Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

274

yur, onların yoxsulluq şəraitində yaşayan milyonlarla kişi və qadınların həyat 

təcrübəsindən nə dərəcədə uzaq olduğunu göstərmişdir. BMT-nin birinci İnkişaf 

Onilliyinin (1961-1970) bəyannaməsində inkişafda qadınların  iştirakı məsələsi 

mərkəzi yer tutmasa da, 1962-ci ildə BMT-nin Baş Assambleyası Qadın Statu-

su üzrə Komissiyaya qadınların inkişaf prosesində rolunu araşdıran hesabatın 

hazırlanmasına dair tapşırıq verir. 1970-ci ildə isə Baş Assambleya ikinci İn-

kişaf  Onilliyin  strategiyasına  artıq  “inkişafla  bağlı  bütün  addımlarda  qadınla-

rın tam iştirakını” məqsəd olaraq daxil etmişdi. BMT-nin Mexiko (1975-ci il), 

Kopenhagen (1980-ci il), Nayrobi (1985-ci il) və Pekində (1995-ci il) keçirdiyi 

Ümumdünya  Qadın  Konfransları  tədqiqatçılar,  ictimai  fəallar,  qeyri-hökumət 

təşkilatları və beynəlxaq qurumlar üçün mühüm müzakirələr arenasına çevril-

mişdi.

İqtisadi artımla hər bir insanın inkişafı üçün daha geniş imkanlar ya-

ranırsa, nə üçün bəzi ölkələrdə bu artım gender bərabərsizliyinin azalma-

sına,  digərlərində  isə  kəskinləşməsinə  gətirib  çıxarır?  İqtisadi  artım  asılı 

vəziyyətdə olan əhali qruplarının istismarı hesabına əmələ gəlirsə, bu, insan 

inkişafına nə dərəcədə xidmət edə bilər? Gender əsaslı əmək bölgüsü yox-

sulların arasında qadınların əksəriyyət təşkil etməsinə necə təsir göstərir?

İnkişafa  dair  nəzəri  yanaşmaların  köklü  surətdə  dəyişməsi  məhz  bu  sərt 

suallar  və  kəskin  muzakirələr  mühitində  başlamışdır.  Ester  Bouzrupun  1970-

ci ildə çapdan çıxmış məhşur “İqtisadi İnkişafda Qadınların Rolu” əsəri qadın 

fermerlərinin istehsal etdiyi məhsulun bir sıra Afrika ölkələrinin iqtisadiyyatında 

mühüm rol oynadığını göstərmişdir. Bouzrup öz araşdırmasında göstərdi ki, bir 

çox ölkələrdə adətən inkişaf əlaməti hesab edilən kənd təsərrufatının mexaniza-

siyası qadın işçi qüvvəsinin gəlir gətirən iqtisadi fəaliyyətdən kənarlaşdırılması 

və qadınların başçılıq etdiyi ailələrin yoxsulluğa düçar olması ilə müşayiət olu-

nub. 


Qadınların  formal  və  qeyri-formal  iqtisadiyyatda  fəal  iştirakını  araşdıran 

onlarla  əsərlər  zəif,  passiv,  iqtisadi  cəhətdən  qeyri-məhsuldar  qadın  stereoti-

pini  məhv  edərək,  bu  stereotiplərə  arxalanan  yanaşmaların  iqtisadi  cəhətdən 

fəal əhali qruplarını  nəzərə almadıqlarını nümayış etdirdi. Eyni zamanda, bu 

tədqiqatlar inkişafın təkcə ümumi iqtisadi göstəricilər (xüsusi ilə Ümumi Daxili 

Məhsulun) vasitəsi ilə ölçülməsinin nöqsanlarını üzə çıxardı. Kişi və qadınların 

təhsil və iş imkanlarını, səhiyyə və sosial xidmətlərdən istifadə səviyyəsini araş-

dıran tədqiqatlar göstərdi ki, iqtisadi yüksəliş bu sahələrdə mövcud olan gender 

əsaslı məhdudiyyətləri aradan qaldırmır və hətta bəzi hallarda onları daha da 

kəskinləşdirərək yoxsulluğun və savadsızlığın artması ilə müşayiət oluna bilər.  

80-ci illərdə ev təsərrüfatlarına dair məlumatların gender təhlili yeni nöq-

sanları  üzə  çıxardı.  Ənənəvi  olaraq  iqtisadçılar  ev  təsərrüfatının  gəlirlərini 

hesablayarkən bu gəlirdən bütün ailə üzvlərinin bəhrələndiyini hesab edirdilər. 



275

Lakin  yeni  tədqiqatlar  (məsələn,  Cənubi  Asiyanın  aqrar  bölgələrində)  ailə 

daxilində qidalanmanın sərt gender iyerarxiyası üzrə aparıldığını göstərdi. Bu 

isə qız və qadınların mütəmadi olaraq yetərincə qidalanmamasına və nəticədə bir 

sıra tipik xəstəliklərdən zərər çəkməsinə gətirib çıxarırdı. 

Bu  nöqsanların  aradan  qaldırılması  üçün  qlobal  inkişaf  siyasətində  yeni, 

gender məsələlərinə daha həssas olan  yanaşmaların tətbiqinə ehtiyac var idi. 

70-ci illərin müzakirələrindən yaranan bu yeni yanaşmalar üç əsas mərhələdən 

keçmişdir.

9.5.1 

İnkişafda qadın (Women in Development/WID). 

Bu  mərhələdə  uğurlu  inkişaf  siyasətinin  kişilərlə  bərabər  qadınları  da 

əhatə etməsi diqqət mərkəzində idi. Qadınların bu proseslərdə iştirakı iqtisa-

di effektivlik baxımından qiymətləndirilirdi. Iqtisadi artıma arxalanan inkişaf 

üçün əlavə insan ehtiyatları zəruri idi və kasıb bölgələrdə açılan yeni sənaye 

müəssisələrinə yüzlərlə qız və qadınların cəlb olunması bir çoxları tərəfindən in-

kişafın uğuru olaraq qəbul edilirdi. Qadınların muzdlu işlərə yiyələnməsi WID 

yanaşmasına görə, ona iqtisadi müstəqillik verir və gələcəkdə təhsil, səhiyyə 

və  digər  sahələrdə  qadınların  qabiliyyətləri  və  imkanlarını  genişləndirirdi. 

Sanki imkanlar artıq mövcud idi qadınlar sadəcə bunları əldə etməyə hazırlıqlı 

olmalı idi. 

Beləliklə,  WID  problemi  müəyyən  gender  kateqoriyasına  aid  insanların 

(qız və qadınların) çatışmayan xüsusiyyətlərində (bilik, bacarıq, müstəqillik) 

görürdü.  Problemin  həlli  qadınları  dəyişdirmək  idi.  Bu  istiqamətdə  atıla-

caq  mühüm  addımlardan  biri  milli  hökumət  aparatlarında  xüsusi  ilə  qadın 

məsələləri  ilə  məşğul  olacaq  qurumların  yaradılması  idi. WID  yanaşmasına 

əsasən, zəruri ehtiyatlara (məsələn, bilik və bacarıqlara, maliyyə kreditlərinə) 

yiyələnmək imkanını qazanan qadınlar ictimai və iqtisadi inkişafın fəal iştirak-

çısına cevriləcəkdi. 

Problemin bu cür qoyuluşu müxtəlif sosial təbəqələrdən olan qadınların 

həyat  tərzi  və  imkanlarında  olan  dərin  fərqləri  nəzərə  almırdı.  Bu  yanaşma 

həmçinin iqtisadi inkişafın avtomatik olaraq bərabərsizliyi aradan qaldıracağı-

na hələ də inanırdı. WID cəmiyyətdə gender bərabərsizliyini mütəmadi olaraq 

istehsal edən sosial strukturları dəyişdirməyə cəhd göstərmirdi. 

Məsələn, WID çərçivəsində bəzi ölkələrdə aqrar sektorda çalışan qadınlara 

kiçik kreditlər paylayan proqramlar ciddi əngəllərlə rastlaşırdı: qadınlar kreditləri 

götürüb onlara sahib çıxa bilmirdi. Ailə və icma daxili gender iyerarxiyasında 

maliyyə ehtiyatlarına nəzarət kişilərə aid idi. Beləliklə bu bölgələrdə qadın sa-

hibkarlarına dəstək olaraq nəzərdə tutulmuş proqramlar real nəticə vermirdi.



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə