160
götürüb süzgəcdən keçiıin. Aldığınız pürenin üzərinə təzə limondan alınmıĢ Ģirə və 1 çay qaĢığı
çaytikanı yağı əlavə edin. QatıĢıqdan isti halda təmizlənmiĢ sifətinizin dərisinə, boğaz və sinə
nahiyənizə yaxın. 15-20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyub-təmizləyin. Əməliyyatı həftədə
2-3 dəfə təkrar edin.
Qırışlar üçün vitaminli kremin hazırlanması. Bərabər miqdarda çaytikanı və kök Ģirəsi,
qatıq, düyü və yaxud vələmir unu götürün. Bütün komponentləri ehtiyatla qarıĢdırın. Aldığınız
qarıĢıqdan götürüb təmizlənmiĢ üzünüzün dərisinə sürtüb 20-25 dəqiqədən sonra isti su ilə yuyun.
Həftədə 2-3 dəfə yatmağa az qalmıĢ əməliyyatı təkrar edin. Müalicə kursu 18-20 gündür.
Çivzələr üçün çaytikanından kremin hazırlanması. Stəkanın 1/4 hissəsi qədər təzə dərilmiĢ
itburnu və yaxud qızılgül ləçəklərindən götürüb həvəngdəstədə əzin, 1 xörək qaĢığı əzilmiĢ bal arısı
mumu, 3 xörək qaĢığı yumĢaq marqarin, 1 çay qaĢığı çaytikanı yağı götürün. Sonra götürdüyünüz
komponentləri yaxĢı-yaxĢı qarıĢdırın. Dərinizi qabaqcadan spirtli losyonla təmizləyib sonra
pambıqdan düzəldilmiĢ çubuqla aldığınız kremdən götürüb çivzə və sızanaqların üzərinə ehtiyatla
yaxın. Əməliyyatı gündə 3-4 dəfə təkrar edin. Müalicə kursu 7-10 gündür.
Çaytikanından solmuş, quru dərilər üçün qidalı kremin hazırlanması. 2 xörək qaĢığı
limonun ətli hissəsindən götürüb, üzərinə 2-3 xörək qaĢığı əridilmiĢ sümük iliyi, təzə yumurta
sarısı, 1 çay qaĢığı duru bal və çaytikanı yağı əlavə edin. QarıĢıqları əzib qarıĢdıra-qarıĢdıra 1 xörək
qaĢığı spirtli kamfora əlavə edin. AlınmıĢ kremdən təmiz yuyulmuĢ üzünüzə, boynunuza və sinə
nahiyənizə çəkin. 7-10 dəqiqədən sonra yaxılmıĢ kremi salfet kağızı ilə silib-təmizləyin. Əməliyyatı
hər gün yatmazdan qabaq 1-2 ay müddətində davam etdirin.
Çaytikanından dodaqlar üçün balzamın hazırlanması. Kibrit qutusunun 1/4 hissəsi qədər
təbii mum üzərinə 1 xörək qaĢığı çaytikanı yağı əlavə edin və emallı qabda su hamamına qoyub həll
olana qədər qarıĢdırın. Hazır məmulatı bir az soyudub nazik qatla dodağınıza çəkin. Əməliyyatı hər
gün yatmazdan qabaq 5-10 dəqiqə aparın.
YAĞIOTU – Onagraceae Juss. fəsiləsi
Ġvançay – Chamerion angustifolium (L.) Holub
Yer kürəsi florasının tərkibində fəsilənin 36 cinsi və 500-ə qədər növü yayılmıĢdır. Fəsilənin
dərman, qida, bəzək və nektar təbiətli cinslərindən biri də Ġvançay cinsidir. Cinsin dünya florasının
tərkibində 200-ə qədər növünə rast gəlmək olar. Qafqazda, o cümlədən də Azərbaycanda 4 növü
var.
Ġvançay –
Chamerion angustifolium (L.) Holub. Bu çoxillik ot bitkisi olub, hündürlüyü 130-
150 sm, yerüstü və sürünən kökümsov gövdəyə malikdir. Növbə ilə düzülmüĢ çılpaq, lansetvari,
gövdə üzərində oturaq yarpaqları vardır. BənövĢəyi qırmızı və ya ağ çiçəkləri salxımvari formada
yerləĢmiĢdir. Meyvəsi çoxtoxumlu dördkünc buynuzaoxĢar qutucuq meyvədən ibarətdir. Ġyul-
avqust aylarında çiçək açır, sentyabrda isə meyvəsi yetiĢir.
Ġvançay Respublikamızda Quba rayonunun Ģərq ərazilərində, Kiçik Qafqazın Ģimal və
mərkəz hissələrində, Naxçıvanın dağlıq zonalarında yayılmıĢdır. Bundan baĢqa bitkiyə yuxarı
subalp çəmənliklərdən tutmuĢ, meĢəliklərdə, daĢlı-çınqıllı sahələrdə, açıqlıqlarda, meĢə kəsiklərində
və s. yerlərdə rast gəlmək olar.
Bitkinin bütün hissələri xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Belə ki,
yarpaq hissəsi Ģirintəhər, yeməli olub, tərəvəz kimi istifadə edilir. Kökü xırda həssələrə salınıb,
qıcqırdılıb spirt əldə edilir ki, bundan da müxtəlif içki növləri hazırlanır.
Bundan baĢqa kökünü xırda hissələrə salaraq ondan un əldə edib müxtəlif çörək növləri
biĢirirlər. Yarpaqlarından surroqat hazırlayıb çay kimi içirlər. Yarpaqlarının tərkibindən selik,
pektin, tanin, 190 mq%-ə qədər C vitamini, 0,1% məlum olmayan alkoloid və s. aĢkar olunmuĢdur.
Qiymətli nektar bitkisi sayılır. Çiçək açan (3 gün çiçək açır) dövründə 1 çiçəyinin tozcuğunda 0,55
mq nektar aĢkar edilmiĢdir. Bu da 1 hektar sahədən 480-500 kq bal deməkdir. Hava Ģəraiti əlveriĢli
keçən illərdə kütləvi çiçək verdiyi zaman hər hektar sahədən 900-100 kq-a qədər bal məhsulu əldə