Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   25   26   27   28   29   30   31   32   33

olan  səbəbləri  də  dağıdıb  aradan  qaldırır.  Fəqət  axtaran 

muradına  çatsın  deyə,  çox  dəfə  etdiyi  işləri  səbəblə  görür, 

səbəblə yaradır» (M.  V -   1546-1549).

Ziddiyyət  sülh  yolu  ilə  həll  olunmalıdır.  Kin  və  nifrəti 

insan  qəlbindən  barış  yolu  ilə  çıxarmaq  lazımdır.  Mövlana 

bu  fikri  əsaslandırmağa  çalışırdı.  Hər  fikri  başqa  əks  fikir 

ilə  aradan  qaldırmaq  olar.  Lakin bu  o  qədər  də  asan  olan iş 

deyil.  Çünki  ziddiyyət  ziddiyyətdən  qaçır,  necə  ki,  Günəş 

doğub işıq  saçanda gecə  yox olur.  Mövlanaya  görə,  hər  şey­

in  inkar  ilə  isbatı  mümkündür.  Çünki  hər  şeyin  əks  tərəfi 

var.

Mövlana  inanırdı  ki,  Allah  müqəddəslərin  müqəddəsi­



ni,  ən  çox  sevdiyi  adamı  insanların  içərisinə  göndərir.  İlahi 

kəlamı  onlara  çatdırır.  Mövlana  peyğəmbərliyi  tez-tez  yad 

edir,  onlarla  əlaqədar  olan  hekayələrdən  geniş  istifadə  edir­

di.  Musa (ə),  Süleyman  (ə) və  başqa  peyğəmbərlər haqqında 

bütün  əsərlərində  yazmışdır.  Bununla  yanaşı  daha  çox  Mə­

həmməd Peyğəmbər (s) haqqında danışır,  öz fikirlərini  onun 

hədisləri  ilə  əsaslandırırdı.  Rumi  deyirdi  ki,  peyğəmbərlər 

adi  insan  olmamışlar,  Allah  onlara  xüsusi  qabiliyyət  bəxş 

edir,  onları  başqaları  ilə  bərabərləşdirmir.  Peyğəmbərlərin 

ruhu da müqəddəsdir.

İnsan  düşüncəsindən,  onun  əsasım  təşkil  edən  Quran­

dan  ən  çox  istifadə  edən,  Peyğəmbərin  hədislərinə  söykənən 

fikir  cərəyanı  təsəvvüf  olmuşdur.  Mövlananın  bütün  yara­

dıcılığı  bunu  sübut  edir.  Quran  Allah  kəlamıdır,  insanı  Al­

lah yoluna çağırır və pis əməllərdən çəkindirir.

Təsəvvüfdə  ən  əsas  məsələ  Allahın  birliyini  şəksiz- 

şübhəsiz  qəbul  etməkdir.  Dünya  Allahın  əsəridir,  yaradan 

və  yaradılan  mövcuddur.  Varlıq  təkdir,  təzahürləri  isə  çox­

dur.  Maddi  təzahürlər  surətdir,  görünəndir,  ruh  isə  gizlidir, 

görünməzdir.  Nəticə  isə  budur:  Kainatda  Allahdan  başqa 

yaradan yoxdur.  Mövlananın fikrincə,  Allahın birliyini  başa 

düşməyin  ən  yaxşı  yolu  öz  varlığını  unudub  Allaha  qovuş­

maqdır.  «Allahın  birliyini  öyrənmək  nədir?  Özünü  Vahidin 

hüzurunda  yandırıb  yox  etməkdir»  (M.  1-3009).  Dünyada 

yalnız  bir  Mən  mövcuddur.  O  da  sonsuz  və  məkansızdır. 

Mövlana  inanırdı  ki,  Allah  ilə insan  arasındakı birliyi  insan 

ağılı  dərk  etməyə  qadir  deyil:  «İnsanların  Rəbbi  ilə  ruhu

114


arasında keyfiyyətsiz və məntiqə gəlməz birlik var»  (M.  IV -  

760).


Bir çox  tədqiqatçılar (biz də  onlarla  həmrəyik)  Mövla- 

nanın da tərəfdar  olduğu vəhdəti-vücud  fəlsəfəsini  tamamilə 

panteizm hesab etmirlər və yaxud panteizm ilə bəzi oxşarlığı 

olan,  islam  düşüncəsi  çərçivəsində  yaranmış  spesifik  bir 

dünyagörüşü hesab edirlər.  Bir sıra  tədqiqatçılar isə vəhdəti- 

vücud anlayışını panteizm sayırlar.

Rumiyə  görə,  insan  bütün  qüvvəsini  Allahdan  alır. 

Kainatda  baş  verən  bütün  hərəkətlərin  başlanğıcı  yenə  də 

Odur.  Mövlana  göstərirdi  ki,  insan  iradəsi  tamamilə  Yara­

dıcı  vasitəsi  ilə  müəyyənləşir.  Elə  bu  səbəbdən  bütün  mövc- 

udat  Vahid  Varlığa  dayanır,  hər  şey  Ondan  başlanır,  yenə 

də  Ona  qayıdır,  nəticədə  Ona  qovuşur.  Mövlana  vəhdəti- 

vücudu 

məhz 


belə 

anlamışdır. 

Rumi 

deyirdi 


ki, 

«...peyğəmbərlər xalqı haqqa çağırmaq üçün  göndərilmişlər. 

Xalq  ilə  Haqq  bir  vücud  olsaydı,  nəyi  kimə  çatdıracaqlar- 

dı?» (M.  I -  2813).  Deməli,  Rumiyə görə, xalq ilə Haqq (Ya­

radan  ilə  yaradılan)  eyni  vücud  deyil.  Ruminin  bu  sözləri 

sufizmi panteizm hesab edənlərə çox gözəl cavabdır.

Birlik  deyəndə  Mövlana  yeganə  Yaradıcı  olan  tək  Al­

lahı  nəzərdə  tutur.  Bu  birlik  isə  İlahi  eşq  sayəsində  yaranır. 

Belə ki,  «aşiqin könlündə sevgilidən (Allahdan) başqa kimsə 

yoxdur.  Onların  aralarında  nə  az,  nə  çox  fərqli  şey  olmaz, 

onları bir-birindən  ayıran kimsə olmaz» (Ənəlhəq).

Mövlananı  insanın  bədəni  deyil,  ruhu  daha  çox 

maraqlandırırdı.  Onun  fikrincə,  əsl  qəlb  möminlərdə  olur. 

O,  xəbərdarlıq  edirdi  ki,  maddi  aləmə  biganə  ol,  çünki  o 

Allahdan uzaqlaşdırır.  Mövlana  göstərirdi  ki,  ətrafda şeyta­

na  xidmət  edən  adamlar  olduğu  üçün  insan  həmişə  özünü 

ehtiyatlı aparmalıdır.

Rumi  insan  həyatının  mənasını  onun  ruhən  Allaha 

qovuşmasında  görür,  bu  məqsədə  çatmaq  üçün  yol  göstərir, 

ən  düzgün  yolun  təsəvvüfdə  olduğunu  deyirdi.  «Ənəlhəq» 

(mən  Haqqam)  bu  yolda  insanı  Allaha  çatdırır.  Bizim  Al­

lahdan  başqa  sığınacaq  yerimiz  yoxdur.  Biz  də  onunla  bir­

likdə  laməkanıq.  O,  deyirdi:  «Kimdən  qaçırıq,  özümüzdən- 

mi?  Nə  qədər  cəfəngdir.  Kimdən  qaçırıq.  Haqdanmı?  Nə 

qədər günahdır»  (M.  I -  970).  Özümüzdən qaçmaq Allahdan

115



qaçmaqdır.  Bu  isə  mümkün  deyil.  Nə  üçün  özümüzdən  qaça 

bilmirik?  Çünki  mən,  sən  yoxdur,  tək  O  var.  Kim  Allahı  se­

virsə,  O da həmin adamı sevir və vəhdət yaranır.

2.  Varlıq  ideyası.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Möv- 

lananm  fikrincə,  yalnız  bir  Mütləq  Varlıq  var.  O  təkdir,  şə­

riksizdir,  əbədidir,  məkansızdır.  Bütün  kainatı  -   canlı  və 

cansız təbiəti, tək-tək əşyaları, cəmiyyəti,  o cümlədən,  insan­

ları  şərti  olaraq  «varlıq»  adlandırsaq  da,  onlar  fanidir,  ke­

çicidir,  əvvəli və axırı var.  Mövcud olan  hər şey sözün  həqiqi 

mənasında  varlıq  deyil,  yoxluqdur.  Yoxluğun  varlığa  çev­

rilməsi  üçün  şərtlər  var.  Bu  ilk  növbədə  insana  aiddir.  Hər 

bir  insan  çalışmalıdır  ki,  öz  mənliyini  yox  edib  «varlığını» 

atsın,  maddi  dünyaya  aludə  olmasın,  mənəvi  cəhətdən  saf­

laşsın,  nəticədə  özünü  yox  edərək  Allaha  qovuşsun  və  bu 

yolla  Mütləq  Varlıqda  əriyib  əbədiyyətə  qovuşsun,  yəni  əsl 

varlığa çevrilsin.

Mövlanaya  görə,  bütün  ruhlar  bir  ruhda,  yəni Allahda 

birləşir.  «Ey  ruhumuzun  ruhu,  biz  kimik  ki,  Sənin  yanında 

varıq  deyib ortaya  çıxaq»  (M.  I  -  601).  Bizə  nəhəng və  son­

suz  görünən  Kainat  da  Allahla  müqayisədə  heç  nədir. 

«Dünya Sənin  nəzərində böyük və nəhayətsiz  görünsə də,  bil 

ki,  qüdrəti İlahi qarşısında bir zərrə də deyil»  (M.  I -  524).

Təsəvvüf  təliminə  görə,  insan  öz  mənasını  dərk  edə 

bilməz.  Ancaq  Mövlanaya  görə,  bu,  mümkündür.  «Bu  mən 

harada  düşüncə  ilə  açılacaq,  tapılacaq?  O  mən  yoxluqdan 

sonra  açılır,  tapılır»  (M.  V  -  4146).  Deməli,  İlahi  eşq  insan 

mənliyini  yox  edib  sevgilisinə  (yəni  Allaha)  qovuşur.  Yox 

olandan sonra isə,  hətta düşüncə ilə  «mən» açılır.

Mövlana  insanlara  bu  dünyadakı  əzab-əziyyətlərə,  sı­

xıntılara,  məhrumiyyətlərə  dözməyi  məsləhət  görürdü.  Bu 

fikir  Qurana  əsaslanır.  Quran  inam  yolunda  insanın  iztirab 

çəkməsini  zəruri  hesab  edir,  insanın  ruhunu  maddi  dünya­

nın  aldadıcı görkəmindən  sonsuzluğa və ölümsüzlüyə aparır. 

Rumiyə  görə,  dünya  mülkü  yalnız  bədənə  səcdə  edənlər 

üçündür.  Sufilər  isə  «zavalı  olmayan  eşq  səltənətinin  qulla­

rıdır»,  çünki «ruhun cənnəti Yaradanın eşqidir».

Mövlana  tez-tez  yada  salırdı  ki,  dünya  tamamilə  fani­

dir və  inkardan ibarətdir,  ona görə də insan məqsədini isbat 

aləmində  axtarmalıdır.  Bu  yol  ilahi  məhəbbət  yoludur.  Bu

116

eşq cansız çörəyə  can  verir.  «Allah  yolunda  çörək versən  çö­



rək,  can  versən  can  verərlər».  Yəni  maddi  bir  şey  versən 

maddi  bir  şey  alarsan,  can  versən  əbədi  həyat  qazanarsan. 

Mövlana  Allaha  yalvarırdı  ki,  mənim  canımı  tez  al,  çünki 

sənsiz artıq bu candan usanmışam, vüsala çatmaq istəyirəm.

Mövlana  həqiqi  Allah  yolçusu  kimi  özünün  də 

ölümsüzlüyünə inanırdı.  O,  göstərirdi  ki,  tanrını  sufi  məhəb­

bəti ilə sevənlərin hamısını  belə aqibət gözləyir.

3.  İlahi  eşq.  Cəlaləddin  Ruminin  bütün  yaradıcılığı 

İlahi  eşqi  tərənnüm  etmək  üstündə  qurulmuşdur.  O,  sübut 

etməyə  çalışırdı  ki,  eşq  insanın  vücuduna  xoş  yüngüllük  gə­

tirən,  onu  göylərə yüksəldən  qanaddır.  Eşqin  qarşısında  uca 

dağlar əriyib  hərəkət etməyə başlayır,  acı şey  dadlı  şeyə,  kə­

dər  səfaya,  torpaq  qızıla,  dərd-azar  sağlamlığa,  üzüntü  se­

vincə,  fəlakət  uğura  çevrilir.  «Ölü  qəlblər  dirilir,  kölələr  ağa 

olur,  dəmir yumşalır,  daş  əriyir».  Bir sözlə,  eşq  insanı  bütün 

ehtiyaclardan  azad  edir.  Mövlana  deyirdi  ki,  sevgilisinin 

(Allahın)  eşqini  qəlbində saxlayıb  hər  şeyi  unudan  insan  yer 

üzündəki  insanların  ən  xoşbəxtidir,  mal  və  mülk  sahibləri 

ona  hörmət  bəsləyirlər,  insanlar  ona  kömək  etməyə  çalışır­

lar.  Çünki  eşq  külün  altındakı  od  kimi  gizlidir.  Könlü  sınıq 

olsa  da  insanlara  hökm  edənlər  aşiqdən  qorxurlar.  Bu  qabi­

liyyəti  aşiqə Allah  hədiyyə edibdir.  «Allah  ona  səbəbsiz  ola­

raq  bu  varlığı vermişdir.  O comərd ər də səbəbsiz  olaraq  Al­

lah  vergisini  Allaha  bağışlayır»  (M.  VI  -   1971).  Yəni  sev­

mək  qabiliyyəti  aşiqə  Allah  bağışlayır,  o  da  başqasını  yox, 

yalnız Onu sevir.

Mövlana deyirdi ki,  başqa təbii xəstəliklərə tutulandan 

eşq  xəstəsinin  fərqi  ondan  ibarətdir  ki,  hər  xəstə  tutulduğu 

xəstəlikdən qurtarmağa çalışır, eşq xəstəliyinə  tutulan  isə bu 

xəstəliyə  tutulduğu  üçün  çox  məmnundur.  Rumi  sübut  edir­

di  ki,  əbədi  olan  eşq yalnız  əbədi olan bir varlığa,  yəni Alla­

ha yönəlməlidir,  ilahi eşq əbədi, maddi dünya isə fanidir.

Mövlanaya görə,  bizim əslimiz  birlikdir,  ondan ayrılan 

kimi  ağır  günlərimiz  başlayır.  O,  ayrılıq  dərdini  anlatmaq, 

açmaq  istədiyini  deyir,  özü  də  fəryad  edir,  vüsala  can  atır. 

İlahi  eşqdə  həyat  vüsaldan  ibarətdir.  Vüsal  isə  ölümlə  baş 

tutur.  Ölmək sufi üçün Allaha qovuşmaqdır.

117



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə