Fesil indd


   Gender bərabərsizliyi yalnız qadın problemi deyil



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

270

9.3  

Gender bərabərsizliyi yalnız qadın problemi deyil 

Qeyri-bərabər gender münasibətləri çərçivəsində bir kateqoriya əlverişsiz, 

asılı,  hakimiyyətsiz,  o  birisi  isə  əlverişli,  hakimiyyətə  sahib,  idarəedici 

mövqelərdə yerləşir. Nəticədə insanın gender mənsubiyyəti onun inkişaf imkan-

larına bilavasitə təsir edir. Hal-hazırda qlobal miqyasda və eləcə də dünyanın 

ayrı-ayrı bölgələrində gender bərabərsizliyinin nəticəsində milyonlarla insanın 

inkişafı məhdudlaşdırılır. 

  Dünyada 1.3 milyard yoxsul əhalinin 70%-ni qadınlar təşkil edir. 



  BMT-nin hesablamalarına görə, dünyada qidanın 50%-ni qadınlar isteh-

sal edir, lakin onlar ümumi gəlirin yalnız 10%-ni alır və cəmi 1% torpaqların 

yiyəsidir.

  Dünya parlamentlərində qadın millət vəkilləri yalnız 19.1% təşkil edir.  



  Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır. Onların 

2/3-ni qadınlar təşkil edir (bu rəqəm son 20 il ərzində dəyişməz qalır). 

  Hər il dünyada 18 yaşına çatmamış 60 milyon qız erkən nikaha məcbur 



edilir.

  15-44  yaşlı  qadınlar  arasında  zorakılıq  nəticəsində  ölən  və  zərər 



çəkənlərin  sayı  xərçəng  xəstəliyi,  malyariya,  avtomobil  qəzaları  və  müharibə 

qurbanlarının sayından artıqdır. Qadınlara qarşı zorakılıq aktlarının əksəriyyəti 

həyat yoldaşı (və ya intim partnyor) tərəfindən törədilir

8

.



Gender  bərabərsizliyinin  əsas  hədəfi  qızlar  və  qadınlar  olsa  da,  bu  so-

sial  bəladan  zərər  çəkən  təkçə  qadınlar  deyil.  Hərbi  münaqişələr  zama-

nı  əsasən  yeniyetmə  oğlanları  hədəf  götürən  ölümcül  əməliyyatlar  tarixin 

faciəvi səhifələrinə həkk olunub. Bu qəddar cinayətlərin məhz oğlanlara qarşı 

törədilməsinin əsasında konkret cəmiyyətlərdə oğlanlara gələcək döyüşçü, ailə 

və ya tayfanın əsas təminatçısı vəzifəsini təyin edən gender vəzifələri durur.

Statistik  məlumatlar  göstərir  ki,  gender  bərabərsizliyi  bütöv  cəmiyyətin 

və  ayrı-ayrı  fərdlərin  inkişafına  saysız-hesabsız  zərbələr  vurur.  Yoxsulluğun, 

xəstəliklərin,  ailədaxili  zorakılığın,  savadsızlığın  öhdəsindən  gəlmək  üçün 

bəşəriyyət kişi və qadın bərabərliyinə nail olmalıdır. Dünyada hər üç qadından 

biri  zorakılığa  məruz  qalır.  Qadınlara  qarşı  zorakılıq  gender  bərabərsizliyinin 

hökm  sürdüyü  mühitdə  cəzasız  cinayət  kimi  qalmaqdadır.  Ailədə,  icmada, 

məktəbdə və ya iş yerində fiziki, psixoloji və ya seksual zorakılığa məruz qalan, 

hərdən isə öz evlərində dustaq kimi saxlanılan insanlar ən əsas hüquqlar və im-

kanlardan istifadə etməyə belə macal tapmırlar. Məsələn, Əfqanistanda azyaşlı 

8

 Mənbə: UNWomen, Gender Issues ( http://www.unifem.org/gender_issues); UNICEF, 



‘Women and Children: The Double Dividend of Gender Equality’, 2007; UNDP in 

Action: Women and Girls in Crisis. Key statistics; UN Entity for Gender Equality and the 

Empowerment of Women.



271

qızların fiziki və seksual zorakılığa məruz qalması halları üzündən valideynlər 

qız uşaqlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə onları çox vaxt məktəbə 

buraxmaqdan vaz keçir. Ölkədə ümumi orta təhsili bitirmişlərin faizi qadınlar 

arasında 5.6%, kişilər arasında isə 34 faizdir.

İnsan inkişafı nəzəriyyəsinin ərsəyə gəlməsində aparıcı rol oynamış Nobel 

mükafatı  laureatı  Amartya  Sen  öz  araşdırmalarında  gender  bərabərsizliyinin 

cəmiyyətə  gətirdiyi  ziyanı  dəfələrlə  qeyd  etmişdir.  Məsələn,  Cənubi Asiyada 

apardığı tədqiqatlara əsasən A. Sen bir çox bölgələrdə qız uşaqlarının oğlanlarla 

müqayisədə daha az qida qəbul etdiyini göstərmişdir. Bu hal ailələrin ənənəvi 

olaraq  oğlan  uşaqlarına  daha  böyük  dəyər  verməsi  ilə  əlaqədardır.  Uşaqlıqda 

ailədə zəruri qidalanmadan məhrum edilmiş qadınların böyük hissəsi həyat boyu 

səhhətində müxtəlif problemlərlə rastlaşır və çəkisi qəbul olunmuş tibbi stan-

dartlardan aşağı olan körpələr dünyaya gətirirlər. Çəkisi normadan aşağı olan 

uşaqlar arasında illər sonra ürək xəstəliklərindən zərər çəkənlərin yüksək sayı 

qadınlara  tətbiq  olunan  sosial  məhdudiyyətlərin  bioloji  reproduktiv  funksiya 

vasitəsi ilə gələcək nəsillərə necə təsir göstərdiyini  nümayiş edir

9



“Gender bərabərsizliyi təkcə qızların və qadınların maraqlarına ziyan vur-

mur, o həmçinin oğlanlar və kişilərə mənfi təsir göstərir. Bu təsir bioloji əlaqələr 

(uşaqların zəif qidalanması, böyüklərin kardiovaskulyar xəstəliklərə düçar ol-

ması) və sosial əlaqələr (bərabərsizliyin siyasi, ictimai və iqtisadi sahələrə vur-

duğu ziyan) vasitəsilə həyata keçir.”

10

  

Sen həmçinin gender bərabərsizliyinin siyasi, iqtisadi və mədəni kontekstdən 



asılı  olaraq  müxtəlif  formalar  aldığını  qeyd  edir.  “Yaponiyadan  Mərakeşə, 

Özbəkistandan Amerika Birləşmiş Ştatlarına qədər gender bərabərsizliyi dün-

yanın  əksər  bölgələrində  mövcuddur.  Lakin  qadınlarla  kişilər  arasında  olan 

bərabərsizlik bir çox fərqlı formalarda özünü büruzə verə bilər. Əslində gender 

bərabərsizliyi vahid bir fenomen deyil, bir-biri ilə əlaqədə olan problemlər top-

lusudur.”

11

9.4  

Gender bərabərliyi

İnsanların  inkişafı  onların  cins  və  ya  gender  mənsubiyyətinə  əsasən 

məhdudlaşdırılmamalıdır.  Gender  bərabərliyi  qadınların  və  kişilərin,  oğ-

lanların  və  qızların  bərabər  hüquqları,  vəzifələri  və  imkanları  deməkdir.

12

 

9



 Amartya Sen, Many faces of gender inequality, http://www.flonnet.com/fl1822/18220040.htm

10

 Amartya Sen, Many faces of gender inequality



11

 Amartya Sen, Many faces of gender inequality

12

 Mənbə: Office of the Special Adviser on Gender Issues and Advancement of Women 



(OSAGI) United Nations and Gender Mainstreaming Learning & Information Packs prepared 

by the United Nations Development Programme-UNDP




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə