1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu: Şüşə məmulatların bəzəndirilmə növlərinin
keyfiyyətinin ekspertizası
Işin rəhbəri: prof. Ə.P.Həsənov
Tələbə: Əkbərov Elman Loğman
Bölmə: azərbaycan
Qrup: 310
«Təsdiq edirəm»
Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
MÜNDƏRICAT
GIRIŞ
3
1. Istehlak mallarının keyfiyyətinin ekspertizasının məqsəd və
vəzifələri
5
2. Şüşə məmulatlarının keyfiyyətinin ekspertizası
13
2.1. Ekspertiza aparılmasının qayda və metodları
18
2.2. Konteynerlərdə gələn şüşə məmulatlarının ekspertizası
19
2.3. Nəqliyyatla daşınma zamanı zədələnmiş şüşə məmulatlarının
ekspertizası
21
3. Şüşə məmulatlarının istehlak xassələrini formalaşdıran amillər
27
4. Şüşə məmulatının ekspertizası zamanı naxışlanmanın və naxış
növlərinin əhəmiyyəti
38
5. Şüşə məmulatlarının istehsalında işlədilən xammalın və naxış
növünün keyfiyyətinin qiymətləndirilməsinə təsiri
48
NƏTICƏ VƏ TƏKLIFLƏR
50
ƏDƏBIYYAT
53
3
G I R I Ş
Istehlak malları içərisində xüsusi çəkiyə görə başlıca yerlərdən birini tutan
mallar sırasına şüşə malları aid edilir.
Şüşə mallarının ekspertizası və istehlak xassələrinə həsr olunmuş buraxılış
işinin mövzusu nəzəri və təcrübi maraq doğuran, bazar münasibətlərinin, bazar
iqtisadiyyatı şəraitinin bir nömrəli problemlərindən sayılır.
Şüşə dedikdə amorf-kristalik maddə nəzərdə tutulur. Bu da temperaturdan və
kimyəvi tərkibindən asılı olmayaraq əridilmiş kütlənin soyudulması nəticəsində
alınır. Suvaşqanlığın tədricən artması nəticəsində əridilmiş kütlə bərk kütlə
xassələrini qəbul edir. Belə ki, həmin bu proses əksinə də aparıla bilsin, yəni bərk
şüşə kütləsi yenə də yapışqan, suvaşqan maddəyə çevrilə bilsin.
Şüşədən hazırlanmış məişət məmulatlarının təsnifatı kimyəvi tərkibinə,
rənginə, istehsal edilməsinə, formasına, ölçüsünə, cörünüşünə və dekorativ
görünüşünün mürəkkəbliyinə, təyinatına və komplektləşdirilməsinə görə verilir.
Məlum olduğu kimi, respublikanın Milli Məclisində «Istehlakçıların
hüququnun mühafizə edilməsi barədə» xüsusi qanun qəbul edilmişdir. Müstəqil
inkişaf yolunda olan respublikamız dünya bazar iqtisadiyyatı sisteminə inteqrasiya
olunma prosesi yaşayır, respublikanın daxili bazarına müxtəlif xarici ölkələrdən
şüşə malları daxil olmaqdadır. Bu şüşə mallarının keyfiyyətinin beynəlxalq
standartların tələblərinə uyğun gəldiyini yoxlamaq üçün bu malların təcrübəli
ekspertlər tərəfindən ekspertizası günün vacib məsələlərindəndir.
Buraxılış işinin məqsədi şüşə mallarının istehlak xassələri və ekspertizasının
mahiyyətindən ibarətdir, bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr yerinə
yetirilməlidir.
1. Şüşə mallarının ekspertizasının məqsəd və vəzifələri.
2. Şüşə mallarının keyfiyyətinin təyin edilməsində ekspertizanın rolu.
3. Şüşə mallarının istehlak xassələri.
4. Şüşə mallarının istehlak xassələrini formalaşdıran amillər.
4
Buraxılış işinin sonunda nəticə və təkliflər işlənib hazırlanmışdır.
Buraxılış işinin əsas tədqiqat obyekti respublikanın daxili bazarına xaricdən
və yerli istehsal müəssisələrindən daxil olan şüşə mallarının istehlak xassələri
təşkil edir.
Buraxılış işinin ümumi metodikasını normativ-texniki sənədlərdə, yəni
standatlarda şüşə mallarının xassələrinin təyini metodları təşkil edir.
Buraxılış işinin yazılmasında yerli və xarici ədəbiyyat mənbələrindən,
normativ-texniki sənədlərdən, ticarət sənaye palatasının ekspert şöbəsinin
materiallarından, yerli ticarət təşkilatının və Azərdövlətstandartın materiallarından
istifadə olunmuşdur.
5
1. ISTEHLAK MALLARININ KEYFIYYƏTININ EKSPERTIZASININ
MƏQSƏD VƏ VƏZIFƏLƏRI
Malların keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin iqtisadi siyasətinin
daha da gücləndirilməsinin ən başlıca amillərindən biridir. Bu isə dövlət
səviyyəsində malların keyfiyyətinin idarə edilməsi sisteminin məqsədəuyğun
qaydada təşkil edilməsini tələb edir. Bu məsələlərin, habelə proqnozlaşdırma,
planlaşdırma, optimallaşdırma, habelə digər məsələlərin həlli üçün malların
keyfiyyətinin kəmiyyət üzrə qiymətləndirilməsi məqsədilə obyektiv metodların
işlənib hazırlanması çox vacibdir. Bu baxımdan keyfiyyətin kəmiyyət üzrə
qiymətləndirilməsi içərisində ekspert üsulu xüsusi əhəmiyyətə malikdir ki, bu da
mütəxəssislərin fikirləri və mülahizələrinin təhlilinə əsaslanır.
«Ekspert» sözü latın sözü olub ekspertus sözündən götürülməklə, təcrübəli,
bacarıqlı mənasını daşıyır və iqtisadi ədəbiyyatlarda bu termin çoxdandır ki,
istifadə edilir. Lakin 50 ilə yaxındır ki, bu terminin istifadəsi kəskin surətdə
çoxalmışdır. Bu, onunla əlaqədardır ki, ekspert qiymətləndirmə iki tədqiqat
sahəsində əsas alətə çevrilmişdir. Yəni proqnozlaşdırma və məhsulun keyfiyyətinin
qiymətləndirilməsində bu üsul daha çox işlədilir.
Ümumiyyətlə, buraxılan malların keyfiyyətinin yüksəldilməsi həmin
dövlətin iqtisadi strategiyasının əsasını təşkil edir. Bu məsələlərin həllində ən
səmərəli üsullardan biri istehlakçı baxımından malların keyfiyyətinin ekspert
qiymətləndirilməsi təşkil edir.
Ekspert qiymətləndirmənin məqsədi ondan ibarətdir ki, malların keyfiyyət
göstəricilərinin hər birini diqqətlə araşdırıb, onların istehlak dəyərliliyini, sosioloji
səmərəliliyini, yararlılığını, istifadəsinin rahatlığını və estetik baxımdan müasirliyi
müəyyən edilir. Keyfiyyətin kompleks idarə edilməsinin əsas elementlərindən biri
sayılan ekspertiza istehlakçılara keyfiyyətsiz malların göndərilməsinin qarşısını
almaq üçün əsas sipərdir.
Dostları ilə paylaş: |