Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   76   77   78   79   80   81   82   83   ...   149

159 
 
aldığınız  sıyıqdan  sterilizə  edilmiĢ  tənzifın  üzərinə  yaxıb  xəstə  olan  nahiyəyə  qoyub  sarğı  ilə 
sarıyın. Əməliyyatı axĢamlar 1 dəfə aparın. Müalicə kursu tam sağalana qədərdir. 
Diqqət!  Çaytikanı  yağı  və  onun  preparatları  ilə  müalicəni  ancaq  həkim  nəzarəti  altında 
həyata keçirmək lazımdır. Bu yağı kəskin xolesistit, hepatit, pankreatit və mədə pozuntuları (ishal) 
zamanı qəbul etmək olmaz. 
Ev şəraitində çaytikanı yağını aşağıdakı üsullarla hazırlamaq olar: 
1)
 
Təzə  dərilib  təmizlənmiĢ  çaytikanı  giləmeyvəsini  ət  maĢını  və  yaxud  mətbəx 
kombaynından  keçirib  xırda  hissələrə  salın.  AlınmıĢ  Ģirəni  tənzifdən  süzüb  keramik  və 
yaxud  ağzı  enlı  ĢüĢə  qablara  doldurun.  Bir  gündən  sonra  ehtiyatla  qabın  üzərinə  çıxmıĢ 
yağı  taxta  qaĢıqla  götürüb  baĢqa  bir  qaba  yığın.  Yerdə  qalmıĢ  tullantıların  üzərinə  1:10 
nisbətində  qaynadılmıĢ  soyuq  su  əlavə  edib  2-3  gün  saxladıqdan  sonra  yenidən  qabın 
üzərində olan yağı ehtiyatla götürüb qaba tökün. 
2)
 
ƏzilmiĢ giləmeyvənin üzərinə 1:10 nisbətində su, stəkanın 1/2 hissəsi qədər Ģəkər tozu, 1 
xörək  qaĢığı  maya  əlavə  edib  40-50°C  temperatur  Ģəraitində  3  gün  saxlayın.  Yağ 
tamamilə, qabın üzərinə çıxdıqda onu taxta qaĢıqla ehtiyatla yığıb götürün. 
Giləmeyvənin sıxıb Ģirəsini çıxaıdıqdan sonra yerdə qalan qabıq və dənələrini (toxumlarını) 
qurudub xırda hissələrə salıb termosa tökün və 60ºC temperatuıda qızdırılmıĢ zeytun yağı və yaxud 
təmizlənmiĢ  günəbaxan  yağını  1:1  nisbətində  əlavə  edin.  3  gün  saxlayın.  Sonra  hazır  olmuĢ  yağı 
tünd ĢüĢə butulkalara doldurub soyuducuda saxlayın. Aldığınız yağın saxlanma müddəti 2 ildir. 
Çaytikanından müalicəvi qida məhsullarının hazırlanması. 
Şirə - “Gənclik vitamini”. Təzə sıxılıb çıxarılmıĢ çaytikanı Ģirəsini emal qazana töküb, zəif 
od  üzərinə  qoyun  və  üzərinə  Ģəkər  tozu  əlavə  edib  (1  litr  Ģirəyə  300  q  olmaqla),  onun  tam  həll 
olması  üçün  tələsməyin.  Sonra  qaynama  dərəcəsinə  gətirin  (ancaq  qaynatmamaq  Ģərtilə).  ġirəni 
sterilizə  edilmiĢ  bankaya  doldurub  ağzını  möhkəm  bağlayın.  Aldığınız  Ģirədən  mors  və  kisel 
hazırlanmasında istifadə edin. 
Çaytikanının şəkər tozu ilə qarışığı – “sağlamlıq nektarı”nın hazırlanması. Giləmeyvəni 
yuyub, təmiz emallı qaba töküb üzərinə giləmeyvənin çəkisi qədər Ģəkər tozu səpin. Sonra qarıĢığı 
yarım  litrlik  bankaya  töküb,  perqament  kağızına  büküb  soyuq  və  qaranlıq  yerdə  saxlayın  lazım 
gəldikdə istifadə edin. 
Kərə  yağı  ilə  çaytikanı  qarışığı  -  «təbiətin  gücü»nün  hazırlanması.  500  q  kərə  yağı,  1 
stəkan Ģəkər tozu və 5 xörək qaĢığı doğranmıĢ təzə çaytikanı giləmeyvəsi götürün.  Komponentləri 
bir-biriləri  ilə  narıncı  rəngli  kütlə  alınana  qədər  qarıĢdırın.  QarıĢığı  təmiz  ĢüĢə  bankaya  doldurub, 
ağzını bağlayıb 3-4 ay soyuducuda saxlayın. 
 “Həyat  enerjisi”  jelesinin  hazırlanması.  Çaytikanı  Ģirəsini  ətli  hissəsi  ilə  birlikdə  zəif  od 
üzərinə qoyub qızdırın və 1 litr Ģirəyə 850 q Ģəkər tozu əlavə edib, güclü yanan od üzərinə qoyub 
20-30 dəqiqə biĢirin. Jeleni isti halda bankaya töküb, ağzını bağlayın. 
“Bodrost”  kokteyli.  Stəkanın  1/2  hissəsi qədər çaytikanı  Ģirəsi,  4  çay  qaĢığı  kakao  tozu,  5 
çay qaĢığı Ģəkər tozu, 2 stəkan süd, 2 paket vanilli Ģəkər götürün. Kakao ilə Ģəkər tozu və  vanilli 
Ģəkərin üzərinə süd, çaytikanı Ģirəsi qatıb mikserlə qarıĢdırın. Sonra soyuq halda süfrəyə verin. 
Çaytikanından kvasın hazırlanması. 5 litr su, 1,5 qram çaytikanı cecəsi, 1 stəkan bal və 10 
q  maya  götürün.  Çaytikanını  isti  suya  töküb,  çox  da  güclü  olmayan  odun  üzərinə  qoyub  10-15 
dəqiqə  biĢirin.  Sonra  soyudun  və  süzüb  bal,  maya  əlavə  edib  isti  yerə  qoyub  8-12  saat  saxlayın. 
Hazır kvası soyuducuda saxlayıb yeri gəldikcə istifadə edin. 
Çaytikanından kosmetik məmulatların hazırlanması. 
Həssas dəri üçün losyonun hazırlanması. 2 xörək qaĢığı çaytikanı Ģirəsi, 3 xörək qaĢığı isti 
su  və  1  çay  qaĢığı  çaytikanı  yağı  götürün.  Bütün  komponentləri  bir-birilə  ehtiyatla  qarıĢdırın. 
AlınmıĢ losyon ilə gündə 2 dəfə (səhər və axĢam) üzünüzü silin. 
Bədən  üçün  çaytikanı  balzamı.  Yumurtanı  sındırıb,  ehtiyatla  stəkanda  olan  təzə  gavalının 
üzərinə töküb, stəkanın 1/2 hissəsi qədər araq və 1 çay qaĢığı çaytikanı yağını da buraya əlavə edin. 
Komponentləri  qarıĢdırıb,  butılkaya  töküb  ağzını  bağlayın  və  soyuducuda  saxlayın.  Aldığınız 
balzamdan yatmağa az qalmıĢ istifadə edin. 
Quru  normal  dəri  üçün  ağardıcı  maska.  Stəkanın  1/3-i  həcmində  biĢirilmiĢ  paxladan 


160 
 
götürüb  süzgəcdən  keçiıin.  Aldığınız  pürenin  üzərinə  təzə  limondan  alınmıĢ  Ģirə  və  1  çay  qaĢığı 
çaytikanı  yağı  əlavə  edin.  QatıĢıqdan  isti  halda  təmizlənmiĢ  sifətinizin  dərisinə,  boğaz  və  sinə 
nahiyənizə yaxın. 15-20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyub-təmizləyin. Əməliyyatı həftədə 
2-3 dəfə təkrar edin. 
Qırışlar  üçün  vitaminli  kremin  hazırlanması.  Bərabər  miqdarda  çaytikanı  və  kök  Ģirəsi, 
qatıq,  düyü  və  yaxud  vələmir  unu  götürün.  Bütün  komponentləri  ehtiyatla  qarıĢdırın.  Aldığınız 
qarıĢıqdan götürüb təmizlənmiĢ üzünüzün dərisinə sürtüb 20-25 dəqiqədən sonra isti su ilə yuyun. 
Həftədə 2-3 dəfə yatmağa az qalmıĢ əməliyyatı təkrar edin. Müalicə kursu 18-20 gündür. 
Çivzələr üçün çaytikanından kremin hazırlanması. Stəkanın 1/4 hissəsi qədər təzə dərilmiĢ 
itburnu və yaxud qızılgül ləçəklərindən götürüb həvəngdəstədə əzin, 1 xörək qaĢığı əzilmiĢ bal arısı 
mumu, 3 xörək qaĢığı  yumĢaq marqarin, 1 çay qaĢığı çaytikanı  yağı götürün. Sonra götürdüyünüz 
komponentləri  yaxĢı-yaxĢı  qarıĢdırın.  Dərinizi  qabaqcadan  spirtli  losyonla  təmizləyib  sonra 
pambıqdan  düzəldilmiĢ  çubuqla aldığınız  kremdən  götürüb  çivzə  və  sızanaqların  üzərinə  ehtiyatla 
yaxın. Əməliyyatı gündə 3-4 dəfə təkrar edin. Müalicə kursu 7-10 gündür. 
Çaytikanından  solmuş,  quru  dərilər  üçün  qidalı  kremin  hazırlanması.  2  xörək  qaĢığı 
limonun  ətli  hissəsindən  götürüb,  üzərinə  2-3  xörək  qaĢığı  əridilmiĢ  sümük  iliyi,  təzə  yumurta 
sarısı, 1 çay qaĢığı duru bal və çaytikanı yağı əlavə edin. QarıĢıqları əzib qarıĢdıra-qarıĢdıra 1 xörək 
qaĢığı  spirtli  kamfora  əlavə  edin.  AlınmıĢ  kremdən  təmiz  yuyulmuĢ  üzünüzə,  boynunuza  və  sinə 
nahiyənizə çəkin. 7-10 dəqiqədən sonra yaxılmıĢ kremi salfet kağızı ilə silib-təmizləyin. Əməliyyatı 
hər gün yatmazdan qabaq 1-2 ay müddətində davam etdirin. 
Çaytikanından dodaqlar üçün balzamın hazırlanması. Kibrit qutusunun 1/4 hissəsi qədər 
təbii mum üzərinə 1 xörək qaĢığı çaytikanı yağı əlavə edin və emallı qabda su hamamına qoyub həll 
olana qədər qarıĢdırın. Hazır məmulatı bir az soyudub nazik qatla dodağınıza çəkin. Əməliyyatı hər 
gün yatmazdan qabaq 5-10 dəqiqə aparın. 
 
 
 
YAĞIOTU – Onagraceae Juss. fəsiləsi 
Ġvançay – Chamerion angustifolium (L.) Holub 
 
Yer kürəsi florasının tərkibində fəsilənin 36 cinsi və 500-ə qədər növü yayılmıĢdır. Fəsilənin 
dərman, qida, bəzək və nektar təbiətli cinslərindən biri də Ġvançay cinsidir. Cinsin dünya florasının 
tərkibində  200-ə  qədər  növünə  rast  gəlmək  olar.  Qafqazda,  o  cümlədən  də  Azərbaycanda  4  növü 
var.  
Ġvançay – Chamerion angustifolium (L.) Holub. Bu çoxillik ot bitkisi olub, hündürlüyü 130-
150  sm,  yerüstü  və  sürünən  kökümsov  gövdəyə  malikdir.  Növbə  ilə  düzülmüĢ  çılpaq,  lansetvari, 
gövdə üzərində oturaq yarpaqları vardır. BənövĢəyi qırmızı və ya ağ çiçəkləri salxımvari formada 
yerləĢmiĢdir.  Meyvəsi  çoxtoxumlu  dördkünc  buynuzaoxĢar  qutucuq  meyvədən  ibarətdir.  Ġyul-
avqust aylarında çiçək açır, sentyabrda isə meyvəsi yetiĢir.  
 
Ġvançay  Respublikamızda  Quba  rayonunun  Ģərq  ərazilərində,  Kiçik  Qafqazın  Ģimal  və 
mərkəz  hissələrində,  Naxçıvanın  dağlıq  zonalarında  yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  yuxarı 
subalp çəmənliklərdən tutmuĢ, meĢəliklərdə, daĢlı-çınqıllı sahələrdə, açıqlıqlarda, meĢə kəsiklərində 
və s. yerlərdə rast gəlmək olar.  
Bitkinin bütün hissələri xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Belə ki, 
yarpaq  hissəsi  Ģirintəhər,  yeməli  olub,  tərəvəz  kimi  istifadə  edilir.  Kökü  xırda  həssələrə  salınıb, 
qıcqırdılıb spirt əldə edilir ki, bundan da müxtəlif içki növləri hazırlanır.  
Bundan  baĢqa  kökünü  xırda  hissələrə  salaraq  ondan  un  əldə  edib  müxtəlif  çörək  növləri 
biĢirirlər.  Yarpaqlarından  surroqat  hazırlayıb  çay  kimi  içirlər.  Yarpaqlarının  tərkibindən  selik, 
pektin, tanin, 190 mq%-ə qədər C vitamini, 0,1% məlum olmayan alkoloid və s. aĢkar olunmuĢdur. 
Qiymətli nektar bitkisi sayılır. Çiçək açan (3 gün çiçək açır) dövründə 1 çiçəyinin tozcuğunda 0,55 
mq nektar aĢkar edilmiĢdir. Bu da 1 hektar sahədən 480-500 kq bal deməkdir. Hava Ģəraiti əlveriĢli 
keçən illərdə kütləvi çiçək verdiyi zaman hər hektar sahədən 900-100 kq-a qədər bal məhsulu əldə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə