Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

40
J.Dantes:  Paytaxtın  gözəl  xanımlarından  biri  kimi  si-
zinlə çoxlarının maraqlana biləcəyinə şübhə etmirəm. La-
kin unutmayın ki, sizin barənizdə mənim qəlbimdən keçən 
hisslərin təlatümü bəlkə də pərəstişkarlarınızın birlikdə ke-
çirdiyi hisslərin təlatümündən güclü və yenilməzdir. 
N.N.Puşkina.  Mənimlə  çoxlarının  maraqlana  biləcəyi 
barədə  dediyiniz  sözlərin  doğruluğuna  şübhə  etmirəm. 
Lakin  mənə  qarşı  hisslərinizin  güclülüyü  və  yenilməzliyi 
barədə  düşüncələrinizi  bir  qədər  dəyişməlisiniz.  Unutma-
yın ki, məni sevən kəslərdən biri də ərim A.S.Puşkindir ki, 
hisslər dəryasının səyyahıdır. Məgər siz məni Puşkin qədər 
sevə və əzizləyə bilərsinizmi?
J.Dantes: Mən öz gənclik dövrümə Hollandiya ilə Pe-
terburq  arasında  səfərə  çıxdığım  zaman  başlamışam.  Bu 
illər ərzində hələ indiyədək heç kəs məni özünə cəzb edə 
bilməmişdir bir nəfərdən başqa. O da sizsiniz, madam Na-
tali. Orasını da bilməlisiniz ki, mən Puşkin kimi şair təbiətli 
olmasam da vurğunu olduğum gözəli sevib əzizləməyi ba-
carıram. 
(Bu  vaxt  qonşu  otaqda  mazurka  rəqsi  səslənir.  Rəqs 
etmək istəyənlər qonşu otağa daxil olurlar). 
J.Dantes: Heç xaricdə olmusunuz madam Natali?
N.N.Puşkina. Xeyr, cənab Dantes. Elə istərdim ki, xa-
ri ci ölkələrə səyahət edim. Oranın insanlarını onların həyat 
şərait lərini görmək mənim lap çoxdankı arzumdur (Bir az 
incikliklə). Lakin Puşkin heç də bu arzumu həyata keçir-
məyə  çalışmır.  Düzdür,  paytaxtda  –  Rusiyanın  mərkəzi 
şəhəri  olan  Peterburqda  yaşayırıq.  Ancaq  xarici  ölkələri 
bir səyyah kimi gəzib dolanmaq bunun fövqündə çox-çox 
yüksəkdə durur, cənab Dantes. 


41
J.Dantes:  Mən  sizin  bu  arzunuzu  həyata  keçirərəm. 
Əgər siz də mənim arzumu həyata keçirsəniz – mənim siz-
dən  istəyimi  rədd  etməsəniz  və  mənimlə  xaricə  getsəniz. 
Mən sizi sevər və əzizlərəm. Puşkindən də artıq, ondan da 
şirin və ehtirasla, Natalican. Deyin, siz buna razısınızmı?
N.N.Puşkina (Qıpqırmızı pörtür və susur). 
J.Dantes:  Mənim  Hollandiyada  gözəl  mülklərim  və 
xeyli sərvətim var. Biz orada istədiyimiz tərzdə yaşayar və 
xoş gün keçirərik, bir daha fikirləş. 
 N.N.Puşkina (öz-özünə): Rus qadınları sadə və təmiz 
qəlbli  olurlar.  Mən  isə  deyəsən  bir  qədər  şöhrətpərəstəm. 
Ax...  bu  şöhrətpərəstlik  hissi  görəsən  mənə  hardandır. 
Qorxuram... qorxuram bu hiss məni axırı öz əsirinə çevirə. 
J.Dantes:  Hə,  Natali  fikirləşdinmi?  Mənimlə  xaricə 
gedirsənmi? 
(Bu  vaxt  mazurka  rəqsi  sona  yetir  və  oynayanlar  stol 
arxasına keçirlər. Natali və Dantes də onların içərisindədir. 
Stol ətrafında isə ümumi söhbət gedir). 
Yekaterina Andreyevna (Yarı ciddi yarı zarafat): Heyf 
ki,  yaş  ötür,  fiziologiyamızla  mənəviyyatımız  arasında 
təzad yaranır. Yoxsa bu mazurka rəqsindən heç vaxt doy-
mazdım. İnsanı həyata bağlayan tellər zəiflədikcə, həyatın 
şirinliyini  daha  da  dərindən  duyan  cismimizin  hərəkətini 
tənzimləyən  hisslərimiz  üçün  daha  da  əlçatmaz  görünür 
bu yaşantı. Bu tellər bir zaman hər hansı bir təbii zərurət 
nəticəsində  qırılsa  belə,  heç  bu  zərurətin  özünü  qabaqca-
dan hiss edə bilmirik (Dərindən ah çəkir və üzünü cavanla-
ra tutur). Heç olmazsa, siz cavanlar həyatın qızıla bərabər 
olan hər anından səmərəli istifadə edin, yaş ötdükcə yaşa-
maq üçün sizə verilən bir parça ömür payınızdan itən anlara 
təəssüflənməmək üçün. 


42
Hekkeren: Müxtəlif ölkələrdə səyahətdə olmuş şəxslər 
üçün ayrı-ayrı xalqların həyat tərzlərindəki fərqləri sezmək 
o qədər də çətin deyildir. Ona görə də mən ilk dəfə Rusiya-
ya qədəm qoyanda bu xalqın da kübar dairələri içərisində 
hökm sürən adətləri duydum və anladım. Paytaxt kübarla-
rının Avropanın ən mədəni şəhərlərinin kübarlarından geri 
qaldığını demək, əlbəttə ki, düz olmazdı. Lakin necə olma-
sa düzələsi mümkün olan xırda çatışmazlıqlarla rastlaşmaq 
mümkündür ki, bunları da, əlbəttə, hər bir kübar ailə üçün 
gedilməsi zərurət olan bir sıra xarici səfərlər zamanı alınmış 
təəssüratlarla aradan qaldırmaq olar. Qoy bu balda iştirak 
edən şəxslərin bəziləri heç də məndən inciməsinlər, əlbəttə 
ki,  bir  qonaq  kimi  (O,  Danteslə  ani  baxışaraq)  mən  hiss 
edirəm  ki,  şəxsən  paytaxt  kübarlarının  ən  hörmətlilərinin 
iştirak  etdikləri  bu  balda  hələ  də  xarici  səfərlərdə  iştirak 
etməyən kəslər də vardır. (Bu vaxt Natali də Puşkinin üzünə 
ani bir nəzər salır və onların baxışları toqquşur). Qoy bu 
kəslər yubanmadan imkan düşdükcə Parisə, Berlinə, Vya-
naya səfər etsinlər. 
A.S.Puşkin:  Xarici  ölkələrə  səyahət  etmək  doğrudur, 
insanı  mənəvi  cəhətcə  bir  qədər  zənginləşdirər,  cisma-
ni  cəhətcə  bir  qədər  gümrahlaşdırar,  lakin  bir  insan  kimi 
yetişmək  üçün  Rusiyanın  hər  nöqtəsi,  o  cümlədən  Peter-
burq özü də heç də əlverişsiz deyildir. Əsil bir insan kimi 
hərtərəfli yetişmək üçün xarici səfərlərə meyl etməkdənsə 
öz daxilindəki ləkələri yumaq məncə daha gözəl olardı. 
J.Dantes: Cənab Puşkin bir qədər bundan əvvəl xanım 
Yekaterina Andreyevna çox gözəl qeyd etdi ki, “Yaş ötdükcə 
yaşamaq üçün bizə verilən bir parça ömür payımızdan itən 
günlər  üçün  təəssüflənməyək”.  Çox  gözəl  sözlərdir.  Do-


43
ğurdan da bu sirli dünyada bizə qalan yalnız xoş gəzintilər 
və xoş güzəran olacaqdır. Həyatını nə qədər rəngarəngliklə 
keçirsən ömrün bir o qədər şənliklər içərisində davam edər. 
Səadət və xoşbəxtlik həmişə səni izlər. 
A.S.Puşkin: Lakin bir vaxt şənliklərdə və səyahətlərdə 
keçən  günlərin  yeknəsəqliyi  bizi  izləyən  zaman  yaşa-
maqdan da bezdiyimizi unutmamalıyıq. Unutmamalıyıq ki, 
biz insanıq, ən ali varlıq olan insan. İnsan üçün isə həyatının 
yeknəsəqliklər içərisində keçdiyindən darıxdırıcı və bezdi-
rici bir şey ola bilməz. Öz gündəlik fəaliyyətindən də həzz 
ala-ala yaşamaqdan da gözəl bir şey varmı?!
N.N.Puşkina (Danteslə baxışaraq onun fikri ilə razılaş-
dığını bildirir). Doğrudur biz insanıq, gündəlik fəaliyyəti-
mizdən  həzz  almalıyıq,  lakin  xoş  gəzinti  və  şənliklərdən 
də  bezmək  mümkündürmü?  Yaşamaq,  öz  həyat  tərzini 
ürəyin istədiyin şəkildə qurmaq heç də həyata yeknəsəqlik 
gətirməz. 
A.S.Puşkin:  Öz  həyat  tərzini  ürəyinin  istəyindən  ası-
lı  olaraq  qurmaq  həyatını  və  həyatı  əyləncəyə  çevirmək 
deməkdir.  Ürəyin  istəyinə  elə  yanaşmaq  lazımdır  ki,  bu 
istək nəcib və saf insana xas olan xüsusiyyətlərdən kənara 
çıxmasın (Sükut çökür, hamı xəyala dalır). 
A.S.Puşkin  (Son  dərəcə  qısqanc  halda  düşünür).  Ax 
Natali...  Natali...  mən  səni  nə  qədər  sevirəm.  Gözəl sən. 
Mə nim üçün həddindən artıq gözəlsən. Ruhuma, qəl bimə 
uyğun xarici görünüşün vardır. Lakin həyata baxış larımız, 
düşüncələrimiz  arasındakı  fərq  böyükdür.  Sən  şöhrət-
pərəstsən və şıltaqsan. Budur, sənin mənfi xüsu siyyətlərin, 
mənə yad hisslərin. Gec-tez bu hisslərin böhranında toqqu-
şacağıq.  Bu  hisslərdir  bizi  bir-birimizə  bağ layan  tellərin 
gəmiriciləri.  Bizim  yaşantımızın  hər  hansı  bir  ehtiyatsız 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə