Abbasqulu bəy cavab verir ki, mən Andranik adında paşa
eşitməmişəm. Davamız davadır. Elçi qayıdıb Abbasqulu bəyin
cavabını Andranikə çatdırır. Andranik bu sözləri eşidən kimi
əmr edir ki, Qaraxaç kəndinin əhalisinə divan tutulsun.
Qaraxaç faciəsini öz gözləri ilə görmüş Həmzə Mirzəyev
(qaraxaçlı) bu hadisəni belə təsvir edirdi: "Qadınları, uşaqları
məsçidə doldurub, od vurub yandırdılar, mən qaçıb su quyu
sunda gizləndim. Cavanları sıraya düzüb güllələdilər, qocalara
fiziki divan tutdular. Orda-burda, tək-tək gizlənənlər və mən
canımızı qurtarmaq üçün Şərura qaçdıq".1
1918-ci ilin dekabr aymda Dərələyəz daşnak qoşunu Y a
ponun (Giponun) komandası altında Şərur qəzasının Yaycı
kəndinə basqın etdi. Lakin kəndin cəngavər oğulları erməni
daşnaklarının qarşısına alırlar, məğlub olan ermənilər Xaçik
kəndinə çəkilməli olurlar.
Bir gün sonra Yaycının intiqamını almaq üçün Azərbay
canın Əmovi kəndinə hücum edirlər. Kənd xəyanətlə almır,
silahlı gənclər dəstə ilə güllələnir, qılıncla boynu vurulur.'Kən
din nüfuzlu adamı olan Mir Sadıx ağanın ailəsinə qanlı divan
tutulur. Anaların gözü qarşısında uşaqlar tonqala atılaraq
külə döndərilir. Canlarını qurtaranlar Şərura qaçırlar.
1918-
ci ildə olduğu kimi 1919-1920-ci illərdə də erməni
daşnakları İrəvan quberniyasının Vedibasar, Qəmərli, Böyük
Bəyazit, Sürməlik və
Şərur-Dərələyəz qəzalarının bir çox müsəlman kəndlərinə
hücumlar edərək, müsəlman əhalisinin çoxunu qırmışlar. La
kin Vedililər həmişə ermənilərə qarşı mərdliklə vuruşmuşlar.
1919- cu ilin bir çox arxiv sənədlərinə nəzər yetirək.
İrəvandan 10 iyul 1919-cu ildə Azərbaycanın Ermənistandakı
diplomatik nümayəndəsi Məmmədəli xan Təkinski tərəfindən
Azərbaycan Xarici İşlər Nazirinə vurulan teleqramda göstərilir
di: "Bu gün mən öyrəndim ki, erməni hərbi qüvvələri Böyük Ve-
di, Çinyənkənd, Gilivan, Qaşlı və başqa kəndləri atəşə tutmuş
lar. Adı çəkilən kəndlərin əhalisi qaça bilmişdi. Böyük-Vedi və
mühasirədə olan kənd sakinləri qadın və uşaqlarla əhatə olun
1. Nax. MRDA. f. 574, s. 2, iş. 117, vər. 1-5.
35
salar da mərdliklə müqavimət göstərirlər. Döyüşlər davam edir.
Səlahiyyətli Nümayəndə M. T əkin ski".1
Doğrudan da, A.Şadlinskinin rəhbərlik etdiyi "Vedi taboru"
ermənilərin hücumlarının qarşısını alaraq döyüşlərdə erməni
lərə böyük itkilər vermişlər.
Bunu təsdiq edən sənəd 2 iyul 1919-cu ildə Azərbaycanın
Ermənistandakı səlahiyyətli nümayəndəsi M.Təkinskinin
Azərbaycan Xarici İşlər Nazirinə İrandan vurduğu teleqram
dır. Həmin teleqramda yazılır: "Böyük Vedi erməni ordusunun
hücumunu dəf edib və onları dəmir yoluna qədər geri çəkil
məyə məcbur edib. Ermənistana çoxlu yaralı erməni gətirilir.
200-dən çox ölü erməni əsgəri var. Yaralı və ölü zabitlər isə 10
nəfərdi. Deyilənə görə müsəlmanlar ermənilərdən 2 top, 8
pulemyot alıblar. Yeni hücum üçün ordu səfərbər edilir. Ermə
nilər çox məyusdular. Ermənilər öz uğursuzluqlarını türk əs
gərlərinin olması ilə izah edirlər. İngilis missiyası da buna ina
nır. Lakin kəndlərdə bir dənə belə türk əsgəri yoxdur, bu er
mənilərin fərziyələridir. İngilis hərbi nümayəndəsinin bu gün
mənə təqdim etdiyi bəyanatda tərəfkeşlik duyulur.
Səlahiyyətli Nümayəndə T əkin ski" J
Böyük Vedidə ermənilərin hücumları və törətdikləri qanlı
cinayətlərlə bağlı Azərbaycan Demokratik Respublikasının
Xarici İşlər Nazirliyi tərəfindən 12 iyul 1918-ci il tarixdə Er
mənistanın Azərbaycandakı diplomatik nümayəndəsinə rəsmi
bəyanat təqdim edilmişdir. Diplomatik nümayəndə həmin bə
yanatı Ermənistan hökumətinə göndərmişdir.
Ermənistan hökumətinin Azərbaycandakı diplomatik nü
mayəndəsi həmin bəyanatla bağh 18 iyul 1918-ci il tarixdə belə
bir cavab göndərmişdir: "Sizin Böyük Vedidə baş verən ha
disələrə dair 12 iyul tarixli 2047 №-li etiraz məktubunuzu al
dım və öz hökumətimə göndərdim. Bu barədə öz tərəfimdən
bildirmək istəyirəm ki, deyəsən Azərbaycan hökuməti bu ha
disələr barədə düz məlumatlandırılmayıb. Bu hadisələr sözsüz 1 2
1. Nax MRDA. f. 314. s.5a. iş.74. vər. 191.
2. Yenə orada, vər. 192.
36
ki, Ermənistan ərazisində, onun vətəndaşları ilə baş verib və
Azərbaycan buna qarışa bilməz, amma buna baxmayaraq bu
hadisənin baş vermə səbəblərini sizə açıqlamaq istəyirəm.
1 iyul tarixində Böyük Vedi və Dəvəli kəndi yaxınlığında 9
əsgər və 12 erməni kəndlisi müsəlmanlar tərəfindən qətlə yeti
rilmişdir. Bu haqda xəbər tutan Ermənistan hökuməti hadisə
yerinə dəstə göndərdi ki, günahkarlar və öldürülmüş əsgər
lərdən götürülmüş silahlar qaytarılsın. Dəstə həmin yerə çatıb
dincəlmək üçün düşərgə qurur, dəstənin rəisi isə represiya tö
rətmək istəmədiyinə görə bu məsələni araşdırmaq üçün
danışıqlara başlayır.
Bu danışıqlar zamanı dəstə kəndlilər tərəfindən (müsəlman
kəndlilərinin erməni dəstələrini atəşə tutduğunu göstərir - F.
C) atəşə məruz qalmış, nəticədə 3 zabit, 30 əsgər öldürülmüş, 7
zabit, 120 əsgər isə yaralanmışdır. Bundan sonra hökumət
bura cəza dəstəsi göndərmək qərarına gəldi.
Cənab Nazir, yəqin ki, bu kədərli rəsmi məlumatdan Siz
anladınız ki, mənim hökumətim başqa vətəndaşlar tərəfindən
onun vətəndaşları və əsgərlərinin qanı axıdılsa da sülhsevər
fikirlərini dəyişməmiş, mübahisəli məsələləri həmişə qan
tökmədən həll etməyə çalışmışdır. Bununla yanaşı böyük ve-
dililər naməlum mənbələrdən silahlanaraq günahkarları və
əsgərlərdən götürülmüş silahı qaytarmaqdan imtina edərək
Ermənistan hərbi hissəsinə atəş açmışdılar.
Cənab Nazir, Siz razılaşmaya bilməzsiniz ki, Sizin "öz mü-
qəddaratını həll edən millət", kəndlərin müdafiəsiz sakinlərinə
qarşı "cəza ekspedisiyası" kimi sözləriniz səhv məlumat və
anlaşılmazlığın nəticəsidir. Siz bir nazir və vətəndaş kimi kəndli
və əsgərlərin öldürülməsini adi cinayət hesab edə büməzsiniz. O
vaxt ki, bu cinayəti bu "müdafiəsiz əhali" təşkil edib, hansı ki,
bir atəş ilə daimi ordunun 200-dən çox əsgər və zabitini qətlə
yetirmək üçün pulemyot da gizlədib saxlayıb, bu yerdə
"müdafiəsiz əhaliyə qarşı fəaliyyətdən danışmaq düz olmazdı və
hökumətin günahkarları cəzalandırmaq hüququ danılmazdır.
Cənab Nazir, bu kədərli faktları şifrə ilə Sizə bildirməkdə
məqsədim odur ki, Böyük Vedidə baş verən hadisənin görün
məyən mənbədən silahlanmış və səfərbər edilmiş dövlət
37
Dostları ilə paylaş: |