Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

97
N.N.Puşkina:  Bəli,  cənab  Hekkeren,  bu  mənim  üçün 
çox gözəl bir səyahət olardı. Amma nə etmək olar. Görünür, 
tale hələlik mənə bu xoşbəxtliyi çox görür. Bu arzu məndən 
çox-çox uzaq və əlçatmazdır. 
Hekkeren: Xanim Natali, cəsarət edib deyəcəyim sözlər 
üçün  məni  bağışlayın.  Elə  mənim  sizlə  görüşümdə  əsas 
məqsəd də bu sözləri sizə çatdırmaq idi. Dantes sizi sevir... 
Əgər  siz  onun  bu  məhəbbətinə  biganə  qalmasanız,  o  sizi 
götürüb birdəfəlik xaricə getmək fikrindədir. İnanın mənə, 
onun gündəlik həyatı ilə yaxından tanışam. Onun keçirdiyi 
yuxusuz gecələr mənə də əzab verir. Bu əlacı sizin əlinizdə 
olan xəstəni – Dantesi ümidsiz qoymayın, Natali. Dantes 
ümidsiz  hicran  atəşləri  içərisində  qovrulur.  Onun  daxili 
hisslərinin  hamısı  indi  yalnız  bir  məqsədə  xidmət  edir,  o 
da sizin məhəbbətinizdir, sizə olan sevgisidir. Doğrudan da 
sevmək gözəl şeydir. Yandırıcı hicranı ilə, yuxusuz gecələri 
ilə, intizarlı baxışları ilə. Mən bütün bunların hamısını Dan-
tesin varlığında görür və hiss edirəm. Hətta bu qoca, saçları 
çallaşmış vaxtımda ona qibtə edirəm. Ona rəhm edin Na-
tali, atın Puşkini, Dantesə qovuşun. O sizi götürüb xaricə 
aparacaq və öz həyatından da artıq sevəcəkdir. Rədd etmə 
Dantesin məhəbbətini, Natali... 
N.N.Puşkina (susur və bir qədər sonra öz-özünə): Aman 
Allah,  bu  nə  haldır  kecirirəm.  Hər  şeyi  atmaq,  Danteslə 
qovuşmaqmı.  Onunla  xaricə  səyahət  edib  birdəfəlik  orda 
yaşamaqmı  gözəldir,  ya  da  indiki  namuslu  həyatımı  da-
vam  etdirməkmi,  öz  sadə  və  təmiz  qəlbli  Puşkinimlə  ya-
şamaqmı?! Öz qadınlıq qürurumu qorumaq, övladımı yad 
kəslərin ümidinə qoymamaqmı?! Aman Allah, bu nə işdir 
mən  düşmüşəm...  Heç  özüm  də  bilmirəm  hansı  yolu  se-
çim?  Birinci  yol  mənim  kübar  dairələr  içərisində  şöhrət 


98
çələngim,  ikinci  yol  isə  sadə,  namuslu  həyatımdır.  Birin-
ci  yol  mənim  üçün  əyləncə,  zövq  mənbəyi,  öz  həyatımı 
çiçəkdən çiçəyə qonan əlvan kəpənək kimi başa vurmaq-
dır.  İkinci  yol  ər,  övlad  qayğısı  çəkən  bir  qadın  kimi  ya-
şamaq, öz həyatını zəhmətkeş bir bal arısı kimi başa vur-
maqdır.  Cəmiyyətimizdə  birinci  yolu  seçənlər  də  çoxdur, 
ikinci yolla gedənlər də. Mən tərəddüd içərisindəyəm, iki 
yolun tarazlıq vəziyyətindəyəm. Yüngülcə bir təkan məni 
bu yollardan birinin cığırına sala bilər. Lakin hər halda mən 
qəti fikir deməzdən öncə fikirləşməliyəm. Hər halda bu iki 
yoldan yalnız biri qismətimdir. 
 
Dördüncü şəkil
Natali  (öz-özünə):  Demək,  belə...  Demək,  bütün  bun-
lar hamısı yalanmış. Demək, mən Dantesin dərdindən yata 
bilmədiyi  birinci  qadın  deyiləmmiş.  Gör  bir  nanəcibliyə 
bax. Aman Allah...  biz  insanlara  rəhm  et,  bizi  müqəddəs 
ruhlara  bağışla.  Demək.  Dantes  mənə  eşqnamə  oxuya-
oxuya, mənə məhəbbətimdən öldüyünü bildirə-bildirə ba-
cım Yekaterina Qonçarovaya izdivac təklif etmişdir. Ax... 
Həyat...  həyat...  Qəribə  həyat,  təzadlarla  dolu  həyat.  Heç 
inana bilməzdim ki, insan belə ikiüzlülüyə və riyakarlığa 
yol versin. Heç inana bilməzdim. Çox təəssüflər olsun ki, 
bu bir həqiqətdir. 
(Bu vaxt Dantes səhnədə görünür və o
Nataliyə yaxınlaşıb pərəstiş etməyə başlayır)
Dantes: O... xanım Natali, nə xoş təsadüf? Mən elə bu 
dəqiqə  sizi  görməyi  elə  çılğınlıqla  arzulayırdım  ki,  yaxşı 


99
ki, görüşdük. Sənsiz keçən bircə an mənə illər qədər uzun 
görünür, Natali. Natali... yalvarıram. Sən məni bu hicranın, 
intizarın əlindən birdəfəlik al, qurtar. Mənə rəhmin gəlsin. 
At Puşkini, qovuş mənimlə, Natali. Nə olub, nə üçün belə 
qaşqabaqlısan?  Bəlkə  sənə  bir  söz  deyən,  sənin  xatirinə 
dəyən  olub. Ax  qadınlar,  qadınlar... Adicə  bir  şeydən  bir 
də görürsən ki, bulud kimi tutulursunuz. Qaşlarınız qılınc 
kimi  qalxıb  enir,  baxışlarınızdan  tufan  nişanələri  oxu-
nur.  Söyləyin  mənə  öz  dərdinizi,  Natali.  Mən  sizin  halı-
nıza ürəkdən yanıram. İnanın ki, siz kədərlənəndə mən də 
kədərlənirəm, siz sevinəndə mən də sevinirəm. Sizin bircə 
anlıq qüssələnməyiniz mənə tutqun qışı, bircə təbəssümünüz 
isə ətirli, güllü-çiçəkli baharı bəxş edir. Məni bu müdhiş və 
əzablı intizarın pəncəsindən qurtar, Natali. 
N.N.Puşkina:  Cənab  Dantes,  mənə  “pərəstişkarlıq” 
münasibətləriniz üçün çox sağ olun. Məni sevirsiniz eləmi? 
Mənim  dərdimdən  gecələr  yata  bilmirsiniz  düzdürmü? 
Mənsiz həyat sizə darıxdırıcı və cansıxıcı görünür hə...?
Dantes: Bu nə sözdür Natali. Yoxsa siz mənim söz lə-
rimdəki  səmimiyyətə  şübhə  edirsiniz.  Yoxsa  siz  mənim 
mə həbbətimlə əylənir, sevgimə inanmırsınız? Mənim mə-
həbbətimə biganə qalmayın Natali, sevin məni.  
N.N.Puşkina: Siz hansı inamdan, səmimiyyətdən, mə-
həb bətdən dəm vurursunuz, cənab Dantes. Hanı sizin o mə-
həbbətiniz? Mən sizi məni sevməməyiniz üstündə ittiham 
etmirəm.  Buna  mənim  haqqım  yoxdur.  Lakin  mən  sizin 
bir  insan  kimi  qeyri-səmimiliyinizə  acıyıram.  Siz  mənim 
bacım  Yekaterina  Qonçarovaya  izdivac  təklif  edə-edə 
hansı təmiz ürək, təmiz vicdanla, inamla mənə qarşı olan 
məhəbbətinizdən danışırsız. Yaxud da əksinə, siz mənə eşq 
elan edə-edə, məhəbbətimdən alışıb yandığınızı deyə-deyə 


100
bacım  Yekaterina  Qoncarovaya  necə  səmimi  bir  qəlblə, 
sədaqətlə izdivac təklif etdiniz. Söyləyin sizdə ürək varmı? 
Bundan  sonra  mən  sizin  sözlərinizin  səmimiliyinə  inana 
bilmərəm. Yox, Dantes sənin məni aldatmaq istədiyin yaxşı 
ki, mənə vaxtında aydın oldu. Yaxşı ki, sənin bu ”səmimi“ 
məhəbbətinə inanıb öz vicdanımı ləkələmədim, təmiz sadə 
qəlbli, şair xəyallı Puşkinimə xəyanət etmədim. Yaxşı ki, öz 
vicdanımı ləkələmədim. 
Dantes: Siz yanılırsınız, xanım Natali. Mənim mə həb-
bətimin  səmimiliyinə  şübhə  etməkdə  yanılırsınız.  Mən 
bütün  bunları  sizin,  yalnız  sizin  məhəbbətiniz  xatirinə 
etmişəm.  A.S.Puşkinin  məni  duelə  çağırdığını  xatırlayır-
sanmı? Bax o zaman atam onun fikirlərini əsas məsələdən 
yayındırmaq və duel məsələsini ləğv etmək üçün ona belə 
demişdir:  –  “Cənab A.S.Puşkin,  siz  yanılırsınız  Dantesin 
Nataliyə olan münasibətlərində əsas səbəb Yekaterina Qon-
çarovaya  onun  izdivac  təklif  edəcəyi  barədə  söhbətlərdi. 
Ona görə də sizdən xahiş edirəm Dantes sənə qarşı günah-
sız olduğu üçün onu duelə çağırışınızdan imtina edəsiniz. 
A.S.Puşkin isə ona belə demişdir: – “Mən Dantesin duelə 
çağırılmasından yalnız bir şərtlə imtina edərəm. Yekaterina 
Qonçarova ilə evlənsin”. Görürsünüzmü, Natali mən bütün 
bu işləri duel məsələsinin ləğv olunması və ən başlıcası isə 
sizinlə birləşə bilməyin xatirinə etmişəm. Siz isə bütün bu 
etdiklərim üçün məni günahlandırır, səmimiyyətimə şübhə 
edirsiniz. Mən inana bilməzdim ki, siz məni bu qədər rəzil 
və alçaq hesab edəsiniz. Lakin mən yenə də sizin bu yal-
nış  nəticə  çıxarmağınızı  hadisələrin  inkişafını  dərindən 
bilməməyinizdə  görürəm.  İnanıram  ki,  əgər  siz  bütün  bu 
söylədiklərimi əvvəldən bilsəydiniz, heç də belə etməzdiniz. 
Xanım Natali, mən heç də sizə olan məhəbbətimdən zərrə 
qədər də olsun soyumamışam. Mən yenə sizi əvvəlki kimi 
çılğın  bir  eşq  və  ehtirasla  sevirəm. Yenə  də  xatırladıram, 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə