Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

66
ləriniz də hökmdarlığınız da tərifəlayiqdir. Lakin indi mən 
neyləməliyəm, bu məşum duelin baş tutmaması üçün hansı 
vasitələrə əl atmalıyam? Əmr edin, sizin göstərişinizlə hər 
bir  zəhmətə  qatlaşmağa  hazıram.  Təki  bu  dueli  ləğv  edə 
bilək. 
Nikolay: Cənab Hekkeren, A.S.Puşkinlə Dantes arasın-
da baş verə biləcək duel məsələsinin çox sadə və asan bir 
yolu vardır. Bu yolun təməli isə artıq əvvəlki söhbətimizdə 
qoyulmuşdur. İndi yalnız siz bu əməliyyatı inkişaf etdirib 
başa  çatdırmalısınız.  Siz  əməliyyatı  müvəffəqiyyətlə  bşa 
çatdıra bilsəniz, o zaman duel də öz-özünə ləğv ediləcəkdir. 
İndi isə gəlin bu əməliyyatın hərəkət istiqaməti ilə sizi tanış 
edim. Bir də onu qeyd edim ki, bütün bunlar xarici ölkənin 
bir nümayəndəsi kimi yalnız sizin şərəfinizi qorumaq üçün 
edilir. Eşidin mən Dantesə A.S.Puşkinin baldızı Yekaterina 
Qonçarova ilə evlənməyi təklif etdim. Bu, heç də təsadüfü 
deyildir.  Cənab  Hekkeren,  siz A.S.Puşkinin  yanına  gedib 
ona belə deyərsiniz. ”Siz deyəsən Dantesi duelə çağırmaqda 
yanlış  düşünmüşsünüz.  Onun  bu  evə  gəlişi,  N.N.Puşkina 
ilə olan söhbətləri yalnız baldızınız Yekaterina Qonçarova 
haqdadır. Axı, Dantes onu sevir, onunla evlənmək istəyir”. 
Cənab Hekkeren, siz bütün bunlara onu hökmən inandırma-
lısınız. O zaman o, doğurdan da hadisələrin bu cür cərəyan 
etdiyini düşünər və duel çağırışını geri götürər. Bu isə bizim 
üçün  ən  yaxşı  nəticə  olar.  Bir  də  heç  vaxt  unutmayın  ki, 
aramızda olan bu söhbətlərdən kimsə xəbər tutmamalıdır. 
Hekkeren:  Hökmdarın  necə  də  ağıllı  düşünmək  və 
mühakimə etmək qabiliyyəti var. Mən sizin mühakimələriniz 
qarşısında baş əyirəm. Siz məni böyük bir bəladan xilas et-
diniz.  Əgər  bu  duel  baş  tutsaydı,  mən  öz  Dantesimi  belə 
itirə bilərdim. Sizdən çox-çox razıyam. Sağlıq olsun Hol-


67
landiyaya  qayıdanda  sizin  necə  ağıllı,  müdrik  bir  çar  ol-
duğunuzu  orada  hamıya  bildirəcəm.  Qoy  hər  yerdə  sizin 
şöhrət və şərəfiniz uca olsun. Bütün məsləhətlərinizi isə öz 
səy və bacarığımla yerinə yetirməyə çalışaram. Çalışaram 
ki, mənə etibar etdiyiniz iş müvəffəqiyyətlə nəticələnsin və 
bu işin ədalətli və müsbət nəticələri sizin verdiyiniz ağıllı 
məsləhətlərin bir növ mükafatı olsun. 
Nikolay:  Çalış  dediklərim  yadından  çıxmasın.  Əgər 
müvəffəqiyyətlə hərəkət edib Puşkini inandıra bilsən, duel 
ləğv olunacaqdır və bununla da siz öz nüfuz və şərəfinizi 
qoruyub saxlayacağınıza əmin ola bilərsiniz. Hər bir imkan-
dan səmərəli istifadə edin, heç bir vasitədən yapışmaqdan 
çəkinməyin.  Lazım  gələrsə  müəyyən  çətinliklərin  aradan 
qaldırılmasında  Bekkendorfa  da  müraciət  edə  bilərsiniz. 
Xudahafiz. 
(Hekkeren çarın xeyr-duası ilə gedir)
Nikolay öz taxtında əyləşib düşüncələrə dalmışdır.
Nikolay  (öz-özünə):  Ax  həyat,  həyat...  Hökmlüyəm, 
qərarlıyam, hamı mənim qarşımda baş əyir. Ancaq nə fay-
dası,  nəhayət  ki,  bir  yaşamlıq  ömür  payını  başa  vur  və 
bu  dünyadan  köçünü  sür.  Hərdən  oturub  öz-özümə  sual 
verirəm axı insanlar dünyaya nə üçün gəlirlər? Fikirləşirəm, 
düşüncələrim  məni  çox-çox  uzaqlara  aparır.  Lakin  tutarlı 
bir cavab tapa bilmirəm. Bundan sonra yenə də düşünürəm, 
yaxşı  neyləmək  olar,  indi  ki,  dünyaya  gəlmişik  onda  heç 
olmasa bu dünyaya təmiz ürəklə, təmiz vicdanla yanaşmaq 
mümkündür?  Öz  keçmiş  əməllərinə  nəzər  saldıqda  qəl-
binə, şəxsiyyətinə, mənliyinə ləkə sala biləcək, ləkə gətirə 
biləcək  bir  hadisəylə  üzləşməyəsən,  bu  olarmı?  Yenə  də 
fikirləşirəm. Bax, mən Rusiya kimi böyük bir ölkənin ça-


68
rıyam,  nəinki  Rusiya,  hətta  dünyanın  bir  çox  ölkələrində 
hökmüm keçir. Xəzinəmdə çoxlu brilyantım, qızılım, daş-
qaşım  var.  Ümumiyyətlə,  hər  kəsdən  daha  çox  ürəyim 
istəyən kimi hərəkət edə bilirəm. Lakin həyatımda elə anlar 
olur ki, bütün bunların heç birisinin mənə köməyi olmur. 
Həmin o ürəyim istəyən şeyləri, bütün bunlarla dəyişmək 
mümkün olmur. Məsələn, kimdəsə qibtə etdiyin cəsarətlə, 
içdən gələn sevgi, məhəbbətlə, böyük ürəklə, ümumiyyətlə, 
insanın bəzən sənə əlçatmaz görünən saf daxili hissləriylə. 
Bəzən, oturub öz-özümə düşünəndə hiss edirəm ki, dünya-
da məndən rəzil və alçaq adam yoxdur. Mənə bir nümunə 
kimi baxaq, əldə etdiyim bu cəhd-cəlalın hamısı, yalnız və 
yalnız zor-güc və hiylə ilə əldə edilmişdir. Əgər, bax indinin 
özündə birinə zor göstərməsəm, digərinə hiylə gəlməsəm, 
ümumiyyətlə götürdükdə siyasət işlətməsəm, bir gün də öz 
çarlığımda qala bilmərəm. Ona görə də, təbəələrimə baxan-
da belə hesab edirəm ki, kimin ki, yığdığı var-dövlət tutduğu 
vəzifə və zəhmətin müqabilində bir qədər artıqdır, demək, 
o şəxsin vicdanı ləkəlidir. O, rüşvətxordur, əliəyridir, oğru-
dur, quldurdur. Lazım gəlsə lap baş kəsər. Çünki həddindən 
artıq var dövlət eldə etmək və əldə saxlamaq üçün müxtəlif 
fırıldaqlar etməlisən, hiylə işlətməlisən, yalan satmalısan. 
Hər  türlü  vasitələrlə  zülm  etməyi  bacarmalısan.  Lakin 
onu  da  qeyd  etməliyəm  ki,  bütün  bu  düşündüyüm  hallar 
məndə çox nadir hallarda, həm də bir neçə anlıq baş ve-
rir. Çünki var-dövlət, mənsəb və şöhrət əldə etmək o qədər 
şirindir  ki,  belə  şeyləri  düşünməyə  heç  vaxt  qalmır.  Elə 
götürək A.S.Puşkinlə Dantes arasında baş verə biləcək duel 
məsələsini. Hansı hansını məhv etdi mənim nəyimə lazım. 
Heç onlar hər ikisi dünyaya gəlməsəydi mənim üçün daha 
xoş olardı. Lakin indi ki, onlar dünyaya gəliblər və araların-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə