Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

266

edir. Beləliklə, bərabərsizlik əsasında qurulan sosial münasibətlər “inkişaf hər 

bir insanın hüququdur” prinsipinə zidd çıxır və bütöv cəmiyyətin insan inkişafı 

yolunda addımlaması üçün ciddi əngəllər törədir.

Bəzən  insanlar  mövcud  bərabərsizlik  qaydalarına  qarşı  çıxır, 

müqəddəratlarını öz əllərinə alaraq, qabiliyyətlərini artırırlar. Bu proses insan 

inkişafı  nəzəriyyəsində  “səlahiyyətlərin  genişləndirilməsi”  (“empowerment”) 

adlanır və bərabərsizlik şəraitində inkişafa nail olmağın ilkin əsasını təşkil edir.

Bərabərsizlik bəzən ilk baxışdan müsbət təsir bağışlayan göstəricilər arxa-

sında gizlənir.  Təsəvvür edin ki, qızların yaşadığı şərti ölkədə Cəmilə və Lalədə 

olan  təhsil  almaq  qabiliyyəti  qızlar  arasında  cəmi  18%,  oğlanlar  arasında  isə 

75%-dir.  Bu halda təhsil almaq hüququnun milli qanunvericilikdə təmin olun-

ması, ölkədə çoxlu ali təhsil ocaqlarının fəaliyyət göstərməsi və hətta ildən ilə ali 

təhsil müəssisələrinə daxil olan tələbələrin artan sayı cəmiyyətdə bərqərar olan 

köklü bərabərsizlik şəraitini əks etdirmir. Məhz buna görə də qlobal, regional, 

milli və yerli səviyyədə inkişafın gedişatına aid göstəricilərin cins üzrə bölgüsü 

zəruridir, çünki bu cür gender statistikası bir çox hallarda ümumi statistikanın 

aydın açıqlamadığı problemləri nümayış etdirir.

Yaşadığımız mühitdə biz hər gün sosial və iqtisadi bərabərsizliyin müxtəlif 

formaları ilə rastlaşırıq. Biz həmçinin müxtəlif sahələrdə bərabərliyi təmin edən 

yazılı qanunlardan və yazılmamış qaydalardan bəhrələnirik. Bərabərsizliyin bəzi 

növləri artıq əksər cəmiyyətlərdə qanun səviyyəsində qadağan olunmuşdur və 

adi həyatda da insanlar tərəfindən rədd edilir. Lakin bərabərsizliyin digər for-

maları bəzi cəmiyyətlər, qruplar və ya ayrı-ayrı fərdlər tərəfindən rahat qəbul 

olunur. Məsələn, aşağıdakı iki fikri dostlarınıza təqdim edib, aldığınız reaksiyanı 

müşahidə edin:

1. “Kasıb insanlar varlılardan fərqli olaraq iradə və məntiq cəhətdən zəif olur”

2.  “Qadınlar kişilərdən fərqli olaraq iradə və məntiq cəhətdən zəif olur”

Hər iki fikir müəyyən sosial klassifikasiya (cins üzrə və ya maliyyə durumuna 



əsasən) içərisində konkret kateqoriyaya (qadınlar/kasıblar) aid olan milyonlarla 

insan haqqında heç bir elmi əsası olmayan ümumiləşdirməni (stereotip) təqdim 

edir. Bu kimi stereotiplər əsasında verilən qərarlar milyonlarla insanın həyatına 

təsir göstərir, onları həyatın müxtəlif məqamlarında qeyri-bərabər şəraitə salır 

və beləliklə də insan inkişafını ciddi şəkildə məhdudlaşdırır. Dostlarınız hansı 

fikri daha kəskin şəkildə rədd edir? Hansı stereotiplə daha asanlıqla razılaşır? 

Cavablardan asılı olaraq sosial mühitinizin hansı bərabərsizlik formasına daha 

“dözümlü”  olduğunu  və  beləliklə  hansı  kateqoriyaya  aid  olan  insanlara  qarşı 

daha ədalətsiz şəkildə davrandığını müəyyən edə bilərsiniz. 

Müxtəlif ictimai münasibətlər arasında cəmiyyətdə kişi və qadınların fərqli 

rol və vəzifələrini müəyyənləşdirən münasibətlər sistemi mühüm yer tutur.




267

9.2  

Gender nədir?

Bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender (ona 

həmçinin sosial cins deyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində 

(məsələn, ailədə, məktəbdə, iş kollektivində) formalaşan rol və vəzifələrini əhatə 

edir. Bu rollar və vəzifələr konkret cəmiyyətdə mövcud olan “kişi” və “qadın” 

sosial  kategoriyalarının  mahiyyətini  təşkil  edir.  Digər  mühüm  sosial  klassi-

fikasiyalarla  bərabər  (ictimai  sinif,  irq,  etnik  qrup  və  sair),  gender  insanların 

cəmiyyətdəki mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir.

“Cins” və “gender” arasında olan fərqi daha aydın göstərmək üçün iki misa-

la müraciət edək. Uşaq doğmaq qadınlara aid olan reproduktiv bioloji funksiyası 

cinsin əlamətidir. Uşağın bəslənməsi və təlim-tərbiyəsi isə müxtəlif cəmiyyətlərin 

kişi və qadınlara (bəzən yalnız kişilərə və ya yalnız qadınlara) aid etdiyi sosial 

funksiya olaraq gender anlayışına aiddir və ailədə və cəmiyyətdə gender əsaslı 

əmək  bölgüsünün  bir  hissəsidir.  Bioloji  cins  əlamətləri  və  funksiyaları  sosial 

cinsin funksiyaları ilə müqayisədə daha stabildir. Məsələn, uşaq doğmaq funk-

siyasını yalnız “qadın” cinsinə aid olan insanlar həyata keçirə bilər. Gender və 

ya sosial cinsin xüsusiyyətləri tarixi dövrdən, spesifik iqtisadi, mədəni, sosial və 

ekoloji şəraitdən asılı olaraq daim dəyişməkdədir.

Genderə aid təsəvvürlər təkcə zaman və məkanla dəyişmir. Eyni cəmiyyətdə 

insanların “kişilik” və “qadınlıq” xüsusiyyətləri haqqında təsəvvürləri konkret 

insanın yaşı, sosial mövqeyi, etnik qrupu, dini, ailə statusu və başqa faktorlar-

dan asılı olaraq fərqlənir. Həyat təcrübənizə əsaslanaraq bu suallara cavab verin: 



Kənd yerlərində və şəhərdə, imkanlı və yoxsul təbəqədə, müxtəlif mədəni mühitdə 

yaşayan tanışlarınız arasında ideal “kişilik” və “qadınlıq” xüsusiyyətləri haq-

qında təsəvvürlər eynidirmi? Fərqlər varsa, fikrinizcə, onlar nədən irəli gəlir?

Digər sosial münasibətlər sistemləri kimi gender münasibətləri də müəyyən 

güc  balansına,  hakimiyyət  bölgüsünə  əsaslanır.  Bu  güc  balansı  konkret 

Şimali  Qafqaz  xalqları  arasında 

ənənəvi  olaraq  oğlanların  tərbiyəsi 

ilə  kişilər  məşğul  olurdu.  “Atalıq” 

adlanan  qədim  adətin  bir  variantında 

oğlan  uşaqları  erkən  yaşdan  öz 

ailəsindən ayrılır, başqa ailəyə (bəzən 

başqa  kəndə)  verilirdi  və  orada  kişi 

ailə  üzvləri  tərəfindən  tərbiyə  edilib 

öz  valideynlərinin  yanına  yalnız 

yeniyetməlik çağında qayıdırdı.



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə