105
və uzun çəkir (Quyunun divarlarında iri sal daĢlar (bəzi yerlərində) təbii olaraq
qalmıĢdır ki, onların da çox hallarda vaxtı ilə çapıb düzəltmiĢdilər.
Quyunun 2-2,5 metr dərinliyində yenə də çürüntülü torpaq, torpağın
içərisinə iri tikinti daĢları da düĢmüĢdür. Buradan yenə də heyvan, quĢ sümükləri,
çoxlu güp və xırda saxsı qab qırıqları, yanıq izi və s. aĢkar edilirdi. Quyunun 2,3
metr dərinliyindən (əlbəttə bu dərinlik xam torpaq səviyyəsindən götürülmür) qalın
yanıq izi aĢkar edilmiĢdir. Quyunun Ģimal divarı dibindən qara yanıq torpaq qatı
içərisindən bir neçə qoz və zoğal, yanıb kömür halını almıĢ cır armud (qərbi), bir
neçə zoğal və alça tumları, palıd və dəndə (görüĢ) ağaclarının kömürü tapılmıĢdır.
Bütün bunlar bizim eranın ərəfəsi və əvvəllərində yaĢayıĢ yerinin təbiəti, iqlimi,
təsərrüfatı və s. xüsusiyyətləri haqqında əyni və tutarlı dəlillərlə məlumat verir.
Qeyd etdiyimiz tapıntılarla yanaĢı ağ balıq (asetrin), keçi, qaramal, donuz və baĢqa
heyvan sümükləri də əldə edilmiĢdir. Saxsı qablar içərisində qulplu qara rəngli
qalqalar, çıraq qırmızı rəngdə boyanmıĢ qab, qulplu, lüləkli qab qırıqları, süzgəcli
qabın hissələri və s. tapılmıĢdır.
Maraqlı, həm də nadir tapıntılardan biri də üzəri qırmızıya çalan və ya
günəĢ Ģüası altında, iĢıqda bənövĢəyi bərq vuran qabdır (balzamari).
Onun gili ağ-sarımtıl rəngə çalır, üzəri ĢirlənmiĢdir. Qədim Ģirli qablara
məxsus olan bu qabın üzərinə Ģir (rəng) anqob çəkilmədən vurulmuĢ və nazik qat
əmələ gətirmiĢdir. Üzəri parıldayan bu Ģirli qabın uzunsov gövdəsi olmuĢdur.
Lakin onun oturacağına doğru olan nisbətən geniĢ hissəsi qırılıb itmiĢdir. Odur ki,
onun oturacağının necə olması aydın deyildir. Lakin boğazı slindrik ağzının kənarı
bir növ baftalı Ģəkildə dəyirmiləĢir, ağzının kənarı ilə boğazının dik yapıĢmıĢ
yastılama qulpu vardır. Eramızın əvvəllərinə aid olan bu qabın oxĢar nümunələri
Mingəçevir, ġamaxı, Torpaqqala, Gürcüstandan cəmi bir neçə nümunələri
məlumdur. Təqribən II-III əsrlərə aid olan bu qab nümunəsi Qafqazda nadir
tapıntılardan hesab olunur. Onun xüsusilə xaricdən gətirilmə olduğu güman edilir.
Həmin balzamari (?) qabın gövdə hissəsindən bir parçası 2,8-2,9 metr dərinlikdə
tapılmıĢdır. Saxsı qablar içərisindən nazik divarlı cam, çölmək və s. qırıqları
tapılır. Buradan yenə də gen boğaz, ağzının kənarından bir qədər aĢağı dik fəzaya
doğru tuĢlanmıĢ lüləyi olan aftafavari qabın boğazı, onun ağzı üçün düzəldilmiĢ
kənarları üstə doğru çevrilmiĢ və üstündə ilgəkformalı qulpu olan qapaq
tapılmıĢdır. Qapağın alt hissəsi qırılmıĢdır. Quyunun 3,8-4 metr dərinliyinə qədər
qazılıb çatmıĢdır. Çox yumĢaq tökmə torpağın içərisində yenə də çoxlu sümük,
kömür, çürüntü, saxsı qab qırıqları vardır. Qab qırıqları içərisində üzəri
ĢüyrələnmiĢ, üstündə düyməsi olan, qırmızı boyanmıĢ qab qırıqları və qulpları
nəzərə çarpır. Bundan baĢqa daĢ alətlər, heyvan sümükləri yenə də tapıldı. Buradan
tapılan iri küp ağzının qırağı üstündə vergül və ya “9”a oxĢar naxıĢlardan ibarət
bəzək cızılmıĢdır.
Quyunun dərinliyinə doğru endikcə tapılan materiallarda hələlik bir o qədər
böyük fərqlər gözə dəymir. Çünki qeyd edilən dərinlik az bir müddət içərisində də
106
(quyu sıradan çıxıb istifadəsiz hala düĢdükdən sonra) dola bilər. Bu quyunun
dibində çürüntülü və maddi-mədəniyyət qarıĢıqlı torpaq hələ davam edir və boĢluq
üstdən hiss olunur. YağıĢ yağan zaman və buraya çoxlu su axdıqda tezliklə yox
olur: demək olar ki, heç dayanmayır. Bu gen diametrli quyunun iĢlənməsi növbəti
qazıntı mövsümünə qalmıĢdır. O hələlik qazılıb qurtarmadığı üçün nə məqsəd üçün
olduğunu demək çətindir. Onun su üçün olması ağlabatan deyildir. Çünki ətraf
sıldırım yamacdır, susaxlama Ģəraitindən uzaqdır (bəlkə də daha dərinlikdə ola
bilər). Yeraltı yol məqsədi güdməsi fikrini də gələcək qazıntı isbat edə bilər. Əgər
çox davam etməsə bəlkə anbar vəzifəsi daĢıya bilər. Müəyyən Ģeyləri qorumaq
üçün gizlin yerdə ola bilər və s. Lakin bu fərziyələrin qabaqcadan söylənməsinin
Ģübhəsiz lüzumu yox idi. Oxucu bizi məzəmmət etməsin deyə, belə təvazödən
xaric səbirsizliyə yol verdik və fikrimizdən keçənləri bildirdik. Əlbəttə bu sirli
quyu axıradək qazılıb qurtarmadıqdan onun haqqında fikir söyləmək düzgün
deyildir. Çünki onu axıradək diqqətlə iĢləyib öyrəndikdən sonra ola bilsin ki, heç
bizim gözləmədiyimiz tam baĢqa nəticəyə gəlmək üçün dəlillər meydana çıxsın və
onun vəzifəsini aydınlaĢdırmağa ehtiyac da qalmasın.
1988-ci il
Ekspedisiya 1988-ci il avqust ayının 10-dan oktyabrın 25-nə kimi Ağsu
rayonu ərazisində arxeoloji qazıntı və kəĢfiyyat iĢləri aparmıĢdır. Bu mövsümdə
yenə də baĢlıca olaraq Qırlartəpə və Xirəki qala divarlarında tədqiqat iĢləri
görülmüĢdür.
Qırlartəpədə keçən illərdən qazılmıĢ və yarımçıq qalmıĢ sahələrdə iĢ davam
etdirilmiĢ, baĢlıca olaraq iri quyu təmizlənib xam torpağa qədər endirilmiĢdir.
Quyunun dərinliyi 4-5 metrə qədərdir (üstdən quyunun ağzı səviyyəsi dəqiq deyil).
Onun içərisi əsasən antik dövr materialını əks etdirən maddi-mədəniyyət qalığı və
torpaq qatı ilə örtülmüĢdür. Quyunun dibində isə tunc dövrünün materiallarına da
təsadüf edilmiĢdir. Quyunun divarında iri sal qaya daĢları vardır. Dibində isə bir
tərəfdə iri daĢlar elə bil əl ilə düzülmüĢdür. Lakin daĢların ətrafı təmizlənəndən
sonra onların gətirilib düzülmə deyil, yerindəcə təbii daĢların çapılıb düzəldildiyi
aydınlaĢdırıldı. Quyunun dibindən eni 1,8 metrdir, ağzının diametri 2,5 metrdir.
Quyunun ancaq dibinə az qalmıĢ hissəsi qazılmıĢdır. Quyu haqqında keçən ilki
hesabatda ətraflı bəhs olunmuĢdur. Lakin bu quyunun daĢıdığı vəzifəyə gəlincə
qeyd etməliyik ki, ondan baĢlıca olaraq təsərrüfat məqsədilə istifadə edilmiĢdir.
Quyunun demək olar ki, keçən ildən bəri uçub tökülmüĢ və baĢqa
təsirlərdən dolmuĢ daĢ-torpağı çıxarılmıĢ və dibi yoxlanmıĢdır. Bundan əlavə bir
neçə ildən bəri açılmıĢ qazıntı sahəsi, habelə divar qalıqları yenə də bir il ərzində
yöndəmsiz hala düĢmüĢ, uçmuĢ, ot-alaq basmıĢdır. Həmin vəziyyətlə əlaqədar və
qazıntının görkəmini bərpa etmək üçün xeyli təmizləmə, divarları bərkitmə və bu
kimi iĢlər görülmüĢdür. Antik dövrün belə bir nadir abidəsi əsasən Ġnstitut
rəhbərliyini, eləcə də bərpa-mühafizə idarələrini bir o qədər də narahat etmir, onun
Dostları ilə paylaş: |