Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

87
Dantes  (Onun  əlini  öpür):  Mən  xoşbəxtəm,  mən  xoş-
bəxtəm. Nə böyük xoşbəxtlik, ilahi. Məni də sevirlər. Mən 
öz  məhəbbətimə  cavab  tapdım.  Mənim  Yekaterina  Qon-
çarova kimi gözəl, qəşəng, sevimli bir heyranım var. Biz 
xoşbəxtik,  biz  xoşbəxt  olacağıq.  Həyatımdan  çox  razıyam. 
Yaşamağın mənası indi mənim üçün daha da xoş olar. Mən öz 
taleyimdən razıyam, biz xoşbəxtik, biz xoşbəxtik... (Qonçaro-
va əlini Dantesin əlindən çəkib böyük bir sevinclə gedir). 
Bu zaman Hekkeren gəlir.
Hekkeren: Deyəsən, işlərin yaxşı gedir oğul. (gülüm-
sünərək).  Sənin  “yaraşıqlı,  sevimli”  xanımın  Yekaterina 
Qonçarova da indi mənim qabağımca çox sevinc içərisində 
gedirdi. Görünür, o da öz müvəffəqiyyətindən razıdır. Hə... 
nə üçün dillənmirsən? Danış görək, Yekaterina Qonçarova 
ilə evlənmək barədə razılaşa bildinmi?
Dantes: Eh ata sanki ürəyimdən ağır daşlar asılıb. Bu 
meymunla adam heç bir otaqda nəfəs almaq belə istəmir. 
Amma  nə  etmək  olar,  mən  ona  öz  izdivacımı  təklif  et-
dim  (gülümsünərək). Amma  necə  gülünc  səhnə  idi.  Heyf 
ki,  bu  səhnəni  görmədin,  yoxsa  gözlərin  yaşarana  qədər 
güləcəkdin. Nə isə... Elə ki, mən ona izdivac təklif etdim o, 
yalnız bir anlıq, o da əminəm ki, etika xatirinə idi, susdu və 
mənim təklifimi çox məmnuniyyətlə qəbul etdiyini bildirdi 
və (kinayəylə) beləliklə, mən bu gündən Yekaterina Qonça-
rova ilə olacaq toyumuzu səbirsizliklə gözləyirəm. 
Hekkeren (ciddi): Dantes, hadisələrin inkişafı bizi belə 
bir oyun oynamağa vadar edirdi. Əgər biz belə bir oyunu 
oynamasaydıq, o zaman ya səni Puşkinlə təkbətək vuruş, ya 
da Rusiyanın hökmdarı Nikolay tərəfindən cəza gözləyirdi 
(gedirlər). 


88
Üçüncü şəkil
Səhnədə Hekkerenlə Dantes söhbət edirlər.
Hekkeren. Dantes, hadisələrin inkişafı elə cərəyan etdi 
ki, deyəsən, axırda biz özümüz gülünc vəziyyətə düşəcəyik. 
Bir  tərəfdən  hələ  N.N.Puşkinanı  ələ  keçirə  bilməmişik, 
ikinci  bir  tərəfdən  isə  Yekaterina  Qonçarovaya  izdivac 
təklif etmişik. Əgər işlər belə sona yetəcəkdisə, daha bütün 
bu söz söhbətlər - Puşkinin səni duelə çağırması, çarın bu 
məsələ  ilə  maraqlanması,  bütün  bu  xoşagəlməz  söhbətlər 
hamısı nə üçün idi. Yox... mən məsələnin həlli ilə bu cür 
razılaşa bilmərəm. Bu bizim üçün həm Natalidən birdəfəlik 
əlimizi üzmək, həm də A.S.Puşkinin qələbəsini birdəfəlik 
təmin etmək deməkdir. Biz başqa bir yol seçməliyik, elə bir 
yol ki, bu hadisələrin inkişafında ciddi dönüş yarada bilsin. 
Dantes: Bu yol hansı yoldur, ata? Yenə də sənin məkrli 
tədbirlərinə və məsləhətlərinə çox ehtiyacımız var. Yoxsa 
əks təqdirdə, bu işi uduzmuş olarıq. Qəzəbdən bağrım çat-
layır.  Mənim  Yekaterina  ilə  məcburi  evlənməyimdə  rolu 
olduğuna görə A.S.Puşkindən də intiqam almaq həsrəti ilə 
alışıb yanıram. Ata, məsləhət ver. Elə bir yol göstər ki, ar-
zularım ürəyimdə qalıb külə çevrilməsin. Puç olub həyata 
keçməyən istəklərim gecə-gündüz ruhumu əzib məni sarsıt-
masın. Bir tədbir tök, ata. 
Hekkeren: Bütün bunlar üçün heç də belə təşvişə düşüb 
narahat olmağına dəyməz, Dantes. Sənin bu qoca, saçları 
çallaşmış atan-cənab Hekkeren hələ ölməmişdir. O, elə bir 
tədbir tökər ki, bu sənin üçün zövq, Puşkin üçün isə əzab 
və  işgəncə  mənbəyi  yaradar.  Mən  Natalini  Puşkini  atma-
ğa səninlə, birləşməyə sövq edəcəm. Əgər bu baş tutsa, hər 


89
kəs öz xoş və acı həqiqətlər gətirən taleyi ilə razılaşmağa 
məcbur olar (gedirlər). 
Səhnədə Hekkeren və N.N.Puşkina görünürlər.
Hekkeren  (öz-özünə):  Əhsən,  sənin  zövqünə  Dantes 
(Nataliyə diqqətlə baxıb). Bu ki, mələkdir. Gözəl, mütənasib 
boy-buxun, incə, zərif əllər, dodaqlar, qızılı saçlar. Əhsən 
sənə  Dantes,  əhsən.  Heç  insafdırmı  ki,  bu  cür  mələk  bir 
başqasına qismət ola. Yox... yox... Mən bunu hökmən Puş-
kinin əlindən qoparıb almalıyam. Bu gözəl ətirli çiçəyi yal-
nız Dantes qoxulamalıdır. Bircə bu gözəlin ürəyin öyrənə 
bilsəydim. A.S.Puşkinin onu saf bir məhəbbətlə sevdiyinə 
əminəm.  Dantesin  də  bu  gözəldən  öz  əyləncələri  üçün 
istifadə  etməyə  çalışdığına  inanıram.  Lakin  bu  gözəlin 
hisslərinin  istiqaməti  hələlik  mənə  məlum  deyildir.  Gö-
rünür,  qadın  öz  sevgi  məhəbbət-intim  hisslərini  kişilərə 
nisbətən daha məharətlə gizlədə bilir. Ax qadınlar... qadın-
lar... Siz, doğurdan da, çox gözəl və sirli məxluqlarsınız. 
N.N.Puşkina (öz-özünə): Görəsən bu qoca Hekkeren nə 
üçün gəlmişdir. Onun elə hiyləgər gözləri var ki, ... Mən 
onun gözlərinin içərisinə dik baxmaqdan çəkinirəm. Hiss 
edirəm ki, belə anlarda o, insanın daxili hiss və duyğula-
rını  qismən  də  olsa  oxumağı  bacarır.  Görünür,  Danteslə 
əlaqədar  bir  sözü  var.  Heç  bilmirəm  tale  bu  Dantesi  də 
haradan  hərləyib  Rusiyaya  gətirdi.  Onunla  rastlaşanda 
qadınlıq  qürurum,  iradəm,  hiss  və  duyğularım  gərgin  bir 
mübarizəyə başlayır. Belə anlarda Puşkinə olan sədaqətimi 
itirə biləcəyim bir tükdən asılı vəziyyətdə qalır. Lakin çox 
yaxşıdır ki, bir tük qədər də olsa qüvvət üstünlüyü qadınlıq 


90
qürurum və iradəm tərəfdədir. Bəzən mən bu üstünlüyümə 
görə həyatı sevirəm. 
Hekkeren  (üzünü  Nataliyə  tutub):  Xanım  Natali,  bu 
nədir aya günə dönmüsən, görünmürsən? Heç olmasa ilti-
fat edib bir bizləri də yada sal ki, sənin o bahar təravətli 
baxışlarından,  günəş  şəfəqləri  süzülən  gülüşlərindən  ətri, 
hərarəti, rayihəni duya-duya feyzyab olaq. İnanın ki, mən 
indiyəqədərki  bu  ömrümün  çox  hissəsini  bir  çox Avropa 
ölkələrinin  mərkəzi  şəhərlərini  səyahətlə  keçirmişəm,  o 
şəhərlərin kübar məclislərində-ballarda, teatrlarda və sairə 
yerlərdə olmuşam, lakin orada sizin kimi gözəl, mütənasib 
fiqurlu, nəcib, alicənab, öz hərəkətlərində sərbəst və etikanı 
gözləyən bir xanıma rast gəlməmişəm. Siz göylərdən yerə 
enmiş bir mələk, yaxud da ilahi tərəfindən yaradılmış bir 
pərisinizmi? Natali, adın da özün kimi işıqlı, qəşəng, incə 
və zərifdir. Görünür, bu adı sizə qoyanların da gözəl zövqü 
varmış.  Mən  inanıram  ki,  bütün  görənlər  sizə  vurulur  və 
gözəlliyinizə qibtə edirlər. Siz sizi yaradana minnətdar ol-
malısınız ki, heç bir öz hüsnü gözəlliyini sizdən əsirgəməmiş 
sizi bir mələk kimi, bir pəri tək həyata bəxş etmişdir. Mən 
sizin gözəlliyiniz qarşısında baş əyirəm və bu gözəlliyinizə 
qibtə edirəm. İnanıram ki, həyat indiyə qədər hələ heç kəsə 
sizdəki qədər gözəllik və incəlik bəxş etməmişdir. 
N.N.Puşkina (xoş bir təbəssümlə): Xoş sözləriniz üçün 
minnətdaram, cənab Hekkeren. Siz lap adamı utandırırsı-
nız. Sizin söylədiyiniz məziyyətlər bir çoxlarında da vardır. 
Mən heç də özümü heç kəsdən üstün hesab etmirəm. Tale 
hər kəsə bir parça yaşamaq və güzəran qisməti vermişdir. 
Mən öz taleyimdən razıyam. Yeri gəlsə, mən özüm də bir 
çoxlarının müsbət cəhətlərinə qibtə edirəm. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə