132
Radikulit zamanı. QurudulmuĢ atĢabalıdı çiçəklərindən 1 xörək qaĢığı götürüb 10 xörək
qaĢığı yağa əlavə edib qaranlıq yerdə saxlayın. 12 gündən sonra götürüb su hamamına qoyub
qaynadıb süzün. Ağrıyan nahiyəyə sürtün.
Revmatizm zamanı. 1,5 kq xırdalanmıĢ ət maĢınından keçirilmiĢ atĢabalıdı meyvəsindən
götürüb 5
litr soyuq suya tökün, 30 dəqiqə biĢirib süzün. Temperaturu 30-35°C olan vannadakı suya
tökün. Əməliyyatı 15 dəqiqə davam etdirin. Bu, dəri səpmələrində, əsəb narahatlığında əhəmiyyətli
hesab edilir.
Cinsi zəiflik zamanı. 2 ədəd yaĢıl tikanlı meyvəsini götürüb yuyub xırda hissələrə doğrayın,
1 stəkan qaynar suya töküb vam od üzərinə qoyub 15 dəqiqə biĢirib, süzün. Sonra çay qaĢığının
ucunda bal qatıb, soyuq və azca isti halda səhər və axĢam 0,5 stəkan qəbul edin.
Diqqət!! Ev Ģəraitində hazırlanmıĢ atĢabalıdı preparatlarını 3-8 həftədən artıq qəbul etmək
məsləhət görülmür.
MURDARÇA – Rhamnaceae Juss. fəsiləsi
Qızılağac mürdəĢər – Frangula alnus Mill.
Dünya florasının tərkibində murdarça fəsiləsinin 58 cinsi, 900 növünə təsadüf edilir. Bu
növlərin əksəriyyəti ağac olub Yer kürəsinin tropik və subtropik ərazilərində yayılmıĢdır.
Yer kürəsində mürdəĢər cinsinin 50-yə qədər növü yayılmıĢdır. Azərbaycanda 2 növünə
təsadüf edilir. Bunlar aĢağıdakılardır: qızılağac mürdəĢər -
F.alnus Mill.
, iriyarpaq mürdəĢər -
F.grandiflora (Fisch. et Mey) Grub.
MürdəĢərin növləri adətən yarpaqlarını tökən,
bəzən isə həmiĢəyaĢıl, tikansız budaqlara malik xırda
ağac və ya kol bitkiləridir. MürdəĢərin ən qiymətli növü
qızılağac mürdəĢər
- Frangula alnus sayılır. Bu,
hündürlüyü 6-7 metrə qədər olan hamar qabıqlı, ağac və
ya kol bitkisidir. Cavan zoğları qırmızı-Ģabalıdı rəngdə
və lansetvari, ağ mərci formalıdır. Çiçəkləri xırdadır,
ikicinslidir, ensiz, zəng formahdır. Xaricdən görünüĢü
yaĢılımtıl-ağ,
daxildən
sarımtıldır.
Yarpaq
qoltuqlarından çıxaraq 1 sm uzunluğunda olan qısa
saplaqlar üzərində yerləĢir. TorĢəkilli meyvəsinin
diametri 8-10 mm-ə qədərdir. Əvvəlcə qırmızı, yetiĢdikdən sonra isə bənövĢəyi-qara rəngdə olur.
Ġçərisində 2-3 ədəd linzaya oxĢar, hamar, Ģabılıdı rəngdə çəyirdəyi olan çəyirdək meyvədir.
Azərbaycanın dağ-meĢə rayonlarında geniĢ yayılmıĢdır. Xüsusən Quba-Qusar, ġəki-Zaqatala,
Lənkəran-Astara zonalarında bol ehtiyatı vardır. Bitkiyə arandan yuxarı dağ qurĢağınadək rütubətli
yerlərdə, meĢə kənarlarında, kolluqlarda, çay kənarlarında, bataqlıq çəmənliklərində meĢəciklər
halında, qrup Ģəklində və baĢqa kol cinsləri ilə birlikdə rast gəlinir.
Dağlıq zonalarda dəniz səviyyəsindən 1700 m-ə qədər hündürlükdə rast gəlinir. Gözəl,
parlaq, yaĢıl yarpaqlarına və yetiĢmə prosesində rənglərini dəyiĢən meyvələrinə görə uzun illərdən
bəri parklarda, bağ və bağçalarda dekorativ bitki kimi becərilir.
Qızılağac mürdəĢərin yarpaq, meyvə və qabıq hissəsinin tərkibində 2,57-5,7%-ə qədər
antraxion birləĢmələri, franqulin, xrizofanol, emodin, aloye, rein, emodinantren, franqulaemodin,
10,4%-ə qədər aĢı maddəsi və s. tapılmıĢdır. Bundan əlavə qabığının tərkibində 3,57% kül, mq/q
olmaqla 4,80 - K, 18,80 - Ca, 2,60 - Mg, 0,40 - Fe makroelementləri, 107,00 - Mn, 12,40 - Cu,
16,60 - Zn, 0,16 - Co, 152,58 - A1, 171,68 - Ba, 0,72 - V, 0,04 - Se, 1,52 - Ni, 7,92 - Se, 27,52 - B,
0,72 - I mikroelementləri və s. aĢkar edilmiĢdir.
Qızılağac mürdəĢərin qabıq hissəsini erkən yazda hələ çiçək açmayan dövrdə toplamağı
məsləhət görürlər. Yoğun gövdədən dairəvi deĢik açır, sonra onu uzununa kəsərək soyub götürürlər.
Bıçaqla qabıq hissəsini qaldırıb soymaq olmaz. Yığılan xammalı mehvuran çardaqlarda kağız
üzərinə nazik halda sərib qurutmaq lazımdır. Tez qurusun deyə gün ərzində xammalı 1-2 dəfə
çevirirlər. Zəhərli olduğu üçün yığılmıĢ xammaldan bir il istifadə etmək məsləhət görülmür. Tez