Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

91
Hekkeren: Bax, görürsünüzmü, xanım Natali, siz həm 
də təvazökarsınız. Qadınlara qarşı bütün müsbət gözəlliklər 
sizdə cəmləndiyi halda siz nə üçün başqasına qibtə edəsiniz. 
Sizin  yerişiniz  də,  duruşunuz  da,  görünüşünüz  də  hamısı 
gözəldir. Sizin lütfkarlıqla bəxş etdiyiniz gülüşləri, baxış-
ları,  xoş  sözləri  əsirgəmədiyiniz  şəxslərə  qibtə  edirəm, 
doğrusu  lap  paxıllığım  tutur.  Qadın  nə  qədər  düşüncəli, 
zərif və gözəl olsa, bir o qədər də fəhtediciliyə malik olar. 
Xoşbəxtsiniz ki, bu məziyyətlərin hamısı sizdə vardır. 
N.N.Puşkina:  Cənab  Hekkeren,  siz  nə  üçün  insanın 
səadətini  həmin  şəxsin  hamını  heyran  edə  biləcək  karye-
rasında  görə  bilirsiniz.  Məgər  bütün  məclisləri  öz  əlinə 
almağı  bacaran,  gözəlliyi  ilə  hamını  heyran  qoyan  şəxs 
xoşbəxtdirmi?!
Hekkeren:  Həyat  heç  də  hamını  biri-birinə  bərabər 
vəziyyətdə yaratmamışdır. Ona görə də hər kəs üçün bəzən 
əlçatmaz görünən xoşbəxtliyin də özünün müəyyən ölçüsü 
vardır. Yoxsul bir dilənçi üçün gündəlik tapacağı bir par-
ça  çörək  onun  üçün  ən  böyük  xoşbəxtlikdir.  Başqa  birisi 
üçün müəyyən mənsəb və mərtəbəyə çatmaq, sevdiyi kəsə 
qovuşmaq böyük xoşbəxtlikdir. Bəzən hətta özü üçün ölü-
mün  də  gəlişini  xoşbəxtlik  sayanlar  olur.  Ümumiyyətlə, 
xoşbəxtlik  hər  kəsin  düşdüyü  vəziyyətdən,  tutduğu 
mövqedən,  düşüncə  tərzindən  asılı  olaraq  müəyyən  ölçü 
çərçivəsi  daxilində  olur.  Mənim  üçün  ən  böyük  əlçatmaz 
xoşbəxtlik  isə  bu  dəqiqə  öz  gəncliyimə  qayıtmaq  olardı. 
Əfsuslar ki, bu da mümkün deyildir. Gənclikdir insan öm-
rünün  ən  gözəl,  ən  parlaq  dövrü.  Həyatda  yaşamaq  üçün 
ömür insana bir dəfə verilir. O cümlədən gənclik də ömrün 
müəyyən bir dövrünə təsadüf edir, gözəllik də onun kimi. 
Bütün bunların hamısından isə elə istifadə etməyi bacarasan 


92
ki, sonra keçirdiyin həyatın mənasızlığı üçün peşman olub 
təəssüf  hissi  keçirməyəsən.  Keçilən  anları  heç  vaxt  geri 
qaytarmaq mümkün deyildir. Onlardan bizə yalnız kövrək 
xatirələr qalır ki, bu xatirələr də bəzən bizə keçən günlərdə 
əldən  buraxdığımız  müəyyən  fürsətlər  üçün  bir  peşman-
çılıq  hissi  aşılayır.  Ona  görə  də  çalışmaq  lazımdır  ki,  öz 
gəncliyindən və gözəlliyindən səmərəli istifadə edəsən. Gü-
nünü ballarda, teatrlarda, müxtəlif əyləncəli şənliklərdə, kef 
məclislərində keçirəsən. Elə etmək lazımdır ki, həyatın hər 
keçən  anı  sənin  üçün  müəyyən  əyləncə,  zövq  mənbəyinə 
çevrilə bilsin. Əgər öz həyatını belə qurmağı bacarırsansa 
demək,  sonradan  ömürdən  keçən  anları  xatırlayanda  peş-
mançılıq hissi keçirməyəcəksən. Bu isə sənə verilən ömür 
payını  yaxşı  keçirdiyin  üçün  keçmişi  xatırlayan  kövrək 
düşüncələrinə bir ilıqlıq və xumarlıq gətirəcəkdir. Bu xu-
marlığın və ilıqlığın ömrünün uzunluğu isə sənin öz gənclik 
həyatından necə istifadə etməyindən asılıdır. 
N.N.Puşkina: Cənab Hekkeren, bütün söylədiklərinizin 
bir həqiqət olduğu qənaətinə gəlməyə yəqin ki, sizin keçir-
diyiniz həyat təcrübəsi və geniş dünyagörüşü bir sübutdur. 
Lakin bütün bunlarla yanaşı, müəyyən mövcud şərtləri də 
nəzərə olmaq lazımdır. İnsan öz həyatını tamamilə, ürəyi 
istəyən  tək  sərbəst  keçirmək  üçün  cəmiyyət  tərəfindən 
müəyyən olunmuş qanun və nəzakət çərçivəsindən hökmən 
onun üçün çətin də olsa kənara çıxmalıdır. Bu isə heç də 
yaxşı əlamət deyildir. Əks təqdirdə, həmin şəxs öz həyatına 
və şəxsiyyətinə ləkə gətirmiş olar. Təəssüflə də olsa, qeyd 
etməliyəm ki, belələri hətta bizim cəmiyyətimiz daxilində 
də  az  deyildir.  Ümumiyyətlə,  onu  qeyd  etmək  istərdim 
ki,  bütün  həyatından,  o  cümlədən  də  gəncliyindən  və 


93
gözəlliyindən  zövq  ala-ala  yaşamaq  üçün  müəyyən  şərait 
hökmən lazımdır. 
Hekkeren:  Mən  isə  əminliklə  deyə  bilərəm  ki,  xanım 
N.N.Puşkina bəzən siz müəyyən şərait və imkan yarandı-
ğı  halda  belə  bu  imkandan  istifadə  etmirsiniz.  Məsələn, 
mən hiss etmişəm ki, siz müəyyən balda və ya şənlikdə öz 
gözəlliyinizlə  müvəffəqiyyət  qazana  bilərsiniz,  lakin  siz 
heç  də  bundan  istifadə  etməmisiniz.  Sonra  mənə  aydın-
dır ki, sizin gəncliyiniz və gözəlliyiniz qapalı bir çevrə ilə 
məhdudlaşır ki, bu çevrənin də mərkəzində A.S.Puşkin du-
rur. Lakin siz istəsəniz, bu çevrənin məhdudluq dairəsindən 
bir  anda  belə  kənara  çıxa  bilərsiniz.  Ümumiyyətlə,  mən 
əminəm ki, ilahi tərəfindən sizə bəxş olunmuş öz gənclik 
və gözəlliyinizdən o qədər də istifadə etmirsiniz. 
N.N.Puşkina: Cənab Hekkeren, sizin dediklərinizdə bir 
həqiqət var. Mən bəzən heç də öz müsbət cəhətlərimi üzə 
çıxarmaq və bütün məziyyətlərlə fəxr etmək fikrində olma-
mışam. Doğrusuna qalsa, belə bir hərəkətə lüzum olduğunu 
da hiss etməmişəm. Doğrudur, bəzən əsrarəngiz qızlıq və 
qadınlıq xəyalları öz həddini aşaraq insanı nə isə bir qeyri-
müəyyənliyə, nəyə isə daha çox meylliliyə can atmağa sövq 
edir. Ancaq bütün bunlar hamısı keçicidir. Sən öz qadınlıq 
qürurun və iradənlə belə böhranlı hallara qalib gələrsən. Bir 
də ki, ana olmaq, övlad qayğısını çəkmək, özü belə insanı 
təmizliyə, saflığa doğru aparır. Axı, mən də anayam. Gö-
ründüyü kimi, belə hisslər məndə də olmalıdır. 
Hekkeren:  Xanım  Natali,  bütün  bu  analıq  hüququnu, 
övlad  qayğısını  çəkməyi  hələlik  bir  yana  qoyaq. Axı  bu 
elə ümumi bir formadır ki, demək olar ki, bütün qadınla-
ra məxsusdur. Lakin siz əgər istəsəniz bəzi kübar xanımlar 
kimi  aşiqanə  gizli  görüşlərlə  kef  və  şənlik  məclislərində, 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə