Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

69
da belə bir hadisə baş verib bax dərindən düşündükdə bunun 
mənə həddindən artıq ziyanı dəyə bilər. Birincisi, ona görə ki, 
Dantes Hollandiyanın Rusiyadakı səfirliyinin nümayəndəsi 
Hekkerenin oğulluğudur. Əgər Dantes Puş kinlə duelə çıx-
sa, Hollandiya kimi böyük və güclü bir döv lətlə ölkəmiz 
arasında münaqişə baş verə bilər. Bu isə mənim taxt-tacım 
üçün  də  qismən  də  olsa  təhlükədir.  Elə  məhz  buna  görə 
də,  bu  münaqişənin  baş  verməməsi  xatirinə  mən  bu  duel 
məsələsinə qarışmalı, onun ləğv olunmasına çalışmalıyam. 
Göründüyü kimi, canlı şəxslərin ölə biləcəyi ehtimalı məni 
heç də maraqlandırmır. Yalnız və yalnız bu təqdirdə Hol-
landiya ilə münasibətlərimizin pisləşə biləcəyi və bundan 
da dünya dövlətlərinin də duel məsələsinin hələ də bizdə 
qaldığı fikrinin daha da qabaracağından narahatçılıq məni 
müəyyən addımlar atmağa vadar edir. Bax, bu da bir dövlət, 
böyük  mənsəb  sahibi  olan  bir  şəxsin  yürütdüyü  siyasətin 
bir növü. İkincisi, bu duel məsələsi baş tutarsa, məlumdur 
ki, A.S.Puşkin də həyatla birdəfəlik vidalaşa bilər. Rusiya-
da azadlıq ideyalarını yayan, rus xalqını öz inqilabi əhval-
ruhiyyəli fikirləri ilə mövcud yoldan yayındıran, hazırkı çar 
üsuli-idarəsinin düşməni olan bir şəxsin məhvi, əlbəttə ki, 
mənim üçün xoş olardı. Lakin əfsuslar, çox əfsuslar ki, real 
hakimiyyət üçün yaxşı nəticə verə bilməz. Mən əminəm ki, 
əgər duel baş tutsa və A.S.Puşkin dueldə öldürülsə, üsyan 
etmiş  rus  xalqının  coşub-daşan  qəzəbinin  qarşısını  almaq 
çar generalları üçün çox çətin olacaqdır. Yəni çar taxt-tacı 
üçün təhlükə törədəcəkdir. Elə buna görə də yenə siyasətə 
əl atmaq lazım gəlir ki, bu məşum duel baş tutmasın və öz 
hədsiz qəzəbləri aşıb-daşan üsyançı rus xalqı ilə üzləşmək 
lazım gəlməsin. Üçüncüsü, bu duel məsələsi baş tutarsa, ge-
niş xalq kütlələri vuruşun nə üçün baş verdiyi ilə təbiidir ki, 


70
maraqlanacaqlar... Bu isə şəxsiyyətindən, kimliyindən ası-
lı olmayaraq, N.H.Puşkinanın şəxsiyyətində bir saray xa-
nımının heysiyyətinin tapdanması deməkdir. Bu isə bütün 
işlərdən daha betər bir rüsvayçılıq olardı. Zahirən də olsa 
saray xanımlarının şərəfi, nüfuzu və hörməti mövcud qay-
da-qanun çərçivəsindən kənara çıxmamalıdır. Əks təqdirdə, 
biz gülünc vəziyyətə düşə bilərik. Elə məhz mən buna görə 
də Dantesə Yekaterina Qonçarova ilə evlənməyi tapşırdım. 
Birincisi, Puşkinin fikirlərini əsas məsələdən yayındırmaq 
üçün. İkincisi, saray xanımı N.N.Puşkinanın heysiyyətinin 
tapdalanmamağı  üçün.  Bax  bu  da  siyasətin  bir  növü. 
Üçüncüsü,  bütün  bu  işlərə  öz  münasibətimi  bildirməklə, 
o  cümlədən  tabeliyimdə  olan  şəxslərə  müəyyən  yollar 
göstərməklə özümü hökmdarlıqdan əlavə qayğıkeş bir ata 
kimi, müdrik bir məsləhətçi kimi də qələmə verirəm. Bu isə 
təbəələrimdə mənə qarşı hörmət və ehtiramdan qeyri bir şey 
yarada bilməz. Əvəzində isə hər iki tərəfdən mən qazanmış 
olaram. Bir tərəfdən, ona görə mən qazanıram ki, çarlığım, 
taxt-tacım üçün təhlükə törədəcək bir məsələni ləğv edirəm. 
Digər tərəfdən, ona görə qazanıram ki, özümü adil bir hökm-
dar, ağıllı, müdrik bir məsləhətçi kimi göstərirəm. Təbiidir ki, 
bu da yenə də mənim taxt-tacımın qorunmasına xidmət edir. 
Və  ona  görə  də  bütün  bu  işləri  görərkən  müxtəlif  hiylə  və 
tədbirlər işlətdiyim üçün bəzən yalnız öz halal çörəyini yeyən 
sadə, təmiz və vicdanlı insanlara qibtə edirəm. 


71
ÜÇÜNCÜ PƏRDƏ
Hekkeren öz otağında oturub tənha halda 
düşüncələrə dalmışdır.
Birinci şəkil
Hekkeren  (öz-özünə):  Gör  hadisələrin  cərəyanı  öz 
gün dəlik  həyatımızda  necə  bir  qarmaqarışıq  vəziyyət  ya-
ratmışdır. Ax... insan öz gələcək həyatının nə ilə nəticələ-
nəcəyini qabaqcadan bilsəydin. Heç olmasa müəyyən xoşa-
gəlməz hadisələrin qarşısını almaq üçün müəyyən tədbirlər 
görərdin. Əfsuslar... çox əfsuslar olsun ki, bu mümkün de-
yildir. Sən bir işə bax, Hollandiyadan Rusiyaya bir dövlət 
nümayəndəsi  sifəti  ilə  gəlib  burada  duelə  çıxasan.  Kim 
bundan sonra Dantesin həyatının təhlükəsizliyinə təminat 
verə bilər. Əlbəttə ki, duel baş tutarsa, heç kim. Məhz elə 
buna görə də çalışmaq, bir iş görmək lazımdır. Mən indi öz 
bacarıq və səylərimi imkan daxilində elə səfərbərliyə alma-
lıyam ki, onlardan tam səmərəliliyi ilə istifadə edə bilim. 
A.S.Puşkinlə görüşmək nə isə heç mənim ruhumu açmır. Elə 
bil ki, nə isə mənim daxilimdə bütün varlığımı çəngələyib 
sıxır.  Bəlkə  də  bütün  bunlar  hamısı  mənim  görüşqabağı 
həyəcanlarımdan irəli gəlir. Lakin bu heç də yaxşı əlamət 
deyildir.  Mən  Puşkinlə  ballarda,  teatrlarda  bir  neçə  dəfə 


72
görüşmüşəm. Onun gözlərində insanlara qarşı səmimiyyət 
və düz ilqarlılıq oxunur. Elə bütün ümidlərimi də onun bu 
safqəlbliliyinə  bağlamışam.  Deyirlər  axı  şairlər  safqəlbli 
olurlar.  Hiss  olunur  ki,  Puşkin  də  belələrindəndir.  İndi 
mən onu inandırmalıyam, onun saflığından, təmizliyindən 
istifadə  edib  onu  inandırmalıyam  ki,  siz  səhv  etmişsiniz, 
mən  çox  üzr  istəyirəm,  Dantesi  Natali  ilə  görüşməkdə 
təqsirləndirməyin,  axı  o,  Qonçarovanı  sevir.  Onlar  yalnız 
Yekaterina barədə söhbət edirlər. Aman Allah... keç mənim 
günahlarımdan, gör nə çirkinliklərə əl atıram. Birisinin gü-
nahlarını ört-basdır etməkdən ötrü, digərinin təmizliyindən 
və saflığından bir iblis kimi istifadə edirəm. Aman Allah, 
keç mənim günahlarımdan... 
Puşkin öz otağında oturub tənha düşünür. 
A.S.Puşkin:  Elə bil ki, bu dünya kimi öz daxili hisslərimin 
arasında da təzad və toqquşma yaranmışdır. Hisslərimin bir 
qismi öz sevimli Natalimi müdafiə edir, digər qismi isə on-
dan üz döndərir. Mən Natalinin təmizliyinə və saflığına ina-
nıram. İnanıram ki, onun Danteslə əlaqəsi yalnız bir qədər 
açıq-saçıqlığı  ilə  rəsmiyyətdən,  nəzakət  çərçivəsindən 
kənara  çıxır.  Bəlkə  də  bütün  bu  hərəkətlərin  düşüncəsiz 
hərəkət olduğunu ona başa salmaq, onu düzgün yola qaytar-
maq olar. Lakin məni təhqir edən Dantesin namussuzluğu-
dur. O, Natalinin ərli olduğunu bilə-bilə onu öz əqidəsindən 
dönməyə, düzgün yoldan yayınmağa təhrik edir. Müxtəlif 
vasitələrlə onu şirikləndirir. Bax mənə ən çox təsir edən bu-
dur. Məhz elə buna görə də mən Dantesi duelə çağırmışam. 
Ya onu orda it kimi gəbərtməli, ya da kütlə qarşısında alnı 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə