Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

58
bu sahədə inqilabi fikirləri olan yazıçıların da təkanverici 
və böyük rolu göz qabağındadır. Bildiyimiz kimi, belə inqi-
labi  əhval-ruhiyyəli  yazıların  müəlliflərinin  ən  qabaqcıl 
nümayəndələrindən də biri A.S.Puşkindir. İndiki vəziyyətdə 
də  elə  əlverişli  bir  şərait  yaranmışdır  ki,  Puşkin  Dantesi 
duelə çağırmışdır. Əlbəttə ki, duel qaydalarına görə birinci, 
ilk atəşi Dantes atmalıdır, çünki o, Puşkin tərəfindən duelə 
dəvət olunmuşdur. Beləliklə, demək olar ki, əgər müəyyən 
təsadüflər qeydə alınmazsa, Dantes birinci atəş açacağına 
görə aydındır ki, özü üçün qələbənin yetmiş faizini təmin 
etmişdir. Beləliklə, biz A.S.Puşkini bu yolla aradan götürə 
bilsək, mövcud quruluşumuz üçün təhlükə yarada biləcək 
bir şəxsi asanlıqla aradan qaldırmış olarıq. Bu isə əlbəttə ki, 
çar taxt-tacının qorunması üçün yaranmış təhlükənin qarşı-
sını almaq məqsədilə edilmiş bir iş olardı. 
Nikolay:  Cənab  Bekkendorf,  jandarm  rəhbəri  hər 
sahədə biliyə malik olmalıdır. Xüsusilə ərazi cəhətdən bö-
yük, əhali cəhətdən müxtəlif etnik qruplara malik bir ölkədə 
o, siyasəti daha dərindən öyrənməli və bilməlidir. Siz isə 
çox  təəssüf  ki,  siyasətdə  çox  da  mahir  deyilsiniz,  cənab 
Bekkendorf. Doğrudur, sizin mülahizələrinizdə bir həqiqət 
vardır. Söhbətinizi də dolayısı ilə hərləyib gətirdiniz və fik-
rinizin əsasını təşkil edən inqilabçı bir şairin ölümü üçün 
çalışdığınızla bağladınız. Çox doğrudur. Mən Puşkin kimi 
inqilabçı  bir  şairin  sıradan  çıxarılmasından  çox  məmnun 
olardım.  Lakin  bu  hələlik  mümkün  deyildir,  cənab  Bek-
kendorf: Mümkün deyildir... Sual oluna bilər, niyə? Birin-
cisi ona görə ki, biz Rusiyanın diplomatik münasibətlərini, 
əlbəttə ki, başqa ölkələri nəzərdə tuturam, təsadüflərin ixti-
yarına buraxa bilmərik. Siz isə bayaq özünüz qeyd etdiniz 
ki, əgər təsadüflər nəzərə alınmazsa, Dantes öz qələbəsinin 


59
70%-ni əvvəlcədən təmin edə bilər. Bu bir. İkincisi isə Puş-
kinin inqilabi əhval-ruhiyyəli şerləri geniş xalq kütlələrinin 
mənəviyyatına  hələ  qətrə-qətrə  hopur.  Əgər  sizin  dedi-
yiniz  kimi,  Puşkin  dueldə  öldürülsə,  o  zaman  öz  sevimli 
şairlərinin  öldürüldüyünü  görən  xalq  birdən  ayağa  qalxar 
və  o  zaman  onların  aşıb-daşan  qəzəbinin  qarşısını  almaq 
çətin olar. 
Bekkendorf:  Əlahəzrət,  mən  sizin  söylədiklərinizlə 
tamamilə  şərikəm.  Cəsarət  edib  qarşınızda  düzgün  olma-
yan fikirlərimi bildirdiyim üçün də məni bağışlayın (Xaç 
çəkir).  İsa  sizi  hifz  eləsin.  Bir  müdrik  məsləhətçi  kimi 
kölgəniz  bizim  üstümüzdən  əskik  olmasın.  Əgər  siz  öz 
məsləhətlərinizlə  məni  bu  fikirdən  daşındırıb  doğru  yola 
dəvət etməsəydiniz, gör Rusiyada necə bir qarma-qarışıqlıq 
yaranacaqmış. Sizdən çox razıyam ki, məni qəflət yuxusun-
dan oyatdınız. Çox razıyam... 
Nikolay: Cənab Bekkendorf, insan gərək öz düşüncələri 
vasitəsi ilə dünyada baş verən hadisələri bir-biri ilə əlaqə-
ləndirməyi  və  bir  birindən  ayırmağı  bacarsın.  Yoxsa 
məhdud  düşüncəylə  dünyada  insandan  qeyri  digər  yaşa-
yan canlıların səviyyəsinə enmiş olarıq. Bu isə insan öv-
ladı üçün yad olmalıdır. Ona görə də bir işi görməmişdən 
əvvəl onun sonunun nə ilə nəticələnə biləcəyi ehtimalı ilə 
də maraqlanmaq lazımdır. Əks təqdirdə, insan qazanılması 
çətin olan hörmətini, şöhrətini və sərvətini itirə bilər. Bütün 
bu xüsusiyyətlərin itirilməsi isə sinfi mübarizənin getdiyi 
hər  hansı  bir  quruluşda  yaşayan  insan  üçün  məhv  olmaq 
deməkdir. Belə bir yolla hərəkət etmək isə ağılsızlıqdır. Ona 
görə də biz bütün bunları nəzərə alıb orta əsirlər dövrü üçün 
xarakterik olan duel məsələsindən hökmranlıq etdiyim ölkə 
daxilində qəti imtina etməliyik və belə bir işə şərait yara-


60
danları isə cəzalandırmalıyıq. Bu, Rusiyanın hökmdarı Ni-
kolayın əmridir və aidiyyəti idarə rəhbərləri, o, cümlədən 
cənab Bekkendorf sizin üçün isə mənim tərəfimdən verilən 
bir tapşırıqdır. 
Bekkendorf  (Yaltaq  bir  ciddiyyətlə):  Əlahəzrət,  sizin 
tapşırığınız bizim üçün bir əmrdir. Həm hökmdar kimi, həm 
də müdrik bir məsləhətçi kimi. Çalışaram imkan daxilində 
sizin müdrik məsləhətlərinizlə işıqlandırılmış aydın və düz-
gün yoldan kənara çıxmayım. 
Nikolay:  Cənab  Bekkendorf,  sizə  iltifat  göstərilib, 
Ru siya  kimi  böyük  bir  ölkədə  jandarm  rəhbəri  vəzifəsi 
həvalə olunmuşdur və bu vəzifəni daşıyan kəsə çox geniş 
bir səlahiyyət dairəsindən istifadə etmək imkanı verilmiş-
dir. Çalışmaq lazımdır, həddindən artıq çalışmaq lazımdır. 
Xəfiyyələrin  sayını  artırmaq,  hər  kiçik  xırda  hadisələrlə 
dərindən  maraqlanmaq  lazımdır  ki,  öz  fəaliyyət  sahənin 
imkanlarından  səmərəli  istifadə  edə  biləsən.  Sizin  üçün, 
ümumiyyətlə,  hər  bir  kəs  üçün  gün  kimi  aydın  olmalıdır 
ki, hər bir kiçik hadisə böyük hadisələrin baş verməsi üçün 
ilk başlanğıcdır. Öz fəaliyyət sahəni elə nizama sal ki, bir 
də xoşagəlməz hadisələr baş verməsin. Bir də həmişə ya-
dında yaxşı saxla ki, hər bir xoşagəlməz böyük hadisələrin 
qarşısını almaq üçün onunla əvvəlcədən mübarizə aparmaq 
lazımdır. 
Bekkendorf: Mən əlahəzrətin müti qulu, onun müdrik 
göstərişlərini həmişə yadımda saxlayacağam və ona canla 
başla xidmət edəcəyəm (Gedir). 
Nikolay taxtda əyləşmişdir. O, Hekkeren və 
Danteslə söhbət edir.


61
Nikolay: Cənab Hekkeren, Hollandiya kimi inkişaf et-
miş qabaqcıl bir ölkənin nümayəndələrinə böyük hörmətim 
vardır. Hərçənd, bu ölkədə 1566-cı ildə ilk burjua inqila-
bı  baş  vermişdir.  Sizə,  bizimlə  sıx  əlaqələri  olan  ölkənin 
nümayəndələri  kimi,  hər  bir  vaxt  iltifat  göstərməyə  hazı-
ram. Lakin təəssüflər, çox təəssüflər ki, bəzən belə hörmətə 
layiq şəxslərlə kimsələr arasındasa xoşagəlməz hadisələrin 
baş  verə  bilməsi  ehtimalı  qeydə  alınır.  Qeydə  alınmış  bu 
ehtimal isə heç də yaxşı əlamət deyildir, cənab Hekkeren. 
Hekkeren:  Hökmdar,  insan  həmişə  yaxşı  əlamətlərin 
üzə çıxmasını istər. Heç kəs istəməz ki, nə vaxtsa təsadüfən 
etdiyi düzgün olmayan bir hərəkətini görən və ya hiss edən 
olsun və əgər həmin şəxs öz düzgün olmayan hərəkətlərinin 
hiss  edildiyini  duyursa,  əgər  o,  əsil  insansa,  etdiyi  səhvə 
görə hətta duyulmasa da belə, öz vicdanı qarşısında xəcalət 
çəkməlidir. Düzdür, Dantesin hərəkətlərində öz mənliyinə 
xələl gətirəcək bir naqislik duymasam da hərəkətlərindəki 
bir  qədər  açıq-saçıqlığına  və  bir  qədər  sərbəstliyinə  qarşı 
öz mənfi münasibətimi bildirmişəm. Hökmdar, bütün bun-
lar isə onun gəncliyi və bir də mərkəzi Avropa şəhərində 
təhsil alması ilə əlaqədardır. Lakin Dantes həmişə özündən 
böyüklərin  ağıllı  məsləhətlərinə  qulaq  asmışdır.  Əminəm 
ki, indi də o, sizin bir hökmdar kimi, bir məsləhətçi kimi 
dediyiniz sözlərdən müsbət nəticə çıxaracaqdır və bir daha 
lazım olmayan hərəkətlərin təkrarına yol verməyəcəkdir. 
Nikolay:  Mən  də  buna  əminəm,  cənab  Hekkeren.  Biz 
xoşbəxtik  ki,  öz  əvvəlki  sələflərimizə  nisbətən  tarixin 
daha  yeni  bir  dövründə  yaşayırıq  və  gələcək  nəsillərdə 
bununla özlərini xoşbəxt sayacaqlar. Tarixin təkərləri irəli 
getdikcə insanların bir-birlərinə münasibətlərində bəzi qü-
surlu cəhətlərin sıradan çıxması da labüddür. Bütün bunla-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə