Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

44
hərəkətini izləyib ona qəfil zərbə vur  mağa hazırlaşan mənfur 
kabus. Bir də ki, sadəsən, həddindən artıq sadə. Həddindən 
artıq  sadəlövhlük  də  əx laqa  naqisliklər  gətirə  bilər.  Mən 
səni həmişə bu mənfi hisslərin daimi və gizli zərbələrindən 
qorumalıyam.  Görə sən,  bunu  bacaracağammı?  Natali,  ta-
leyimin  nurlu  ulduzu,  səni  əbədilik  sevəcəyimə  əminəm. 
Sənə  əbədilik  özümü  sevdirə  biləcəyəmmi?  Bircə  bu  ar-
zumun  da  həyata  keçdiyini  görsəydim  öz  xoşbəxtliyimə 
tamamilə inanardım. (O, Nataliyə nəzər salır. Nataşa Dan-
teslə  pıçıltı  ilə  söhbət  edir).  (Puşkin  daha  da  qısqanclıq-
la). Bu yaramaz Danteslə deyəsən biz bu baldan sonra ilk 
dəfə dueldə görüşəcəyik. Bayaqkı mazurka rəqsi, Natalinin 
yanaqlarındakı  qızartılara,  açıq  sinəsinə  vəhşi  və  ehtiras-
lı  nəzərlər  Danteslə  məni  dueldə  qarşılaşdırmaya  bilməz. 
Yox-yox, mən öz sevdiyim qadınımın başqası ilə gizli pıçıl-
tılarına və ehtiraslı baxışlarına dözə bilmərəm. Bilmərəm... 
bilmərəm... 
J.Dantes (Artıq Natali ilə pıçıltılarına ara vermişdir və 
öz düşüncələrinə dalmışdır). Bu əyləncəli həyatın qarşıma 
çıxan şirin qismətlərindən heç vaxt boyun qaçırmamışam 
və boyun qaçırmayacağam da. Taleyimin qisməti məni Pe-
terburqa gətirmişdir. Mən hələlik nə qədər ki, burada ya-
şayıram, öz mövqeyimi qorumalı və qüvvətləndirməliyəm. 
Bunun üçün isə kübarların təşkil etdikləri ballarda yüksək 
hörmətli və ləyaqətli, daimi diqqət mərkəzində olan gözəl 
bir  qadınla  əlaqəyə  girmək  heç  də  pis  olmazdı.  Bu  mü-
vəq qəti  tanışlıqla  həm  də  bütün  kübarların  diqqətini  öz 
üzərimdə cəmləmiş olaram, həm də bu tanışlıqla öz mövqe-
yimi  daha  da  möhkəmləndirərəm.  Səhv  etmirəmsə,  ata-
lığım Hekkerenin mənə tanış olmağı məsləhət bildiyi qa-
dın  Puşkina  da  heç  də  istifadə  etməyə  çalışdığım  vasitə 


45
üçün  pis  nümunə  deyildir.  Onda  həm  mənim  axtardığım 
məziyyətlər, həm də tezliklə onu ələ almaq üçün həddindən 
artıq  sadəlövhlük  və  şöhrətpərəstlik  hissləri  vardır.  Elə 
buna görə də, mən yalnız ondan istifadə etməliyəm. Onu 
yoldan çıxarıb müvəq qəti əlaqəyə girməliyəm. Yaxşı yerinə 
düşmüş  imkandır.  Bu  imkanı  əldən  verməməliyəm.  Əks 
təqdirdə, mübarizə apardığım məqsədə çatmamaqda yalnız 
özümü günahkar bilməliyəm. Nəticəsindən asılı olmayaraq, 
pis və ya yaxşı bir məqsəd uğrunda mübarizə aparırsansa, 
deməli, öz daxili hisslərin üzərində hökmranlıq edib onla-
rı bir nöqtəyə cəmləşdirə bilməlisən. Əgər bu mübarizədən 
hər  hansı  bir  səbəb  üzündən  daxilən  geri  çəkilirsənsə, 
deməli, özün öz hisslərin üzərində nəzarət edə bilmirsən və 
sənin məğlubiyyətin labüddür, sənsə buna layiqsən. Əgər 
sən bu məğlubiyyətə layiqsənsə, deməli mənən heçsən və 
bu ulu dünyada başqa şüursuz varlıqlar kimi, bir neçə üzvi 
kimyəvi birləşmələrdən başqa bir şey deyilsən. 
N.N.Puşkina (O da xəyala dalmışdır və öz-özünə): Qa-
dınam...  Gözəl,  qəşəng,  ehtiraslı  bir  qadın.  Bütün  kübar 
məclislərdə  –  ballarda,  teatrlarda  diqqət  mərkəzindəyəm. 
Ərim  var.  Özü  də  məni  həddindən  artıq  sevir.  Tale  məni 
əzabkeş  yaratmamışdır  –  qara  camaatdan  ayırmışdır.  Bu-
nun üçün taleyim qarşısında da minnətdaram. Bu əyləncəli 
həyatın  şənlik  məclislərində  qayğısız  bir  kəpənək  kimi 
rəngbərəng  qanadlarımı  açıb  oynayır,  gülür,  şənlənirəm. 
Xoşbəxtəm. Xoşbəxtliyimsə məni daha əlçatmaz zirvələrə 
səsləyir.  Daha  dumanlı  və  cəlbedici  arzulara  qovuşma-
ğa çağırır. Ax həyat... həyat... Bir də ki bu xarici səfərlərə 
getmək arzusu məni lap divanə etmişdir. Fransaya səyahət, 
Paris kübarları ilə tanışlıq necə də gözəl olardı. Puşkini də 
heç  vəchlə  xaricə  səfər  etməyə  razı  sala  bilmirəm.  Belə 


46
olsa  mən  yalnız  Peterburqdan  başqa  bir  şəhəri  səyahət 
edə bilməyəcəyəm. Bütün arzularım puç olub gedəcək, öz 
gözəlliyimi və gəncliyimi heçə çevirəcəyəm. Aman Allah, 
yoxsa mən Puşkini atıb Danteslə xaricə gedim. Axı o, mənə 
demişdi ki, sən Puşkini atıb mənimlə olsan xaricə səyahət 
edərik və mən səni Puşkindən də çox sevər və əzizləyərəm. 
Mən  isə  ona  nə  hə,  nə  də  yox  dedim.  İlahi,  indi  görəsən 
mən nə edim? Bütün həyatımı, gəncliyimi və gözəlliyimi 
taleyinmi ixtiyarına buraxım? Bir də axı nə üçün?
(Artıq vaxt keçirdi. Bal sona çatırdı. Qonaqlar 
dağılışmaq üçün bal sahibindən icazə istəyirdilər).
Jukovski:  Əzizim,  Yekaterina  Andreyevna  və  Sofiya 
Karamzina bizi bir yerə toplayaraq dost-tanışla görüşdürüb 
feyzyab etdiyiniz üçün sizə minnətdarıq. Arzum budur ki, 
tale bizi belə məclislərdə tez-tez görüşdürsün. 
Yekaterina Andreyevna: Məsləhət sizindir, cənab Ju-
kovski və əziz qonaqlar. Öz xoş qədəmlərinizlə məclisimizə 
təşrif gətirməyiniz bizi çox sevindirdi. 
Sofiya  Karamzina:  Bugünkü  məclis  sizin  üçün  təşkil 
olunmuşdur. İstədiyiniz vaxta kimi əyləşə bilərsiniz. 
(Qonaqlar ev sahibləri ilə xudahafizləşib dağılışırlar)
İkinci şəkil
(Puşkinin evi.O, sadə və zövqlə bəzənmiş iş otağında 
şair B.Solloqubla söhbət edir).
A.S.Puşkin (Yarı zarafat, yarı ciddi): Cənab B.Solloqub, 
deyəsən xalq maarif naziri S.S.Uvarovu çar yalnız senzura-


47
ya rəhbərlik etməyə göndərəndə duyub ki, rus ədəbiyyatında 
da inqilabi əhval-ruhiyyəli fikirlər oyanmaqdadır. 
B.Solloqub  (Təəssüflə):  Senzuranı  bu  qədər  ciddi-
ləşdirmək  doğurdan  da  ədəbiyyatımızın  inkişafına  böyük 
zərbədir. Lakin bir qədər dərindən düşünəndə hiss edirsən 
ki, senzuradan kecməyən hər hansı bir “yaxşı” əsər onsuz da 
geniş xalq kütlələri içərisində hər hansı bir yolla yayılır. Bu 
baxımdan özünü bir qədər arxayınlaşmış hiss etmək olmaz-
mı? Əks təqdirdə, bizim senzura rəhbərinə təsir göstərməyə 
gücümüz çatarmı?
A.S.Puşkin (Düşüncəlidir): Bu iş doğurdan da çox cid-
di məsələdir. Rus yazıçılarının bəzi əsərlərinin senzuradan 
keçməməsi,  əlbəttə  ki,  kəskin  fikirlər  qoyulduğuna  görə, 
onları  həm  kənardan,  həm  də  yalnız  mətbuat  vasitəsi  ilə 
izləyən oxucular, azsavadlı şəxslər üçün gözdən salmış olar, 
eləcə də biz yazıçıları ehtiyac girdabına atmış olar. Bütün 
bunlar çox ciddi narahatlıqlar törədən məsələlərdir, cənab 
B.Solluqub. Elə götürək mənim özümü. “Lupullun sağal-
masına  “qəsidəsini  senzuradan  keçirərkən  S.S.Uvarov  nə 
isə duyub çara çatdırmışdı və car da bu məsələ ilə əlaqədar 
jandarm  rəhbəri  A.X.Bekkendorfu  çağırtdırıb  onunla 
söhbət etdikdən sonra Bekkendorf məni ciddi şəkildə töh-
mətləndirdi. Yaxud da bir çox əsərlərimin qadağan edilməsi, 
o  cümlədən  “Sovremennikdəki” Aleksandr  Radişev”  adlı 
məqaləmin qadağan olunması mənim maddi ehtiyaclarıma 
da  təsir  etməyə  bilməzdi.  Bütün  bunlar  mərkəzdə,  saray 
adamları sayılan kübar dairəli şəxslər içərisində qarışıqlı-
ğın, məkrin və hiylənin hökm sürdüyünə bir nişanədir. Bəzi 
saray  adamları  müxtəlif  sahələrdə  öz  hədlərini  aşmaqda-
dırlar. 1837-ci ilin əvvəlində Natali barədə aramızda olan 
söhbət yəqin ki, yadındadır. O zaman mən sənin izahlarınla 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə