84
maraqlarını məkanında təmin etəmək funksiyasını yerinə yetirir. Ən yuxarı
sıralar koordinasiya, əlaqələndirmə, istiqamətləndirmə və bölmək funksiyasını
yerinə yetirir. Düzdür, dövlət rəhbəri də birbaşa maddi maraqları təmin edən
aktlar həyata keçirir. Özünün ehtiyat fondundan şəxslər üçün vəsaitlər ayırır.
Burada oz zaman aşağının maraqlarının yuxarı tərfindən birbaşa təminatı
siyasəti həyata keçirilir.
Belə qəbul edək ki, idarəçilik strukturdan-fiziki quruluşdan və ruhdan –
mənəvi kompleksdən ibarətdir. Bu kriteriyalar piramidanın hər bir sırasında
mövcuddur. Piramida ümumi ruhdan və ümumi strukturdan ibarətdir.
İ
darəçiliyin baş ruhu yuxarı mərhələyə bağlı olur. Maddi amillər isə
ə
sasən orta və aşağı mərhələlərdə təmin edilir. Maddi amil təminatı da ruhun
zənginliyini yaradır. Buna görə də ruhu və fiziki əsasları sağlam olan dövlətlər
güclü və demokratik olurlar. Zəif və kasıb dövlətlərdə insanlar, vətəndaşlar öz
maraqlarını təmin etmək, ehtiyaclarını ödəmək üçün baza olaraq yuxarıya göz
dikirlər. Yuxarıya baş maddi təminat obyekti (təminat mənbəsi) və subyekti
kimi baxırlar. Orta idarəçiliyin və aşağı idarəçiliyin işləyə bilməməsi səbəbləri
bir neçə aspektdə ola bilir. Birincisi, ola bilir ki, dövlət qanunlarının və
qaydalarının icra olunması və yerinə yetirilməsi üçün hələ şərait
yetişməyib. Yəni, kifayət qədər resurs çatışmır. İkincisi, yuxarı hakimiyyət
orta və aşağı hakimiyyətə nəzarət edə bilmir. Tələblər zəifdir. Üçüncüsü, orta
və aşağı hakimiyyət ali hakimiyyəti qəbul etmir və etinasızlıq nümayiş etdirir.
Bu faktlar çərçivəsində tarazlıqlar pozulur, kompozisiya sağlam formada
yarana bilmir. Resursların sistemli piramidal bölgüsü də təmin edilə bilmir.
Dövlət və cəmiyyətin fiziki və ruhu gücü idarəçiliyin ruhu və fiziki
gücündən asılı olur. Fiziki güc resurs üzərində təsir edərək, ruhu gücü yaradır.
Yəni, subyektlərin məqsədyönlü fəaliyyəti insan maraqlarını təmin edir.
Fiziki quruluşu və ruhu gücü sağlam olmayan dövlətlər və cəmiyyətlərdə
ali hakimiyyətin xalqla birliyi ola bilməz. Bu hal cəmiyyətdə saxta inamı
yaradır, yaltaqlığı, ikiüzlülüyü riyakarlığı, ümumiyyətlə isə infantilliyi
(qüsurlu cəmiyyətləri) meydana gətirir. Cəmiyyətin kövrəkliyi üzərə çıxır və
cəmiyyət və dövlət arasında sağlam əlaqələr qurula bilmir. Bu anda dövlətin
sabitliyini pozmaq daha asan olur. Dövlətin sabitlik dayağını daha çox orta və
aşağı idarəçilik yaradır. Sağlam idarəçilik yaranan yuxarıya göz dikmələr
olmur. Orta (mərkəz) və aşağı idarəçilik yükü özündə daşıyır. Buna görə də bu
idarəetmə qurşağı (əsasən mərkəz, orta) aşağı və ali idarəçiliyi bir-birinə
bağlayır. Sağlamlıq bütövlük və ümumi güc də buradan meydana çıxır. Tək
yuxarı idarəçilik olduqda, yəni orta və aşağı maraqları təmin edə bilmədikdə,
yuxarıda hakimiyyət dəyişəndə orta və aşağı idarəçilikdə laxlama tez yaranır
və bununla da hakimiyyət böhranları formalaşır. Orta və aşağı hakimiyyət
vasitəsilə baza maddi maraqlar təmin edilir, bu anda aşağılar və ortalar
85
yuxarıya (ali hakimiyyətə) ruh verir. Bu bağlılıq dövlətin və sabit
cəmiyyətlərin əsaslarını meydana gətirir. Bütün hakimiyyət sıraları tələblər və
onlara vaxtında verilən reaksiyalar əsasında formalaşır.
Diktaturaların və avtoritar rejimlərin əsasları və onların uzun
müddətə yaşaya bilməməsi
İ
darəçilik rejimi idarəetmənin vəziyyətindən, ruhundan meydana gəlir.
Bu ruhu da idarəedənlərlə idarəolunanlar arasındakı əlaqələr və əlaqələrin
maddi-mənəvi vasitələri təmin edir. Bu baxımdan da resurslar və istifadə
qaydaları, onlar üzərində olan hüquqi vəziyyət, yəni onlardan istifadə səviyyəsi
və dərəcəsi idarəçilik ruhunu yaradır. Resurslar və onların idarəolunması
özlüyündə tərzi üzərə çıxarır. İdarəçilik hərəkətləri özündə ehtiva edir. Bu
hərəkətlərdən (məkana uyğun olan və məsafəni özündə ehtiva edən
hərəkətlərdən) rejimlərin yumşaq və sərt formaları üzərə çıxır. Rejimlərin
bərk və yumşaq xarakteri elementərdən və elementlər arasındakı məsafələrdən
meydana gəlir. Müəyyən məkanda elementlərin hərəkət məsafələri qısa olanda
daha çox bərk rejimlər ortaya çıxır. Bu qısa məsafələr özlüyündə məhdudluğu
yaradır. Məhdudluq hüquqa sirayət edir ki, o da özlüyündə vəzifə və
funksiyaları məhdudlaşdırır, mənsubluluğu və aidiyyatlılığı azaldır.
Diktatorluq (cəmiyyətdə və dövlətdə şəxsin diktəsinə əsaslanan
norma və qaydaların qəbulu və icrasını özündə daşıyan səciyyəvi bir
idarəetmə rejimi) və avtoritarlıq (şəxsin və müəyyən qrupun iradəsinə
cavab verən, əhalinin total liberal maraqlarını məhdudlaşdıran rejim)
bərk rejimlər olmaqla bərabər, demokratiyanın xalq hakimiyyətinin tərkibidir.
Çünki diktatorlar və avtoritar şəxslər də hakimiyyəti idarə edirlər.
Hakimiyyətin bütün rejimlərlə idarəçiliyi demokratiyadır. Demokratiyanın,
demokratik idarəetmənin tərkibi müxtəlif məzmunlu olur, üsul idarələrinin
tərzinə görə fərqlənir. Diktatura və avtoritarlıq qeyri-liberal üsul idarəsidir.
Diktatorluq bir şəxsin və ya da bir qrupun ümumxalq üzərində qeyri-liberal
idarəetməsidir. Diktatorluq idaretmə tərzidir. Buna dövlət quruluşu demək
olmaz. Belə ki, diktaturalar həm respublika, həm də monarxik quruluşlarda
yarana bilir.
Diktatorluq (bir şəxsin və ya da bir qrupun qəti idarəçiliyinə, cəmiyyət
üzərində təzyiqinə əsaslanan idarəçilik) cəmiyyətdə olan boşluqlardan,
kasıbçılıqdan,
dövlətin
idarə
olunması
üçün
lazımi
vəsaitlərin
çatışmamazlığından meydana gəlir. Həm də beynəlxalq qüvvələrin ölkədə
yaranan xaotik vəziyyətdən yararlanmaları da buna zəmin yaradır. Xaotik
vəziyyətlərdə idarəçilik üsulu zəifləyir, sistemdə boşluq yaranır və bu
boşluğun doldurulması təbii və faydalı üsul olan resurslardan liberal istifadə
üsulu ilə yox, resurslardan sərt istifadə üsulu ilə xarakterizə olunur. Resurslar
Dostları ilə paylaş: |