60
aşağıdır. Belə ki, şumu təşkil edən iri kəsəklər və yuxarı dərəcəli dənəvərlik
kələ-kötür və mürəkkəb
quruluşlu səth yaradır. Bu cür səthdə qeyri bərabər, müxtəlif istiqamətli əks olunma qayıdan
enerjiyə nisbətən udulan enerjinin artıqlığına səbəb olur.
SPƏ-yə torpaq-bitki kompleksinin rəngi də əsaslı təsir göstərir.Torpağın rəngi öz
növbəsində onda olan humusun və mineral, birləşmələrin, xüsusilə dəmirbirləşmələrinin miqdarı ilə
təyin olunur. Humusla nisbətən zəngin Batabat ərazisi torpaqlarında spektral əks olunma
intensivliyi aşağıdır. Bitkinin çürüntüsü olan humusun artıb-azalması, eyni zamanda torpağın
rütubət
tutumuna da təsir edir ki, bu da aparılan tədqiqatlarda mühüm əhəmiyyətə malikdir.
Spektrometrik ölçmələrin reqistroqramları göstərir ki, ot bitkiləri ilə zəngin qara torpaqdan
başqa bütün torpaqlarda dalğa uzunluğundan asılı olmayaraq rütubət artdıqca spektral parlaqlıq
azalır, doymuş torpaqlarda güzgü səthinin yaranması ilə əlaqədar parlaqlıq yenidən artmış olur.
Torpağın spektral parlaqlığına təsir edən bir qrup dəyişən amillər tədqiqat işləri zamanı nəzərə
alınmışdır. Bu amillər aşağıdakılardır: relyef, ekspozisiya, mütləq hündürlük, meyillik və xüsusi
əhəmiyyətə malik olan bitki örtüyü. Bu amillərin təsiri dövri və sutkalıq olub səthə düşən günəş
enerjisinin dəyişməsi ilə əlaqədar dəyişmiş olur.
Bitki təbiətdə ətraf mühitə daha tez reaksiya verən komponentdir. Buna görə də onun
spektral parlaqlıq əmsalları mühitin dəyişməsindən daha çox asılı olur. Belə ki, qrunt sularının
səviyyəsinin qalxıb düşməsi, güclü quraqlıq, yağıntı bitki yarpaqlarında rütubətin
konsentrasiyasının artıb-azalmasına, bu da öz növbəsində piqmentin miqdarına, mezofillərin
strukturuna, həmçinin yarpağın səth və rütubət saxlamaq xüsusiyyətlərinə təsir etmiş olur.
Bir çox bitkilərin spektral xüsusiyyətləri bütün vegetasiya dövrü dəyişmiş olur. Spektral
xüsusiyyətlərin dəyişkənliyi kol bitkilərdə və enliyarpaqlı ağaclarda daha aydın nəzərə çarpır. Bu
növ bitkilərin əksetmələri yaxın infraqırmızı və müəyyən qədər 550 mm dalğa uzunluğunda aydın
nəzərə çarpır.Vegetasiya prosesinin sonunda yarpaqların piqmentləşməsində dəyişikliklər baş verir.
Hüceyrələrdə suyun miqdarı azalır və nəticə etibarı ilə mezofillər dağılır. Xlorofillərin parçalanması
hesabına spektrin qırmızı oblastında udulma, spektrin sarı-yaşıl oblastlarında isə əksolunma artmış
olur. Mezofillərin hüceyrə örtüyünün dağılması rütubətin azalmasına səbəb olduğu üçün yaxın
infraqırmızı diapazonda günəş şüasının əks olunması artır.
Reqistroqramların təhlili göstərir ki, bitkilərin ümumi spektral əksetmə xüsusiyyətlərinə
aşağıdakı əsas amillər təsir göstərir: hər bir yarpağın əksetməqabiliyyəti, yarpağın ölçüsü, yarpağın
ümumi bitki örtüyünə nisbəti, çiçəklənmə dərəcəsi,çiçəklərin ölçüsü, çiçəklərin ümumi bitki
örtüyünə və yaşıl kütləyə olan nisbəti: müxtəlif yarasların – meşə, kol, ot, mamır-şibyə və torpağın
kompleks əksetməsi,
günəşin vəziyyəti, çəkilişin hündürlüyü və istiqaməti.
Bütün bu amillər çox qısa vaxt ərzində dəyişə bilir. Məsələn, alınan nəticəyə eyni çəkiliş
şəraitində müşahidə olunan müxtəlif kölgə növlərinin dəyişməsi əsaslı təsir göstərir və yaxud eyni
növ bitki şəraitindən asılı olaraq müxtəlif miqdar biokütləyə malik olur. Biokütlənin azlığı bitki
örtüyünün qalınlığının azalmasına, nəticədə isə bitkilərin əksetməsinin azalması ilə nəticələnir.
Biokütlənin azalması həmçinin kölgəli sahələrin azlığına və açıq sahələrin, yəni spektral çəkiliş
üçün yalnış nəticələr verə biləcək bitkialtı sahələrin artmasına səbəb olur və bu cür sahələr yaxın
infraqırmızı diapazonda yarpaqlı sahələrə nisbətən zəif parlaqlıqları ilə seçilərək ayrılır.
Bir çox bitkilər spektral xüsusiyyətləri çiçəklənmə dövründə dəyişir. Bu dövrdə ali bitkilərin
spektral xüsusiyyətlərinin dəyişməsi çiçəkli enliyarpaqlı ağaclara nisbətən daha aydın seçilir.
Kənd təsarrüfatı sahələrinin spektral parlaqlıq əmsalı bir sıra amillərin təsiri ilə
səciyyələnir(suvarma və kultivasiya işləri, sturukturu, bitkilərin ümumi səviyyəsi və s.). Deməli
əkinlərdən qəbul edilən əksetmə siqnalı özündə torpaq və bitki elementlərinin mürəkkəb
kombinasiyasını birləşdirmiş olur. Kənd təsərrüfatı bitkilərinin parlaqlıq əmsalının kəskin
dəyişməsi, təbii bitkilərdə olduğu kimi yaxın infraqırmızı oblastda nəzərə çarpır(cədvəl).