Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

48
kifayətləndim. Nataliyaya pərəstişkarlıqda mən mühakimə 
edilən  bir  şey  görmürəm,  bir  şərtlə  ki,  bu  pərəstişkarlıq 
Nataliya  N.Puşkinanın  özünə,  onun  daşıdığı  ada  hörmət 
dairəsindən  kənara  çıxmasın.  O  gün  Karamzinlərin  təşkil 
etdikləri balda Dantes özünü çox mənfur bir rolda aparır-
dı.  Məncə  başqasının  qadınını  ələ  almaq  üçün  müxtəlif 
vasitələrdən istifadə etmək fikrinə düşmək belə ən böyük 
alçaqlıqdır.  Dantes  isə  bu  alçaqlığı  açıq-açığına  hamının 
gözü qarşısında edirdi. Doğrudur, Natali bir qədər sadə və 
şöhrətpərəstdir.  Onun  bu  əxlaqi  naqislikləri  olduğu  üçün 
onunla  bilə-bilə  beləmi  rəftar  edilməlidir?  Onun  bu  zəif 
cəhətindən istifadə etmək də kişilikdən sayılarmı? Başqa-
sının qadınına göz tikmək, onunla əlaqəyə girməyə çalış-
maq,  birinci  növbədə,  həmin  qadının  ərini  təhqir  etmək 
deməkdir. Özün düşün, bütün bunları mənə də aid etmək 
olar.  Mən  belə  bir  təhqirə  dözə  bilərəmmi?  Bu  yaşayış 
mənim həyatımı əbədilik zəhərləməzmi? Əks təqdirdə, mən 
özümü kişi saya bilərəmmi? Yox, yox, mən bütün bunlara 
heç vəchlə dözə bilmərəm, dözə bilmərəm, cənab Solloqub. 
Biz  Danteslə  dueldə  təkbətək  döyüşməliyik.  Yoxsa  mən 
özümü kişi saymaram. Bu da əksər saray adamlarının təşkil 
etdiyi kübar dairəli şəxslər arasında baş qaldıran hiylə və 
məkrin  bir  növü. Anlayırsanmı?!  Başqasının  qadınını  ələ 
almağa çalışmaq... 
B.Solloqub: Alçaqlıqdır... Ən böyük alçaqlıqdır, cənab 
Puşkin.  Başqasının  həyatını  zəhərləmək,  başqasının 
mənliyini təhqir etmək özünün alçaq olduğunu sübut etmək 
deməkdir. 
A.S.Puşkin:  Elə  səni  də  bundan  ötrü  çağırtdırmışam, 
cənab Solloqub. Dantes tərəfindən mənə edilən bu alçaq-
lığın qarşısını almaq üçün mən onu duelə çağıraram. Sən 


49
də bu duel məsələsində Danteslə mənim aramda vasitəçilik 
etməlisiniz.  Buna  razısanmı?  Razısanmı  bir  namərdi 
cəzasına çatdırmaq üçün siz də bir qədər xidmət göstərmiş 
olasınız? Razısanmı, bir nadürüst yer üzündə yaşamasın? 
De görüm bütün bunlara razısanmı, cənab Solluqub. 
B.Solluqub: Əlbəttə ki, bir namərdi yer üzündən azalt-
maq  üçün  mən  sizə  hər  cür  xidmət  göstərməyə  hazıram. 
Lakin bu məsələyə bir qədər ciddi və dərindən yanaşmaq 
lazımdır, cənab Puşkin. Məsələnin hər iki tərəfini fikirləşin, 
axı duel məsələsində ölüm məsələsi var və bu mənfur kabus 
sizi də izləyə bilər. Bütün bunları fikirləşmişsinizmi?
A.S.Puşkin: Doğru buyurursuz, cənab Solluqub, məsələ 
tamamilə başqa şəkil də ala bilər. Bu məni heç də qorxut-
mur. Axı aralıqda şəxsi təhqir məsələsi var. Bu isə mənim 
üçün ölümdən də betər və dözülməzdir. Mənim üçün öm-
rüm boyu bu dözülməz əzabları çəkə-çəkə yaşamaq daha 
betər olardı. Bundansa vuruşmaq yaxşıdır. Ya ölmək, ya da 
yaşamaq. Özü də alnı açıq üzü ağ yaşamaq. Həyatın o anı 
sənin üçün gözəl və xoş görünər ki, sən səadətin getdikcə 
yaxınlaşdığını duyasan və hiss edəsən. Hiss edəsən ki, öm-
rünü daha gözəl və xoş anlarla başa vura bilərsənmiş, bu 
yaşayışı əldə etmək üçün öz həyatınla belə riskə girməyə 
dəyərmiş. İndi mən də belə bir vəziyyətdəyəm, cənab Sol-
luqub. Səadət anları yaxınlaşmaqdadır, lakin görək aman-
sız əcəl buna imkan verəcəkmi mənim əziz dostum. Əgər 
dueldən  sonra  yaşamaq  mənə  qismət  olsa,  özümü  çox 
xoşbəxt sayardım. 
B.Solluqub: Əlbəttə, mən istəməzdim ki, sən Danteslə 
dueldə təkbətək döyüşə girəsən. Bu sənin öz həyatınla riskə 
girməyin deməkdir. Lakin bir halda ki, bu duel məsələsinin, 
belə  hesab  edirsən  ki,  sənin  həyatının  bundan  sonrakı 


50
mərhələsində yaşayışın üçün çox böyük əhəmiyyəti vardır, 
belə  olan  təqdirdə  mən  Danteslə  sənin  aranda  vasitəçilik 
etməyi öz üzərimə götürərəm. Qoy tale sənə yar olsun. Mən 
səninlə əvvəllər bir yazıçı kimi tanış olmuşdum. İndi isə bir 
dost kimi sənə hər cür xidmətlər göstərməyə hazıram. 
A.S.Puşkin:  Bütün  bu  hərəkətləriniz  üçün  mən  sizə 
minnətdaram, cənab Solluqob. Həyat məni çox böyük bir 
amansızlıqla  öz  həyatımla  risk  etməyə  çağırır.  Bu  riskin 
nəticəsindən asılı olmayaraq mən özümü artıq xoşbəxt hiss 
edirəm. Hiss edirəm ki, ürəyimi dəlib deşən sözlər, təhqirlər 
eyni müqavimətlə artıq onları yaradan öz günahkar sahibinə 
çatdırılacaqdır. Həyat etdiyi qəbahətlər üçün heç kəsi bağış-
lamır. Bu bir həqiqətdir. 
Dantesin mənzili. Dantesle Solloqub söhbət edirlər.
B.Solloqub: Cənab Dantes, sizi bir vacib məsələ üçün 
narahat etməliyəm və bu məsələyə açıq gözlə baxdıqda onu 
həyatla  ölümü  birləşdirən  bir  körpü  kimi  təsəvvür  etmək 
olar.  Daha  çox  hisslər  informasiyası  ilə  əhatə  olunan  və 
bu  hissləri  duyan  şəxslər  asanlıqla  təyin  edə  bilər  ki,  in-
sanı  həyəcanlandıra  biləcək  hər  söz  mümkünsə  yerində 
və  imkan  daxilində  həddində  deyilməlidir.  Əks  təqdirdə, 
daha artıq mənfi emosiyaya səbəb ola bilər. Ona görə də 
deyəcəyim sözlərlə əlaqədar olaraq bütün bunları sizə xa-
tırlatmağı  özümə  borc  bilirəm.  Çünki  söhbət  bəşər  tarixi 
yaranandan  bəri  insanı  maraqlandıran  hisslərin  hələ  də 
birincilərindən sayılmayan insan taleyi barədə gedir. Və bu 
söhbət deyənin və aid olanın kimliyindən asılı olmayaraq, 
öz hədd çərçivəsini gözləməlidir. 
Dantes: Cənab Solloqub, doğurdan da şair ki, şair. İna-
nırsınızmı ki, siz öz gözəl hiss və ifadələrinizlə doğurdan 
da həyəcanlanmağa başlayan qəlbimə elə xoş ilıqlıq yay-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə