Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

84
varmış.  Gör  nə  bədbəxtəm  ki,  nə  carın  tapşırığından,  nə 
də Puşkinin şərtindən çıxmağa hələlik özümdə bir cəsarət 
tapa  bilmirəm.  İnsana  yaşamaq  üçün  də,  ölmək  üçün  də 
cəsarət həmişə lazımmış. Və əgər mən özümdə bu cəsarəti 
tapmıramsa, onda yenə də öz acı qismətimlə razılaşmalı-
yam. Qoy nə deyirlər desinlər, nə düşünürlər düşünsünlər, 
mən  Yekaterina  Qonçarovaya  izdivac  təklif  edəcəyəm, 
onunla evlənəcəyəm. Bu hələlik mənim üçün alçaldıcı olsa 
da, cəmiyyət qarşısında nüfuzdan düşsəm də, mən onunla 
evlənəcəyəm. Ancaq bir şərtlə, bu hərəkətim mənim Natali 
ilə davam etdirəcəyim əyləncələrim üçün bir vəsilə olsun. 
Yekaterina  ilə  evlənmək  mənim  üçün  nə  qədər  ağırdısa, 
Natalini də itirmək mənim üçün bir o qədər acınacaqlıdır. 
Düzdür,  mən  Yekaterinanı  sevmədiyim  kimi,  Natalini  də 
sevmirəm. Lakin onunla birləşmək üçün axır ki, məqsədimə 
catıb öz ehtiraslarımın üstünə su səpməliyəm. Mən yalnız 
Natali  ilə  birləşmək  üçün  çalışıram.  Bu  isə  hələlik  mənə 
müyəssər olmamışdır. Nə etmək olar, görünür, mənim tale-
yim Qonçarovlar ailəsində bir-biri ilə tam şəkildə əksliklər 
təşkil  edən  hadisələrin  burulğanında  dövr  etməliymiş. 
Mənim üçün iyrənc görünən Yekaterina ilə məni evlənməyə 
məcbur edirlər, mənim əyləncələrim üçün xoş olan Natali 
isə başqasının qismətidir. 
O qədər də zövqlə bəzənməmiş bir otaq. İçəridə Dantes 
və Yekaterina Qonçarova nəzərə çarpır. Dantes bir qədər fi-
kirli görünür. Yekaterina isə böyük bir təmtəraqla bə zənmişdir, 
üzündən xoşbəxtlik və sevinc hissləri yağır.  
Dantes (Qonçarovaya nəzər salaraq öz-özünə): Deməli, 
belə... İndi mən ona ürəyimi açmalıyam. Bu gündən taleyi-


85
mi bu iyrənc meymunun taleyi ilə bağlamalıyam. Gözlərinə 
bir bax, sanki ac bir qurd kimi hər şeyi gəmirməyə hazırdır. 
Onun ürəyi mən inanıram ki, bu saat mənim izdivac təklif 
etməyim üçün uçunur. Məqam gözləyir ki, təklifimi edən 
kimi o öz razılığını o dəqiqə bildirsin. Sanki əlinə göydən 
düşmüş bu fürsətin əlindən hər an çıxa biləcəyi üçün daxilən 
əsir. Necə də bahalı paltarlar geyinibdir. Hayıf o paltarlara 
ki, onu sən geyinmisən, ay bədbəxt. Fikirləşəndə lap dəli 
olmaq  dərəcəsinə  gəlirəm.  Demək  o,  bir  zaman  məndən 
də  bu  əyninə  geydiyi  təmtəraqlı  paltarlar  kimi  istifadə 
edəcəkdir.  Dəhşətə  bir  bax,  demək,  mən  öz  cismimi  bu 
meymuna satıram. Deməli, mən onunla bir yastığa baş qo-
yacağam. Bu dəqiqə hər şeyə, bütün həyata da, onun bəxş 
etdiyi  əyləncələrə  də,  hamısına  bu  qarımış  saray  xanımı 
kimi nifrət edirəm. Özümə də nifrət edirəm. Bəli, mən bax 
bu dəqiqə özümdən iyrənirəm, həm də özümə nifrət edirəm. 
Həyata bir bax. İt kimi çöllərdə sərgərdan gəzib sərbəst ya-
şamaq  bundan  yüz  dəfə  qiymətlidir.  Mən  alçağam,  mən 
vicdansızam, ona görə də başqasının namusuna sataşmaq 
istəyirəm,  digərinə  öz  inamını,  sədaqətini  itirmək  üçün 
vasitəçilik edirəm. Ona görə də öz cəzamdır, çəkməliyəm. 
Qoy, bu meymun məndən ləzzət ala-ala ağuşumda xumar-
lansın. Mənim tək alçağa hələ bu da azdır. Mən həyata nifrət 
edirəm... nifrət... nifrət... 
Yekaterina  Qonçarova  (öz-özünə): Aman Allah,  mən 
xoşbəxtəm. Deyəsən, tale mənim də üzümə gülməyə baş-
layır.  Mən  səadətin  bu  bal  kimi  şirin  şərbətini  hər  an 
içməyə hazır olmuşam. Sevmək, sevilmək, taleyin nə xoş 
anlarıdır, ilahi. Gör bir necə qəşəngdir. Fikirli, qayğılı xu-
mar  gözlər,  Ehtiraslı,  sevimli  baxışlar.  Mən  xoşbəxtəm, 
mən xoşbəxtəm. Qanadlarım olsa bu dəqiqə quş kimi hər 


86
yana  uçub  şən  nəğmələr  oxuya-oxuya  car  çəkib  hamıya 
bildirərdim, Dantes məni sevir, mənə izdivac təklif etməyə 
gəlib. Mən həyatı sevirəm, mən insanları, hər şeyi Dantes 
qədər sevirəm. Həyatın nə qəribə işləri varmış. Tale insanı 
bir anın içərisində xoşbəxt edərmiş, bir anın. Yaşamaq necə 
də gözəldir. Mən dünyanın o başında uçuq bir komanın al-
tında Danteslə xoşbəxt yaşayardım, onu əzizləyə-əzizləyə, 
ondan ləzzət ala-ala. Aman Allah, o, deyəsən, mənə nə isə 
demək istəyir. Bu dəqiqə o öz şəfqətli mehriban sözləriylə 
xoşbəxtliyin qapılarını mənim üzümə əbədilik taybatay aça-
caqdır. O məni əbədilik xoşbəxt edəcək. O məni sevir.  
Dantes (üzünü Yekaterinaya tutub): Xanım Yekaterina 
Andreyevna  deyəcəyim  sözlər  üçün  sizdən  çox-çox  üzr 
istəyirəm.  Əgər  sözlərim  sizin  xoşunuza  gəlməsə,  məni 
bağışlayın. Görünür, taleyin qisməti beləymiş. Məni sizin 
hüzurunuza gəlməyə məcbur edən hisslər elə hisslərdir ki, 
mən sizi ilk dəfə balda görəndən bu hisslər mənim yuxu-
larımı  ərşə  çəkmiş  qəlbimə  hakim  kəsilmişdir.  Bu  hicran 
əzabı məni nə qədər üzsə də mənim üçün xoşdur, çünki o, 
nə vaxtsa vüsal gününün də olacağını mənə vəd edirdi. Bu 
vüsala qovuşmaq isə sizdən asılıdır. Təəccüblənməyin, bəli, 
sizdən. Sizdən çox-çox xahiş edirəm, qarşınızda diz çöküb 
yalvarıram  (diz  çökür).  Mənim  sizə  qarşı  olan  sevgimə 
laqeyd  qalmayın  Yekaterina...  Məni  rədd  etməyin,  Yeka-
terina  (Hər  ikisi  etika  xatirinə  bir  qədər  susurlar. Yekate-
rina onun qolundan tutub ayağa qaldırır. Yenə də Dantes): 
Mənim gələcək həyatım sizdən asılıdır. Mənim arzularımı 
puç etməyin, yalvarıram sizə, mənim səmimi məhəbbətimi 
qəbul edin Yekaterina... Sevirəm sizi... 
Yekaterina Qonçarovna (süni utanqaclıqla): Dantes... 
Daha bəsdir... Mən sizin təklifinizlə razıyam. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə