Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

104
li? Hər şey, hər şey sənin bir kəlmə sözündən asılıdır. Mən 
öz həyatımı sənə etibar edirəm. Mənimlə birləşməyə razılıq 
ver, bax bu saat hara istəyirsən, səninlə lap dünyanın o, ba-
şına yaşamağa gedək, mən razıyam. Bizdən sonra dalımızca 
nə  danışırlar  danışsınlar,  nə  deyirlər  qoy  desinlər.  Təki  sən 
mənimlə həmişəlik bir yerdə ol. Mənim Hollandiyada xeyli 
varidatım  var.  Sizi  əmin  edirəm  ki,  dünyanın  hər  hansı  bir 
yerində istəsəniz gözəl bir malikanə tutub səni bir qızılgül 
kimi bəsləyəcəm. Təki sən razılıq ver. Təki sən hə de. 
N.N.Puşkina  (öz-özünə):  Yox... Artıq  mən  həyata  bir 
əyləncə kimi baxmıram. Cənab Dantes, sizin söylədiyiniz 
sözlər artıq mənim üçün yaddır. Əsil bir insan kimi, mənə 
öz təmiz və namuslu həyatım hər şeydən əzizdir. Tərəddüd 
anları  artıq  keçmişdir,  mənim  qəlbim  də,  məhəbbətim  də 
tamamilə Puşkinin ixtiyarındadır. Mən bu məhəbbətə heç bir 
vaxt xəyanət etmərəm. Xoşbəxtəm ki, belə təmiz və aydın 
bir yol tutmuşam (sonra üzünü Dantesə tutub). İndi isə cənab 
Dantes,  sizə  öz  son  və  qəti  fikrimi  bildirirəm.  Birdəfəlik 
məndən əl çəkin. Mən sizi sevmirəm, sevmirəm... Sizinlə 
yaşamaq  istəmirəm.  Mən  öz  ərim  A.S.Puşkini  ürəkdən 
sevirəm  və  ömrüm  boyu  da  ona  sadiq  qalacağam.  Artıq 
xarici ölkələri səyahət etmək marağım da sönüb getmişdir. 
İndi mən bu Rusiyanın ucsuz-bucaqsız çöllərini heç bir xa-
rici ölkəyə dəyişmərəm. Bax burada, Rusiyada həyatımdan 
zövq ala-ala, ərimə, övladlarıma nəvaziş və qayğı göstərə-
göstərə yaşamaq mənim üçün daha xoşdur. Mən rusam. Rus 
qadınları isə sadə və təvazökar olurlar. Çalışacağam ki, mən 
də rus qadını adının şərəfini qoruyum, bu ada layiq bir qa-
dın kimi hərəkət edim. İndi isə gedə bilərsiniz, cənab Dan-
tes. Və sizdən bir də xahişim budur ki, bir daha məni öz... 
sözlərinizlə narahat etməyəsiniz. Gedin... 


105
 
DÖRDÜNCÜ PƏRDƏ
Birinci şəkil
Nikolay öz taxtında əyləşmişdir. Otaq çara layiq bir 
təmtəraqla bəzənmişdir. Nikolay A.S.Puşkinlə söhbət edir. 
Nikolay: Cənab A.S.Puşkin, rus dövləti böyükdür, onun 
sərhədləri hüdudsuzdur, lakin daha güclü bir dövlətin güc-
süz dövlətlər üzərində hökmranlıq etdiyi bir zamanda bi-
zim Rusiya heç də qabaqcıl dövlətlər sırasında deyildir. Bu, 
bir  çar  kimi  məni,  idarə  etdiyim  dövlətin  müqəddəratını 
düşünməyə vadar edir və bu ölkənin inkişafı üçün potensi-
al imkanlardan tam istifadə olunmamağından da çox nara-
hatam. Mən Rusiyanı qabaqcıl ölkələr cərgəsində görmək 
istərdim. 
A.S.Puşkin:  Rus  xalqı  mətin  və  mübariz  xalqdır.  La-
kin  həyatın  indiki  inkişafı  ilə  ayaqlaşmayan,  bəzən  insan 
ləyaqətinə ləkə gətirən keçmişin mənfur qalıqları onların bu 
mətinliyinə və mübarizliyinə qarşı bir buxov rolu oynayır. 
Mən cəsarət edib əlahəzrətdən xahiş edərdim ki, gələcəkdə 
onun  özü  üçün  də  ləkə  ola  biləcək  bu  mənfurluqlara  – 
kəndlilərin  torpağa  təhkim  olunması  kimi  daha  amansız 
cəza tədbirlərindən istifadə olunmasını, təhsil barədə ayrı-


106
seçkiliyə yol verilməsinə birdəfəlik son qoysun. O zaman 
rus xalqı daha sürətlə inkişaf edər. 
Nikolay: Bu mənim üçün aydın və nümunəsi olan bir 
yoldur. Mən bunu həyat təcrübəsində də sınaqdan çıxmış 
bir yol kimi bilirəm. Məsələn, 1566-cı ildə baş vermiş Ni-
derland  burjua  inqilabı,  1642-ci  ildə  baş  vermiş  İngiltərə 
burjua  inqilabı  və  1789-94-cü  illərdə  baş  vermiş  Fran-
sa burjua inqilabı buna misaldır. Onlar da təxminən sizin 
söylədiklərinizdən  bir  qədər  artıq  daha  yeni  qanunlar-
la  ölkənin  sürətlə  çiçəklənməsini  təmin  edən,  lakin  yeni 
dövlət aparatı ilə fəaliyyətə başlamışlar. Bu, ölkənin sürətli 
inkişafını  təmin  edən  bir  vasitə  olmaqla,  həm  də  mənim 
taxt-tacıma xələl gətirə biləcək bir vasitə olduğundan, heç 
vaxt məni qane edə bilməz. Biz qabaqcıl ölkələrə çatmaq 
üçün, birinci növbədə, öz taxt-tacımızın qorunması şərti ilə 
müxtəlif və daha səmərəli vasitələrdən istifadə etməyi ça-
lışmalıyıq. Elə vasitələrdən ki, monarxiyanı qoruyub saxla-
maqla siz ziyalıların istədiyi kimi Rusiyanın yüksək sürətli 
inkişafını təmin edə bilsin. 
A.S.Puşkin:  Rusiya  ən  müxtəlif  sahələrdə  qabaqcıl 
ölkələrdən  geri  qaldığı  kimi  elm  və  maarif  sahəsində  də 
qəna ətbəxş  göstəriciyə  malik  deyildir.  Doğrudur,  bir  sıra 
görkəmli  alimlərimizin,  elm  və  maarif  xadimlərimizin 
əməyini  qiy mətləndirməmək  mümkün  deyildir.  La-
kin  bütövlükdə  götürdükdə,  biz  hələ  elmi  biliklərin  ən 
müxtəlif sahələrində çox geridə qalmışıq. Unutmamalıyıq 
ki,  hər  hansı  bir  dövlətin  xalqının  inkişaf  səviyyəsi  onun 
elm  və  mədəniyyət  sahəsindəki  göstəriciləri  ilə  ölçülür. 
Bu  göstəricilər  üçün  isə  təməl,  bünövrə  yaradanları  yal-
nız  xalqın  içərisində  axtarmaq  lazımdır.  Bu  sahədə  ayrı 
seçkiliyə yol verib xalqı his sələrə parçalamaq özünü doğ-


107
rultmaz. Mən əminəm ki, əlahəzrəti bir dövlət başçısı kimi, 
daha siyasətçil və uzaqgörən bir çar kimi, Rusiyanın gələcək 
inkişafı düşündürür. İnkişaf üçün isə xalqı maarifləndirmək, 
onu elm və mədəniyyət aləmi ilə tanış etmək lazımdır. 
Nikolay: Cənab A.S.Puşkin, bir ziyalı sinfinin nüma yən-
dəsi kimi, sizi yalnız rus xalqının maariflənməsi sahəsindəki 
nailiyyətləri  düşündürür.  Lakin  bir  çar  kimi  mənim  üçün 
rus  dövlətinin  hərbi  gücü  maraqlıdır.  İndiki  zamanda  biz 
başqa dövlətlərdən üstün olmağı qarşımıza məqsəd qoyma-
lıyıq. Biz hərbi cəhətdən üstün olmadan nə hücum taktikası 
yeridə bilərik, nə də müdafiə oluna bilərik. Bu isə hal-ha-
zırda  düşmənlər  tərəfindən  qiymətləndirilə  bilinən  bizim 
başlıca mənfi xüsusiyyətimizdir. 
A.S.Puşkin: Əlahəzrət, bəs sizin fikrinizcə, Rusiyanın 
bu geriliyi çoxmu sürəcəkdir. Bir də, axı biz nə üçün başqa 
dövlətlər tərəfindən zərbə mövqeyinə çevrilək ki, zərbəyə 
də məruz qalaq. Əmin-amanlıq üçün dinclik ən yaxşı vasitə 
deyilmi?
Nikolay:  Cənab A.A.Puşkin,  mən  hiss  edirəm  ki,  son 
zamanlar rus dövləti daxilən sarsılmaq təhlükəsinə məruz 
qalmışdır. Rus mujikləri artıq öz hədlərini aşmaqdadırlar. 
Onların  Rusiyanın  müxtəlif  quberniyalarında  tez-tez  baş 
verən  qiyamları  artıq  məni  narahat  etməyə  başlamışdır. 
Mujik mujik olaraq qalmalıdır. O öz təhkim olduğu sahib-
karı  üçün  işləməli,  illərlə  yaşadığı  və  öyrəndiyi  öz  həyat 
tərzinə  uyğun  hərəkət  etməlidir.  Daha  onlar  qudurğanlıq 
edib  öz  ağalarının  dövlət  işlərinə,  siyasətlərinə  baş  qoş-
mamalıdırlar.  Dövlət  işlərini  idarə  etmək  yalnız  ağalara 
məxsusdur. Əgər biz ağalar onlarla bir qədər yumşaq rəftar 
etsək,  öz  dövlətimizi  daxilən  sarsıtmış  olarıq.  Bu  isə  on-
suz  da  geniş  ərazilərimizə,  məhsuldar  torpaqlarımıza  göz 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə