Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   82   83   84   85   86   87   88   89   ...   149

171 
 
görürlər.  
Ürək-damar  xəstəlikləri  zamanı.  Müasir  dövrdə  həddindən  artıq  streslərin  əmələ  gəlməsi 
nəticəsində  ürəyin  üzərinə  düĢən  gərginliklər  nəticəsində çox  insanalr  buna  dözə  bilməyib  infarkt 
keçirib dünyasını dəyiĢir. Həkimlər həyəcan təbili çalaraq qeyd edirlər ki, hər iĢləmək qabiliyyətinə 
malik  iki  nəfərdən  biri  ürək-damar  xəstəliyindən  vəfat  edir.  Bəs  nə  etməli?  Həkimlər  ölüm 
təhlükəsinin qarĢısını almaq üçün həyat tərzinin dəyiĢməsini, istirahət zamanı düzgün qidalanmaya 
nəzarət etməklə yanaĢı çoxlu hərəkət etməyi məsləhət görürlər.  Lakin müasir dövrün sürətli  elmi-
texniki  inkiĢafı  zamanı  həmiĢə  sağlamlığın  keĢiyində  durmaq  o  qədər  də  asan  deyildir. 
Sağlamlığınızı  qorumaq  naminə  həkimlər  təbiətin  bizə  bəxĢ  etdiyi  yaĢıl  dəfinədən  geniĢ  sürətdə 
istifadə etməyi məsləhət görürlər. Həkimlər ürək-damar xəstəliklərinə qarĢı mübarizə kök və ondan 
hazırlanan  Ģirələrindən  istifadə  etməyi  məsləhət  bilirlər.  Kök  bizim  ürəyimizi  infarktdan  qoruyur. 
Onun tərkibində çoxlu həll olmuĢ Ģəkildə liflər mövcuddur ki, bu da qanda olan xolesterini azaldır, 
bir çox ürək xəstəliklərinin qarĢısını alır. Kökün tərkibində olan kalsium-pektat maddəsi öd turĢusu 
ilə  birləĢib  qanın  sorulmasına  köməklik  edərək  xolesterinin  qatılığını  azaldır,  ürəyin  fəaliyyətini 
yaxĢılaĢdırır.  Kökün  tərkibindəki  β-karotin  ürək-damar  xəstəliklərinin  əmələ  gəlməsinin  qarĢısını 
alınmasında fəal rol oynayır. ABġ-ın elmi tədqiqat institutlarının birində çalıĢan 164 iĢçi üzərində 
təcrübə  aparmağı  qərara  gəlirlər.  164  iĢçini  iki  yerə  bölüb  bir  hissəsinə  hər  gün  50  ml  β-karotin 
qəbul etdiriblər. O biri qrupa isə β-karotin verməyiblər. Bir neçə ilin təcrübəsindən məlum olub ki, 
β-karotin  qəbul  edən  insanlarda  ürək-damar  xəstəliyinə  tutulanların  sayı,  β-karotin  qəbul 
etməyənlərə nisbətən 2 dəfə az olmuĢdur. 
Alimlər  belə  bir  nəticəyə  gəlmiĢlər  ki,  β-karotin  və  baĢqa  karotinoid  birləĢmələri  bizim 
ürəyimizin etibarlı müdafiəçiləridir. Bundan əlavə kökün tərkibində olan C və B
6
 vitaminləri ürək-
damar xəstəliklərin qarĢısının alınmasında mühüm rol oynayır.  
Kökdən  ürək-damar  xəstəliklərinin  müalicəsində  istifadə  olunan  preparatların 
hazırlanması. 
İnfarkt  və  miokard  zamanı:  birinci  günü  100  ml  kök  Ģirəsindən  gündə  2-3  dəfə  qəbul 
edilməsi məsləhət görülür. 
Resept  1:  kök  Ģirəsi,  süzgəcdən  keçirilmiĢ  və  suda  36  saat  saxlanmıĢ  1  stəkan  qıtıqotu 
cövhəri,  1  ədəd  limon  Ģirəsi  götürün.  Bunları  taxta  qaĢıqla  yaxĢıca  qarıĢdırıb,  emal  qazanda  azca 
qızdırıb gündə 3 dəfə, yeməyə 1 saat qalmıĢ 1 xörək qaĢığı qəbul edin. Hipertoniya zamanı isə kök 
Ģirəsi ilə çuğundur Ģirəsinin qatıĢığından istifadə etməyi məsləhət görürlər. 
Resept 2:  
Kalsiumla  zəngin  kokteyl.  3  ədəd  kələm  yarpağı,  kiçik  cəfəri  dəstəsi,  4-5 
ədəd kök, toxumu təmizlənmiĢ yarım alma götürün. Bunların Ģirəsini çəkib qəbul edin. 
Resept  3:  Sarımsaqdan  hazırlanmış  ekspres  içkisi.  Bir  dəstə  cəfəri,  4-5  ədəd  kök,  1  diĢ 
sarımsaq, 2 kərəviz budağının Ģirəsini çıxarıb istifadə edin. 
Resept 4: Maqnit tərkibli içkinin hazırlanması. 1 diĢ sarımsaq, 1 ədəd kiçik cəfəri dəstəsi, 
4-5 ədəd kök, 2 gövdə kərəviz Ģirəsini çıxarıb qəbul edin.  
Mədə-bağırsaq  xəstəlikləri  zamanı.  Kök  bir  çox  mədə-bağırsaq  xəstəlikləri  üçün  faydalı 
hesab edilir. Belə ki, kimsə mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirsə həkimlər biĢmiĢ və buxara 
verilmiĢ  kökdən  istifadə  etməyi  məsləhət  görürlər.  Kökü  biĢirən  zaman  onun tərkibindəki  bir çox 
bioloji  aktiv  maddələr,  o  cümlədən  sellüloza  və  efir  yağları  parçalanır  və  yaxud  uçub  gedir. 
Sellüloza  və  efir  yağları  mədəni  ―qıcıqlandıraraq‖  onun  müalicəsinə  köməklik  göstərirlər.  Həkim 
Q.S.ġatalov  müxtəlif  mədə-xroniki  qastrit,  anodenit,  enterit  və  kolit  xəstəliklərinə  tutulmuĢ  Ģəxsi 
müalicə  etmək  üçün  Ģirə  terepiyasından  istifadə  etməyə  baĢlayır.  Həkim  xəstəyə  kök,  alma, 
çaytikanı,  kivi  Ģirələrindən  qəbul etməyi  məsləhər  görür.  ġirələrin tərkibinə  mütləq  kənaf  toxumu 
əlavə edilməlidir. Əvvəllər xəstə qatıĢıqdan 100 ml qəbul edir. Sonralar isə 4 stəkana qədər qəbul 
etməyə  baĢlayır.  Mədə-bağırsaq  xəstəliyi  yavaĢ-yavaĢ  aradan  qalxmağa  baĢlayanda  həkim  Ģirə  və 
toxumun  həcmini  azaltmağa  baĢlayır.  Get-gedə  xəstə  tamamilə  sağalır  və  müalicə  həkiminə  
təĢəkkürünü  bildirir.  ġirə  terapiyasından  istifadə  edən  zaman  hökmən  həkimin  məsləhətinə  əməl 
etməlisiniz. 
Qastrit.  Qastrit  bağırsaq  xəstəlikləri  içərisində  ən  geniĢ  yayılan  xəstəliklərdən  biridir. 
Həkimlər qeyd edirlər ki, indiki zamanda insanlar arasımda baĢ verən tələsmələr nəticəsində qida 


172 
 
qəbuluna  o  qədər  də  fikir  verilmir.  Çox vaxt  isə  qastrit  xəstəliyinin  vaxtında müalicə  edilməsinin 
qayğısına  qalmırlar.  Bəs  qastrit  nədir?  Qastrit  mədənin  selikli  qıĢasının  iltihabından  yaranan 
xəstəlikdir.  Qastritin  kəskin  və  xroniki  formaları  vardır.  Qastritin  tor  əmələ  gəlməsi  forması  qida 
vasitəsilə  mədəyə  düĢən  və  onu  qıcıqlandıran  maddələrin  təsiri  nəticəsində  əmələ  gəlir. 
Qıcıqlandırıcı  qida  məhsullarının  təsiri  nəticəsində  mədənin  selikli  qıĢasında  qızartılar  baĢ 
verməklə, onu tamamilə dağıda bilər. Qastriti sağaltmaq üçün bir neçə resept iĢlənib hazırlanmıĢdır.  
Resept 1: 1 çay qaĢığı qurudulub xırda hissələrə salınmıĢ dəmrovotu 1 stəkan qaynar suya 
töküb 10-15 dəqiqə dəmləyib, soyudub süzün. Gündə 2 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Müalicəni bir həftə davam etdirdikdən sonra iki ay istirahət verin. Sonra müalicəni yenidən davam 
etdirin. Müalicənin effektli olması üçün dəmrovotunu suda yox, qaynadılmıĢ süddə dəmləyib qəbul 
edin. Hər qəbuldan sonra 1 xörək qaĢığı sıyıq halına salınmıĢ kök yeyin. 
Resept 2: mədə Ģirəsindən turĢuluğunu azaltmaq üçün 2 ədəd orta böyüklükdə kök götürüb 3 
stəkan su əlavə edib 1,5 stəkan su qalana qədər qaynadın. Sonra dəmləmənin içərisinə 1 çay qaĢığı 
kətan toxumu əlavə edin. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. 
Mədə yarası. Mədə və onikibarmaq bağırsağın yaraları bir çox səbəblərdən meydana çıxır. 
Bu  xəstəlik  mədənin  və  onikibarmaq  bağırsağın  selikli  qıĢalarının  müxtəlif  hissələrində  yaralar 
əmələ gəlməsi ilə baĢ verir. Xəstə qida qəbul etdikdən 20 dəqiqə sonra qarın nahiyyəsinin  yuxarı 
hissələrində  kəskin  ağrılar  hiss  etməyə  baĢlayır.  AxĢamlar  ac  olan  zamanda  ağrlar  baĢ  qaldırır. 
Lakin qida qəbul etdikdən sonra ağrılar aradan qalxır. 
Mədə  yarası  vaxtında  müalicə  edilməzsə  bir  sıra  kəskin  fəsadlar  əmələ  gəlir.  Kəskin 
qanaxmalar  baĢ  verə,  xərçəng  xəstəliyi  yarana  bilər.  Mədə  və  onikibarmaq  bağırsağın  selikli 
qıĢasında çürümələr də baĢ verə bilər. 
Mədə  yarasını  müalicə  etmək  üçün  kök  Ģirəsini,  kartof  Ģirəsi  ilə  qarıĢdırıb  qəbul  etməyi 
məsləhət görürlər. Çaytikanı yağı da yaranın sağalmasına müsbət təsir edə bilər. 
Bağırsaq  xəstəliyi.  Həkimlər  bağırsaqların  təmizlənməsi  və  normal  vəziyyətə  gətirilməsi 
üçün  kök  Ģirəsindən  qəbul  etməyi  məsləhət  görürlər.  Kök  Ģirəsi  mədə-bağırsaq  sistemində  uzun 
müddət yığılıb qalmıĢ Ģalakları kənar edir və orqanizmin müqavimətini artırır. 
Qara  ciyər  və  bağırsaqlarda  baĢverən  xəstəliklər  həmin  orqanlarda  bir  neçə  elementlərin 
çatıĢmazlığı nəticəsində baĢ verir. Bu nasazlığı aradan qaldırmaq üçün kök Ģirəsi öz təsirini göstərir. 
Kök Ģirəsi qəbul edən zaman orqanizmində gedən təmizlənmə prosesi tamam dərinin ağarmasına və 
narıncı-sarı rəng alması baĢ verə bilər, bu sizi qorxutmasın. 
Babasil – bu çox yayılmıĢ xəstəlikdən hesab edilir. Statistikaya görə hər 4 nəfərdən biri bu 
xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik həm kiĢi, həm də qadınlarda təsadüf edilir. Bu xəstəlik ən çox 
oturaq həyat tərzi keçirən insanlarda əmələ gəlir. Siz oturaq həyat tərzi keçirirsinizsə hər saatdan bir 
durub 5-10 dəqiqə gəzməlisiniz. Qəbizlik bərk və sıyıq halında olarsa  bu da babasilin yaranmasına 
yol aça bilər.  
Babasili müalicə etmək üçün bir neçə resept iĢlənib hazırlanmıĢdır.  
Resept  1:  Xalq  təbabəti  ilə  məĢğul  olanlar  babasili  müalicə  etmək  üçün  sürtgəcdən 
keçirilmiĢ  çoxlu  kök  yeməyi  məsləhət  görürlər.  Hərgah  babasil  ĢiĢib  bayıra  çıxarsa  və  ĢiĢərsə  bu 
zaman  sürtgəcdən  keçirilmiĢ  kökü  parçaya  büküb  həmin  nahiyələrin  üzərinə  qoymağı  məsləhət 
görürlər. 
Resept 2: Kökün qurudulub xırda hissələrə salınmıĢ yaĢıl hissəsindən 1 xörək qaĢığı götürüb 
200  ml  qaynar  suya  töküb  ağzını  möhkəm  bağlayıb  1  saat  dəmləyib  süzün.  Gün  ərzində  daxilə 
qəbul edin. YaĢıl hissəsini çay kimi dəmləyib içmək də olar.  
Qara  ciyər  xəstəliyi  zamanı.  Hepatit  xalq  arasında  sarılıq  adı  ilə  məlumdur.  Bu  xəstəlik 
zaman  xəstənin  bədəni  saralmağa  baĢlayır.  Sarılıq  xəstəliyi  haqqında  ilk  məlumatı  bizim  eradan 
əvvəl  V  əsrdə  məĢhur  həkim  Hippokrat  məlumat  vermiĢdir.  Kütləvi  sarılıq  xəstəliyinə  tutulma 
1883-cü  il  Almaniyada  baĢ  vermiĢdir.  Hepatit  nədir,  niyə  onu  ―XX  əsrin  taunu‖  adlandırırlar. 
Hepatit  qara ciyərin soyuqdəyməsi nəticəsində baĢ verən çətin sağalan xəstəlikdir. Hepatit çox vaxt 
maddələr mübadiləsinin pozulması, aclıq, müxtəlif dərman, zəhərlərin və ağır metalların təsirindən 
də baĢ qaldırır. Hepatit viruslar vasitəsilə insandan-insana ötürülən təhlükəli bir xəstəlikdir. Hepatit 
A və E bağırsaq infeksiyası və yaxud ―çirkli əl‖ xəstəliyi hesab edilir. Bu xəstəlik insana qida və su 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə