18
cərəyanın rəqslərini idarə edir. Beləliklə, antenna tərəfindən
qəbul olunmuş zəif siqnalın anod dövrəsində yaranan və
telefonun həmin dövrəyə qoşulmuş membranını hərəkətə
gətirə bilən, gücləndirilmiş təkrarı alınır.
De Forestin ilk üçelektrodlu elektron lampası çoxlu çatış‐
mazlıqlara malik idi. Belə ki, onun elektrodları elə yerləş‐
dirilmişdi ki, elektron selinin böyük hissəsi anodun üzərinə
deyil, şüşə balonun divarına düşürdü; torun idarəedici təsiri
kifayət qədər deyildi; lampa pis sorulduğundan onun
daxilində çoxlu miqdarda qaz molekulları var idi və bu
molekullar ionlaşaraq közərmə telini müntəzəm olaraq
bombalayıb ona dağıdıcı təsir göstərirdi.
1910‐cu ildə alman mühəndisi Liben təkmilləşdirilmiş
elektron lampasını – triodu yaratdı. Liben öz tədqiqatlarında
lampanın emissiya qabiliyyətinə daha çox diqqət yetirdi və
bu məqsədlə ilk dəfə olaraq közərmə telinin üzərini nazik
kalsium və ya barium‐oksidlə örtməyi təklif etdi. Bundan
əlavə o, şüşə balonun içərisinə civə buxarı da əlavə etdi ki,
bu da əlavə ionlaşma yaratmaqla katod cərəyanını daha da
artırdı.
Beləliklə, elektron lampası əvvəlcə detektor, sonra isə güc‐
ləndirici kimi xidmət sferasına daxil oldu. Onun radioelektro‐
nikada aparıcı rolu isə sönməyən elektrik rəqsləri generatoru
qismində istifadə edilməsi aşkar olunduqdan sonra təmin
edildi. Lampalı ilk generatoru 1913‐cü ildə məşhur alman
radiotexniki Meyssner yaratdı. O, həmçinin Libenin triodu
əsasında dünyada ilk radiotelefon ötürücüsünü yaratdı və
1913‐cü ildə 36 km məsafəlik radiotelefon rabitəsini həyata
keçirdi.
Lakin ilk elektron lampaları hələ tam təkmil deyildi. 1915‐
19
ci ildə Lənqmür və Qede elektron lampalarını çox aşağı
təzyiqlərə qədər sormağın vasitələrini təklif etdilər və bunun
hesabına ion lampaları vakuum lampaları ilə əvəz olundu.
Rusiyada ilk qaz boşalma lampaları 1914‐cü ildə Rusiya‐
nın Simsiz Teleqraf Cəmiyyətinin məsləhətçisi akademik
Nikolay Dmitriyeviç Papaleksi (Sankt‐Peterburq) tərəfindən
yaradılmışdır. Papaleksi Strasburq Universitetini bitirmiş,
Braunun rəhbərliyi altında işləmişdir. Papaleksinin yaratdığı
ilk lampa qazla civə buxarı qarışığı doldurulmuş lampa idi.
1914‐1916‐cı illərdə Papaleksi radioteleqraf sahəsində bir sıra
təcrübələr aparmış və sualtı qayıqlarla əlaqə sistemini yarat‐
mışdır.
Gücləndirici radiolampaların Rusiyada ilk yaradıcısı Bonç‐
Bruyeviç olmuşdur. O, 1888‐ci ildə Oryol şəhərində doğul‐
muş, 1909‐cu ildə Peterburqda mühəndis peşəsinə yiyələnmiş
və 1914‐cü ildə Hərbi Elektrotexnika Məktəbini bitirmişdir.
1916‐cı ildən 1918‐ci ilə qədər elektron lampalarının yara‐
dılması ilə məşğul olmuş və onların istehsalını təşkil etmişdir.
1918‐ci ildə Nijeqorodda radiolaboratoriyaya rəhbərlik etmiş,
Ostryakov, Pistolkops, Şorin, Losev kimi dövrün ən yaxşı
radio mütəxəssislərini bir yerə cəlb etmişdir. O, 1919‐cu ilin
mart ayında Nijeqorodda radiolaboratoriyada RP‐1 elektro‐
vakuum lampasının kütləvi istehsalını təşkil etmiş, 1920‐ci
ildə dünyada ilk dəfə olaraq gücü 1 kVt olan və su ilə soyudu‐
lan mis anodlu generator lampasını hazırlamışdır. Görkəmli
alman alimləri Nijeqorod laboratoriyasının nailiyyətlərini
görüb, Rusiyanın güclü generator lampalarını yaratmaq
imkanlarını yüksək qiymətləndirdilər. Elektrovakuum cihaz‐
larının təkmilləşdiril‐məsi istiqamətində işlər Petroqradda
geniş vüsət aldı. Bu işdə Çernışev, Boquslavski, Vekşinski,
20
Obolenski, Şapoşnikov, Zusmanovski və fizik Aleksandrov
Anatoli Petroviç (1903) kimi görkəmli alimlərin əməyini qeyd
etmək lazımdır. Közərmə katodlarının ixtira edilməsi elek‐
trovakuum texnikasının inkişafına böyük təkan verdi. 1922‐ci
ildə Petroqradda Svetlana zavodu ilə birgə işləyən elek‐
trovakuum zavodu yaradılır. Zavodun elmi‐tədqiqat labo‐
ratoriyasında elektron cihazlarının fizikası və texnologiyası
sahəsində Vekşinski tərəfindən hərtərəfli tədqiqat işləri
aparılır. Burada katodun emissiya xüsusiyyətləri, metallarda,
şüşədə və digər maddələrdə qazların sorbsiya hadisələri və s.
öyrənilirdi.
Uzun dalğalardan qısa və orta dalğalara keçid, superhe‐
terodinin ixtirası radiotexnikada daha mükəmməl lampa‐
ların ixtira olunmasına təkan verdi. Amerikalı alim Xell
1924‐cü ildə tetrodu – dördelektrodlu elektron lampasını
hazırladı. 1926‐cı ildən bu lampanın təkmilləşdirilməsi
üzərində işləyərək, nəhayət 1930‐cu ildə üç torlu (5
elektrodlu) elektron lampanı – pentodu ixtira etdi. Bununla
da radioötürücü sistemlərdə siqnalın ötürülməsi və qəbulu
prosesləri xeyli yaxşılaşdırıldı. Pentod lampası radiotex‐
nikada geniş tətbiq edildi.
Radioqəbuletmədə yeni üsulların yaranması 1934‐35‐ci
illərdə çoxtorlu tezlik çeviricilərinin yeni tiplərinin yaranma‐
sına səbəb oldu. Bundan başqa, müxtəlif radio‐lampalarının
yeni kombinasiyalı növləri meydana gəldi və radiotexnikada
çoxlu sayda lampalar ixtisar oldu. Radiotexnikada ultraqısa
dalğalar (UQD) diapazonuna keçdikdə yeni elektrovakuum
cihazları meydana gəldi və müxtəlif radiotexnika lampaları
arasında (ultraqısa, metrlik, desimetrlik, santimetrlik və
millimetrlik diapazonlarda) sıx əlaqə yarandı. Elektrova‐
21
kuum lampaları bir qədər də təkmilləşdirildi və eyni
zamanda elektron dəstələrinin yeni prinsiplə idarə olunması
işlənib hazırlandı. Yeni prinsiplərlə işləyən cihazlara çoxre‐
zonatorlu maqnetronları (1938), klistronları (1942) və əks
dalğa lampalarını (ƏDL, 1953) göstərmək olar. İxtira edilən
bu yeni cihazların köməyi ilə millimetrlik oblastlara daxil
olan yüksək tezlikli siqnalları generasiyaetmə və güclən‐
dirmə imkanı əldə edildi. Bundan başqa, elektrovakuum
texnikasında qazanılan nailiyyətlər radionaviqasiyanın,
radiolokasiyanın və çoxkanallı impuls əlaqələrinin inkişafına
da səbəb oldu.
1932‐ci ildə rus alimi Rojanski elektron dəstəsinin modul‐
yasiyası üçün cihazın yaradılması haqqında ideyanı irəli
sürdü. Onun ideyaları əsasında Arsenyev və Xeyl 1939‐cu ildə
İYT rəqslərinin generasiyası üçün ilk cihazı hazırladılar. 1938‐
1941‐ci illərdə isə Devyatkov, Xoxlov və Quryeviç müstəvi
elektrodlu triod lampasını yaratdılar. Almaniyada metal‐saxsı
lampa hazırlandı. 1943‐cü ildə Kompfnerin hazırladığı qaçan
dalğalar lampası radiosiqnalların idarə olunmasında İYT
sistemlərin inkişafına yeni təkan verdi. Güclü İYT rəqslərinin
generasiyasını əldə etmək üçün 1921‐ci ildə Xell ilk
maqnetronu hazırladı. Rus alimlərindən Sliyski, Qrexova,
Şteynberq, Kalinin, Zusmanovski, Braude, yapon alimlərin‐
dən – Yade, Okabe maqnetronla tədqiqat işləri apardılar.
Bonç‐Bruyeviç 1936‐1937‐ci illərdə Alekseyevə və Molyarova
yeni tipli maqnetron hazırlamaq tapşırığını verdi. Az keçmədi
ki, onlar çoxrezonatorlu yeni maqnetron yaratdılar.
1934‐cü ildə mərkəzi radiolaboratoriyanın əməkdaşları
Korovin və Rumyantsev dünyada ilk dəfə olaraq uçan
təyyarəni aşkar etmək üçün radiolokasiyanı tətbiq etdi. 1935‐