Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   25   26   27   28   29   30   31   32   33

Anar Həsənli

işğalından sonra isə bu ideya mühacirət fəaliyyəti formasına qədəm 

qoymuşdur.  Ancaq,  zaman  keçdikcə  Azərbaycanın  tarixi  mədəni 

dəyərlərinin zənginliyi, milli adət-ənənələrinin möhkəmliyi də artır. 

Dünyada baş verən qloballaşma prosesi yalnız regional inteqrasiya və 

transmilliləşmə  ilə  müşayiət  edilmir.  O  həm  də  regional,  lokal 

səviyyədə  dezinteqrasiya  yaradır,  qloballaşmaya  cəlb  edilən  yeni 

cəmiyyətlərin daxili tarazlığını pozur. Cəmiyyətdəki kollektiv, etnik, 

ərazi və sosial eyniliyin köhnə formalarının zəifləməsi və dağılması 

yeni  struktur  müxtəlifliyinin  və  sosial  differensiasiyasının 

formalaşmasının  təməlini  yaradır.  Mədəniyyət  ideologiyalarının 

mahiyyəti,  dəyərlərin  ümumsovet  mədəniyyəti  içərisində  belə 

özünəməxsusluğunu  yaşada  bilirdi.  XX  əsrin  70-ci  illərində 

Azərbaycançılıq  yeni  vüsət  xətti  ilə  seçilirdi.  Azərbaycançılıq 

ideologiyasının  təməl  prinsipləri  daha aydın  görünməyə  başlayırdı. 

Ulu  öndər  H.Əliyevin  bu  istiqamətdə  olan  dəstəyi  və  tarixi 

təşəbbüsləri  Azərbaycançılığın  rolunu  artırır  və  bu  ideologiyanın 

formalaşması prosesini dərinləşdirirdi. Həmin illərdə böyük siyasətçi 

Heydər Əliyev xalqın  milli  mənlik şüurunun oyanmasında  leqal  və 

qeyri leqal formalarda böyük təsir gücünə malik idi.

Azərbaycançılığın  məzmunca  mahiyyətini  müxtəlif  xalqların, 

mədəniyyətlərin,  ənənələrin,  konfessiyalann  üzvü  şəkildə  vəhdəti 

təşkil edir. Azərbaycançılıq keçmiş tarixi epoxaların mifologiyasını, 

mədəni  kodlarını  və  rəmzlərini  mənimsəyərək,  onlardan  yeni 

ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu 

müəyyənləşdirmək  üçün  istifadə  edir.  İndi  o,  cəmiyyətimizdə  ən 

qurucu  və  dinamik  qüvvədir.  Azərbaycançılığın  gücü  həm  də 

bundadır  ki,  o,  fərdi  maraqlan  və  meyilləri  dövlətin  siyasəti  ilə 

birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa 

qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna 

verir  və  onun  əhəmiyyətini  müəyyən  edir,  qarşılıqlı  məsuliyyət  və 

ümumi  işə  bağlılıq  hissini  gücləndirir,  tənhalıq  və  qəriblik  hissini 

aradan  qaldırmağa  kömək  göstərir.  Bu  ideologiya  Azərbaycanda 

vahid cəmiyyət, vahid xalq formalaşdırır.

-  

120


  -

Muasu- şamildə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

Ulu  öndər  Heydər  Əliyevin  Azərbaycan  dilinin  tətbiqi  işinin 

təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün 

tətbiq  edilməsi  haqqında  2001-ci  ildə  imzaladığı  fərmanlar,  dini- 

mədəni  dəyərlərin  qorunub  saxlanılması  məsələləri  barədə 

azərbaycan xalqına müraciəti təkcə keçmişə ehtiram əlaməti, yaxud 

qoruyucu  mühafizəkar  əhval-ruhiyyənin  təzahürü  deyildi.  Bu, 

zamanın  tələblərinə,  modernləşməyə  keçid  dövrünü  yaşayan 

ölkələrdə  milli  sosiomədəni  prioritetləri  siyasi  prosesindən 

kənarlaşdırmağa  qadir  olan  qloballaşmanın  tələblərinə  cavab  idi. 

Milli  yönümlü  belə  siyasətin  əsasında  öz  xalqının  tarix  və 

mədəniyyətini,  onun  milli  mentalitetinin  mahiyyətini,  mənlik 

şüurunu və milli “mən”ini qonıyub saxlamaq səyləri durur [49,206].

Mədəniyyətin  və  əxlaqın  qloballaşmanın  mənfi  steriotiplərinə 

qarşı  müəyyən  mənada  müqavimət  göstərdiyi  bir  dövrdə 

Azərbaycançılıq  ideologiyasının  əhəmiyyəti  olduqca  zəruridir.  Bu 

baxımdan  Azərbaycançılıq  ideologiyasının  bazisində  Azərbaycan 

mədəniyyətinin özülü dayanır. Sosial psixoloji kontekstdə mədəniyyət 

insan həyatına və psixikasına daha operativ və fasiləsiz təsiredici faktor 

olduğundan  onun  nizamlanmasına  və  dəyişilməz  prinsiplərinin 

gündəlik  fəaliyyət normalarına salınmasına ehtiyac böyükdür.  Müasir 

dövrdə mədəniyyətlərə kənar və daxili təsirlərin müqayisəsində ikinci 

amilin  çəkisinin daha ağır  olduğu  üzə çıxır.  Mədəniyyət  subyektdən 

irəli gələn dərketmə və inteqrasiya axını olduğu üçün dolayı və birbaşa 

interpretasiyaların  ötürücüləri  məhz  daxili  amillərlə  reallaşır. 

Azərbaycançılıq  azərbaycan  xalqının  milli  mənlik  və  ümumxalq 

mədəniyyətinin qorunması üçün zəruri ideologiyadır.

Müstəqillik əldə edildiyi gündən 20 il keçəndən sonra əminliklə 

demək olar ki, əslində, totalitar dövrün kütləvi şüur formasının açıq, 

şəffaf  və  demokratik  cəmiyyət  elementləri  ilə  zənginləşmiş  şüur 

forması ilə əvəz olunmasını nəzərdə tutan ictimai transformasiya baş 

vermişdir.  Bu,  bütövlükdə  cəmiyyətdə  yeni  siyasi  oriyentirlərin 

formalaşmasına əhəmiyyətli təsir göstərir, funksional baxımdan yeni 

siyasi  təşkilatların  yaradılmasına  gətirib  çıxarır.  Formalaşan  siyasi

-  

121


  -

J


A n a r H əsənli

məkan xeyli dərəcədə əhalinin bütün təbəqələrinin mənafelərini ifadə 

edir.  Demokratik  cəmiyyətdə  monosentrik  siyasi  sistemlərdən 

danışmağın  əsassız  olması  tamamilə  təbiidir.  Lakin  siyasi  məkan 

hətta  iki  qütblü,  yaxud  polisentrik  olsa  belə,  kütlənin  tələblərinə 

cavab  verməli,  əhalinin  mənafelərini  ifadə  etməli,  inkişafa  və 

tərəqqiyə kömək göstərməli, başlıcası isə dövlət müstəqilliyinin əsası 

kimi milli suverenliyi  qoruyub saxlamalıdır. [49,123]

Alman sosioloqu Ralf Darendorf demokratiyanın abıvatel (şəxsi 

mənafeyini güdən) anlayışına qarşı özünün real gerçəkliyə əsaslanan 

demokratik  idarəetmə  sistemini  qoyur.  Ona  görə  demokratiya 

baxışların sadəcə müxtəlifliyi olmayıb idarəetmə sistemidir [85,70].

Bu  gun  təriqətçilik  cərəyanlarının  sayı  artmağa  başlamış, 

Azərbaycanda  din  yeni  Avropa  (xristian),  İran,  Türkiyə,  ərəb  dini 

modellərinə,  ya  da  «liberal  islam»  modelinə  yönəlmənin  təcrübə 

obyektinə çevrilmişdir.

Siyasi  partiya  bayrağı  altında  radikal  islam  qruplarını 

birləşdirməyə  cəhdlər  göstərilir.  Həmin  modellərin  hər  biri 

transformasiya  dövrü  yaşayan  Azərbaycanın  milli  reallıqlarında 

müstəsnalıq  iddiasında  idilər.  Bu  sahədə  milli  inkişaf strategiyasını 

düşünülmüş  şəkildə  müəyyənləşdirmək  və  Azərbaycanda  dinin 

yerini  və  rolunu  inamla  səciyyələndirmək  üçün  on  ilə  yaxın  vaxt 

lazım  olmuşdur.  Azərbaycanın  dünyəvi  idarəetmə  formasına  malik 

demokratik  dövlət  olduğu  bu  gün  heç  kəsdə  şübhə  doğurmur.  Bu, 

müsəlman və eyni zamanda, nəzərə çarpacaq Avropa aksenti olan çox 

konfessiyalı ölkədir.

1997-ci  ildə  “Dini  etiqad  haqqında”  qanuna  əcnəbilərin 

Azərbaycan  ərazisində  missionerlik  fəaliyyəti  ilə  məşğul  olmasını 

qadağan  edən  dəyişikliklər  olunması  ölkənin  incilləşdirilməsi 

təhlükəsinin  qarşısını  qismən  alsa  da,  bu  dini  qurumların  qeyri- 

qanuni  fəaliyyəti  və  cəmiyyətin  dini  identikliyi  problemi  hələ  də 

aktual olaraq qalır.

Yuxarıda  qeyd  etmişdik  ki,  müstəqillik  əldə  edəndən  soma 

Azərbaycan  islamın  Türkiyə,  İran,  Səudiyyə  Ərəbistanı  modellərinin

-

 

122



-

Müasir şəratlda Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

ölkənin  ictimai  həyatında  sınaqdan  keçirilməsi  üçün  meydana 

çevrilmişdi. Müstəqillik qazanıldıqdan az sonra ölkədə İran tərəfindən 

maliyyələşdirilən  çoxlu  sayda  mədrəsələr  meydana  gəldi.  Ali 

məktəblərdə  ilahiyyat  fakültələri  açıldı,  burada  Türkiyədən  gəlmiş 

müəllimlər  çalışırdılar.  Səudiyyə  Ərəbistanı  və  Küveyt  xeyriyyə 

cəmiyyətləri Azərbaycanda çox böyük İslam Universitetinin tikintisini 

maliyyələşdirməyə başladılar [134].

Nəticədə,  əhali  Azərbaycan  cəmiyyətinin  eyniləşdirilməsinə 

imkan verən milli dini modeli axtarmaq dilemması qarşısında qaldı. 

Tamamilə aydındır ki, əhalinin əksəriyyəti müsəlman olan ölkə üçün 

qlobal  qərbləşmə  müstəmləkəçiliyi  epoxasında  cəmiyyətdə  islamın 

rolu və yeri  haqqında dəqiq müəyyən edilmiş xəttin olmaması  ciddi 

nəticələrə gətirib çıxara bilər. Görkəmli islam alimlərindən olan Yusif 

əl-Kərdavi  yazır:  «Müstəmləkəçiliyin  növlərindən  ən  təhlükəlisi 

ideya  müstəmləkəçiliyidir.  O,  torpaqları  deyil,  zehinləri  zəbt  edir, 

zəka  isə  toplardan  deyil,  qələmdən  istifadə  edir.  Sosiomədəni 

məkanın  bu  cür  müstəmləkələşdirilməsi  «yeni  demokratiyaların» 

transformasiyası  nəticəsində  baş  verir  [134].  A.Tokvill  respublika 

şəraitində  cəmiyyət  üzvlərinin  şəxsi  maraqlarla  ictimai  maraqların 

birləşdirilməsi,  dövlətin  və  millətin  ümumi  mənafeyi  naminə 

fəaliyyət göstərmələrinin artması imkanlarını xüsusi olaraq qeyd edir 

[114,376].

Lakin  cəmiyyətdə  demokratik  meyillərin  genişlənməsi  ilə 

m üşayiət  edilən  liberallaşm a  dini  kosm opolitizmə  gətirib 

çıxarmamalıdır. Çünki müəyyən mənəvi-əxlaqi meyarlar və qaydalar 

olmadan cəmiyyət öz üzvlərinin kamil və hərtərəfli inkişafına təminat 

verə  bilməz.  SSRİ-də  kommunist  ideologiyası  uzun  illər  boyu 

insanları  dindən  ayırmağa,  onları  sosial  gerçəkliyi  ateistcəsinə 

qavramaq ruhunda tərbiyə etməyə cəhd göstərmişdir. Lakin bu ideya- 

siyasi  layihə  iflasa  uğradı.  Bütün  bu  illər  ərzində  dini  ənənələr 

qorunub  saxlanaraq  nəsildən-nəslə  ötürülmüşdür.  Ona  görə  də  dini 

siyasi  konyunktura silahına çevirmək deyil, cəmiyyətə xidmət üçün 

yönəltmək  çox  əhəmiyyətlidir.  Azərbaycanın  ümummilli  lideri

-

123


-


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə