Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   78   79   80   81   82   83   84   85   ...   149

163 
 
Ürək  çatışmazlıqlarında.  2  xörək  qaĢığı doğranmıĢ  otundan  götürüb  1  stəkan  qaynar  suya 
töküb zəif od üzərinə qoyub 5 dəqiqə qaynadın və yarım saat dəmləyib süzün. Cövhərdən gündə 3-4 
dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ daxilə qəbul edin.  
Nevroz,  yuxusuzluq,  qorxunc  yuxular  görmə  zamanı.  3  xörək  qaĢığı  doğranmıĢ  otundan 
götürüb, 1 stəkan qaynar suya tökün və zəif od üzərinə qoyub 3-4 dəqiqə qaynadın. Sonra soyudub 
süzün, vəziyyətinizə görə gündə 3-4 dəfə yeməyə 10-15 dəqiqə qalmıĢ 1-3 çay qaĢığı qəbul edin.  
Bronxit, pnevmoniya, həmçinin bronxial astma zamanı bəlğəmgətirici vasitə kimi. 1 xörək 
qaĢığı  doğranmıĢ  otundan  götürüb  1  stəkan  suya  töküb  su  hamamı  üzərinə  qoyun,  15  dəqiqə 
qaynadın,  45  dəqiqə  dəmləyib  sonra  süzüb  1  stəkan  həcminə  gətirin.  Gündə  3  dəfə  yeməyə  az 
qalmıĢ 1 xörək qaĢığı qəbul edin.  
Baş ağrılarında, revmatizmdə, sidik kisəsi və böyrək daşlarının müalicəsi zamanı. 2 xörək 
qaĢığı  doğranmıĢ  otundan  0,5  litr  qaynadılmıĢ  suyun  üzərinə  tökün,  qaynama  dərəcəsinə  gətirib 
dəmləyib süzün. Dəmləmədən stəkanın 1/5 hissəsi qədər götürüb gündə 2-3 dəfə yeməyə yarım saat 
qalmıĢ qəbul edin.  
Damar ağrılarında, artritdə, podaqra zamanı. 50 q doğranmıĢ otundan götürüb 3 litr qaynar 
suya tökün və zəif od üzərinə qoyub 10-15 dəqiqə qaynadıb süzün. Sonra 38-39 dərəcə temperatura 
salıb vannaya tökün. Vannasını, yatmağa 1 saat qalmıĢ 15-20 dəqiqə qəbul edin. Müalicə kursu 10 
gündür. 
Diş  ağrılarında.  2  xörək  qaĢığı  otundan  götürüb  0,5  litr  qaynar  suya  töküb  süzün. 
Ekstraktından  ağız  nahiyənizi  qar-qara  edin  və  yaxud  pambıq  və  tənzifdən  tampon  düzəldib 
diĢinizin dibinə qoyun.  
Diqqət! Qadınların göybaĢcıqdan hazırlanan preparatlardan aybaĢının baĢlanmasına 2-3 gün 
qalmıĢ  qəbul  etmələri  məsləhət  görülmür.  AybaĢı  prosesi  baĢa  çatdıqdan  sonra  müalicəni  davam 
etdirmək olar. 
 
 
Ġyli kərəviz – Apium graveolens L. 
 
Ġyli  kərəvizin  vətəni  Aralıq  dənizi  ölkələrinin  əraziləri  hesab  edilir.  Yabanı  halda  Qərbi 
Avropa, Asiya, Hindistan, ġimali və Cənubi Amerika, keçmiĢ SSRĠ-nin Cənubi Avropa hissələrində 
yayılmıĢdır. Azərbaycanda isə yabanı halda 1 növünə - iyli kərəvizə rast gəlinir.  
Ġyli  kərəviz  –  Apium  graveolens  L.  Bu  hündürlüyü  80-100  sm-ə  çatan  birillik  və  yaxud 
ikiillik  bitkidir.  Gövdəsi  dikduran  çoxlu  budaqlardan  ibarətdir.  Çiçəkləri  xırda  ağ  rəngli  olub 
mürəkkəb  çətirdə  toplanmıĢdır.  Rozet  yarpaqları  iri,  ətli  saplaqdan  ibarət  olub,  ikilələkĢəkilli 
bölünmüĢdür,  yuxarıda  yerləĢən  yarpaqları  gövdə  üzərində  oturan  halda  üçər  bölünən,  tünd  yaĢıl 
rəngli, parlaqdır. Meyvəsi iki toxumludur. Ġyun-iyul 
aylarında  çiçək  açır,  iyul-avqust  (sentyabr) 
aylarında  meyvə  verir.  Ġyli  kərəviz  Azərbaycanın 
Xəzər 
sahillərində, 
AbĢeronda, 
Kür-Araz 
düzənliklərində,  Lənkəranın  düzən  ərazilərində, 
əsasən 
düzənliklərdə, 
dəniz 
sahillərində, 
qumluqlarda,  bataqlıqlarda,  bulaq  kənarlarında, 
Ģoranlıqlarda və zibilliklərdə yayılmıĢdır.  
Qədim  yunan  və  Roma  xalqları  tərkibində 
kərəviz  olmayan  xörəklərdən  həmiĢə  imtina 
edirmiĢlər. Farslar kərəviz bitkisini Allah tərəfindən 
insanlara  verilmiĢ  hədiyyə  kimi  səciyyələndirirlər.  Yunan  və  Roma  xalqları  kərəviz  bitkisi  ilə  bir 
çox  xəstəlikləri  məharətlə  müalicə  edərmiĢlər.  Kərəvəzin  bir  çox  sort  və  formalarından  qida, 
ədviyyat  və  müalicə  məqsədləri  üçün  dünyanın  əksər  xalqları  istifadə  edirlər.  Kərəvizin 
kökmeyvəsinin ətri Ģaxtalar düĢən zamanı da olduğu kimi qalır.  
Kərəvizin  bütün  hissələri  qiymətli  müalicəvi  xüsusiyyətlərə  malikdir.  O  iĢtahartırıcı, mədə 
Ģirəsinin  ifrazatını  artırır,  antiseptik  vasitə  kimi  yarasağaldıcı  təsirə,  orqanizmin  tonusunun 


164 
 
artırılmasında  mühüm  rol  oynayır.  Bundan  baĢqa  kərəvizin  tərkibində  çoxlu  miqdarda  makro  və 
mikroelementlərdən,  vitamin  mənbəyi,  antoksidant  xüsusiyyətli  apigenin  maddəsindən, 
furokumarinlər, asparagin, xolin, manit, niĢasta həmçinin Na, P və Fe mikroelementləri, efir yağları 
aĢkar edilmiĢidr ki, bunlar da orqanizmdə selikli qiĢa toxumalarının iĢinin nizamlanmasında onların 
fəaliyyətinin  normal  gediĢində  müsbət  rol  oynayırlar.  Ona  görə  də  mədə  və  onikibarmaq 
bağırsaqlarında  yarası  olan  xəstələr  bitkidən  təzə  dərilmiĢ,  biĢirilmiĢ  və  turĢuya  qoyulmuĢ  halda 
yeməklərində istifadə etməlidirlər. Kərəvizin tərkibində olan maddələr, orqanizmdə toplanıb qalmıĢ 
duzların  və  Ģlakların  təmizlənməsində  mühüm  rol  oynayır.  Bundan  baĢqa  podaqra,  revmatizm, 
artrit,  sidik  kisəsi,  böyrək,  ciyər  və  s.  xəstəliklərə  tutulmuĢ  insanların  yeməklərinin  tərkibinə  bu 
bitkidən çoxlu miqdarda qatılması məsləhətdir. Elmi əsaslarla sübut olunmuĢdur ki, kərəviz nevroz, 
zəifləmiĢ  əsəb  sistemində,  eləcə  də  yuxu  pozuntularında  əvəzsiz  müalicə  preparatıdır.  Ona  görə 
həkimlər bu cür xəstəliklərə düçar olmuĢ insanlara hər gün kərəviz yeməyi məsləhət görürlər.  
Kərəvizdən hazırlanan müalicə prepartları. 
Qastrit  zamanı,  mədə  şirəsi  turşuluğunun  aşağı  düşməsinə,  mədə  və  onikibarmaq 
bağırsaq yaralarının müalicəsində, sidik kisəsində olan daşların əridilib yox edilməsində. Bunun 
üçün yeməkqabağı təzə dərilmiĢ kərəvizdən alınmıĢ Ģirədən 2 xörək qaĢığı qəbul edin. 
Mədə və onikibarmaq bağırsaq yaralarında. 2 xörək qaĢığı doğranmıĢ kökündən götürüb 1 
stəkan suyun üzərinə töküb 2 saat dəmləyib süzün. AlınmıĢ eksrtaktdan gündə 3 dəfə stəkanın 1/3 
hissəsi qədər yeməkqabığı qəbul edin. 
Böyrək, podaqra xəstəliklərində ağrıkəsici kimi, sidikqovucu vasitə kimi. 2 stəkan qaynar 
suya  1/4  hissəsi  qədər  yarpaq  kərəviz  sortunun  kökündən  tökün,  su  hamamına  qoyub  5  dəqiqə 
saxladıqdan sonra götürüb 30 dəqiqə dəmləyin. Süzüb gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul 
edin. 
Zəiflik,  diş  əti  qanaxmalarında.  Yeməkdən  sonra  təzə  kərviz  yarpaqlarından  dərib  3-5 
dəqiqə çeynəyin.  
İmmunitetin  zəifləməsində,  yorğunluq  hallarının  aradan  qaldırılmasında.  1  litr 
qaynadılmıĢ soyuq suya, 1 xörək qaĢığı doğranmıĢ təzə kərəviz kökü töküb, 8 saat dəmləyib süzün. 
Aldığınız cövhərdən gündə 3 dəfə yeməyin vaxtından asılı olmayaraq 1 çay qaĢığı qəbul edin.  
Uzun  sürən  xəstəliklər  zamanı  baş  verən  halsızlığın  aradan  qaldırılmasında.  Orqanizmi 
möhkəmləndirmək  üçün  doğranmıĢ  təzə  kərəviz  kökünü  2  stəkan  qaynanmĢ  suya  töküb,  su 
hamamında qızdırın və ağzı qapalı halda 4 saat saxladıqdan sonra süzün. AlınmıĢ cövhərdən gündə 
3-4 dəfə 1 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.  
Övrə  xəstəliyi  (крапивница),  allergiya  mənşəli  dermatitin,  eləcə  də  yemək  və  həşərat 
sancmaları  zamanı  əmələ  gələn  allergiya  xəstəliklərinin  aradan  qaldırılmasında.  Bunun  üçün  2 
stəkan qaynar suyun içərisinə 2 xörək qaĢığı qurudulmuĢ kərəviz yarpağı və yaxud 4 xörək qaĢığı 
təzə yarpağından əlavə edin. Emal qaba töküb qapağını örtüb 30 dəqiqə dəmlədikdən sonra süzün. 
AlınmıĢ dəmləmədən 4 dəfə yarım stəkan və yaxud gündə 2 dəfə qəubl edin.  
Kəskin müxtəlif formalı revmatizm xəstəliklərinin müalicəsində. 100 q kərəviz (yarpaq və 
gövdəsi ilə birlikdə) götürüb 1 litr suya töküb, odun üzərinə qoyub qaynadın. Qaynamanı 1 stəkan 
həcmində eksrtakt qalana qədər davam etdirib süzün.  AlınmıĢ ekstraktı gün ərzində bir neçə dəfə 
qəbul  edin.  Hər  gün  təzə  dəmləmə  hazırlayıb  qəbul  edin.  Müalicəni  tam  sağalana  qədər  davam 
etdirin.  
Maddələr  mübadiləsi  pozğunluğunda.  1  stəkan  soyuq  qaynadılmıĢ  suya,  2  xörək  qaĢığı 
quru  doğranmıĢ  kökündən  əlavə  edib  2  saat  saxladıqdan  sonra  süzün,  stəkanın  1/3  hissəsi  qədər 
gündə 3 dəfə qəbul edin.  
Şəkərli və şəkərsiz diabet zamanı. Hər gün 4-5 ədəd təzə budağından yeyin. 
Ədviyyatlar  şahının  hazırlanması.  200  q  kərəviz  kökü,  2  ədəd  alma,  100  q  Ģirin  bibər, 
stəkanın  1/2  hissəsi  qədər  xama,  2  xörək  qaĢığı  limon  Ģirəsi,  1  çay  qaĢığı  Ģəkər  tozu,  2  dilim 
portağal götürün. Kökümeyvəli kərəvizin və almanın qabıqlarını soyub təmizləyib, xırda hissələrə 
ayırın, sonra həlqə Ģəklində doğranmıĢ bibəri əlavə edib, Ģəkər tozu və limon Ģirəsi əlavə edin. 10-
15 dəqiqədən sonra xamanı əlavə edib qarıĢdırın. Sonra alınmıĢ salatın üzərini portağal ilə bəzəyib 
süfrəyə verin.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə