69
zamanı. Təzə yarpaqlarından götürüb qaynar suda biĢirib, sterilizə edilmiĢ bintlə ağrıyan nahiyənin
üzərinə qoyub bağlayın.
Diqqə
t! Kaltanın təzə yarpaq və çiçəkləri az zəhərli olduğundan bitki xammalından istifadə
edən zaman götürülən miqdara riayət edin. Bitkini qurudan və yaxud qaynadan zaman zəhərli
maddə parçalanıb yox olur. QurudulmuĢ hissəsindən xörəklərin tərkibinə əlavə edilir.
Üzgə
cotu – Trollius officinalis L.
Bu, rütubət və nəmlik sevən çoxillik ot bitkisidir.
«Trollius» qədim alman sözü olub, «Ģar»
mənasını daĢıyır ki, bu da çiçəklərinin Ģar formasında olması ilə əlaqədardır. Bitkinin yarpaqları iri,
növbəli, barmaqĢəkilli bölünmüĢ, 3-8 sm uzunluğundadır. Çiçəkləri Ģar formasında sarı və yaxud
narıncı rəngdə olub 5 və 20-yə qədər ləçəkdən təĢkil olunmuĢdur.
Üzgəcotu cinsinin soyuq və mülayim iqlim zonalarında 20-yə yaxın növü
yayılmıĢdır. Bunlardan 2 növünə MDB məkanında rast gəlmək olar. Üzgəcotunun
bağ və xiyabanların bəzədilməsində geniĢ istifadə olunan bir neçə qiymətli sort və
formaları əldə olunmuĢdur.
Asiya üzgəcotu
T. asiaticus L.
Hündürlüyü 60-85 sm olan, qiymətli bəzək
bitkisi sayılan çoxillik otdur. Yarpaqları, əsasən kök ətrafında yerləĢən dərin lələk
Ģəkilli bölünəndir. Çiçəkləri iri, diametri 8 sm olub, tək halda çiçək saplağı
üzərində yerləĢən parlaq-narıncı rəngdədir. Çiçəklənməsi may ayından baĢlayaraq
iyunun axırlarına qədər davam edir.
Bitkinin yarpaq, çiçək, kök və toxumlamanın tərkibindən alkoloid, C vitamini, kumarin,
ləçəklərindən 1%-ə qədər flavonoid təbiətli boyaq maddəsi, toxumlarından 27,9-28,7%-ə qədər
piyli yağ və s. aĢkar edilmiĢdir. Tibet təbabətində yarpaq və çiçəklərindən hazırlanan dəmləmə,
cövhər və məlhəmlərindən göz zəifləməsində, monqol təbabətində isə mədə-bağırsaq xəstəliklərinin
müalicəsində istifadə edilir.
Avropa üzgəcoru –
T. europaeus L.
Bu hündürlüyü 75-85 sm olan, düzqalxan gövdəyə
malik, çoxillik ot bitkisidir. Yarpaqları çanaqĢəkilli, 3-5 sayda bölünəndir. Çiçəkləri Ģar formasında
olub, sarı rəngdədir. Çiçəklənməsi iyun-iyul ayına qədər davam edir. Vətəni Avropa hesab edilir.
Yabanı halda keçmiĢ SSRĠ-nin Avropa hissəsində yayılmıĢdır.
Bitkinin kök və kökümsovunda maqnoflorin, xolin alkaloidləri, yarpaq və çiçəklərində
viteksin, oriektin, n-kumarin, ferilov, sinapov kumarinləri, bundan baĢqa çiçəklərinin tərkibində
karotin, ksantofıl, epoksid, trolliksantin, trolliflor karotinoidləri, toxumlarında isə 18,4-32,9% piyli
yağ və s. aĢkar edilmiĢdir. Avropa üzgəcotunun kök, yarpaq və çiçəklərindən alınan preparatlar
mədə,
qara ciyər,
öd kisəsi, sinqa və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Lidebur üzgəcotu –
T. ledebourii Reichenb
. Çiçəklərindən təbii rəng alınır. Yabanı halda
ġərqi Sibirdə, Uzaq ġərqdə, Yaponiya və Çin ərazilərində yayılmıĢdır. Hündürlüyü 70-90 sm olub,
yaraĢıqlı və davamlığına görə Asiya üzgəcotundan heç də geri qalmır. Çiçəklərinin diametri 7-8 sm
olub, qızılı-narıncı və yaxud sarı rəngdədir. Kökətrafı yarpaqları enli, yarıdan çox hissəsi kəsik
olub, parlaq, tünd yaĢıl rəngdədir. Ġyun-iyul aylarında çiçək açır. AĢağıdakı bağ sortları məlumdur.
1)
HaĢa sortu. Bu, 90 sm hündürlüyündə olub, tünd-narıncı rəngdən tutmuĢ, acıq-narıncı
çiçəklərə malikdir. Çiçəklərinin diametri 7 sm-dir.
2)
Kinq sortu, hündürlüyü 50 sm, tünd narıncı və sarı-narıncı çalarlara malik olub, diametri
5 sm-dir. Kollarını əsasən hissələrə bölməklə, həmçinin, yaĢıl qələm, nadir hallarda isə
toxumları vasitəsilə çoxaldılır. Kol hissələrini erkən yazda (aprelin axırları və mayın
əvvəllərində), həmçinin avqustun ortalarından sentyabrın ortalarına qədər əkməyi
məsləhət görürlər.
Əkin zamanı kök boğazcığını 2 sm dərinliyində basdırırlar. Ġkinci ili çiçək açmağa baĢlayır.
Bir dəfə əkilmiĢ sahə 5 ilə qədər inkiĢaf edib, çiçəkvermə qabiliyyətinə malik olur. Bəzən isə bir
yerdə hətta 7-10 ilə qədər inkĢaf edərək çiçək məhsulu verir. Bu Ģərtlə ki, sahəyə hər il yaxĢı
aqrotexniki qulluq göstərilsin. Qələmlərinin yeraltı tumurcuqları əmələ gələn zaman - erkən yayda
əkməyə baĢlayırlar.