34
– Bala, o “zad” dediyi, “beş nömrə qaloşla ağzına-ağzına
döymək lazımdır” demək istəyir.
Musiqiçi sədrə:
– Heç olmasa bir “türkün məsəli” de!
Dursun:
– Türkün zadıyla, bizim şeyimizin nə fərqi var ə! İndi
dağ başında mənə tərbiyə verəcəksən? Beqom üzüm yığ-
mağa!
Musiqiçilərin eyinləri yolboyu çəkdiyi əzabdan sonra
yəqin ki birinci dəfəydi açılırdı. Sədr də onlara qoşuldu, –
“Dayan bir... Deyirsiniz zad çalansınız.., bəlkə bir çalasınız
baxaq?”
Bayaqkı musiqiçi:
– A kişi “türkün məsəli” de!
– Nədi çalmaq da pis sözdü? Zurnanı zad eləməyə –
püləməyə sizin irayonda nə deyirlər?
– Elə sən deyəni.
– Di çalın dayna! Zurnaçıyla, nağara çalana – hərəsinə
bir göy beşliyi özüm verəcəm. Bəs bu qədər adamın hamısı
zurnaçıdır?
– Yox a dayı. İçimizdə gitara, sintezator, ionika, qarmon
çalan da var.
Dursun:
– Əgər qarmondan başqa dediklərinizin birinin adını
eşidib, üzünü görmüşəmsə, atam zad olsun.
Kəklik tez:
– “Gorbagor olsun” demək istəyir.
Musiqiçilərdən biri:
35
– Xalacan, sən bu kişinin yanından ayrılma. Əməllicə
tərcümə edə bilirsənmiş. Yoxsa bu ağsaqqal vaxtında kişini
yalnış anlama ucbatından öldürəcəklər.
Xanəndə:
– Kişi, onsuz da üzüm yığan deyilik. Bəlkə, doğrudan
elə üzüm yığmaqdansa, burda bir konsert verək? Zurnanın
səsini salaq bu dağlara? Həm də toyqabağı məşq eləmiş
olarıq. Hı, nə deyirsən?
Dursun:
– Hı....? Olsun! Camaatın da şeyi qalxar.., – könlü açılar,
əlli olarlar bir az.
Müğənni öz dəstəsinə, – “Çıxardın ə alətlərinizi.., –
türkün məsəli...”
Simavər tənəklikdən Kəkliyə çığırdı:
– Aaz nooldu, kimdilər?
Kəklik:
– Manıslardır, indi çalajaxlar... A Simavər, Göyərçini,
Qumrunu, Tovuzu da çağır gəlin bura...
Müğənni:
– Ə bunların hamısı quşdu ki...
Kəklik ona çəpəki baxıb üstünə cöjüdü, – “Quş sənin
anandı!”
Müğənni iki addım geri çəkildi, – “Xala, türkün mə-
səli...”
– Ə, lap belə türkün də, sənin də...
– Hamınızın adı quş adıdır, elə demək istəmişdim...
Dursun araya zarafat qatdı, – “Ağız, dədə sərçə kimi nə
cöjüyürsən xalxın zadının üstünə, düz deyir dayna. Bu
dağda-dərədə quş qalmayıb, hamınız birinin adını şeyinizə
götürmüsünüz. Bircə dıra-dırayla, gart-gart quşu qalıb”.
36
Kəklik lap özündən çıxdı:
– Nədi, ot-ələf adı qoysunlar? Bəlkə yemilik, quzqulaq,
xincilovuz, çiriş qoyaq adımızı?! Yoxsa, inək, keçi, qoyun..?
Dursun:
– Qudurma ay qız! Həddini bil! Kişilərdən ayıbdır.
Amma Çiriş, yaxşı oğlan adıdır...
– Onda nəvən olanda adını Çiriş qoyarsan!
Nağaraçı ağ kapron dərili nağarasını açanda nəzərlər
günəş şüasından parıldayan nağaraya yönəldi. Dursun əlini
əlinə vurdu:
– Bu nə nağaradı əyə, burdan baxanda, o yanı görünür.
Buna zopa vursan ortadan bölünər.
Nağaraçı:
– Əmi bu rus nağarasıdır, bunu əllə çalırlar, çubuqla
yox.
– Bir şapalaq vur görüm ə o urvatsız rus zadına. De-
yirlər onların elə hər zadı belə nazik olur.
Nağaraçı ritmik bir nömrə nümayiş etdirdi. Sədr çönüb,
– “Aaaz Qumru, şeyin səsi ora gəlir!?” – qışqırdı.
Qumru:
– Yox a sədr, elə-belə bir dıppıltı gəldi. Kəklik ayaqyo-
luna gedəndə bundan gur səs çıxarır, – üzümlükdəki qız-
gəlinlərin hamısı şaqqanaq çəkib gülüşdülər.
Sədr:
– Uşaqların birini yolla o uşaqəmizdirən Qoşəllədi, nə
zibildi, onun yanına – atla gedib nağaraçı Canbaxışı ayıq-
dırsa diri tutub gətirsin bura.
Qumru:
– Baş üstə Dursun qağa!
37
Musiqiçi, başqa sənət yoldaşını istəməz. Odur ki, nağa-
raçı nigarançılıqla soruşdu:
– Əmi sizin bu qoşalülə dediyiniz də nağaraçalandır?
– Yox, Qoşəllə briqadirimizdir – əl buyruqçumuzdur.
Bax Canbaxış, özün görəcəksən necə nağaraçalandır.
Aradan bir xeyli keçdi. Musiqiçilər çalğı alətlərini yer-
bəyer raxlayıb bitirənədək dəstəyə iki atlı yaxınlaşdı – biri
Qoşəllə, digəri isə Canbaxış idi. Sədr Qoşəlləni görcək üs-
tünə çımxırdı:
– Ə lülə, sən yenə arvadların tumanının yanını kəsdirib
durmusan! Ədə vallah bu kənddə sənə oxşayan bir uşaq do-
ğulsa ha, səni xıncım-xıncım edəcəklər. Camaat qız-gəlini,
arvadlarını etibar edib işə göndərir, sən də bütün günü onla-
rın tuman soyunmağına, uşaq əmizdirməyinə baxırsan ay
ütük!?
Qoşəllə:
– Yoldaş sədr, Tovuz bacı xahiş elədi ki, yemək yeyənə
qədər körpəni saxlayım...
– Əyə, səni uşaq saxlamağa götürmüşəm işə, yoxsa bri-
qadirliyə! Qarnı yırtılsın Tovuzun, elə əndamı yansın onun.
A qadan alım, insan bir gündə nə qədər yeyər! Axırda ye-
məkdən zadı yırtılacaq.
Qoşəllə:
– Yoldaş sədr, yeməsə südü olmaz, südü olmasa uşaq
tələf olar axı...
– Ədə, sən zootexniksən!? Vallah səni fermaya feldşer
göndərəcəyəm, sənin əsl yerin oradır. Get quzu əmizdir,
qoyun-keçiylə başını qat. Ə, Canbaxış, şeyini aç görüm.
Canbaxış:
– Nəyimi sədr?
38
– Nə tupoy adamsan ə! Yenə içmisən!? Şalvarının qa-
bağını demiyəcəm ki, nağaranı deyirəm!
Canbaxış nağaranı kisəsindən çıxarıb çubuğun iplərini
barmağına keçirdi.
Sədr:
– Vur görüm ə zadına...
Canbaxış aşılanmış qoyun dərisindən olan nağarasına
bir-iki çubuq vurdu. Səs dərələrdə əks-səda verdi. Sədr yenə
arxaya çöndü:
– Aaz, indi eşidilirmi?!
Qumru:
– Bax bu başqa məsələ, adamın lap qulağının pərdələri
cırılır!
– Cırılmaz... Doğmaqdan cırılmamısınızsa, qulağınıza
da heç nə olmaz – Kəkliyə yandıq verdi.
Dursun üzünü zurnaçıya tutdu, – Ə, pülə görüm şeyini.
Heç mahnı-zad bilirsənmi?
– Bilirəm.
– Onda bir diret
19
“Gödək donlu” havası çal.
– Baş üstə.
Dağın döşündən dərələrə doğru axan musiqi, az keç-
məmiş elə dərədən dağların zirvəsinədək yayılırdı. Sima-
vərin səsi üzümlüyü başına götürmüşdü, – “Ağız urreyy!
Ağız tullayın səbətləri. Süzün, bir az sümüklərinizin duzu
tökülsün!” – özü də əl götürüb quş kimi əldə səbət tənəklərin
arasında süzürdü. Məktəblilərin hamısı musiqiçilərin başına
toplaşdı. Əvvəldən də tanıdıqları Qoşəlləni zorla tutub
ortaya çəkdilər, dövrəyə alıb oynadılar. Qoşəllə yazıq-yazıq
19
“Bir ağız”
Dostları ilə paylaş: |