274
yur, onların yoxsulluq şəraitində yaşayan milyonlarla kişi və qadınların həyat
təcrübəsindən nə dərəcədə uzaq olduğunu göstərmişdir. BMT-nin birinci İnkişaf
Onilliyinin (1961-1970) bəyannaməsində inkişafda qadınların iştirakı məsələsi
mərkəzi yer tutmasa da, 1962-ci ildə BMT-nin Baş Assambleyası Qadın Statu-
su üzrə Komissiyaya qadınların inkişaf prosesində rolunu araşdıran hesabatın
hazırlanmasına dair tapşırıq verir. 1970-ci ildə isə Baş Assambleya ikinci İn-
kişaf Onilliyin strategiyasına artıq “inkişafla bağlı bütün addımlarda qadınla-
rın tam iştirakını” məqsəd olaraq daxil etmişdi. BMT-nin Mexiko (1975-ci il),
Kopenhagen (1980-ci il), Nayrobi (1985-ci il) və Pekində (1995-ci il) keçirdiyi
Ümumdünya Qadın Konfransları tədqiqatçılar, ictimai fəallar, qeyri-hökumət
təşkilatları və beynəlxaq qurumlar üçün mühüm müzakirələr arenasına çevril-
mişdi.
İqtisadi artımla hər bir insanın inkişafı üçün daha geniş imkanlar ya-
ranırsa, nə üçün bəzi ölkələrdə bu artım gender bərabərsizliyinin azalma-
sına, digərlərində isə kəskinləşməsinə gətirib çıxarır? İqtisadi artım asılı
vəziyyətdə olan əhali qruplarının istismarı hesabına əmələ gəlirsə, bu, insan
inkişafına nə dərəcədə xidmət edə bilər? Gender əsaslı əmək bölgüsü yox-
sulların arasında qadınların əksəriyyət təşkil etməsinə necə təsir göstərir?
İnkişafa dair nəzəri yanaşmaların köklü surətdə dəyişməsi məhz bu sərt
suallar və kəskin muzakirələr mühitində başlamışdır. Ester Bouzrupun 1970-
ci ildə çapdan çıxmış məhşur “İqtisadi İnkişafda Qadınların Rolu” əsəri qadın
fermerlərinin istehsal etdiyi məhsulun bir sıra Afrika ölkələrinin iqtisadiyyatında
mühüm rol oynadığını göstərmişdir. Bouzrup öz araşdırmasında göstərdi ki, bir
çox ölkələrdə adətən inkişaf əlaməti hesab edilən kənd təsərrufatının mexaniza-
siyası qadın işçi qüvvəsinin gəlir gətirən iqtisadi fəaliyyətdən kənarlaşdırılması
və qadınların başçılıq etdiyi ailələrin yoxsulluğa düçar olması ilə müşayiət olu-
nub.
Qadınların formal və qeyri-formal iqtisadiyyatda fəal iştirakını araşdıran
onlarla əsərlər zəif, passiv, iqtisadi cəhətdən qeyri-məhsuldar qadın stereoti-
pini məhv edərək, bu stereotiplərə arxalanan yanaşmaların iqtisadi cəhətdən
fəal əhali qruplarını nəzərə almadıqlarını nümayış etdirdi. Eyni zamanda, bu
tədqiqatlar inkişafın təkcə ümumi iqtisadi göstəricilər (xüsusi ilə Ümumi Daxili
Məhsulun) vasitəsi ilə ölçülməsinin nöqsanlarını üzə çıxardı. Kişi və qadınların
təhsil və iş imkanlarını, səhiyyə və sosial xidmətlərdən istifadə səviyyəsini araş-
dıran tədqiqatlar göstərdi ki, iqtisadi yüksəliş bu sahələrdə mövcud olan gender
əsaslı məhdudiyyətləri aradan qaldırmır və hətta bəzi hallarda onları daha da
kəskinləşdirərək yoxsulluğun və savadsızlığın artması ilə müşayiət oluna bilər.
80-ci illərdə ev təsərrüfatlarına dair məlumatların gender təhlili yeni nöq-
sanları üzə çıxardı. Ənənəvi olaraq iqtisadçılar ev təsərrüfatının gəlirlərini
hesablayarkən bu gəlirdən bütün ailə üzvlərinin bəhrələndiyini hesab edirdilər.
275
Lakin yeni tədqiqatlar (məsələn, Cənubi Asiyanın aqrar bölgələrində) ailə
daxilində qidalanmanın sərt gender iyerarxiyası üzrə aparıldığını göstərdi. Bu
isə qız və qadınların mütəmadi olaraq yetərincə qidalanmamasına və nəticədə bir
sıra tipik xəstəliklərdən zərər çəkməsinə gətirib çıxarırdı.
Bu nöqsanların aradan qaldırılması üçün qlobal inkişaf siyasətində yeni,
gender məsələlərinə daha həssas olan yanaşmaların tətbiqinə ehtiyac var idi.
70-ci illərin müzakirələrindən yaranan bu yeni yanaşmalar üç əsas mərhələdən
keçmişdir.
9.5.1
İnkişafda qadın (Women in Development/WID).
Bu mərhələdə uğurlu inkişaf siyasətinin kişilərlə bərabər qadınları da
əhatə etməsi diqqət mərkəzində idi. Qadınların bu proseslərdə iştirakı iqtisa-
di effektivlik baxımından qiymətləndirilirdi. Iqtisadi artıma arxalanan inkişaf
üçün əlavə insan ehtiyatları zəruri idi və kasıb bölgələrdə açılan yeni sənaye
müəssisələrinə yüzlərlə qız və qadınların cəlb olunması bir çoxları tərəfindən in-
kişafın uğuru olaraq qəbul edilirdi. Qadınların muzdlu işlərə yiyələnməsi WID
yanaşmasına görə, ona iqtisadi müstəqillik verir və gələcəkdə təhsil, səhiyyə
və digər sahələrdə qadınların qabiliyyətləri və imkanlarını genişləndirirdi.
Sanki imkanlar artıq mövcud idi qadınlar sadəcə bunları əldə etməyə hazırlıqlı
olmalı idi.
Beləliklə, WID problemi müəyyən gender kateqoriyasına aid insanların
(qız və qadınların) çatışmayan xüsusiyyətlərində (bilik, bacarıq, müstəqillik)
görürdü. Problemin həlli qadınları dəyişdirmək idi. Bu istiqamətdə atıla-
caq mühüm addımlardan biri milli hökumət aparatlarında xüsusi ilə qadın
məsələləri ilə məşğul olacaq qurumların yaradılması idi. WID yanaşmasına
əsasən, zəruri ehtiyatlara (məsələn, bilik və bacarıqlara, maliyyə kreditlərinə)
yiyələnmək imkanını qazanan qadınlar ictimai və iqtisadi inkişafın fəal iştirak-
çısına cevriləcəkdi.
Problemin bu cür qoyuluşu müxtəlif sosial təbəqələrdən olan qadınların
həyat tərzi və imkanlarında olan dərin fərqləri nəzərə almırdı. Bu yanaşma
həmçinin iqtisadi inkişafın avtomatik olaraq bərabərsizliyi aradan qaldıracağı-
na hələ də inanırdı. WID cəmiyyətdə gender bərabərsizliyini mütəmadi olaraq
istehsal edən sosial strukturları dəyişdirməyə cəhd göstərmirdi.
Məsələn, WID çərçivəsində bəzi ölkələrdə aqrar sektorda çalışan qadınlara
kiçik kreditlər paylayan proqramlar ciddi əngəllərlə rastlaşırdı: qadınlar kreditləri
götürüb onlara sahib çıxa bilmirdi. Ailə və icma daxili gender iyerarxiyasında
maliyyə ehtiyatlarına nəzarət kişilərə aid idi. Beləliklə bu bölgələrdə qadın sa-
hibkarlarına dəstək olaraq nəzərdə tutulmuş proqramlar real nəticə vermirdi.