərsə,  hər  şeylə  maraqlanan 
sözbaz, paytaxt kübar cəmiyyəti də başa düşər ki, doğur-
dan da Dantesin Natali ilə gizli pıçıltıları yalnız Yekaterina 
barəsindəymiş. Beləliklə, həm aralıqda gəzən dedi-qodular 
aralıqdan yığışar, həm də biz əvvəlki tək öz sakit həyatımızı 
xoşbəxtcəsinə davam etdirərik. Nəticədə, mən də çəkdiyim 
əzablardan yaxa qurtarmış olaram. Bu qoca Hekkeren isə 
qoy gedib öz qorxaq, alçaldılmış, evlənməyə məcbur edil-
miş oğlunu aparıb evləndirsin. Bundan sonra Dantes gedib 
öz alçaldılmış nüfuzunun yenidən bərpası ilə məşğul olar, 
daha ballarda, teatrlarda dik-dik gəzib ona-buna söz atmaz. 
Doğrudur, hadisələrin cərəyanı heç də mənə xoş təsir ba-
ğışlayacaq çərçivədə getmirdi. Ancaq yenə də öz sevimli 
Natalimin  saf  və  təmiz  olaraq  qalması  mənim  həyatımın 
mənasıdır. 
Hekkeren (öz-özünə): Görünür, bunun (Puşkinə işarəy-
lə)  Dantesin  Yekaterina  Qonçarova  ilə  evlənməsi  barədə 
çarın tapşırığından xəbəri yoxdur. O, bu işə özünün Dan-
tes üzərində qələbəsi kimi baxdı. Neynək qoy belə olsun. 
Dantes etiraf edir ki, Natali ilə bir qədər açıq-saçıq kazar-
ma lətifələri danışsalar da, Natali heç vedə hələlik Puşkinin 
məhəbbətinə xain çıxmağa cəsarət etmir. Lakin iş ki, belə 
gətirdi, Dantesi könülsüz olaraq Yekaterina ilə evlənməyə 
məcbur etdilər, əlbəttə ki, bu çar tərəfindən məcbur edildi, 
onda mən də çalışacağam ki, Natali öz ağuşunu istər-istəməz 


81
Dantesə açsın və Puşkini rədd etsin, çünki Natalinin Dantesə 
bir qədər meylli olduğu hiss edilir (Sonra üzünü Puşkinə tu-
taraq). Cənab A.S.Puşkin, yəqin ki, bütün hadisələrin inki-
şafı indi sənin üçün tamamilə aydındır. Danteslə Natalinin 
heç  bir  günahı  yoxdur.  Onlar  yalnız  Dantesin Yekaterina 
Qonçarova  ilə  evlənməsi  barədə  söhbət  etmişlər.  İndi  isə 
sizdən xahişim budur ki, sizə qarşı heç bir qəbahəti olmadı-
ğına görə Dantesi duelə çağırmaqdan imtina edəsiniz. Mən 
də gedib onun Yekaterina Qonçarova ilə evlənməsi barədə 
çalışım və hazırlıq işləri görüm. 
A.S.Puşkin:  Mən  Dantesi  duelə  çağırışımdan  imtina 
edərəm, bir şərtlə ki, o, Yekaterina Qonçarova ilə evlənsin. 
(Onlar gedirlər). 
Dantesin mənzili. Hekkerenlə Dantes söhbət edirlər.
İkinci səkil
Dantes:  Hə  ata,  söylə  görək  Puşkinlə  görüşün  necə 
nəticələndi. Natali ilə mənim aramda söhbətin yalnız Yeka-
terina Qonçarova barədə getdiyinə onu inandıra bildinmi? 
O səni qəzəblə qarşıladı, yoxsa... Əlbəttə ki, ata mən sənin 
səy və bacarığına bələdəm və sənin hər işdə müvəffəqiyyət 
qazanacağına  əminəm.  Əminəm  ki,  cənab  Hekkerenin 
məşğul olduğu hər bir iş yalnız qələbə ilə nəticələnməlidir. 
Mən buna heç vaxt şübhə etməmişəm və etməyəcəyəm də. 
Bu iş bizim xeyrimizə həll olunmalıdır. 
Hekkeren: Bəli, Dantes, mən A.S.Puşkinlə görüşdüm. 
Mən onun təmiz qəlbinə qibtə etdim. Bu xoşbəxtlik heç də 
hər kəsə müyəssər olan bir səadət deyildir. Bəli, o qəzəbli 
idi. Görünür, öz şərəfini hər şeydən üstün tutur, namusunu 


82
da qorumağı bacarar. Mən söhbət əsnasında hiss etdim ki, o 
öz Natalisini hər şeydən üstün tutur, hətta öz həyatından da. 
Qısqanclıq hissindən daxilən əzab çəkdiyi də duyulurdu. Nə 
isə... Axır ki, bu qoca Hekkeren onun da qəlbinə yol tapdı. 
Mən əmin idim ki, N.N.Puşkinanın günahsızlığı barədə söz 
deməklə  onun  zəif  damarından  tutmuş  olaram.  Bəli,  ona 
görə də mən məhz belə etdim və bu fikri müxtəlif vasitələrlə 
onun ürəyində möhkəmləndirməyə çalışdım, deyəsən, buna 
müvəffəq oldum da. Nəhayət ki, sözü hərləyib sənin Yekate-
rina Qonçarova ilə evlənməyinin üstünə yönəltdim. Və on-
dan xahiş etdim ki, səni duelə çağırışından imtina etsin, bir 
halda ki, günahsızsan. A.S.Puşkinin isə mənə son sözləri bu 
oldu: Mən Dantesi duelə çağırışımdan yalnız bir şərtlə imti-
na edərəm ki, o, Yekaterina Qonçarova ilə evlənsin. Doğru-
dur, bu sözləri deyərkən hiss etdim ki, onun çarın bu barədə 
tapşırığından  xəbəri  yoxdur.  Sənin Yekaterina  Qonçarova 
ilə evlənəcəyin təqdirdə o, duel vasitəsi ilə özü tərəfindən 
səni qorxudub bu könülsüz evlənməyə məcbur etməsini özü 
üçün  sənin  üzərində  bir  növü  qələbə  sayır.  Onun  danışıq 
tərzində, bu məcburi evlənmə şərtinin kökündə səni alçalt-
maq istəyi duyulurdu. Lakin nə etmək olar... Rusiya kimi 
böyük bir dövlətin hökmdarı Nikolay kimi bir çarın tapşırı-
ğından çıxmaq o qədər də asan deyildir. 
Dantes: Bəli ata bu mənim üçün nə qədər çətin olsa da, 
nüfuzumu  cəmiyyət  daxilində  aşağı  salsa  da,  mənliyimi 
alçaltsa  da  mən  necə  cəsarət  edib  Nikolayın  tapşırığın-
dan  çıxa  bilərəm.  Doğrudur,  hadisələrin  bu  cür  cərəyanı 
A.S.Puşkinin  xeyrinədir.  Lakin  təəssüf  etməkdən  başqa 
əlimizdən bir şey gələrmi? Görünür, taleyin işi beləymiş. 
Artıq  mənim  bu  acı  qismətlə  razılaşmaqdan  başqa  bir 
çıxış yolum yoxdur. Ya duelə çıxıb bu gənc həyatımla risk 


83
etməliyəm,  ya  da  ki,  Puşkinin  Yekaterina  Qonçarova  ilə 
evlənmək  barədə  şərtini  qəbul  etməliyəm. Yaşamaq  üçün 
ömür insana bir dəfə verilmişdir. Deyəsən, artıq məndə bi-
rinci yolu seçmək üçün cəsarət qalmamışdır. Ona görə də 
mən ikinci yolu seçməkdən başqa çıxış yolu tapmıram. Bu 
yol rəqibim üçün əlverişli olsa da, məni bütün gələcək arzu-
larımı qurban verməyə vadar etsə də, mən bu yolu seçirəm. 
Heç olmasa Nikolayın tapşırığına əməl edib onun yanında 
üzüyola bir şəxs kimi hörmət sahibi olarıq. 
Hekkeren:  Hələlik  mənim  də  sənə  məsləhətim  budur, 
Dantes. Sən ikinci yolu seç. Bizim hal-hazırkı vəziyyətimiz 
üçün    bu,  çıxış  yolu  olardı.  Həm  duel  məsələsini  ləğv 
edərik, həm də çarın tapşırığına əməl olunardı. Qoy Puş-
kin nə fikirləşir, fikirləşsin. Qoy onun üçün hələlik əlverişli 
vəziyyət  yaransın.  Darıxma,  Dantes.  İşlərimizi  bir  qədər 
sahmanlayaq, Hollandiyaya səfərqabağı səni öz məqsədinə 
çatdıracam. Mən hər vasitə ilə Natalini ələ almağa çalışa-
cam ki, o, səninlə xaricə getməyə razılıq versin. Bununla da, 
sən öz rəqibin Puşkindən intiqam alarsan, həm də Nataliylə 
öz xoş əyləncələrini bir daha davam etdirərsən. Bu işi mən 
öz üzərimə götürürəm. Buna əmin ola bilərsən. 
Dantes (öz-özünə): Aman Allah, nə iş idi mən düşdüm. 
Kaş heç bu rus torpağına ayağım düşməyəydi. N.Natalini 
görəydim,  nə  də  ki  Yekaterina  ilə  evlənməyə  məcbur 
ediləydim.  Mənim  üçün  sərbəst  yaşamaq,  istədiyim  kimi 
hərəkət etmək dünyalar qədər xoşdur. İndi mən nə etmə-
liyəm,  Yekaterina  Qoncarova  kimi  üzünə  baxanda  ətimi 
çimçəşdirən qarımış bir saray xanımı ilə evlənməliyəmmi? 
Onunla  bir  tavanın  altında  yaşamağı  belə  təsəvvürümə 
gətirəndə  düşdüyüm  vəziyyət  mənim  üçün  həm  gülünc-
dür həm də acınacaqlı. Aman Allah, taleyin nə qəribə işləri 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə