sında, ov üsullarının inkişafında və s. Mühüm rol oynadı. F.
Engelsin ifadəsincə deyilsə, «odun dərk olunması insanın
təbiət üzərindəki ilk böyük qələbəsi idi».
Bütün digər cəhətlərdən başqa odun kəşfi, mühafizəsi və
istifadəsi insanların həyatında təmamilə yeni hadisə olan
kəmiyyət-məkan münasibətlərinin dər edilməsində də
biləvasitə özünü göstərdi. İnsan odu daim mühafizə etmək
üçün onu fasiləsiz surətdə müəyyən «paylarla» yanacaq ilə
«qidalandırmalı», mövcud olan «qidanı» günün tələbinə
uzlaşdırmalı, beləliklə, hesablamalar aparmalı idi... Və ola
bilər ki, heç də təsadüfü deyil ki, qədim əfsanələrdə
göstərildiyi kimi Prometey insanlara odu bəxş edərkən onlara
hesablamalar aparmağı öyrətmişdi. Tədqiqatçılar belə hesab
edirlər ki, artıq indi bu süjetin keniantrop-pite- kantrop
dövrünə gedib çıxa bilməsi haqqında iddia həddindən artıq
cəsarətli fikir kimi nəzərə çarpmır.
Qeyd etmək olar ki, artıq uzaq erkən aşel dövründə
«ibtidai insanların şüurunda fonna (qədim aşel dövrünə aid
olan əl çapacaqları xatırlayaq, çapcağm hazırlanması üçün
insan onun haqqında, ilk növbədə onun fonnası haqqında
mücərrəd təsəvvürə malik olmalı idi), ölçü (odun yanma
müddətinə və yanacağın miqdarına dair situasiyanı
xatırlayaq) haqqında ən sadə təsəvvür meydana gəldi və şüur
say haqqında təsəvvürün ərəfəsində dayanmışdı» (F. A.
Frolov, 1983).
Pitikantroplar erkən aşel mədəniyyətinin yaradıcıları
idilər. Onlar təşəkkül tapmaqda olan insanlar sırasında ən
qədimlərindən olmuş və elmi ədəbiyyatda «arxantoplar» kimi
qeyd edilirdilər. Bu mərhələ insanın idrak fəaliyyətinin
inkişafında yeni,
əvvəlki dövr
133