downloaded from KitabYurdu.org
VII
* * *
içdik.
-
Deməli saat on birə kimi onlar sağ-salamat olub, eləmi?
-
Bəli...
-
Axı ekspertin rəyinə görə onlan saat ıo-ıı arasında öldürüblər. Bu
necə olur? - Təhməzov əlini havada yellədi.
-
Bilmirəm... - Təranə ağlamağa başladı. Elə ürəklə və yanıqlı
ağlayırdı ki, mənim ona həqiqətən yazığım gəldi.
-
Yaxşı, ağlama! - mayor Seyidov söhbətə qarışdı. - Sən qardaşın
gildən çıxanda yolda heç bir adama rast gəlmədin ki?
Təranə yaylığı ilə gözlərinin yaşını silib, başını qaldırdı. Bir qədər
dayanıb özünü ələ aldı və danışmağa başladı:
-
Həmin gecə mən qardaşımgildən çıxanda hər yan zülmət qaranlıq
idi. Bərk yağış yağırdı. Beş-altı addım getmişdim ki, gördüm kimsə
qabaqdan gəlir...
-
Kim idi o?! - Təhməzovla mayor Seyidov ikisi də birdən soruşdu.
-
Gəlib mənə çatanda əlindəki fənərin işığını üzümə tutdu. Dedi: -
Təranə sənsən? Səsindən tanıdım ki, əmim oğlu Ağasəməddir. Dedim
hara gedirsən? Dedi ki, Mikayılgilə. Dedim, nə var bu gecə vaxtı,
yatmaq istəyirlər axı? Dedi sözüm var.
Sonra ayrıldıq. O, həyətə girdi. Mən isə çıxıb evimizə getdim.
-
Deməli belə... - Seyidov çənəsini sığalladı.
-
Siz onda Ağasəməddən şübhələnmədiniz ki? - deyə mən sual
verdim.
-
Bilmirəm... - dedi və yenə ağlamağa başladı.
-
Siz çıxın! - Təhməzov Oqtayı çağırmağı tapşırdı.
Protokolu Təranənin qabağına qoyub qol çəkdirdim. Təranə qol
çəkib ağır-ağır stuldan qalxdı və otaqdan çıxdı. Oqtay içəri girib
qanıqara halda ayaq üstə dayandı.
-
Oqtay, nə işlə məşğul olursan? - baş müstəntiq ona oturmaq təklif
etmədən suala başladı.
-
Yol idarəsində traktorçuyam.
-
Neçə uşağın var?
-
İki. Biri altı, biri dörd yaşında. İkisi də oğlandı.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
VII
* * *
-
Allah saxlasın! Qaynınla niyə küsülü idin?
-
Olur da... İncimişdim. Borc istədim vermədi.
-
Nə vaxt?
-
Bir il olar...
Təhməzov mənə mənalı-mənalı baxıb yenə üzünü Oqtaya çevirdi.
-
Siqaret çəkənsən?
-
Yox. Qabaqlar çəkirdim. Sonra tərgitdim.
Nadir müəllim başını yellədib diqqətlə Oqtaym gözlərinə baxdı.
-
Qaynıngil öldürülən gecə arvadın onlarda olub, eləmi?
-
Bəli!
-
Evdən nə vaxt çıxıb və nə vaxt qayıdıb?
-
Doqquzda çıxdı, on birdə qayıtdı.
-
Bəs sən həmin vaxt harada olmusan?
-
Evdə adam var idi, onunla nərd oynayırdıq.
-
Kim idi o?
-
Bafadar, qonşum. Tez-tez bizə gəlir. O gedəndən on beş dəqiqə
sonra Təranə qayıtdı. Düz saat on birdə!
-
Protokola qol çək, get! Lazım olanda, yenə çağıracağıq. Arvadını
da apar.
Oqtay çıxan kimi mayor Seyidov üzünü müstəntiqə tutdu:
-
Təcili Ağasəmədi çağırmaq lazımdır.
-
Hə! - Nadir müəllim mənə baxdı. - Bir də Bafadarı.
Çıxıb Oqtaya tapşırdım ki, həmin iki adamı tapıb məktəbə
göndərsin. Otağa qayıdanda Təhməzov fikirli halda danışırdı:
-
Bu necə dolaşıq iş oldu?! Ağasəməd Mikayılgilə saat on birdə
giribsə, xörəyi bişirmək, süfrə açmaq, yemək heç olmazsa iyirmi
dəqiqəyə başa gəlməliydi. Belə olanda o, cinayəti 11-20-dən tez
törədə bilməz. Ancaq Aqşin...
-
Bəlkə Aqşin səhv edir? - Seyidov onun sözünü ağzında qoydu. -
Məgər bu ola bilməz? Onun dediyi fikirlə işimizi qursaq biz özümüzü
tamam dolaşdıracağıq.
-
Siz deyən olsun. - Təhməzov dilləndi. - Lap tutaq ki, Aqşin
verdiyi rəydə yanlışlığa yol verib, onda deyin görək Fəzayə nəyə görə
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
VII
* * *
qonşu otağa keçib yeməyini orada yeyib? Axı bu Ağasəməd özgə
adam deyil, Mikayılın əmisi oğludur?!
-
Bəlkə onların gizli söhbəti olub? Bəlkə Mikayıl özü arvadına
deyib ki, keç o biri otağa! - Seyidov cavab verdi.
-
Bilmirəm. - Nadir müəllim ayağa durub otaqda gəzişməyə
başladı. - Görək hələ
Ağasəməddən nə çıxacaq. Ancaq mən şəxsən Təranədən
şübhələnirəm. O cümlədən Oqtaydan da.
-
Sən nə danışırsan? - Seyidov əlini yellədi.
Bu vaxt Mirağa müəllim içəri girdi. O
istintaq başlananda bizi qoyub harasa getmişdi.
-
Çay içəcəksizsə tapşırım bura gətirsinlər.
-
Yox, Mirağa müəllim, əyləşin, heç nə lazım deyil. - Təhməzov
ona divanı göstərdi. Direktor keçib divanda əyləşdi. - Bu kənddə
demək olar, hamı sizin şagirdiniz olub. Siz nə deyə bilərsiniz bu iş
barədə?
Mirağa müəllim əli ilə ağ saçlarını dala darayıb dedi:
- İnsanları tanımaq çox çətindir. Bu barədə fikirləşəndə deyirəm ki,
sizin işiniz doğurdan da çox çətin işdir. Mənim əlli ildən çox pedaqoji
stajım var. Siz dediyiniz kimi bu kənddə əksəriyyətinə dərs demişəm.
Ancaq nə qədər fikirləşirəm, nə qədər götür-qoy edirəm, yenə bir yana
çıxa bilmirəm, bu işi kim edə bilər? Rəhmətlik Eybalının uşaqlarının
dördü də ağıllı, tərbiyəli uşaqlar olub. Onlar pis işlərlə məşğul ola
bilməzlər. Nə bilim, söz gəzir ki, yazıqları pula görə öldürüblər. İndi
biz hansı əsrdə yaşayırıq ki, beş-on manat puldan ötrü insana əl
qaldırasan? Bu ki, vəhşilikdən başqa bir şey deyil?..
... Çağırılanlardan birinci Bafadar gəldi. Mən yenə qarşıma təzə ağ
vərəq qoyub protokol yazmağa başladım. Təhməzov söhbəti qısa
elədi:
-
Bu hadisə baş verən gecə harada idin?
-
Oqtaygildə. - Bafadar o saat cavab verdi.
-
Sən orada olanda Təranə nə vaxt evdən çıxdı?
-
Saat doqquzda çıxdı. Oqtay dedi ki, on birə kimi qayıt gəl. Mən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |