27. Siseron antik Roma natiqlərindən biri kimi



Yüklə 15,63 Kb.
tarix08.06.2023
ölçüsü15,63 Kb.
#116041
sual 27,28


27. Siseron antik Roma natiqlərindən biri kimi
Nitq mədəniyyəti eramızdan əvvəl qədim Yunanıstan və Romada həm sənət, həm də elm kimi formalaşmışdır. Bu yerlərdə natiqlik sənəti çox geniş yayılmış, istedadlı natiqlər xalqın böyük hörmət və məhəbbətini qazanmışdılar.
Eramızdan əvvəlki son yüzillikdə Roma Yunanıstanı işğal etməklə Ellin mədəniyyətinədə yiyələndi. Humanitar elmlər estafetini qəbul edən Romanın alim və ictimai xadimləri poetikanın, qrammatika və ritorikanın nəzəri problemlərini sistemləşdirdilər, natiqlik sənətinin sirlərini və onlara yiyələnmək yollarını bütün incəliklərinə qədər şərh və izah etdilər. Mark Tulli Siseron, Yuli Sezar, Mark Yuni Brut kimi alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada şöhrətləndirdilər.
Siseron. Antik dövrün ən məşhur natiqi, yazıçı, vəkil, görkəmli siyasi xadim Mark Tulli Siseron iki suala cavab axtarırdı: 1) Kimə natiq demək olar? 2) Hər adam natiq ola bilərmi? Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatını yazmış, natiqlik sənətinin tarixi, üslubiyyat və nitq mədəniyyəti məsələlərinin izahını vermişdir.
Roma natiqlik məktəbinin parlaq ulduzu Siseron natiqin qarşısında üç tələb qoyurdu; 1) Nitq öyrətməli, bilik verməlidir; 2) nitq dinləyiciyə güclü təsir göstərməlidir; 3) Nitq söyləniləndə qulaq asana ləzzət verməlidir.
Siserona görə “Şairlər anadan şair doğulurlar, natiqlər isə həyatda yetişirlər”. “Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsın”. Siseronun başqa bir cümləsi isə aforizmə çevrilmişdir; “Kim demosfen olmaq istəmirsə, o, natiq deyil”. Bu fikirdən belə məlum olur ki, Demosfen kimi zəhmətə qatlaşmayan, öz üzərində daima, günlərlə, saatlarla çalışmayandan natiq olmaz. Natiq öz zəhməti ilə, elm və mədəniyyət məsələləri ilə bağlı kitablardan möhkəm bilik və məlumat toplamalıdır. O, həmişə nitqi gözəlləşdirən, onun təsir gücünü artıran, insanlara əsl insani keyfiyyətlər bəxş edən, onları kamilləşməyə çağıran nümunəvi fikirləri öyrənməli, yaradıcılıq axtarışları ilə məşğul olmalıdır.


28. Məhkəmə natiqliyi
Bura hakimlərin, prokuror, vəkil, müttəhim və şahidlərin nitqi daxil edilir. Prokuror və hakimin nitqi ittihamedici, müttəhim və vəkilin nitqi müdafləedici xarakterdə olur. İttihamçıların nitqi faktların dərin təhlilinə, dəlil və sübutlara əsaslanır, obyektivliyə, ədalətə əsaslanır, qanunun aliliyi müttəhimə inandırıcı şəkildə çatdırılır. Vəkilin çıxışı da dəlil və sübutlarla müşayiət olunmalı, məhkəmə prosesində qaldırılan vəsadət baş vermiş hadisənin təhlili nəticəsində hakimin hökmünə müsbət təsir göstərməlidir. Müttəhimin istər öz cinayəti haqqındakı çıxışı, istərsə də özünü müdafiə nitqi münasib sözlər, ifadələr, cümlələrlə öz şərhini tapmalıdır, o, nitqini məntiqi əsasda qurmağa çalışmalıdır. Hadisənin ədalətli çözümü üçün məhkəmə salonlarında qanunların keşiyində duran prokurorun da, ədliyyə sistemində çalışıb qanunun aliliyini qorumalı olan hakimin də, adamların vətəndaş hüquqlarını müdafiə etməli olan vəkilin də, müttəhimin də nitqi rabitəli olmalı, əsas fikrin açılmasına xidmət etməlidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ bizim eradan əvvəl qədim Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdir. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir.
Yüklə 15,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə