məqsədilə müvafiq bilik və bacarıq attestasiyasından keçməyə
şərait yaradır. Bütün bunlar üçün vaxt limiti qoyulmur.
Uzun illər «beş ballı» sistemlə qiymətləndirmə aparılan bir
ölkədə birbaşa kreditlər sisteminə keçid heç də asan iş deyil. Odur
ki, 1998-ci ildən başlayaraq Azərbaycanın ali təhsil sistemində
çoxballı qiymətləndirmə mexanizmləri tətbiq edilməkdədir.
Respublikamızın bir çox ali məktəbləri qiymətləndirmənin bu
təcrübəsini müvəffəqiyyətlə həyata keçirir. Qiymətləndirmənin
çoxballı mexanizmi ənənəvi qiymətləndirmə mexanizmi ilə
müqayisədə bir sıra üstünlüklərə malikdir:
-
çoxballı
sistem
təhsil
alanların
biliyinin
qiymətləndirilməsinə obyektiv-demokratik yanaşmanı təmin edir;
-
çoxballı
qiymətləndirmə
mexanizmində
«təsadüfı»
qiymətləndirmə hallarına yol verilmir;
-
tələbə semestr boyu, fəaliyyət göstərərək ballar toplayır;
-
tələbə tədris fənnini mənimsəmə səviyyəsini nümayiş
etdirmək üçün geniş imkanlara malik olur.
Beləliklə, məlum olur ki, çoxballı sistemdə də «kreditlər»
modelində olduğu kimi «toplayıcı model»ə üstünlük verilir. Bütün
bu proseslər Azərbaycanın ali təhsil sistemində «kreditlər»
modelinin tətbiqi üçün əlverişli şərait yaradır.
•
Təhsilin keyfiyyətinə nəzarət
Müasir dövrdə keyfiyyət göstəriciləri tələbələrin təhsil aldığı
dövrdə qazandıqları bilik, bacarıq və vərdişlərin inkşaf səviyyəsinə
uyğun müəyyənləşdirilir.
Transmilli təhsil standartlarına uyğun olaraq Azərbaycan ali
təhsil müəssisələrinin akkreditasiya və attestasiyası mexanizmləri
tətbiq edilir. 2004-cü ildə Azərbaycan hökuməti tərəfindən ali və
orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası
haqqında normativ hüquqi sənəd - Əsasnamə təsdiq olunmuşdur.
Əsasnamədə kollegial qərarçıxarma modellərinə üstünlük verilir.
Azərbaycanın ali təhsil sistemində yaradılmış akkreditasiya
mexanizmi strateji baxımdan son dərəcə əhəmiyyətlidir və
Azərbaycanın Ümumavropa məkanına inteqrasiyası üçün real şərait
yaradır.
•
Dostları ilə paylaş: