Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

272

Bərabərlik kişiləri və qadınları eyniləşdirmir, əksinə onların fərqli ehtiyaclarını, 

prioritetlərini və maraqlarını nəzərə almağa tələb edir.

Son  yüz  il  ərzində  dünya  dövlətləri  gender  problemlərinin  çözümü 

istiqamətində böyük addımlar atmışdır. Milyonlarla qız və oğlan, kişilər və qa-

dınlar bərabər şəkildə qida və su ehtiyatlarından istifadə etmək, təhsil almaq, 

səhiyyə  xidmətlərindən  istifadə  etmək,  ictimai  və  siyası  fəaliyyətlə  məşğul 

olmaq və iqtisadi həyatda iştirak etmək imkanı əldə etmişdir. Qeyri-hökumət 

təşkilatları və ictimai fəallar gender əsaslı ayrı-seçkiliyə qarşı yerli və qlobal 

səviyyədə mübarizə aparmış, kişi və qadın bərabərliyi məsələsinin beynəlxalq 

forumların və ayrı-ayrı dövlətlərin gündəminə daxil edilməsinə nail olmuşlar. 

Birləşmiş  Millətlər  Təşkilatının  fəaliyyəti  çərçivəsində  dünya  dövlətləri 

gender bərabərliyini və qadın hüquqlarını təmin edən bəynəlxalq konvensiyalara 

qoşulmuşlar. Bu sırada “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv 

edilməsı haqqında” Konvensiya (1995-ci il), IV Ümumdünya Qadınlar Konfran-

sında qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (1995-ci 

il) və Minilliyin Bəyannaməsi (2000-ci il) xüsusi əhəmiyyət kəsb edir. BMT-nin 

dəstəyi  ilə  dünyanın  bütün  bölgələrində  dövlətlər  öz  milli  qanunvericiliyində 

münasib dəyişikliklər etmiş və gender sahəsində iri miqyaslı proqramlar həyata 

keçirmişlər.  Lakin  yuxarıda  təqdim  etdiyimiz  statistik  məlumatlar  göstərir 

ki,  bütün  bu  uğurlara  baxmayaraq  XXI  əsrin  əvvəlində  gender  bərabərsizliyi 

bəşəriyyət qarşısında duran ən ciddi problemlərdən biri olaraq qalmaqdadır.

2000-ci ildə “gender bərabərliyinə nail olmaq və qadınların səlahiyyətlərini 

genişləndirmək”  Minilliyin İnkişaf Məqsədlərindən (MİM) biri olaraq müəyyən 

edilmişdir. Eyni zamanda kişi və qadınların ictimai və iqtisadi mövqelərindəki 

uyğunsuzluqları  aradan  qaldırmadan  minilliyin  digər  inkişaf  məqsədlərinə 

nail  olmaq  qeyri-mümkündür. Yeni  minillikdə  qlobal  inkişafın  istiqamətlərini 

müəyyənləşdirən  8  MİM-dən  daha  ikisi  “uşaq  ölümü  hallarının  azaldılması” 

(MİM 4) və “ana sağlamlığının yaxşılaşdırılması” (MİM 5) qadınların ictimai 

və iqtisadi durumu ilə bilavasitə bağlıdır. Yoxsul və savadsız əhalinin tərkibində 

qadınların  əksəriyyət  təşkil  etdiyini  nəzərə  alsaq,  digər  iki  məqsəd  ilə  (“ifrat 

yoxsulluğun və aclığın aradan qaldırılması” və “ümumi ibtidai təhsilə nail olun-

ması” üzrə MİM-lər) gender bərabərsizliyi arasında olan əlaqə aydın görünür.   

Gender bərabərsziliyi həm fərdi, həm institusional səviyyədə özünü büruzə 

verə  bilər.  İnsan  inkişafına  yönəlmiş  siyasət  aşağıdakı  səviyyələrdə  gender 

bərabərsizliyinin aradan qaldırılmasına çalışır:

•  Qanunvericilik

•  Sosial təsisatlar

•  İctimai münasibətlər

•  Ailədaxili münasibətlər

Gündəlik  həyatımızda  gender  əsaslı  qaydalar,  qadağalar  və  gözləntiləri 



273

ayrı-ayrı  insanların  hərəkətlərində  bəzən  asanlıqla  müşahidə  etmək  olar. 

Azərbaycanda  azyaşlı  qızların  valideynlər  tərəfindən  erkən  nikaha  məcbur 

edilməsi  gender  əsaslı  zorakılığın  gözə  çarpan  növüdür  və  milli  qanunverici-

lik tərəfindən qadağan edilir. Lakin bəzən gender bərabərsizliyi və onun mənfi 

təzahürləri insanlar tərəfindən adi hal kimi qəbul olunur. Cənubi Asiyada qızla-

rın qidasını məhdudlaşdıran ana və atalar çox vaxt övladlarının anemiya (qanaz-

lığı) xəstəliyindən zərər çəkdiyini qız və qadınların təbiətdən zəif olması ilə izah 

edir. Beləliklə, gender əsaslı qaydalar nəticəsində əmələ gələn xəstəlik qadınlara 

aid olan təbii bioloji xüsusiyyət olaraq qəbul olunur. Müəyyən sosial kateqoriya 

(qızlar) insan inkişafı üçün zəruri olan sağlamlıqdan məhrum edilir. 

Gender  münasibətlərinə  aid  normalar  cəmiyyətdə  fəaliyyət  göstərən  əsas 

sosial  təsisatlar  (hakimiyyət,  ailə,  məktəb,  dil,  qanunverici,  siyası  və  iqtisa-

di sistemlər) tərəfindən mütəmadi olaraq istehsal edilir. Gəlin bu prosesi daha 

ətraflı araşdıraq. Məsələn, təsəvvür edək ki, şərti ölkənin milli qanunvericiliyinə 

əsasən hər bir vətəndaşın  seçmək və seçilmək hüququ vardır. Lakin seçki pro-

sesini tənzimləyən prosedurlar qadınlardan seçkidə iştirak etmək üçün ailə baş-

çısının razılığını almağı tələb edir. Məktəb isə təhsil prosesində yeni nəsillərə 

yeritdiyi gender stereotipləri vasitəsilə bu bərabərsizliyə ideoloji dəstək verir. 

Beləliklə,  gender  əsaslı  ayrı-seçkilik  normallaşaraq  gözdən  itir,  bürokra-

tik prosedurlar və “təbii” kimi qəbul olunan sosial normalar arxasında gizlənir. 

Cəmiyyətdə insan inkişafını təmin edə biləcək şəraitin yaradılması üçün gender 

bərabərsizliyini adiləşdirən, normallaşdıran və öz fəaliyyətində mütəmadi olaraq 

istehsal edən sosial təsisatlar daxildən dəyişilməlidir.

9.5  

Qlobal miqyasda inkişaf siyasəti və gender

Gender  bərabərliyinə  aid  məsələlər  ilk  olaraq  inkişaf  gündəminə  qadın 

problemləri  timsalında  daxil  olmuşdur.  İnkişafı  modernizasiya  və  iqtisadi  ar-

tımla  bağlayan  yanaşmalar  qadınların  iqtisadiyyatda  çox  cüzi  rol  oynadığını, 

inkişaf  prosesinin  kişi  və  qadınlara  eyni  tərzdə  təsir  etdiyini,  ümumi  iqtisadi 

artımın kişilərin yüksələn gəlirləri vasitəsi ilə ailələrə və o cümlədən qadınlara 

da müsbət təsir edəcəyini aksiom olaraq qəbul etmişdir. Bu yanaşmalara arxala-

nan siyasətlər inkişaf edən ölkələrdə qadınları humanitar yardıma ehtiyacı olan, 

cəmiyyətdə əsasən bioloji reproduktiv funksiyanı yerinə yetirən, asılı bir qrup 

olaraq tanıyırdı. Bu qrup üçün nəzərdə tutulan proqramlar qida məhsulları, gigi-

yena vasitələri və ailə planlaşdırması vasitələrinin paylanmasına xüsusi diqqət 

yetirirdi. 

XX əsrin 70-ci illərindən başlayaraq sürətlə artan qadın və gender tədqiqatları 

elm sahəsi və beynəlxalq qadın hərəkatı inkişaf ətrafında gedən müzakirələrin 

fəal işitirakçısına çevrilir, bəzi oturuşmuş iqtisadi yanaşmaları sual altına qo-



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə