9
daxilində irqi diskriminasiyaya və başqa ölkələrə münasibətdə
işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar.
İrqçilik və ya rasizm-insan irqlərinin bioloji və psixoloji
bərabərsizliyi barəsində nəzəriyyələr toplusu. Həmin fərqin
irqlərin iri toplum şəklində yaşadığı cəmiyyətlərin tarix və
mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik insanların
dərisinin rənginə görə ali və aşağı dərəcələrə bölündüyünü və bir
irqin digərlərindən üstün olub onlara hakim ola biləcəyini qəbul
edir. Doktrinanın yaranma səbəbləri kimi psixoloji faktorlarla
yanaşı iqtisadi baxışlar da əsas ola bilər. İrqçi nəzəriyyələrin
həyatda tətbiqi irqi ayrı-seçkiliyə gətirib çıxarır.
İrqçilik daha çox öz etnik xüsusiyyətlərini tək kriteriya kimi
qəbul etmək, fərqlilik qorxusu (zenofobiya), irqlər arasında
birləşmələrə və münasibətlərə qarşı olmaq və millətçilik kimi
anlayışları da özündə ehtiva edə bilər. İrqçilik, sosial baxımdan
ayrı-seçkiliyin səbəbi olur, irqlər arasında fərq qoymaq və
soyqırıma qədər gedib çıxan şiddətə haqq qazandırır.
İrqçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan
və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri
alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.
Bu gün biz dünyanın özünü irqi nifrətdən xilas etməsi
yolunda atdığı addımları qeyd etməli, həmçinin hələ də həll
olunmamış qalan problemlərimizi yada salmalı və onları aradan
qaldırmaq üçün tətbiq etdiyimiz üsulları yeniləşdirməliyik.
Bu gün, 1960-cı ildə Cənubi Afrikanın Şarpevil bölgəsində
aparteidə qarşı “qanunlar qəbul edin” şüarı ilə sülhməramlı
nümayişdə çıxış edən 69 nəfərin güllələnib öldürülməsi
nəticəsində törədilmiş qırğınlar, qırğının ildönümünü qeyd
etmək məqsədilə 21 mart tarixinə qərarlaşdırılmışdır. Biz
aparteidin artıq keçmişdə qaldığına sevinməliyik. Bu il dünyanın
10
hər bir yerindən olan nümayəndə heyətlərinin iştirakı ilə hələ də
dünyamızı narahat etməkdə davam edən irqçilik probleminin
müxtəlif formalarını aradan qaldırmaq məqsədilə azad Cənubi
Afrikada İrqçilik, İrqi Ayrı-seçkilik, Ksenofobiya və bundan
Yaranan Dözümsüzlük məsələləri üzrə Ümumdünya Konfransı
keçiriləcək.
Dözümsüzlüyün bu formaları çox vaxt aparteidə nisbətən
gözə çarpan olmasa da, onlar daha aldadıcı və hiyləgər şəkildə
mövcud olurlar. Dünyanın hər bir yerində qaçqınlar, yerli əhali
və sığınacaq axtaranlar hələ də irqi ayrı-seçkiliyin təhqiramiz
nəticələrindən əzab çəkirlər. Etnik qruplar hələ də dominant
qruplarla
müqayisədə qeyri-proporsional şəkildə kasıb
qalmaqda davam edir, qeyri-proporsional şəkildə təhsil almaq
imkanına malik olurlar. Onlar siyasi strukturlarda təmsil
olunmadıqları halda, həbsxanalarda həddən artıq miqdardadılar.
Onların keyfiyyətli səhiyyə xidmətlərindən istifadə imkanları
az olduqları üçün həyatlarının da qısa olması müşahidə olunur.
İrqi ədalətsizliyin bu və ya digər formaları bu günümüzün
qəddar gerçəkliyidir, amma bunlar bizim gələcəyimizə də əngəl
olmalı deyil. Gəlin hamımız Ümumdünya Konfransının uğurla
icra olunması yolunda birləşək və ümid edək ki, bir gün biz
2001-ci ili irqi ayrı-seçkiliyə son qoyulması işinin başlanğıcı
kimi qeyd edəcəyik.
Tədbirin sonunda oxucular mövzu ilə əlaqədar şeirlər deməyə
başlayırlar.
Mövzu ilə bağlı tədbirlər məktəblilər arasında tolerantlığı
təbliğ etmək və irqi-ayrı seçkiliyə qarşı çıxmaq və s. kimi insani
hislərin aşılanmasıdır. Bu təbliğ yuxarı sinif şagirdləri ilə yanaşı,
kiçik yaşlı məktəblilərə də şamildir. Onlar erkən yaşdan bu
aktual problemlə tanış olur və erkən yaşdan insani dəyərlərə
üstünlük verməyi bacarırlar. Bunun üçün kiçik yaşlılar arasında
keçiriləcək tədbirlərdən biri də kitabxananın kiçik oxu zalında
11
keçirilən “Uşaqlar var bu dünyada, rəngi sarı, rəngi qara” adlı
səhərcikdir.
Tədbirin təyin olduğu vaxtda iştirakçılar və oxucular
kitabxanaya gəlirlər. Səhnə mövzuya uyğun dekorasiyalarla
bəzədilir. İştirakçılar isə səhnə geyimində “Balaca kölə” adlı
əsəri səhnələşdirirlər.
I iştirakçı: Keçmiş zamanlarda Ərəbistanda böyük yarmarkalar
keçirilirdi. Burada tacirlər müxtəlif növ əşyalar, kənd təsərrüfatı
məhsullarını satışa çıxarırdılar. O dövrdə kölə siyasəti də geniş
yayılmışdı. Döyüşlərdə əsir düşənlər və ya ölkələrindən
qaçırılan insanlar burada kölə kimi alınıb satılırdı. Kölələr
arasında qonur gözlü, ürkək baxışlı, qara dərili bir uşaq da var
idi. Bu Zeyd ibn Haris idi. Tacirlər onu anasının yanından
qaçırıb buraya gətirmişdilər. Zeyd evindən ayrı düşdüyü üçün
çox kədərli idi. Günlərdi heç bir şey yeməmişdi. Zeydin yanına
gülərüzlü bir adam yaxınlaşdı. Tacirə pul ödəyib, Zeydin başını
sığallayaraq dedi:
II iştirakçı: Oğlum, sənin adın nədir?
III iştirakçı: Zeyd, cənab.
− Atanın adı nədir?
− Haris.
− Haralısan?
− Yəmənliyəm, cənab.
− Acsanmı? Mənimlə gözəl yeməklər yemək, təmiz paltarlar
getmək istəyirsənmi?
Zeyd boynunu bükərək dedi:
− Yemək verməsəniz də sizinlə gedərəm?
Gülərüzlü adam Zeydin çox xoşuna gəldi. O, həmin adamın
əlindən tutdu. Hara getdikləri onun üçün də maraqlı idi. Az sonra
onlar xeyirxah bir qadının evinə gəldilər. O, Məkkənin ən varlı
qadınlarından biri olan Xədicə xanım idi. Gülərüz adam dedi:
Dostları ilə paylaş: |