Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

məsələsi  ortaya  çıxanda  Atatürk  deyir  ki,  deputatları  ilə. 

«Axı  bu  partiya  yeni  yaranır,  onun  deputatı  seçilməyibdir» 

deyəndə  prezident  əsəbləşir  və  deyir  ki,  deputatlar  olacaq. 

Doğrudan  da  bir  az  sonra  Məclisdə  bu  partiyanın  deputat 

fraksiyası  yaranır  və  müxalifət  mövqeyində  duraraq  höku­

mətin siyasətini tənqid edir.199

Həmin  dövrdə  yerli  bələdiyyə  orqanlarına  seçkilərə 

hazırlıq vaxtı İzmirdə bu  partiyanın mitinq keçirməsinə yer­

li  polis  icazə vermir.  Bu  barədə Atatürkə xəbər çatdırılır.  O, 

dərhal  əmr  edir  ki,  müxalifət  partiyasına  təbliğat  aparmaq 

üçün  şərait  yaradılsın.200  Lakin  Əhməd  bəyin  dediyinə  görə 

seçkilərdə  qanun  pozuntuları  oldu,  qubernator  və  polis  öz­

başınalıq etdi.201

Atatürkün  razılığı  ilə  yaradılan  yeganə  müxalifət  par­

tiyası  elə  onun  da göstərişi  ilə yüz  gündən  sonra fəaliyyətinə 

son  qoydu.  Bu  münasibətlə  Ağaoğlu  yazırdı:  «Bu  nə  heyrə- 

tedici  komediya  idi!».202  «Sərbəst  firqənin  qısa  ömrü  belə, 

xalqa  hürriyyətin  nəşə  və  zövqünü  bir  az  da  olsun  daddır­

mış,  az-çox  sərbəst  nəfəs  alınmağa  başlanmışdı.  İndi  xalqı 

bundan  məhrum  edərək  yüzdə  yüz  ümidsizliyə  düşürmək  də 

xata olurdu».203

Sərbəst  partiya  fəaliyyəti,  sərbəst  düşüncə,  fikir  azad­

lığı Əhməd bəyin dediyinə  görə o yerdə  olur ki,  orada bütün 

millətin  ümumi  mədəni  səviyyəsi  yüksək  olsun.  O  yazırdı: 

«...Ədalət  hissi  olmayan,  yəni  qarşısındakının  haqlarına 

hörmət  etməyi,  onun  fikirlərinə  və  hisslərinə  qarşı  dözümlü 

olmağı  bilməyən  bir  mühitdə  hürriyyət,  partiya  və  s.  kimi 

şeylər  ola  bilməz.  Belə  mühitlərdə  hər  şey  oyuna,  hiyləyə, 

qarşılıqlı  ittihamlara,  iftiralara  gətirir,  nəhayət,  bir  tərəf 

məhv  edilərək  digərinə  istədiyi  kimi  hərəkət  etmək  imkanı 

təmin edilmiş olur».204

199 Yenə orada, s.14-15.

200 Yenə orada, s.35.

201 Yenə orada, s.47.

202 Yenə orada, s.94.

203 Yenə orada, s.96.

204 Yenə orada, s.55.

102


Ağaoğlu  Azərbaycan  və Türkiyə  üçün  ən  uyğun  dövlət 

formasını Respublikada  görürdü.  O,  yeni  dövlətin  tamamilə 

liberal  prinsiplərə  dayanmasını  lazım  bilirdi.  Ağaoğlu  ya­

zırdı:  «Türk  millətinin  Qərb  mədəniyyətinə  yiyələnməsinin 

tək  çarəsi,  bu  mədəniyyəti  meydana  gətirmiş  olan  sərbəst 

təşəbbüs prinsipinin səmimiyyətlə qəbulundan ibarətdir».205

Ağaoğlu  göstərirdi  ki,  inkişaf etmiş  mədəni  bir  milləti 

idarə  etmək  çətin  işdir.  O,  yazırdı:  «Hökumət  üçün  də  əsl 

şərəf  sərbəst  düşünən  və  sərbəst  söyləyən  bir  milləti  idarə 

etməkdir.  İdarə  sənətinin  incəliyi,  şərafəti  əsl  burada  özünü 

göstərir.  Yoxsa,  ağzı qapalı,  əli  bağlı  bir  sürünü hər  kəs  ida­

rə edər».206

Əhməd  bəy  inanırdı  ki,  hürriyyət  demokratiyanın  əsas 

əlamətidir.  Hürriyyət  olmayan  yerdə  ədalətdən,  qanun- 

qaydadan  danışmaq  olmaz.  O,  yazırdı:  «Vətəndaşların  ən 

müqəddəs  haqlarının  hürriyyət  olduğu  və  həqiqətən 

hürriyyətin  demokratiya  və  cümhuriyyətlərdə  əsas  olduğu 

şübhəsizdir.  Fəqət  hürriyyət  hər  kəsin  istədiyini  etməsi  və 

etmək  istəməsi  və  əlinin  altına  keçən  hər  şeyi  alması  demək 

deyildir.  Hürriyyət  qanunlarla  hüdudludur  və  təbii  hüdudu 

olduğu 

kimi 


Təşkilati 

Əsasiyyə 

Qanunumuzda 

(Konstitusiyada) qanuni xətləri də vardır».207

Beləliklə,  Ağaoğlu  Qərb tipli  demokratiyanın  tərəfdarı 

kimi  çıxış  edirdi.  Bununla yanaşı o, milli və dini xüsusiyyət­

ləri  də nəzərə almağı zəruri sayırdı.

Dövlət 


işlərindən 

kənarlaşdırılandan 

sonra 

da 


Ağaoğlu  «Axın»  qəzetində,  «Kültür  həftəsi»  və  «İnsan» ju r­

nallarında  elmi  və  publisistik  fəaliyyətini  davam  etdirir,  so­

sial-siyasi, fəlsəfi,  hüquqi məzmunda məqalələr yazırdı.

205 S.Ağaoğlu. B abam dan hatıralar. s.17-18.

206 A . Ağaoğlu. Göstərilən kitab, s.141.

207 Y enə orada, s. 152.

103



V.  Mövlana  Cəlaləddin Ruminin 

sufilik fəlsəfəsi208

Cəlaləddin Ruminin fikir  dünyasım  ətraflı  təhlil  etmək 

üçün  cildlərlə  kitablar  yazılsa  da,  bu  yetərli  deyil.  Odur  ki, 

biz  burada  onun  təsəvvüf  fəlsəfəsinin  bir  sıra  özəllikləri 

haqqında  tezislər  şəklində  olduqca  yığcam  məlumat  vermək 

fikrindəyik.

Mövlana  göstərir  ki,  Allaha  qovuşan  insanın  ruhu 

tükənmir.  O,  əbədidir.  «Məlum olsun  ki,  dinin  şamı  (insani- 

kamil)  daim  artır.  Atəşdən  olan  şamlara  bənzəmir  (onlar 

yandıqca  azalır,  nəhayət  qurtarır).  Bu  zahiri  şam  nur  kimi 

görünür,  fəqət  sevgilisini  yandırır...  Din  şamı  isə  xaricdən 

atəş  kimi  görünür,  fəqət  ziyarətçilərə  və  dostlara  gül  və  gü­

lzardır».209

Ruminin  fikrincə,  insan bu  dünyada nə  iş  görürsə,  ha­

mısı  Allahın  sayəsində  olur,  ancaq  o  elə  güman  edir  ki,  hə­

min işi görmək  onun öz hünəridir.  «Əgər biz  ox atsaq da,  bu 

atəş  bizdən  deyil.  Biz  yay  kimiyik,  atan  Xudadır»  (M.l- 

616).


Allah  müqəddəslərin  müqəddəsi,  ən  çox  sevdiyini  öz 

Rəsulu kimi  insanların içərisinə göndərir.  İlahi  kəlamı  onla­

ra  çatdırır.  Peyğəmbərlərin  sonuncusu  və  ən  böyüyü  Həzrət 

Məhəmməddir.  Başqa  peyğəmbərlər  də  Allah  buyruğunu 

yerinə  yetirmişlər.  Mövlana  deyirdi  ki,  bir  çox  imkanlı  və 

inamlı  adamlar  məscidlər  tikdirir,  insanlara  xidmət  etməklə 

Allaha  xidmət  edirlər,  savab  qazanırlar.  Fəqət  «zəngin  və 

kərim  olan  kimsələr  bir  çox  məscid  tikdirmişlər.  Lakin  o 

məscidlərin  heç  biri  (Süleyman  ə.s.  tikdirdiyi)  Məscidi-Əksa 

adını  almamışdır»  (M.IV-1137).  Nə  üçün?  Çünki  «Məscidi- 

Əksa  və  Kəbəyi-Mükərrəmənin  fəziləti  torpağından  və  da­

şından  deyil.  Onları  bina  edənlərdə  (Süleyman  və  İbrahim

208 Müəllifin «Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi» kitabı (2002) 

əsasında yazılıb.

209 Mevlana.  Mesnevi.  III cild, İstanbul,  1990, 4373-4374-cü beytlər.  B un­

dan  sonra  «Məsnəvi»dən  gətirilən  iqtibaslar  mətndə  mötərizə  içərisində 

veriləcək.

104


Rumi  deyirdi  ki,  peyğəmbərlərin  ruhu  müqəddəsdir. 

Bir  çoxları  «peyğəmbərlə  bərabərlik  davasına  başlamışlar, 

vəliləri də özləri kimi hesab etdilər.  Dedilər ki,  elə  biz də in­

sanıq,  onlar  da,  biz  də  yeməyə,  yaşamağa  məcburuq,  onlar 

da.  Korluqlarından  bunu  bilmədilər  ki,  arada  ucu-bucağı 

bilinməyən bir fərq vardır» (M.I -  265,  266, 267).

Elə  mütəsəvvif  (sufi)  mütəfəkkirlər  var  ki,  onlardan 

tək  birinin  həyatını  və  dünyagörüşünü  araşdırmaq  tədqiqat­

çının bütün həyatının məzmununu təşkil  edə bilər.  Onlardan 

biri,  bəlkə  də  ən  görkəmlisi  Mövlana  Cəlaləddin  Rumidir. 

Onun  görüş  dairəsi  o  qədər  geniş,  mürəkkəb,  rəngarəngdir 

ki,  burada  vahid  sistem  yaratmaq,  məntiqi  ardıcıllığa  tam 

əməl  etmək,  mövzuları  bir  ad  altında  birləşdirmək müstəsna 

dərəcədə  çətindir.  Ruminin  dünyagörüşü  haqqında  yazılan 

çoxsaylı  ədəbiyyatda  müxtəlif,  bəzən  bir-birini  inkar  edən 

fikirlər  var.  Bu,  tamamilə  təbiidir  və  Mövlananın  fikir 

dünyasının  ruhundan  doğur.  Lakin  onun  bütün  fikirlərini 

birləşdirən  bir  ideya  var:  bütün  mövcudatın  Allahda  birləş­

məsi, fanilik və ilahi eşq.

Rumi  xəbərdarlıq  edir  ki,  sevən  kifayət  qədər  var, 

bütün  insanların  eşqdən  nəsib  alması,  ondan  bəhrələnməsi 

mümkündür.  Heç  bir  maddi  sərvət  eşqin  «şövq  və  ləzzəti»ni 

dəyişdirə bilməz.  Sevilən isə təkdir.

Mövlana  sübut  edir  ki,  əbədi  olan  eşq  yalnız  əbədi 

olan  varlığa  yönəlməlidir.  Ölümsüz  bir  həyat  haqqına  sahib 

olan,  hər  varlığa  can  verən  eşq  ölümlü,  sonlu  bir  şeyə  yönə­

ləndə  həm  gözəlliyini,  həm  də  mənasını  itirir.  Eşq  heç  kimə 

niyazi  və ehtiyacı  olmayan  Tanrının  sifətlərindəndir.  Ondan 

başqasına  aşiq  olmaq  keçici  bir  haldır.  Çünki  məcazi  eşq 

qızılla  bəzənmiş  bir  gözəllikdir.  Görünüşü  nurdur,  fəqət  içi 

dumandır.  Nur  çəkiləndə  duman  meydana  çıxır  və  məcazi 

eşq  dərhal  sorulur,  donur»  (M.  VI  -   971,  972,  973).  İlahi 

eşqin  isə  sonu  yoxdur,  əbədidir.  Maddi  dünyanın  isə  həm 

əvvəli,  həm də  axırı var,  eşq heç  vaxt ölməyən,  həyatının  so­

nu  olmayan  bir  şəxsin  xüsusiyyətidir.  Rumiyə  görə,  eşq  in­

sanı  maddi  dünya  ilə  bağlayan  bütün  əlaqələri  kəsərək,  onu 

birliyə,  bütövlüyə  gətirən  bir  haldır.  Bu  eşqin  cinsi  eşq  ilə 

heç  bir  əlaqəsi  yoxdur.  Burada  tərəfləri  birləşdirən  yalnız 

mənəvi  bağdır.  Bu  eşqin  məqsədi  Tanrı,  yəni  sonsuz  və

105



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə