Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
    Bu səhifədəki naviqasiya:
  • Nikolay

62
rı xatırlatmaqda məqsədim heç də sizin nəzərlərinizi tarixi 
hadisələr üzərinə yönəltmək deyildir. Məqsədim öz geniş 
şöhrətinə  orta  əsirlərdə  malik  olmuş  duel  məsələsini  bu-
günkü  rus  tarixindən  birdəfəlik  silməkdir.  Elə  buna  görə 
də  A.S.Puşkin  tərəfindən  Dantesin  çağırıldığı  duel  baş 
tutmamalıdır, çoxdan vaxtı keçmiş qüsurlu bir adət kimi. 
Duel  insanların  gözündən  düşməlidir  qərarlı  sağlam  ruh-
lu  hərəkətlərimizlə.  Gözdən  düşməlidir  sonluğu  ölümlə 
nəticələnən, hamının nifrət etdiyi bir didişmə kimi. Bəli, baş 
tutmamalıdır.  Qoy  bilsinlər  ki,  Nikolay  qan  tökülməsinin 
tərəfdarı  deyildir.  Qoy  bilsinlər  ki,  Nikolay  ölümə  nifrət 
edir. 
Hekkeren: Hökmdar, mən sizin fikirlərinizlə tamamilə 
şərikəm. Axı vaxtı keçmiş bir adət-ənənə nə üçün də yaşa-
sın? Axı, nə üçün qan tökülsün, adam öldürülsün? Yox, yox, 
bütün bunlar nifrət ediləcək bir haldır. Sizin sözləriniz çox 
doğrudur. Əsil hökmdar heç vaxt öz ölkəsində qan tökülməsini, 
insanların  bir-biri  ilə  didişməsini,  bir  birinin  həyatına  qəst 
etməsini istəməz. Siz, çox doğru buyurursunuz. 
Nikolay: Cənab Hekkeren, bu gənc Dantesin bəzi “coş-
qun” hərəkətləri mənim lap çox xoşuma gəlir. Elə buna görə 
də onun bu təsadüfi hadisədən gələcək taleyi bir qayğıkeş 
insan  kimi  məni  də  maraqlandırır.  O  gəncdir,  qüvvətlidir 
gözəldir, lakin belə təsadüfi hadisələr onun gələcək həyatını 
korlaya bilər. Ona görə də onun gələcək taleyində həlledici 
bir dönüş yaratmaq istəyirəm. Cənab Hekkeren, siz yəqin 
ki, A.S.Puşkinin baldızı, N.N.Puşkinanın bacısı, saray xa-
nımı Yekaterina Qonçarovanı tanıyırsız?
Hekkeren: Bəli, hökmdar tanıyıram. Bütün ən yaxşı kü-
bar dairəyə məxsus əlamətləri öz üzərində cəmləşdirə bilən 


63
bir saray xanımıdır. Biz onunla ballarda, teatrlarda tez-tez 
rastlaşırıq. Həmişə də o bizim hörmət və ehtiramımızı sax-
ladığı kimi, biz də onun hörmət və ehtiramını saxlamışıq. 
Əlbəttə, çox yaxşı tanıyıram, hökmdar. 
Nikolay:  (Üzünü  Dantesə  tutub):  Dantes  yanıma  gəl, 
hökmdar  atanın  sənə  bir  tapşırığı  var.  Onu  yerinə  yetir-
məlisən. 
Dantes:  Hökmdarın  hər  bir  tapşırığını  yerinə  yetirməyə 
can başla hazıram. Təki hökmdarın tapşırığı yerinə yetirilsin. 
Nikolay: Elə isə Dantes, siz A.S.Puşkinin baldızı Yeka-
terina Qonçarova ilə evlənməlisiniz. Bir saray xanımı kimi 
o sizə layiqdir. Həm də, bu sənə Rusiyanın hökmdarı Niko-
layın tapşırığıdır. 
Hekkerenlə Dantes bir-biri ilə baxışırlar.
Hekkeren: Hökmdar, sizin bir qayğıkeş ata kimi, Dan-
tesin  həyatında  daha  müsbət  bir  dönüş  yaratmaq  üçün 
göstərdiyiniz  iltifatı  heç  vaxt  unutmayacağıq.  Unutmaya-
cağıq ki, Rusiyanın insanpərvər hökmdarı bizim kimi xırda 
köməkçilərinin işi ilə də maraqlanmağa vaxt tapır və onlara 
öz ağıllı məsləhətləri ilə yol göstərir. Biz sizdən çox razıyıq 
hökmdar. 
Nikolay  (Ciddi):  Dantes,  siz  niyə  danışmırsınız  olma-
ya... (susur). 
Dantes: Hökmdar, sizin tapşırığınız mənim üçün əmrdir. 
Mənim haqqımda çox böyük lütfkarlıq göstərdiniz. Arzum 
budur  ki,  heç  vaxt  nəzəriniz  bizim  üstümüzdən  əskik  ol-
masın. Nə qədər ki, sağam, sizin bu yaxşılığınızı xatırla-
yacağam.  Unutmayacağam  ki,  mənim  gələcək  həyatım 


64
üçün  mənə  ən  gözəl  yolu  Rusiyanın  müdrik  hökmdarı, 
insanpərvər çar Nikolay göstərmişdir. 
Nikolay: Mən əmin idim ki, bu işə ürəkdən razı olacaq-
sınız. Kamil və düşüncəli olan şəxs ona təklif edilən xeyr 
işdən boyun qaçırmaz. Siz bu işə öz razılığınızı bildirməklə 
bir  daha  mənim  könlümü  şad  etdiniz  və  öz  ləyaqətinizi 
bir  daha  ucaltdınız.  Bəli,  mən  hadisələrin  belə  cərəyan 
etməsinə  əmin  idim.  İndi  isə  Dantes,  siz  gedə  bilərsiniz, 
mənim isə atan Hekkerenlə bir qədər söhbətim var. (Dantes 
xudahafizləşib gedir). 
Nikalay: Cənab Hekkeren, öz aramızdır, Dantesin son 
zaman  hərəkətlərində  yol  verilən  nöqsanlar  çoxdur.  Mən 
heç  də  onun  kiminsə  qadınına  yaxın  olub  onun  ərinin 
heysiyyətini tapdaya biləcək münasibətini nəzərdə tutmu-
ram. Dantes ona görə düzgün yol seçməmişdir ki, məhz o, 
N.N.Puşkina ilə münasibətlərini gizli saxlaya bilməmişdir 
və  ona  görə  də  onu  həmin  qadının  əri A.S.Puşkin  duelə 
çağırmışdır.  Dueldəki  vuruşun  səbəbi  ilə  əlbəttə  ki,  bü-
tün  cəmiyyət  maraqlanacaqdır  və  məsələ  aydın  olduqda 
kimliyindən  asılı  olmayaraq,  bütün  saray  xanımlarının 
heysiyyəti tapdalanacaqdır. Bu isə bütün yüksək dairəli kü-
bar  cəmiyyətinə  o,  cümlədən  bu  cəmiyyətin  başçısı  kimi 
mənim özümə belə ləkədir. İndi sənə aydın oldumu, Dan-
tesin öz ehtiraslarını cilovlaya bilməməsi, ən əsası isə onu 
gizli saxlaya bilməməsi ucbatından nələr baş verə bilərdi? 
Başa düşürsənmi? Dantes hələ gəncdir, siz isə cənab Hek-
keren, artıq xeyli dünyagörüşünə maliksiniz. Heç olmasa, 
siz bütün bu hadisələrin bu cür inkişaf etməsinin qarşısını 
alaydınız, Dantesə bəzi məsləhətlər verəydiniz. Fikirləşin, 
gör bir necə hərəkət etmisiniz ki, iş duelə dəvət olunmaq 
dərəcəsinə qədər yüksəlmişdir. Heç sizin kimi uzun illəri 


65
yola  salmış,  ağıllı,  dünya  görmüş  bir  şəxsdən  gözləniləsi 
hal deyildir.
Hekkeren:  Hökmdar,  çox  doğru  buyurursunuz,  mən 
də  öz  səhvimi  boynuma  alıram.  Gərək  Dantesdən  bəzi 
dəyərli məsləhətlərimi əsirgəməyəydim. Çalışaydım ki, iş 
bu dərəcəyə qədər yüksəlməsin. Mən öz səhvimi boynuma 
alıram. Məsləhət verin hökmdar, bundan sonra necə hərəkət 
edəcəyim barədə məsləhət verin. Necə edim ki, buraxdığımız 
səhvlər bir də təkrarlanmasın. Məsləhət verin, hökmdar. 
Nikolay: Cənab Hekkeren, mənim çalışdığım odur ki, 
A.S.Puşkinlə Dantes arasında duel məsələsi baş tutmasın. 
Duel həm vaxtı çoxdan keçmiş pis bir adət, həm də ölüm 
kabusudur. Məlumdur ki, çox hallarda dueldə vuruşan iki 
nəfərdən biri hökmən ölməlidir. Təsadüflərə bel bağlamaq 
olmaz.  Cənab  Hekkeren,  bu  iki  nəfərdən  biri  sizin  oğlu-
nuzdur  axı.  Bir  də  ki,  Hollandiya  kimi  inkişaf  etmiş  bir 
dövlətin nümayəndəsi üçün yaramaz ki, dueldə vuruşsun. 
Özü də Rusiyada, Nikolayın hökmranlıq etdiyi bir ölkədə. 
Mən buna heç vəchlə yol vermərəm, cənab Hekkeren. Mən 
Rusiyada çarlıq etdiyim dövrdə lap ilk əvvəldən hansı bir 
dövlətin nümayəndəsi olmasından asılı olmayaraq, həmişə 
bu  nümayəndələrin  qorunmasına,  toxunulmazlığına  çalış-
mışam. Bunun üçün tək mən yox, siz də çalışmalısınız ki, 
təmsil etdiyiniz ölkənin nüfuzunu öz şəxsi fəaliyyətinizlə 
aşağı salmayasınız, həmişə təmsil etdiyiniz ölkənin nüfuzu-
nu qaldırasınız. Bu, həm də sizin vətəndaşlıq borcunuzdur, 
cənab Hekkeren. 
Hekkeren:  Hökmdar,  sizin  sözlərinizlə  tamamilə şəri-
kəm. Mühakimələriniz düşünülmüş və ağıllıdır. Həyat yal-
nız belələrindən öz xoşbəxtliyini əsirgəmir. Sizin məsləhət-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə