Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   74   75   76   77   78   79   80   81   ...   149

155 
 
birilə  qarıĢdırırlar.  Axırıncı  mərhələdə  alınan  cövhər  tünd-qəhvəyi  rəngdə  özlü  maye  olub,  balı 
xatırladır,  özünəməxsus  zəif  iyi,  yağlıtəhər-turĢ  xoĢ  dadı  var.  Açıq  havada  çox  gec  (8-10  günə) 
quruyur. YaxĢı kip bağlanmıĢ qabda bir ilə qədər qalır. Onun tərkibində 10,4% quru maddə, 3,2% 
efır maddəsi, 13,6% ümumi maddə olur. Cövhərin xüsusi çəkisi 1,43, turĢuluq vahidi 6,61-dir. Suda 
84,6%, efırdə 76%, xloroformda 72%, spirtdə isə 62,4% həll olur. 
Çaytikanı meyvəsindən cövhərin alınması. Əzilib doğranmıĢ çaytikanı meyvəsindən cövhər 
1:1 nisbətində 95%-li spirtlə ekstraksiya edilərək alınır. Alınan cövhər süzgəcdən süzülür. Cövhərin 
rəngi Ģəffaf açıq-sarı, tərkibində isə 43,8-47%-ə qədər spirt, 46,2-58%-ə qədər su olur. 
Ağzı möhkəm bağlanmıĢ ĢüĢə qablarda soyuq yerdə saxlanılır. Ġstifadə olunan zaman 1:2 və 
ya 1:3 nisbətində su əlavə edilir. 
Çaytikanı  yağından  alınan  qatı  kütlə.  Süzgəcdən  süzüb  çaytikanı  yağını  aldıqdan  sonra, 
yerdə  qatı  kütlə  qalır.  Bu  qatı  kütlə  vazelin  Ģəkilli,  açıq-sarı  rəngdə  olub,  106  mq% 
karotinoidlərdən, 8,4% karotindən, 6,2% sellülozadan, 93,5% qliserid və fosfolipid maddələrdən və 
s. ibarətdir. 
Yarpaq,  budaq  və  kök  hissələri.  Çaytikanının  yarpaq  və  cavan  budaqları  aĢı  maddələri  ilə 
zəngindir.  Həmin  hissələrin  tərkibində  10%-ə  qədər  aĢı  maddəsi  tapılmıĢdır.  Ona  görə  də 
çaytikanından aĢı boyaq xammalı kimi də istifadə etmək olar. Çaytikanı yarpağının tərkibindəki aĢı 
maddəsi təmiz qallatin hesab edilir. 
Buryatiyada  bitən  çaytikanının  kök  hissəsindən  sulu  karbonlar,  leykoantosianid,  katexin, 
flavonoid  birləĢmələri,  ətirli  yağ  turĢuları,  antroxinon  tərkibli  boyaq  maddələri,  P  vitamini  və  s. 
alınmıĢdır. 
Çaytikanının yeyinti əhənıiyyəti. Hələ XVII əsrdə Sibir xaqları çaytikanı meyvəsindən qida 
kimi istifadə etmiĢlər. 
XIX  əsrdə  ġərqi  Sibir  və  Baykalətrafı  xalqlar  yarı  donmuĢ  çaytikanı  meyvələrindən  qida 
kimi istifadə etməyə baĢladılar. TurĢuluğunu azaltmaq üçün tərkibinə Ģəkər əlavə edirdilər. Bitkidən 
ətirli  mürəbbə,  kisel  və  Ģirniyyat  məmulatları  və  s.  hazırlayırdılar.  Bundan  baĢqa,  onun 
meyvəsindən iyinə və dadına görə ananası xatırladan müxtəlif ətirli çaxır növləri, ətirli spirtli içkilər 
hazırlanaraq  ġəıqi  Sibirdə  geniĢ  istifadə  olunmuĢdur.  Mütəxəssislərin  fıkrinə  görə  çaytikanı 
meyvəsindən hazırlanan çaxırlar Macarıstan çaxırlarının xüsusiyyətlərini özlərində saxlayırlar. 
Birinci  Dünya  Müharibəsi  dövründə  çaytikanı  meyvəsindən  hazırlanan  likörləri  müxtəlif 
meyvələrlə dəyiĢirdilər. Tunkin qalası xalqları XIX əsrin ortalarında hər il 500-800 vedrəyə qədər 
çaytikanı  meyvəsi  toplayıb  QerkuĢski  vilayətində  satırmıĢlar.  XIX  əsrin  axırları  və  XX  əsrin 
əvvəllərinə  kimi  Uryanxay  vilayətindən  çaytikanı  meyvəsini  toplayıb  Yenisey  çayı  ətrafında 
yaĢayan əhaliyə satar, əvəzinə dəri, yun, duz, balıq, çəllək, sidr ağacının tozunu alarmıĢlar. Monqol 
xalqı isə çaytikanı ıneyvəsini ət-süd məhsullarına qataraq müxtəlif qida növləri hazırlayırlar. 
Əvvəllər  çaytikanı  meyvəsindən  sənaye  məqsədləri  üçün  çox  az  istifadə  edilirdi.  Lakin 
1943-1944-cü illərdə çaytikanı meyvəsindən yağ alındıqdan sonra ona maraq daha çox artmıĢdır. 
Hazırda  isə  çaytikanı  meyvəsindən  alınan  yağın  qiymətli  müalicəvi  təsiri,  vitaminlərlə 
zəngin olduğu nəzərə alınlb, sənaye məqsədləri üçün onun geniĢ bağları salınmıĢdır. 
Alimlərin  apardıqları  elmi-tədqiqat  iĢləri  zamanı  müəyyən  edilmiĢdir  ki,  Sibirdə  və  onun 
ətraf  rayonlarında  bitən  çaytikanı  meyvəsi  həm  iri  olur,  həm  də  tərkibində  yağın  və  vitaminlərin 
miqdarı, keyfiyyəti yüksəkdir. 
Altay  meyvə  və  giləmeyvə  təcrübə  stansiyasının  laboratoriyasında  həmin  ərazidə  bitən 
çaytikanının  ayrı-ayıı  formalarının  meyvələrindən  müxtəlif  cem,  sirop  və  mürəbbə  hazırlayıb 
istehsalat sınaqları keçirmiĢlər. Bunlar xoĢ iyə malik olub, öz rəng və keyfiyyətlərini itirmədən uzun 
müddət qalmıĢlar. 
BiĢirilmə üsulu ilə hazırlanan çaytikanı pavidlasının tərkibində 34 mq% askorbin turĢusu, 28 
mq% cem, 4 ay keçdikdən sonra 50%-ə qədər C vitamini qalır. 
Soyuq mürəbbəsini hazırlayarkən bitkini toplayır, budaqlardan ayırır, əl ələyindən keçirib, 1 
kq çaytikanı Ģirəsinə 2 kq Ģəkər qarıĢdırırlar. Alınan mürəbbənin ətirli iyi, turĢaĢirin dadı olur. Belə 
mürəbbəni  bir  müddət  saxladıqdan  sonra  o  iki  hissəyə  ayrılır.  Yuxarı  hissəyə  narıncı  rəngli  yağ, 
aĢağı hissəyə isə sarı rəngli sirop yığılır. 


156 
 
Hər  iki  qarıĢıq  bir-birindən  asanlıqla  ayrılrr.  Alınan  mürəbbənin  tərkibində  70-72%  Ģəkər 
olduğundan o öz tərkibini dəyiĢmədən uzun müddət qalır. 
Çaytikanı  meyvəsi  sirkə  və  limon  əvəzinə  giləmeyvələrdən  alınan  Ģirələrin 
vitaminləĢdirilməsi məqsədilə meyvə, tərəvəz və konserv məhsullarının, eyni zamanda marmelad və 
dərman preparatlarının tərkibinə əlavə edilir. 
Çaytikanı  meyvəsindən  hazırlanan  Ģirə  sərinləĢdirici  xüssiyyətə  malikdir  və  orqanizmin 
fəaliyyətini  nizama  salır.  Bundan  çaytikanı  balı  da  hazırlayırlar.  Aparılan  elmi-tədqiqat  iĢləri 
nəticəsində  məlum  olmuĢdur  ki,  1  hektar  çaytikanı  əkilən  sahədən  50  sentnerə  qədər  meyvə 
toplamaq mümkündür. Bu qədər məhsuldan isə 522 kq yağ almaq olur. 
Çaytikanının  xalq  təsərrüfatı  əhəmiyyəti.  Meyvələrinin  xoĢagələn  sarı-narıncı,  narıncı, 
narıncı-qırmızı  rəng  çalarlarına  görə  ondan  bəzək  məqsədilə  bağ  və  bağçaların,  parkların 
bəzədilməsində  istifadə  olunur.  Sibirdə  yaĢayan  türk  xalqları  çaytikanından  çox-çox  qədimlərdən 
istifadə etmiĢlər. 
Oduncağı  çox  qiymətli  xammaldır.  Ondan  müxtəlif  bəzək  əĢyaları  hazırlanır.  Zoğ 
hissəsindən  isə  potaĢ  alınır.  Yabanı  halda  geniĢ  yayılan  çaytikanı  bitkisinin  meyvələri  ilə  vəhĢi 
quĢlar və heyvanlardan dovĢan, sincab, tülkü, ayı və s. qidalanır. 
QuĢ və heyvanlar onun meyvəsini yeməklə yanaĢı, həm də müalicə olunurlar. Əgər quĢların 
qanadlarında yara və qaĢınma olarsa, onlar qanadlarını çaytikanı meyvələrinə sürtürlər. 
Çaytikanının müalicə əhəmiyyəti. Çaytikanından hələ eramızdan çox-çox əvvəllər dərman 
bitkisi  kimi  geniĢ  surətdə  bir  sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilmiĢdir.  Qədim 
Yunanıstanın, Ġtaliyanın, Çinin, Tuvanın, Monqolustanın xalq təbabətlərində çaytikanı meyvəsi ilə 
ağ ciyər, qara ciyər, mədə-bağırsaq, oynaq və s. xəstəlikləri müalicə etmiĢlər. 
Sibirlilər  çaytikanı  meyvəsindən  dərman  hazırlayıb  qarın  yatalağı  xəstəliyini  sağaltmıĢlar. 
Toxumlarından  iĢlətmə,  meyvəsindən  alınmıĢ  cövhərdən  dəri  xəstəlikləri,  yarpaq  və  çiçəklərindən 
hazırlanan cövhərdən isə revmatizm əleyhinə istifadə olunmuĢdur. 
Altayda,  Tuvada,  Buryatiyada  və  Sibirin  baĢqa  rayonlarında  çaytikanı  yayılan  sahələrdə 
yaĢayan  əhali  yaxĢı  bilir  ki,  çaytikanı  meyvəsi  və  ondan  hazırlanan  Ģirə  öz  ətirli  dadına  və  əla 
keyfiyyətinə  görə  yüksək  müalicəvi  xüsusiyyətlərə  malikdir.  Ona  görə  də  bu  xalqlar  çaytikanı 
Ģirəsindən mədə-bağırsaq xəstəliklərində və qankəsici vasitə kimi istifadə etmiĢlər. 
Tibet  təbabətində  çaytikanı  meyvəsindən  geniĢ  surətdə  istifadə  olunmuĢdur.  Meyvədən 
hazırlanan Ģirə və yağdan dəridə baĢ verən yanıqların, eləcə də mədədə təzə əmələ gələn xərçəngin 
müalicəsində geniĢ istifadə etmiĢlər. 
Qərbi  Pamirdə  bunun  çiçəklərindən  ən  çox  üz  və  əl  dərisinin  yumĢaldılmasında  istifadə 
olunmuĢdur. 
Çaytikanı  meyvəsindən  hazırlanan  preparatları  baĢqa  dərman  preparatları  ilə  qarıĢdırıb,  ağ 
ciyər,  mədə-bağırsaq  xəstəliklərində,  qanazlığında  istifadə  edirlər.  Bütün  qədim  ədəbiyyatlarda 
göstərilir ki, meyvədən hazırlanan preparatlarla ağ ciyər vərəmi zamanı yaranan irinləri və yaraları 
müalicə etmək olur. Bundan baĢqa, onunla qan dövranını nizama salır, boğaz ağrılarını və bir sıra 
xəstəlikləri sağaldırlarmıĢ. 
Bizim dövrümüzdə də çaytikanı meyvəsinin  yağını tibbdə sınaqdan keçirməyə baĢlamıĢlar. 
Çaytikanı yağının bakterisid xüsusiyyətlərini öyrənərkən belə nəticəyə gəlmiĢlər ki, onun yağı qızılı 
stafılokoji  hemosit,  streptokokk,  tif,  paratif,  qarın  yatalağı  mikroblarını,  bağırsaq  çöplərini  və  bir 
sıra mikrob və bakteriyaları məhvetmə xüsusiyyətinə malikdir. 
Çaytikanı  yağı  ilə  qadınlarda  uĢaqlığın  boğaz  nahiyəsində  əmələ  gələn  yaraları  müalicə 
etmiĢlər. Çaytikanı yağı zəhərsiz olduğundan müalicə zamanı heç bir qıcıqlandırıcı təsir göstərmir. 
Çaytikanı  yağından  emulsiya  hazırlayıb  dəri  altına  vuraraq  orqanizmdə  əmələ  gələn  zəifliyi, 
süstlüyü aradan qaldırırlar. 
Bitkinin  yağı  2-ci  dərəcəli  yanıqlarda,  traxoma,  gözün  buynuz  təbəqəsinin  iltihabı,  göz 
qapağı selikli qiĢasının iltihabı kimi bir çox xəstəliklərdə iĢlədilir. 
Mədə və onikibarmaq bağırsaqlarda əmələ gələn yaıaların çaytikanı yağı ilə müalicəsində də 
müsbət nəticələr əldə edilmiĢdir. Belə xəstələrə gündə üç dəfə çay qaĢığı ilə çaytikanı yağı verilir. 
Bu  cür  müalicə  üsulu  17  və  34  gün  davam  edir.  Çaytikanı  yağının  orqanizmdə  bərpaedici  təsirini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə