Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

77
də  təhqir  olunmuş  hesab  et”.  Əks  təqdirdə,  Dantes  belə 
bir  vəziyyətə  düşərdi.  Həyat  insanlara  baş  verə  biləcək 
hadisələri düşünmək üçün ağıl, seyr etmək üçün isə göz ver-
mişdir. Dantes əgər belə bir yanlış, düşüncəsiz hərəkətə yol 
verərsə, demək o, bu gözəl məziyyətlərdən məhrum olma-
lıdır. Bu isə hətta çox azğın şəxslərdə nadir hallarda təsadüf 
edilən  bir  hadisədir.  Cənab A.S.Puşkin,  mən  Dantesi  heç 
də  bir  övlad  kimi  müdafiə  etmək  fikrində  deyiləm,  Doğ-
rudur, mən özüm də müxtəlif şənliklərdə və mərasimlərdə 
Dantesin N.N.Puşkina ilə dostanə pıçıldaşmalarının şahidi 
olmuşam. Bu pıçıltılarda sizin söylədiyiniz kimi “başqa bir 
münasibətin” olduğunu hiss etməmişəm. Bu dostanə pıçıl-
tıların isə səbəbi mənə aydındır. Buna əmin ola bilərsiniz, 
bu yalnız saf bir sevgi hissinin həyata keçməsi üçün edilən 
məqsədəuyğun bir təşəbbüsdür. 
A.S.Puşkin: Cənab Hekkeren, mən sizi başa düşmədim. 
Nə dostanə pıçıltılar, nə saf bir sevgi üçün məqsədəuyğun 
bir  təşəbbüs.  Bütün  bunlar  nə  deməkdir?  Axı  kim  kimi 
sevir?  Danışın,  cənab  Hekkeren,  danışın,  artıq  mən  dözə 
bilmirəm, danışın. Qoy həyatın mənim üçün aydın olmayan 
yeni bir qəribəliyi ilə də tanış olum, tez danışın. 
Hekkeren: Cənab A.S.Puşkin, bir qədər səbir edin. Gö-
rünür bu hadisənin səbəbkarlarının ya səhlənkarlıqlarından, 
ya da görünür məsələni gizli saxlamaq barədə bir-birlərinə 
verdikləri sözə görə bu işdən sizi xəbədar etməmişlər. İndi 
isə hadisələr elə cərəyan edib ki, bu işin baş tutub-tutma-
yacağından asılı olmayaraq, nəinki sizi deyəsən bir çoxla-
rını məsələdən xəbərdar etmək lazım gələcəkdir. Bir fikir 
ki, Allahdan gizli deyil onun bəndəsindən niyə gizli olsun? 
Mənim  oğlum,  Dantes  baldızınız,  N.N.Puşkinanın  bacısı 
Yekaterina  Qonçarovanı  sevir.  Onunla  evlənmək  istəyir. 


78
Elə məhz N.N.Puşkina ilə gizli pıçıltıları, şirin söhbətləri 
də bu məqsədlədir. Dantes Qonçarovlar ailəsinə Yekateri-
na barədə izdivac təklif etmək istəyir. Ona görə də, Natali 
vasitəsiylə öyrənmək istəyir ki, izdivac təklif edərsə, onu 
qəbul edərlərmi. Bax budur məsələnin əsas səbəbi, cənab 
Puşkin (susurlar). 
A.S.Puşkin  (öz-özünə):  Bu  qoca  əclafın  (Hekkerenə 
işarəylə)  görünüşü  heç  də  mənim  xoşuma  gəlmir.  Lakin 
onun dediklərini həqiqətə yozmaq olar. Kaş ki, bu qoca ib-
lisin  sözləri  doğru  olaydı.  Məni  bu  çıxılmaz  vəziyyətdən 
–  cəmiyyət  qarşısında  aldanmış  bir  ər  rolu  oynamaqdan, 
bütün  dedi-qodulardan,  çəkdiyim  dözülməz  əzablardan, 
əlimi qana batırmaqdan qoruyaydı (Sonra fikrə gedir). Yax-
şı əgər belə isə onda Natali bunu mənə niyə deməmişdir? 
(Və  qəflətən  bir  qədər  sevincək  halda).  Hə,  axı  bu  qoca 
əyyaş dedi ki, ola bilsin ki, onlar öz aralarında hələlik iş 
düzələnə  qədər  sirri  gizli  saxlamağa  and  içiblər.  Bu,  ola 
bilər. Deyəsən, mən yavaş-yavaş öz sevimli Natalimin gü-
nahsız olduğuna inanmağa başlayıram axı. Əgər belə olsa, 
onda gərək mən öz səhvimi boynuma alıb, öz həddini aşmış 
qısqanclığım  üçün  ondan  üzr  istəyəm.  Kaş  ki,  belə  olay-
dı. Aman Allah,  o  zaman  mən  öz  sevimli,  gözəl,  məsum 
Natalimlə  üzləşəndə  bəlkə  də  əbəs  yerə  düşdüyüm  bu 
vəziyyəti xatırlayıb necə də dözülməz əzablar çəkəcəyəm. 
Aman Allah... Bu qoca əbrəşin son sözləri mənim ürəyimə 
bir qədər toxtaqlıq verdi (Əlin alnına qoyub nəyi isə xatır-
lamağa çalışır). Hə... Dantes Qonçarovlar ailəsinə Yekate-
rina barədə izdivac təklif etmək istəyir. Ona görə də Natali 
vasitəsi ilə öyrənmək istəyir ki, əgər belə bir izdivac təklif 
edilsə, onu qəbul edərlərmi. Aman Allah, bu sözləri o qoca 
iblisin  dilindən  eşitdikdə,  sanki  susuzluqdan  təşnə  olmuş 


79
bağrıma soyuq bulaq suyu ilə sərinlik yayıldı. Yox... Yox... 
Mən inanıram, mən inanıram ki, mənim şıltaq Natalim nə 
qədər sadə, nə qədər şöhrətpərəst olsa da, öz namusunu al-
çaqlıq edib satmaz. Öz məhəbbətini özgə ayaqları altında 
rəhmsizcəsinə tapdalatmaz. Bəli, mən öz Natalimi lap ilk 
görüşümüzdən pak və məsum bir qız kimi tanımışam və o, 
mənim nəzərimdə yenə də öz əvvəlki paklığı və məsumluğu 
kimi də qalmışdır (Sonra üzünü Hekkerenə tutub). Cənab 
Hekkeren, deyəsən məsələ mənim üçün yavaş-yavaş aydın-
laşmağa başlayır. Demək, Dantes baldızım Yekaterina Qon-
çarovanı  sevirmiş.  Onun  Natali  ilə  pıçıltıları  da  elə  buna 
görəymiş. Bu işdən məni xəbərdar etməməklərində məqsəd 
isə  görünür  bu  sirri  hələlik  öz  aralarında,  müəyyən  bir 
məqam yetişənədək gizli saxlamaqmış. Elə deyilmi, cənab 
Hekkeren?
Hekkeren  (saxta  bir  ciddiyyətlə):  Cənab  A.S.Puşkin, 
mən sizi buna əmin edə bilərəm. Mən hadisələrin bu yolla 
inkişafında daha artıq bir səbəb görmürəm. Axı burda başqa 
nə səbəb ola bilər? Əgər Dantesin yerinə siz də olsaydınız öz 
şəxsiyyətinizin və nüfuzunuzun alçalmaması üçün izdivac 
təklif etdiyiniz bir ailənin yaxın adamlarından biri ilə əlaqə 
saxlamağa çalışardınız ki, etdiyiniz izdivac təklifinə nə cur 
münasibət bəsləndiyini öyrənəsiniz və təbiidir ki, bu sirri 
də müəyyən vaxtadək gizli saxlamaq istəyəcəkdiniz. Buna 
görə də, siz bütün bu işlərdən ötrü nə Dantesi, nə də Natali-
ni günahlandırın. Onların məqsədi yalnız iki ürəyi bir-birinə 
birləşdirmək olmuşdur. Məgər siz heç sevməmişsiniz?
A.S.Puşkin:  Cənab  Hekkeren,  məsələ  doğurdan  da 
yalnız  siz  düşündüklərinizdən  ibarətdirsə,  mən  öz  baldı-
zımla  Dantesin  evlənməsinə  etiraz  etmirəm.  Deyin,  o  öz 
izdivacını Qonçarovlar ailəsinə təklif etsin. Mən sizi əmin 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə