59
1982-ci il
Ağsu rayonu ərazisində yerləĢən Uzunboylar və Qırlartəpə abidələrində
arxeoloji tədqiqat iĢləri 1982-ci il iyulun 12-dən sentyabrın 10-na kimi davam
etdirilmiĢdir
27
. 1981-ci ildə ilk dəfə qazıntıya baĢlanan Uzunboylarda aĢkar edilmiĢ
zəngin torpaq qəbirləri diqqəti cəlb etmiĢdir. Ona görə də bu il həmin qazıntı sahəsi
geniĢləndirilərək iĢlənmiĢdir.
Ġlk günlər bəzi axtarıĢlar, müĢahidə edilmiĢ, təĢkilatı iĢlərlə məĢğul
olunmuĢdur. 1981-ci ildə Ġsmayıllı-Muğanlı asfalt yolunun çəkiliĢi ilə əlaqədar
tədqiqat ərazisində bəzi abidələr üzə çıxmıĢ, bir neçə qədim qəbir dağıdılsa da
ekspedisiya müddətində onlar qeydə alınmıĢ, materialı toplanmıĢ və lazımi
tədbirlər görülmüĢdür. Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, 1981-ci ildə yol
çəkiliĢi Girdimandan Bədova, Tircan kəndi altınadək çatdırılmıĢdır. Məhz həmin
ilin yayında Ġsmayıllı-Basqal istiqamətində Girdimançayın üstündən ilk dəfə olaraq
körpü salınmıĢdır. 1982-ci ildə isə həmin asfalt yol Muğanlıyadək (ġamaxı
yaxınlığında) çatdırılmıĢ və payız mövsümündə Ağsuçayın üstündən (göstərilən
istiqamətdə) yenə də ilk dəfə körpü iĢə salınmıĢdır. Münbit torpaqlara malik
yaylaların üstündə izləri qalan qədim yaĢayıĢ məskənlərini bir-birilə əlaqələndirən
və Ģərq-qərb istiqamətində uzanan həmin qədim yeri əhali “poçt yolu”, “top yolu”
da adlandırır. Əsrlərdən bəri hərəkət xətti kimi istifadə olunmuĢ həmin torpaq
yolun istiqamətilə yeni salınmıĢ tranzit xətti (Ģosse və körpülər) 1982-ci ilin son
aylarından tamamilə iĢə düĢmüĢdür ki, bu da ġirvanın dağlıq və dağətəyi zonasında
yaĢayan əhalinin iqtisadi həyatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu yolun
Uzunboylardan keçib getdiyi yerdə bəzi qəbir abidələri və baĢqa qədim maddi-
mədəniyyət qalıqları üzə çıxmıĢdır. Yolun hər iki tərəfindən çoxlu yonulmamıĢ
tikinti daĢları (çaydaĢı), dən daĢları, yanmıĢ suvaq parçaları və saxsı qırıqlarının
səpələndiyi müĢahidə edilmiĢdir. Bir qədər Ģimala doğru nisbətən hündür yerdə
bina daĢları, iri küp qırıqları və s. qeydə alınmıĢdır. Buradakı dən daĢları içərisində
çay daĢlarından düzəldilmiĢlərinə də təsadüf edilmiĢdir.
Ümumiyyətlə, Uzunboylar abidəsində tikinti qalıqları, daha doğrusu daĢ,
kirəcə oxĢar qalıqları və s. həddən artıqdır. Lakin onların hər hansı bir nizamlı
qalığı və ya baĢqa tikinti planını müəyyənləĢdirə bilməmiĢik. Qeyd etmək lazımdır
ki, antik dövrə aid yaĢayıĢ mənzilləri, tikililərinin izini tapmaq ondan əvvəlki və
sonrakı yaĢayıĢ yerlərinə nisbətən çətindir. Bu dövrdə yaĢayıĢ yerləri əsasən daha
möhkəm istehkamlarda və ya hündür təpələrdə olmamıĢdır. Ona görə də əksər
yaĢayıĢ yerləri, xüsusən kiçik məskənlərin sonradan uzun müddət təsərrüfat iĢləri
27
Ekspedisiya aĢağıdakı tərkibdə iĢləmiĢdir: Fazill Osmanov (dəstə rəhbəri), baĢ elmi iĢçilər Fərhad
Ġbrahimov ( 20. VII-20. VII-82). Abdulla Fazilli (I.V III-15. VIII.82); kiçik elmi iĢçi Qafar Cəbiyev
(15.VII-30.VII.82).
60
və təbii hadisələr nəticəsində izi itmiĢdir. QalmıĢ cüzi əlamətlər isə yaĢayıĢ yerini,
onun tikintisini və bu kimi xüsusiyyətlərini öyrənməyi çətinləĢdirmiĢdir. Lakin
bununla belə Uzunboylarda yerüstü axtarıĢlar zamanı yaĢayıĢ yeri haqqında daha
geniĢ təsəvvür əldə etmək olur. Burada yenə də tikintidə istifadə edilən daĢlara
(divar, döĢəmə, dən daĢlarına və s) tez-tez çoxlu miqdarda təsadüf edilir. Dən
daĢlarından çox irilərinə də rast gəlinir. Bu cür dən daĢları bir növ mexaniki qüvvə
ilə iĢləyən dəyirmanlara yaxın üsuldan istifadəni xatırladır. Bundan baĢqa yerli daĢ
cinslərindən müəyyən çapılma, yonulma, döyülüb hamarlanma izi olanlarına da
təsadüf edilir. Bu ərazidə çay daĢlarından 5 saylı qəbirdə skeletin baĢı cənuba
doğru olmaqla arxası üstə dəfn edilmiĢdir. Kəllə, daha doğrusu ölünün üzü azca
gündoğana meyilli qoyulmuĢdur. Qollar yana doğru olub dirsəkdən qatlanaraq
qarnı üstünə gətirilmiĢdir. Onurğa sümüyü yaxınlığında olan əllərində, daha
doğrusu hər biləyində bir tunc bilərzik vardır. BaĢında misdən pilək-bəzəklər
qalmıĢdır. Bu cür metal bəzəklər kəllənin ətrafına çevrələndiyini və çiyni yanında
boynunda da olduğu müĢahidə edilmiĢdir. Skeletin boynundakı bəzəklərin altında
qaramtıl narın torpaq qatı qalmıĢdır ki, bu da saç, hörük çürüntüsünü xatırladır.
BaĢı yanında bir kiçik üzük, sırğa formalı bəzək vardır.
Skeletin qıçları dizdən qatlanaraq bir növ bardaĢ qurma formasında olub,
ayaqları çanaq sümüyü yaxınlığında bazu sümükləri arasında bir-birinə bitiĢik
vəziyyətdə idi. Sol qıçın dizi qarĢısında bir ədəd qara formalı bəzək və bir bilərzik
var idi.
Qəbirdə ölünün üzü qarĢısında qırmızı rəngli saxsı qablar düzülmüĢdür.
Qeyd etdiyimiz kimi torpaq üstündə ağır texnika iĢlədiyi üçün qablar tamam
qırılmıĢdır. Saxsı qablar skeletin baĢı yanındakı ayaqları altınadək qoyulmaqla
qəbir boĢluğu doldurulmuĢdur. Qəbirin ayaq tərəfində (skeletə görə) 6 bütöv xırda
buynuz heyvan cəmdəyinin sümükləri müĢahidə edilmiĢdir. Burada dəmir əĢyaya
xırda iynə yaxud sancaq formalı dəmir Ģeylər istisna olmaqla təsadüf
olunmamıĢdır. Qəbirin Ģimal-qərb küncündə bir iri təsərrüfat küpü dik
basdırılmıĢdır.
Küpün yalnız ağız hissəsi qəbirin dibi səviyyəsində idi. Qalan bütöv küp
daha dərinə qazılıb basdırılmıĢdır. Bu küpün ağzı yastı daĢla örtülmüĢdür. Ona
görə də içərisi boĢ və təmiz qalmıĢdır. Dibində qaramtıl çöküntü izi qalmıĢdır ki,
bu da onun içərisində maye halında ərzaq və ya bu kimi məhsul qoyulduğunu
bildirir. Küpün ağzı dairəvi, boğazı qısa, uzunsov, gen gövdəsi və düz oturacağı
vardır. Küpün ağzının diametri 25, qalınlığı 2, oturacağının diametri 13,
hündürlüyü 65 sm-dir.
Bu küp yaxĢı qalsa da gövdəsindən çatlamıĢdır. Odur ki, onu yerindəcə
qeyd etdik. Fotosunu yenidən çəkdik, yenidən öz yerində basdırıb içərisinə
yaxınlıqdakı 6 saylı torpaq qəbirindən çıxmıĢ, sınıq və götürülməsi məsləhət
olmayan təkrar materiallar yığılıb saxlandı.
Dostları ilə paylaş: |