10
Hakimiyyətin iradəsi
Hər bir canlı birlik (şəxs) özündə iradi əsasları cəmləşdirir. İradə təbii ki,
xarakterin əsas tərkibidir. Burada şəxsin, tərəfin, o cümlədən hakimiyyətin və
hakimiyyətdə təmsil olunanların xarakteri, fəaliyyət xüsusiyyətləri cəmləşir.
Mətinlik, dözümlük, əzmlilik, mərdlik, cəsurluq və digər müsbət keyfiyyətlər,
tərkibi zəngin elementlərdən ibarət olan xarakter möhkəm iradəni
formalaşdırır. İradənin tərkibində dönməzlik, cəsurluq, şücaətlilik, eləcə də
saflıq, doğruluq, dürüstlülk kimi tərbiyəvi əhəmiyyət kəsb edən pozitiv
elementlər mövcuddur. İradə qüvvəyə və potensiala bağlı olur. İradə
möhkəmliyi resurs üzərində təsir imkanlarını meydana gətirir. İradənin
tərkibini təşkil medən elementlərin zənginliyi müəyyən məkanda xarakter
dolğunluğunu yaradır. Bu da özlüyündə iradəni formalaşdırır, obrazlandırır.
Qüvvə və potensialı isə subyektə və obyektlər (üzərində təsir olunan vasitələr
mənbələr) yaradır. Obyektin, onun resurslarının zənginlyi subyektin
zənginliyini formalaşdırır. Subyektlərin fəaliyyəti obyektlərin fəaliyyətini
özündə ehtiva edir. Subyekt obyektin güclü olmasında maraq nümayiş etdirir.
İradə hərəkətlərdən, fəaliyyətdən meydana gəlir. Tərkib kimi zənginləşir.
İradə maraq və məqsədlərə görə özünə istiqamət müəyyən edir. İradə
hərəkətlərin tərzini, bu aspektdə gücün və qüvvənin xarakterini müəyyən edir.
İradə mövcud vəziyyətdən və gələcək planlardan, strateji proqramlardan
formalaşır.
Hakimiyyətin iradəsi hakimiyyətin hüququndan və bundan irəli gələrək
vəzifələrindən ortaya çıxır. İradə özündə möhkəm dayanıqlığı, siyasi kursda
dönməzliyi, baza axarları cəmləşdirir. Hakimiyyətin iradə sferası özlüyündə
dövlətin fəaliyyət sferasını cəmləşdirir. Dövlətin daxili və xarici siyasəti
hakimiyyət iradəsinin əsas məkanını təşkil edir.
Hakimiyyət xalqın iradəsini ifadə edən bir qrupdur. Hakimiyyət qrup
halını təşkil etdiyindən həmin qrupun da iradəsi mövcud olur. Bu aspektdə
hakimiyyət özündə həm xalqın, həm də özünün mənafeyini güdür.
Hakimiyyətdə təmsil olunan qrupun maraqları pozitiv mənada ümumxalq
maraqlarından formalaşır. Hakimiyyət cəm halda dövlətin mənafeyini də
müdafiə edir. Dövlətin mənafeyinin təmin olunması özlüyündə hakimiyyətin
mənafeyinin təmin olunmasına səbəb olur. Hakimiyyətin iradəsi onun
siyasətində,
hakimiyyətin
idarəçiliyində,
fəaliyyətində
əks
olunur.
Hakimiyyətin iradəsi onun ortaya qoyduğu istəklərdə, məqsəd və mənafelərdə
təcəssüm olunur. Hakimiyyətin iradəsi onun siyasətinin məğzini ifadə edir.
Hakimiyyətin iradəsi dövlət liderlərinin də şəxsi iradəsini özündə ehtiva edir.
Dövlət rəhbərlərinin şəxsi portreti dövlətin daxili və xarici maraqlarını müdafiə
etmək və tanımaqdan ibarət olur. Hakimiyyətin iradəsi ölkənin resursları ilə də
formalaşır. Hakimiyyət bu resurslardan öz iradəsinə müvafiq qaydada istifadə
etməyə çalışır. Bu baxımdan da dövlətin möhkəmlənməsi, cəmiyyətin sabit və
11
təhlükəsiz qalması hakimiyyətin möhkəm iradəsini özündə ehtiva edir.
Hakimiyyət dövlətin və cəmiyyətin inkişafına qarşısına məqsəd qoyur. Bu,
hakimiyyətin pozitiv məqsədidir. Pozitiv məqsəd pozitiv iradə formalaşdırır.
Hakimiyyətin gücü onun fəaliyyətindən yarandığından hakimiyyət öz iradəsini
də güc toparladığı məkana yönəldir.
Hakimiyyətin iradəsinə qətilik, mütləqlik, müəyyənlik, şəffaflıq kimi
hallar aid oluna bilər. Hakimiyyətin iradəsi onun açıq niyyətini ifadə edir.
Hakimiyyət öz saf əməli ilə özünün iradəsini ortaya qoya bilir. Hakimiyyətin
iradəsi müəyyən məsələləri qətiyyətlə yerinə yetirməkdən meydana gəlir.
Hakimiyyət öz iradəsini müəyyən informasiya vasitələri ilə xalqa çatdırır.
Xalqın vəziyyəti ilə bağlı məlumatlara vaxtında və lazımi səviyyədə verilən
reaksiyalardan irəli gələrək hakimiyyət öz iradəsini gücləndirir. Hakimiyyətin
iradəsi ölkə daxilində və beynəlxalq əlaqələrdə lazımi səviyyədə xalqını
müdafiə etməkdən və maraqlarına xidmət etməkdən ibarət olur. Hakimiyyətin
iradəsi mühafizəkarlqla liberallığın vəhdətində formalaşır.
Hakimiyyət iradəsi onun siyasi fəaliyyətində olan baza prinsiplər üzrə
dönməzlikdən formalaşır. Hakimiyyətin iradəsi onun şəffaf fəaliyyətində,
xalqla olan açıq təmaslarında daha da güclənir. Bu kimi tərzdən elementlər
cəmləşir. Şəffaf hakimiyyət enerjidən çox geniş istifadə edə bilir ki, bu hal da
dövlətin iradəsinin möhkəmlənməsini zəruri edir. Hakimiyyət öz iradəsi ilə
özünün məqsədlərini ortaya qoyur.
Hakimiyyətin iradəsi sabitliyə xidmətə yönəlir və güclü iradə xalqla
dövlət arasındakı əlaqələrin rəvan şəkildə qurulmasına əsaslanır. Hakimiyyət
öz gücünü səfərbər edir. Hakimiyyətin iradəsi cəm halda hakimiyyətin
fəaliyyət tərzini özündə ehtiva edir. Hakimiyyətin iradəsi onun mövcud və
gələcək fəaliyyəti arasında müəyyənliyi ortaya çıxarır və hakimiyyətin
fəaliyyətinin daxili məzmununu formalaşdırır. Hakimiyyətin həlli vacib
məsələlərdə iradəsizliyi onun biganəliyini ortaya qoyur. Biganəlik də
özlüyündə həlli vacib problemlərin vaxtında həll olunmasının qarşısını kəsir.
Bu da nəticə etibarilə maraqların kəsirini meydana gətirir. Dövlət zəifləyir və
bütün resurslardan vaxtında istifadə oluna bilmir.
Azadlıq haqqında
Hər bir şəxs (fərd və ya da qrup) müəyyən məkanda mövcuddur, yaşayır,
fəaliyyət göstərir. Müəyyən məkan daxilində hərəkət edir, eləcə də məkanı
aşır, sərhədləri keçir. Şəxs mövcud məkanı genişləndirir, eləcə də mövcud
olan məkan üzərində öz fəaliyyətini artırır, hərəkətinin miqyasını böyüdür.
Məkanlar şaquli və üfiqi qatlar üzrə olur. Ətraf üzrə məkanlar və üfiqi
məkanlar elementlərdən ibarət olur. Elementlər elə məkanı yaradır. İnsanlar
toplumu yaşayış məkanını, məskənini meydana gətirir. Xalqlar toplumu
dövləti meydana gətirir. Məkanlar (burada yaşayış məskənləri nəzərdə tutulur)