53
mərkəzi yerlərinə düĢmüĢdür. Lakin 0,75 metr dərinlikdən baĢlanan bu qəbir
abidəsinə qədərki qatda dağıdılmıĢ qəbir abidəsi, habelə cüzi mədəni təbəqə izləri
öyrənilmiĢdir.
Qəbirin istiqaməti və kənar xətləri müəyyənləĢdirmək üçün çınqıllı və xırda
daĢ qarıĢıqlı sarımtıl töküntüsü götürüldü. Çınqıllı torpaq çox çətinliklə qoparılırdı.
Onun altında yanğın izi olan qara torpaq zolağı qəbir boyu davam edirdi. Bu
çınqıllı qara torpaq altında nisbətən yumĢaq, ağımtıl torpaq müĢahidə edilmiĢdir.
Qara-qonur rəngdə tökmə torpaq kənar hissədən aydın seçilirdi. Düzbucaqlı
formasında olan qəbirin kənarları 30 sm enində qara rəngli torpaq zolağı ilə
əhatələnirdi. ġərq-qərb istiqamətinə doğru olan bu qəbirin uzunluğu 4 metr, eni 2
metrdir. Tək adama məxsus bu abidə çox dəbdəbəli və zəngin dəfn mərasiminə
malik olmuĢdur. Qəbirin Ģimal-qərb küncündə, kəllə qərbə olmaqla, əllər üzünə
doğru, qıçlar dizdən qatlanaraq sağ böyrü üstdə insan skeleti aĢkar edilmiĢdir.
Onun dizləri önündə xırda daĢ və bir çölmək vardır. Qəbirin Ģərq hissəsində və ya
skeletin ayaqları istiqamətində iki iri küpün ağzı görünmüĢdür. Bu küplərin ağzı
vaxtı ilə yastı daĢla örtülü olmuĢdur. DaĢlardan biri yana düĢmüĢ, digəri isə küpün
ağzında qalmıĢdır (tablo 41). Bundan baĢqa küplərin yanında daha bir dolça da
qoyulmuĢdur. Ağzı örtülü qalmıĢ küpün içərisi boĢ və təmiz qalmıĢdır. Onun
dibində maye çöküntüsü izi hiss olunur. O biri küpün ağzındakı daĢ düĢdüyündən
içərisi torpaqla dolmuĢdur.
Küplərin içərisində maye-içki qoyulduğu güman edilir. Bunu iri küplərin
yanındakı dolça da müəyyən qədər təsdiqləyir. Belə ki, axirət dünyaya inamla
əlaqədar olaraq kiçik dolça ilə böyük küplərdəki içkidən götürüb istifadə edilməsi
nəzərdə tutulduğu ehtimal olunur. Ġri təsərrüfat küpləri qarĢısında, yəni qəbirin
Ģərq-qərb hissəsində, qabların ağzı səviyyəsindən bir qədər üstdə dörd qoyun
sümüklərinin qoyulduğu müəyyənləĢdirildi. Qoyun yaxud, davar skeletinin bütöv
qalıqları aĢkar edilmiĢdir. Qurban gətirilmiĢ heyvan sümükləri ilə qabların
arasındakı nazik torpaq qatında od yandırılması izi müĢahidə edilmiĢdir. Qoyun
cəmdəyinin qalığına görə kəllə gündoğan tərəfə qoyulmuĢdur. Bundan baĢqa enli
ağız saxsı qablar içərisində də xırdabuynuz heyvan sümükləri aĢkar edilmiĢdir. Az
miqdarda quĢ sümüklərinə də təsadüf edilmiĢdir. Qəbirin içərisinin torpağı ehtiyatlı
qazılıb çıxarıldıqca skeletin önündə baĢdan ayağadək müxtəlif saxsı qab, metal
əmək alətləri, silah və s. görünməyə baĢladı. Qeyd edək ki, əvvəlcə skeletin özünün
yönünü müəyyənləĢdirdik və ətrafını təmizlədik. Skeletin sümükləri həddən artıq
olduğundan, Ģotka-bıçaq toxunarkən ovulub tökülürdü. Hətta kəllə sümüyü xırda
hissələrə parçalanıb yerində qalmıĢdır. Çox güman ki, yer Ģumlanarkən ağır
kotanların təzyiqi və s. nəticəsində olmuĢdur. Kəllə enli tunc cütqabağı (baĢlıq) ilə
əhatələnmiĢdir (tablo 44-4, s.q. № 34). Onun yanında çoxlu miqdarda tunc bəzək
tikmələri aĢkar edilmiĢdir. Dairəvi formada olan bu bəzəklərin bir tərəfi çökək və
ortadan kiçik qabartılıdır. Bu hissədə onların kiçik halqalarından ibarət tikilmək
üçün yeri də olmuĢdur (s.q № 36). Bundan baĢqa tunc lövhəciklərin qırıqları da
54
vardır (s.q. № 35). Bütün bu metal hissələr çox güman ki, baĢ zirehi əhəmiyyəti də
kəsb etmiĢdir. Bu fikri təsdiqləyici dəlillər çoxdur. Belə ki, digər avadanlıqla
yanaĢı çoxlu dəmir silaha (nizə, mizraq, toppuzabənzər, daĢ bülöv daĢı və s.) da
təsadüf edilmiĢdir. Skeletin qarĢısında bir dəmir əĢyaya rast gəlinmiĢdir (tablo 45-
1, s.q. № 49).
Onun iki çıxıntısı irəliyə doğru uzanır, ucları nisbətən ĢiĢ və bir tərəfə azca
maillidir. Onun çıxıntılarının birləĢdiyi yer dairəvi qalın lövhə Ģəklində olub
xaricdən mərkəzində çıxıntısı vardır. Bu dəmir əĢyanın at əsləhəsilə əlaqədar
olduğu güman edilir. Onun bənzəri bizə nə arxeoloji tapıntı kimi, nə də etnoqrafik
material kimi bəlli olmadığından hələlik hansı vəzifə daĢıdığı tam aydın deyildir.
Skeletin yerləĢdiyi kiçik sahədən baĢqa onun baĢı, üzü qarĢısından ta
qəbirin Ģərq küncünədək müxtəlif antik dövr saxsı qabları – iri xeyrələr, qulplu
dayaz qablar, ilgəkvari qulpu olan qırmızı rəngli çanaqlar, iki qulpu küpə, üçayaqlı
vazalar, qara saxsı camlar, dopu və s. düzülmüĢdür. Təkcə saxsı qablar 50-dən
çoxdur. Bu qabların əksəriyyəti həddən artıq ovxalanmıĢdır. Əlbəttə, onların
əksəriyyəti götürülmüĢ, təkrar olmayan qablar isə çətinliklə də olsa yığılıb bərpa
edilmiĢdir ki, bu barədə ayrıca məlumat veriləcəkdir.
Ġnsan kəllə sümüyü yanından dəmir silah və baĢqa əĢyalarla yanaĢı bir
dəmir dəhnə (gəm) də tapılmıĢdır. Həmin dəhnə at ağzına taxılan iki iri dəmir
zəncir paxlasından və onları birləĢdirən iki yastı, uzunsov dəmir hissədən ibarətdir.
Bu dəmir hissələr atın qulağı yanından burnunadək uzanır və oval ucları üstə tərəf
əyilib dik dayanır. Dəmir sahənin atın cəngləri yanından da halqavari dik dayanan
çıxıntısı da vardır. Həmin çıxıntılar atın hərəkət zamanı istənilən tərəfə döndərmək,
qaytarmaq üçündür (tablo 45-2, s.q. № 38).
Qəbirin Ģərq tərəfində, divardan 70 sm aralı bir at kəlləsi və qıç sümükləri
aĢkar edilmiĢdir. Kəllənin uzunluğu 50 sm-dir. At kəlləsi qarĢısında, qəbirin cənub
divarlarında xırda daĢla doldurulmuĢ (hündürlüyü 50, eni 90 sm) tağvari boĢluq
nəzərə çarpır. Atın çənəsində 8 diĢ, yanda isə 10 diĢ var idi. At sümüklərinə görə
onun cavan heyvan olduğu bilinir. At sümüklərindən qərbə doğru kiçik heyvan
sümükləri də aĢkarlanmıĢdır. Təmizləmə zamanı kəllə və diĢlərə görə, habelə qıç
sümüklərinə görə itə aid qalıqlar aydınlaĢmıĢdır. At sümüklərinin Ģimal hissəsində
qırmızı rəngdə tava formalı saxsı qabın sınıqları (bu qabın bütün hissələri yox idi),
ondan qəbrə doğru bozumtul qabın sınıq hissələri, onun altında isə bir tunc halqa
(s.q. № 42-43), iki tunc muncuq (s.q. № 40-41). Ġki dəmir biz (tablo 44-9, s.q. №
46) və baĢqa materiallar aĢkar edilmiĢdir.
Dəmir məmulatı ilə yanaĢı daha doğrusu bilavasitə alət və silahların yanında
bir neçə bülöv daĢı və bir ədəd bozumtul çəkicə oxĢar alət hissəsi tapılmıĢdır.
Sonuncunun ucları iĢlənib yeyilmiĢdir. Onun qalmıĢ parçasında deĢik izi yoxdur
(tablo 45-16, s.q. № 61). Bülöv daĢlarından ikisi qara və yastı formadadır (tablo 45
- 9, 10, s.q. № 60, 58). 58 saylı bülöv daĢının uzunsov və hamar gövdəsinin bir
tərəfi ĢiĢ olub asmaq üçün iki tərəfli deĢiyə malikdir. Bu cür alət və ya silah
Dostları ilə paylaş: |