69
göstərilmişdir ki, -NH
2
və -COOH funksional qruplarının bir-birinə yaxın yerləşməsi birləşmələrin
metal səthində adsorbsiyası zamanı fəza çətinliyinin yaranmasına və bununla da bütöv mühafizə
pərdəsinin əmələ gəlməsinə əngəl törədir. Bu isə sonda effektivliyin çox da yüksək olmamasına
gətirib çıxarır.
ƏDƏBİYYAT
1.Антропов Л.И. //Защита металлов.1977.т.13.№4, с.387-399
2.Rozenfeld I.L.Corrosion inhibitors .1981.Mcfrow. Hill ,Newyork ,USA-360 p
3.Григорьев В.П. , Экилик В.В.Химическая структура и защитное действие ингибиторов
коррозии, -Ростов –на –Дон, :Росгосуниверситет, 1978, -184с
4.Решетников С.М.Ингибиторы кислотной коррозии металлов :Химия , 1986,-144с
5.Иванов Е.С.Ингибиторы коррозии металлов в кислых средах .-М.:Металлургия.1986.-175с
6.Erbil M. Korozyon inhibitörleri ve inhibitör etkinliklerinin saptanması .-Ankara .Seqam.-184c
7.Elkadi L,Merkari B, Traisnel M, Bentiss F, Lagrenee M. // Corros.sci.2000 , № 42.p.703
8.Ashassi- Sorkhabi H, Aliyev T.A, Nasiri S, Zareipoor, Seifzadeh D.//Elsevier, Electrochimica Acta,
2007, №52.p.5238
9.Алиев Т.А, Ashassi-Sorkhabi H, Гусейнов К.З, Seifzadeh D.// Практика противокоррозионной
защита , №2 ( 52 ) , 2009.с.50
10.Əliyev T.A. Kimya elmləri doktoru …dissertasiya, Bakı, 2011, BDU, 290 s
11.Süleyman Yalçınkaya .Doktora tezi. ( kimya anabilim dalı ) , -Adana , Çukurova Üniversitesi , Fen
bilimleri Enstitüsü.2008.-146 s
12.Yalçınkaya S, Tüken T, Yazıcı B, Erbil E . Electrochemical synthesis and corrosion performance of
poly ( pyrrole –co –anisidine ) ./ 2008 Progress in organic coatings . 62: 236-244
13.Erbil M.Alternativ Akım (A.C ) yöntemiyle korozyon hızı belirlenmesi .-Doğa.1987.3: s.100-111
ABSTRACT
Tofig Aliyev
Yashar Hassanoghlu
The study of inhibiting effect of some derivatives of relevant monoamine monocarbon acids (
MAMCA ) on the corrosion of St3 steel in 0,1 N HCI aqueous solution system through the
way of electrochemical impedance spectroscopy (EIS)
The article has studied the effect of three derivatives of monoamine monocarbon acids (
MAMCA ) on the corrosion of St3 steel in 0,1 N HCI aqueous solution system through the way of
electrochemical impedance spectroscopy (EIS). It has been defined that all of these compounds
possess inhibiting influence in the shown system. It has been found out that the effectiveness of
these substances which are close in a chemical composition are closer to one another.
РЕЗЮМЕ
Тофик Алиев
Яшар Гасаноглы
Исследования ингибирующего действия некоторых образцов алифатицеского
моноаминомонокарбоновой кислоты ( АЛМАМКК ) на коррозию С
т
-3 в системе 0,1 N
HCl методом Электрохимической Импедансной Спектроскопии ( ЭИС )
Методом ЭИС исследовано влияние трех образцов АЛМАМКК на коррозионное
поведение С
т
-3 в системе 0,1 N HCl .Установлено , что оба этих соединений обладают
ингибируюшего действия в указонной системе.Выявлено , что эффективностъ , близкие по
химическому составу этих соединений также близки.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
70
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
HƏDİYYƏ XƏLİLOVA
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu
khalilova@rambler.ru
UOT: 504.5. 574
ABŞERON YARIMADASININ ANTROPOGEN TƏSİRƏ MƏRUZ QALAN
ƏRAZİLƏRİNDƏ SU HÖVZƏLƏRİNİN EKOLOJİ VƏZİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Açar sözlər: Abşeron gölləri, ekosistem, antropogen təsir,ağır metallar, ekoloji risk
Keywords: Absheron lakes, ecosystem, anthropogenic impact, heavy metals, ecological risk
Ключевые слова: Абшеронскте озера, экосистем, антпогенное воздействие,
тяжелые металлы, экологический риск
Abşeron yarımadası respublikanın göllərlə ən zəngin olan bölgəsidir. Burada yay
mövsümündə arid iqlim səbəbindən quruyan çoxlu sayda duzlu göllər mövcuddur (şəkil 1) [1].
Duzlu göllər əsasən palçıq çöküntülərinin olduğu ərazilərdə yerləşir. Göl sularının qidalanmasında
qrunt sularının rolu azdır. Əvvəllər atmosfer yağıntıları göllərin əsas qida mənbəyi hesab olunurdu.
Lakin, zaman keçdikcə Abşeron ərazisi, və o cümlədən, buradakı göllərin müəyyən hissəsi
antropogen yüklənməyə məruz qalmışdır.
XIX əsrin ikinci yarısından başlayaraq neft sənayesi və onunla əlaqəli təsərrüfatların, XX
əsrin ortalarından aqrosənayenin və urbanlaşma prosesinin sürətli inkişafı Abşeron göllərinin
kəmiyyət və keyfiyyət göstəricilərini kəskin dəyişmişdir. Uzun illər məişət-kommunal, sənaye və
kənd təsərrüfatı müəssisələrinin tullantı suları təmizlənmədən göllərə axıdıldığından onların bir
çoxunun sahəsi və su həcmləri artmış, minerallaşma dərəcələri isə azalmışdır. Bəzi göllərin sahələri
yaşayış və müxtəlif infrastruktur ərazilərin genişlənməsi nətəcəsində kiçilmişdir. Su həcmi artmış
göllərin əsas qidalanma mənbələri atmosfer yağıntıları deyil çirkab axıntıları olduğundan onlar artıq
yay fəslində qurumurlar.
Abşeronun təbii vəziyyəti texnogenezlə pozulmuş göllərə Böyükşor, Bülbülə, Kürdəxanı,
Məhəmmədli, Zabrat, Hocahəsən, Qala, Lökbatan, Qanlıgöl, Binəqədi, Ramana, Qırmızıgöllər
sistemi, Zığ, Pirallahı, Puta, Daşgil və s. aiddir.
Göllərin çirklənmə şəraiti, müxtəlif çirkləndiricilərlə çirklənmə dərəcəsi və onların ətraf
mühitə təsirinin qiymətləndirilməsi və ekosistemin sağlamlaşdırılması istiqamətində müəyyən işlər
yerinə yetirilmişdir. Aparılmış tədqiqatların nəticəsi göstərir ki, uzun illər davamlı antropogen
təsirin nəticəsində Abşeron göllərinin morfoloji, hidro-geoloji və bioloji xassələrində ciddi
dəyişikliklər baş verib. Göllərin faunası kimyəvi maddələrin mənfi təsirinə məruz qalıb. Bir çox su
hövzələrinin öz-özünü təmizləmək qabiliyyəti və reproduktivliyi xeyli aşağı düşüb. Makrobentos və
zooplanktonların sayında nəzərə çarpacaq azalmalar müşahidə olunur. Tərkibində müxtəlif
çirkləndiricilər olan külli miqdarda çirkab sularının göllərə axıdılması onların hidrokimyəvi
xassələrini dəyişməklə yanaşı, eyni zamanda səviyyəsinin qalxmasına səbəb olmuşdir [1-4].
Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqdim olunan məqalənin əsas məqsədi Absheronun
uzun illər müxtəlif antropogen mənbələrin təsirinə məruz qalan iki təbii su hövzəsinin - Böyükşor
və Bülbülə göllərinin zərərli maddələrlə çirklənmə səviyyəsinin müəyyən olunması və dib
çöküntülərinin ağır metallarla çirklənməsi nəticəsində göl ekosistemləri üçün yaranmış potensial
ekoloji riskin qiymətləndirilməsidir.